Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-346/2026 01.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qiymətləndirmə sənədinin və müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçının deməsinə görə, o, “xxxx” MMC-də işləmiş (faktiki olaraq əmək müqaviləsi bağlamadan), ##.##.2022-ci il tarixdə reklam lövhəsi quraşdıran zaman xəsarət almışdır.
2. Iddiaçı iş vaxtı xəsarət alması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin ## ###### 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin “Əmək və Məşğulluq” (ƏMAS) altsisteminə baxış keçirilərkən iddiaçı ilə “xxxx” MMC arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin olmadığı məlum olmuşdur. X2 Xidmətinin Bakı şəhər Idarəsində “xxxx” MMCnin vəzifəli şəxsi barədə Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Iddiaçının ##.##.2022-ci il tarixdə xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisə zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada iddiaçı ilə “xxxx” MMC arasında əmək münasibətləri yaranmadığından baş vermiş bədbəxt hadisə X2 Xidməti tərəfindən tədqiq edilmir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müfəttişi tərəfindən cəriməni və məhkəmə orqanların qərarlarını (bütün sübutlar onun əmək müqaviləsi olmadan işlədiyini) və dövlətə xeyir verdiyini nəzərə alaraq əmək müfəttişi tərəfindən iddiaçının işi ilə bağlı, yəni iş yerində xəsarət almağı ilə bağlı araşdırma başlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə “xxxx” MMC Inzibati Xətalar Məcəlləsinin (IXM) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərardan narazı qalan MMC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə “xxxx” MMC IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir ki, bu iş üzrə də MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Əldə etdiyi şifahi məlumata görə, əlavə olaraq MMC-nin direktoru X1 barəsində Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov tərəfindən qəbul edilmiş qərarla 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd etdiyi hər bir qərarın surəti elektron məhkəmə portalından əldə oluna bilər. Həmçinin əldə etdiyi şifahi məlumata görə, IXM-nin 192.1 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan Nərimanov rayon prokurorluğunda təqsirkar şəxs barəsində əlavə olaraq inzibati xəta haqqında iki iş üzrə icraat başlanılmış və qəbul olunmuş qərarlar müvafiq tədbirlərin görülməsi üçün X2 (DƏM) göndərilmişdir. DƏM-dən aldığı məlumata görə, həmin qərarlar əsasında direktor 4000 (dörd min manat) məbləğində cərimə olunmuşdur. Baxmayaraq ki, IXM-nin 62.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq zərərçəkmiş şəxsin hüququdur və həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı barəsində qərardad qəbul edilən məsələlərdən biridir, nə cənab Vüsal Qurbanovun icraatında olan işin yekun aktını, nə də DƏM-in qərarlarını əldə etmək cəhdləri baş tutmuşdur. Iş üçün zəruri hesab olunduğu halda, bu sənədlər də məhkəmə sorğusu ilə əldə oluna bilər. ##.##.2022-ci il tarixdə işlədiyi xxxx şirkətində qəza nəticəsində xəsarət almışdır, həmin vaxt əmək müqaviləsi yox idi (bununla bağlı xxxx şirkəti əmək müfəttişliyi tərəfindən cərimələnib). Çoxsaylı məhkəmələr nəticəsində xxxx şirkəti bir neçə maddə ilə dövlət tərəfdən cərimələnmişdir. Dövlət tərəfindən heç bir dəstək görməmişdir, baxmayaraq ki, əmək müqaviləsi olmadan işlədiyi sübut olunub. O, üçüncü qrup əlildir. Işlədiyi vaxt ##.##.2022-ci il tarixdə aldığı xəsarətin dərəcəsi əlilliyinin xəsarət dərəcəsinin faiz dərəcəsini artırmayıb. Əmək müfəttişliyinə ünvanladığı cavab məktubda bildirilmişdir ki, əmək müqaviləsi olmadan heç bir əlavə araşdırma ola bilməz və sosialdan heç bir maddi kömək ala bilməyəcək.
5. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. 6.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi “xxxx” MMC ilə arasında əmək müqaviləsinin bağlanılmasına dair “Əmək və məşğulluq“ altsistemində əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində həmin hal təsdiq edilərək, onun xəsarət alan zaman faktiki olaraq çalışdığı iş yeri ilə əmək münasibətində olmadığı, yəni əmək müqaviləsinin bağlanılmadığı bildirilmişdir. Iddiaçı “xxxx” MMC-də əmək münasibətləri olmadan işlədiyi müddətdə xəsarət almışdır. Cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Belə ki, iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə zamanı müəssisə ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından istehsalatda baş verən bədbəxt hadisənin təhqiqi cavabdeh tərəfindən həyata keçirilə bilməz, başqa sözlə həmin münasibətlərin subyekti hesab edilə bilməz. Belə olan təqdirdə, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi işlədiyi müəssisəyə qarşı hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.
8. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunması və iddianın təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat 9.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunması və iddianın təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
13. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 152-154-cü maddələrinə, “Inzibati icraat haqqında” Qanunun 20.2 və 28.1.1-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 217. Istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları
1. Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir.
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”: 1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsalvasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar – qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur.
26. Hazırkı iş üzrə iddiaçı ilə “xxxx” MMC arasında Əmək Məcəlləsinin tələblərinə müvafiq surətdə əmək münasibətləri olmadığından (iddiaçının xəsarət aldığı ##.##.2022-ci il tarixdə müvafiq əmək müqaviləsi bağlanmadığından) “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” iddiaçının xəsarət aldığı hadisənin araşdırılması məqsədilə tətbiq edilə bilməz.
27. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.