Məhkəmə qərarları › İş №2-1(1-8)-337/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-337/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-337/2026 01.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şəxslər üçüncü şəxs3, üçüncü şəxs2 və Gəncə şəhər Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Istehsalat Birliyi) qarşı «qeydiyyata alınma» tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. İddiaçı nümayəndəsi vasitəsilə ünvan 2 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması barədə Cavabdeh etdiyi müraciətinə sonuncu tərəfindən ##.##.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, X1 ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi olmalıdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 2.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «qeydiyyata alınma» tələbinə dair iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun ünvan 1nın, ** saylı mənzilinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1nın, ** saylı mənzili Kirovabad şəhər XDS IK-nin ##.##.1973-cü il tarixli, *** nömrəli orderi əsasında atası X2 və ailəsinin istifadəsinə verilmişdir. Orderdə nənəsi Gülsura Quliyeva, anası Zibeydə Quliyeva, qardaşı Elçin və onun adı qeyd olunmuşdur. Həmin mənzildə böyüyüb başa çatmış və oradan hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Bakı şəhərində işləməsi ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən ** saylı yataqxanaya qeydiyyata düşmüşdür. Sonradan ailə qurmuş, arvadı və uşaqları ilə birlikdə qayıdaraq həmin mənzildə yaşamağa davam etmişlər. Özü mübahisəli mənzildə yaşasa da, qeydiyyatı formal olaraq yuxarıda göstərilən yataqxana olmuşdur. Hazırda yaşadığı ünvana qeydiyyata düşmək üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan ##.##.2023-cü il tarixli məktubla onun ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Çünki, mənzilə dair orderin surətini və arxiv arayışını təqdim etmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.Gəncə şəhər Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Istehsalat Birliyinin rəisi tərəfindən məhkəməyə ##.##.2025-ci il tarixli məktub ünvanlanaraq qeyd olunmuşdur ki, ünvan 1 Birliyin balansındadır. Həmin binanın ** saylı mənzilinə İddiaçı və onun ailə üzvlərinin qeydiyyata düşmələrinə etiraz etmir. 5.Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia təmin edilmiş, iddiaçı İddiaçı ünvan 1nın, ** saylı mənzilinə qeydiyyata alınması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. 6.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə sorğusu əsasında Mənzil Kommunal Təsərrüfat Istehsalat Birliyi tərəfindən göndərilmiş sənədlərdən müəyyən olmuşdur ki, İddiaçı qeydiyyata düşməsini istədiyi ünvan 1nın, ** saylı mənzil Birliyin balansındadır. Hazırda həmin mənzilə dair şəxsi hesab vərəqəsi üçüncü şəxslər üçüncü şəxs3 və üçüncü şəxs2 adına olsa da, mənzildə faktiki iddiaçının ailə üzvləri yaşayır. Mənzil Kommunal Təsərrüfat Istehsalat Birliyi balans sahibi olaraq İddiaçı mübahisəli mənzilə qeydiyyata düşməsinə razıdır. Məhkəmə diqqətə çatdırmışdır ki, işin bu halı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən şərtlərin mövcudluğuna dəlalət edir. Yəni qeydiyyata alınma üçün lazım olan vətəndaşa məxsus şəxsiyyət vəsiqəsi və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Odur ki, iddiaçının ünvan 1nın, ** saylı mənzil üzrə qeydiyyata alınmasına hər hansı məhdudiyyət yoxdur.

7. Üçüncü şəxs üçüncü şəxs2 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: R.Mamedov /sədrlik edən və məruzəçi/, T.Məmmədov və R.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Üçüncü şəxs üçüncü şəxs2 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın yenidən apellyasiya qaydasında baxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeydiyyata düşmək istədiyi yaşayış sahəsi hazırda sahibliyindədir. Iddiaçı isə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, Y/X, ev 26-da qeydiyyatdadır. Hazırda isə harada yaşaması qeyri-müəyyəndir. Ona məxsus evdə yaşamır. Ailə qurarkən isə onun şifahi razılığı əsasında müvəqqəti olaraq bu mənzilə köçmüşlər. Yaşayış sahəsinə əvvəllər verilmiş order üzrə iddiaçının adının olmasına baxmayaraq artıq həmin order öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, iddiaçı bu yaşayış sahəsinə istifadə hüququnu neçə illərdir ki, itirmişdir. Hazırda isə iş materiallarından da göründüyü kimi, bu yaşayış sahəsinin icarədarı və gözlənti hüquq ilə mülkiyyətçisi odur. Iddiaçı isə bu mənzildə yaşamır. Ailəsi isə yaşayır. Cavabdeh orqan imtinada qeyd etmişdir ki, icarə müqaviləsi və kirayə müqaviləsi üzrə mənzilə qeydiyyata düşmək üçün mənzil sahəsi verən şəxsin yəni onun razılıq ərizəsi olmalıdır. Lakin məhkəmə bu razılıq ərizəsinin onun verməli olduğu halda bu razılığın üçüncü şəxs MKTIB tərəfindən verilməsinin kifayət etməsi qənaətinə gəlməklə onun və qardaşı üçüncü şəxs olan üçüncü şəxs3 sahiblik və istifadə hüququnu və sonda mülkiyyət hüquqlarını pozmuşdur. Bu iddianın qaldırılmasına əsas verən halların heç biri mövcud deyildir.

TƏTBIQ EDILƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlilləri zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Gəncə şəhər Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Istehsalat Birliyinin balansındadır və həmin Birlik ## #### 2025-ci il tarixli məktubu ilə iddiaçının və onun ailə üzvlərinin həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmədiyini açıq şəkildə bildirmişdir. Beləliklə, Qanunun 5-ci maddəsində nəzərdə tutulan alternativ əsaslardan biri mövcud olmuşdur.

28. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Belə ki, Qanunun 5-ci maddəsinin məzmunundan aydın olur ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş alternativ əsaslardan hər hansı birini təqdim edə bilər: yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi və ya yaşayış sahəsini verən şəxsin (balans sahibinin) razılıq ərizəsini.

29. Normada bu sənədlərin hər ikisinin eyni vaxtda təqdim edilməsi tələb olunmur. Buna görə də cavabdeh orqanın həm yaşayış sahəsinə hüquqverici sənədin, həm də razılıq ərizəsinin birlikdə təqdim edilməsini tələb etməsi Qanunun 5-ci maddəsinin düzgün tətbiq edilməməsi kimi qiymətləndirilmişdir.

30. Bundan əlavə, iş materiallarında olan ## #### 1973-cü il tarixli *** nömrəli orderlə mübahisəli mənzilin iddiaçının atası Əkbər Quliyevin istifadəsinə verildiyi, iddiaçının isə həmin orderdə ailə üzvü kimi göstərildiyi müəyyən edilmişdir. Həmçinin mənzildə faktiki olaraq iddiaçının ailə üzvləri yaşayır. Bu hallar iddiaçının mübahisəli yaşayış sahəsi ilə hüquqi və faktiki bağlılığını təsdiq edir.

31. Eyni zamanda, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 8-ci maddəsində qeydiyyata alınmadan imtinanın əsasları dəqiq müəyyən edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş imtina əsaslarının mövcudluğu iş üzrə müəyyən edilməmişdir. Deməli, cavabdeh orqanın iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina etməsi qanuni əsaslara söykənməmişdir.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Üçüncü şəxs üçüncü şəxs2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar