Məhkəmə qərarları › İş №2-1(1-8)-367/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-367/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-367/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinət və təqaüdün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş müavinət və təqaüdün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ****** nömrəli ##.##.2022-ci il tarixli vəsiqəyə əsasən, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## ###### 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd ##.##.2022-ci il tarixindən (veteran vəsiqəsinin verildiyi tarixdən) qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. “Veteran vəsiqəsi” ##.##.2022-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq gəlir vergisi üzrə azadolma və güzəştlər Mərkəzi Filialın səlahiyyətləri xaricindədir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## ##### 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı veteran vəsiqəsinin verildiyi ##.##.2022-ci il tarixindən ##.##.2019-cu il tarixli *** nömrəli Fərman əsasında müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək cari tarixədək ödənişi davam etdirilir. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən vətəndaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilməmişdir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubdan görünür ki, DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq İddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın tətbiq edilmədiyi bildirilmişdir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubdan görünür ki, DİN-in sabiq əməkdaşı İddiaçı ##.##.2006-##.##.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. ##.##.2011-##.##.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidməti yeri yenidən dəyişdirilərkən ##.##.2017-##.##.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş İddiaçı ##.##.2022-ci il tarixli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş DİN-in müvafiq komissiyasının ##.##.2022-ci il tarixli *** nömrəli protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanlarının sabiq əməkdaşlarına, Daxili Qoşunların sabiq hərbi qulluqçularına və XTPD-nin sabiq əməkdaşlarına müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi məsələsinə baxaraq, həmin döyüş əməliyyatlarında iştirak faktı müəyyən edilmiş 1991-1994-cü illərdə inzibati ərazidə xidmət etmiş Goranboy RPŞ-nin sabiq əməkdaşı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsinə (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək “2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ona ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən ödənilməsi, 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə isə ödənilməmiş müavinət və təqaüdün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-1991-ci illər ərzində Ağdam, 1991- 1995-ci ilin dekabr ayınadək isə Goranboy Rayon Polis Şöbəsində təhqiqatçı və müstəntiq vəzifələrində xidmət etmişdir. Xidmətdə olduğu müddətdə erməni qəsbkarlarına qarşı torpaqların müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İ Qarabağ müharibəsi veteranı kimi ona müavinət təyin edilmiş və həmin pul məbləği kimi əmək haqqına əlavələr edilməklə ona verilmişdir. O, 2017-ci ilin əvvəlinədək İ Qarabağ müharibəsi veteranı kimi veteran pulunu əmək haqqına əlavə edilməklə almışdır. 2017-ci ilin iyul ayından isə daxili işlər nazirinin müvafiq əmrinə əsasən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və bir neçə aydan sonra ağır xəstə olduğundan 2019-cu ilin fevral ayından daxili işlər nazirinin müvafiq əmrinə əsasən təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində işlədiyi müddətdə, yəni 2017-ci ilin iyul ayından 2019cu ilin fevral ayının 18-dək olan müddət ərzində ondan hər ay “gəlir vergisi” tutulmuş və başı xəstəliyə qarışdığına görə 2017-ci ilin əvvəlindən 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində ona müharibə veteranı müavinəti ödənilməmişdir. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya veteran vəsiqəsi ## ####### 2022-ci il verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın * nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazımdır. Belə ki veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu göstərir ki. iddiaçının istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında cavabdeh orqan ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni ##.##.2022-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ## ##### 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il #####in #-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi, sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə iddiaçının cavabdehə müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz.

10. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin Bakı İnzibati Məhkəməsinin sorğusuna verdiyi cavabdan aydın olur ki, iddiaçıya ##.##.2006- ##.##.2011-ci il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. ##.##.2011-##.##.2017-ci il tarixlərdə xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidmət yeri yenidən dəyişdirilərək ##.##.2017- ##.##.2019-cu il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti tətbiq edilməmişdir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il # ###### tarixli * nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında ## #### 2006-cı il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə müəyyən olunan müavinətlər hərbi qulluqçulara və xüsusi rütbəsi olan əməkdaşlara - onların xidmət keçdiyi orqan tərəfindən ödənilir. İddiaçıya ##.##.2011-ci il tarixdən sosial müavinəti verən inzibati orqan iddiaçının xidmət etdiyi orqan tərəfindən, yəni Daxili İşlər Nazirliyi olmuşdur. Qeyd edilən müavinət 2019-cu il ## ##### tarixli Prezidentin Fərmanından sonra təqaüd şəklində cavabdeh orqan tərəfindən, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməyə başlanılmışdır. İddiaçının mübahisələndirdiyi dövr qeyd edilən Fərmanadək ona müavinətin ödənilmədiyi dövrlərdir. Yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarından da, aydın olur ki, iddiaçıya həmin sosial müavinətin ödənişi xidmət keçdiyi orqan tərəfindən verilməli idi.

11. Bakı İnzibati Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – A.Abdullayeva).

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müharibə veteranı adı və statusuna daha əvvəldən malik olmaqla xidmət etdiyi orqanda bu imtiyazlardan istifadə etdiyindən, onun sonradan müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək üçün müraciət etməməsi əsası ilə müraciətindən imtina edilməsi inzibati orqan tərəfindən iddiaçının etimad hüququnun pozulması kimi qiymətləndirilərək onun 2017ci ildən xidməti yerini dəyişdirərək 2019-cu ilin fevral ayınadək işlədiyi müddət üzrə müharibə veteranlarına ödənilməli olan müavinəti xidmət keçdiyi orqan, 2019-cu ilin fevral ayından sonrakı dövr, yəni iddiaçının xidməti başa çatdıqdan sonra isə ödənilməmiş müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməlidir.

13. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin ona qarşı təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Həmçinin həmin qərardan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və qərarın Nazirliyə qarşı təmin olunan hissəsində ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əvəz edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə hər iki cavabdehin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ####### 2023-cü il tarixli qərarının dəyişdirilməsi, iddiaçıya ##.##.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, iddiaçıya 2019-cu ilin fevral ayından ##.##.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (sədrlik edən – X.Cəmilova, hakimlər – R.Səmədov, E.Əliyev).

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ##.##.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsi verilmiş, belə ki, məhz həmin vəsiqəyə əsasən iddiaçıya müvafiq dövrlərdə, məsələn: ##.##.2006- ##.##.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmiş, ##.##.2011-##.##.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş müharibə veteranı vəsiqəsi əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Sonuncu dəfə isə xidməti yeri yenidən dəyişdirilərkən Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə-##.##.2017- ##.##.2019-cu il tarixlərində müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir. Bu fakt hazırkı iş üzrə cavabdeh qurumun-Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə verilmiş *-**-**/*-****/**** nömrəli ## #### 2024-cü il tarixli sorğuya cavab məktubu ilə də təsdiq olunur. İddiaçının ##.##.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsinin olması ilə bağlı müvafiq sənədlər DİN tərəfindən məhkəməyə təqdim olunmasa da, bu hal iddiaçının məsuliyyət sferasına düşmür, həm də iddiaçının ##.##.2022-ci il tarixdən öncə də müharibə veteranı vəsiqəsinin olması faktı yuxarıda da qeyd olunan DİN-nin sorğuya cavab məktubu ilə də tam təsdiq olunur. İddiaçının ##.##.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsinin olması, ona buna görə xidmət etdiyi dövrlərdə vergi güzəştinin tətbiq edildiyi iş materialları ilə təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya ##.##.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilməlidir. Lakin həmin müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, sonuncunun ayrıca bank hesabı, möhürü və əsasnaməsinin olmasına baxmayaraq hazırkı iş üzrə iddiaçının irəli sürdüyü iddia tələbinin təmin olunacağı təqdirdə həmin iddia tələbi üzrə müvafiq müavinətlərin ödənilməsində müstəqil səlahiyyət sahibi olmaması, belə ki, bu səlahiyyət qanunla DİN-ə verildiyi üçün cavabdeh orqan da DİN hesab edilməli və belə olan halda məhkəmə qərarının icrasının mümkün olmayacağı nəzərə alınmamışdır. Odur ki, işin apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz olunduğu üçün məhkəmə qərarı iddiaçıya ##.##.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilərək, həmin hissədə müavinəti ödəmək öhdəliyi Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır.

18. İddiaçının “2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin DSMF-nin SÖTMF-nin üzərinə qoyulması” barədə tələbinə münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin tələbin təmin edilməsi ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, DSMF-nin SÖTMF tərəfindən ödənilməli olan müavinət və təqaüdün ödənilməli olduğu dövrü dəqiq göstərməmişdir. Belə ki, məhkəmə qərarında həmin dövr “2019-cu ilin fevral ayından sonrakı dövr” kimi göstərilsə də, bunun qeyri-müəyyən müddət olduğunu məhkəmə nəzərə almamışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçıya ona sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ##.##.2022-ci il tarixli protokol əsasında həyata keçirildiyi üçün və 2019-cu ilin fevralına qədər ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi qanunla DİN-nin vəzifəsinə aid edildiyindən bundan sonrakı dövr üzrə, yəni 2019cu ilin fevral ayından ##.##.2022-ci il tarixədək (iddiaçıya sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixədək) müavinət və təqaüdün ödənilməsi vəzifəsi DSMF-nin SÖTMF-nin üzərinə qoyulmaladır. Odur ki, məhkəmə qərarı qeyd olunan hissədə də dəyişdirilərək, iddiaçıya 2019-cu ilin fevral ayından ##.##.2022-ci il tarixədək (iddiaçıya sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixədək) müavinət və təqaüdün ödənilməsi vəzifəsi DSMF-nin SÖTMF-nin üzərinə qoyulmalıdır.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına aid hissədə ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının Daxili İşlər Nazirliyinə qarşı təmin olunan hissəsində ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “iddiaçıya ##.##.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi” hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı “iddiaçıya oğluna 2019-cu ilin fevral ayından ##.##.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində ləğv edilmiş və iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – S.Kərimov, R.Nəbizadə).

22. Qərarda iddia tələbinin qismən mümkün sayılmaması ilə bağlı qeyd olunmuşdur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli, *** nömrəli Fərmanına əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.1-1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hazırkı iddia üzrə cavabdeh qismində çıxış edən və həmin iddiaya cavab verməli olan inzibati orqan deyildir

23. Bundan başqa, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid olduğundan apellyasiya instansiyası məhkəməsi növbəti apellyasiya baxışı zamanı iddiaçıya ##.##.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi tələbinə münasibətdə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması ilə bağlı İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada yardım göstərməlidir.

24. İddia tələbinin ləğv edilərək təkrar apellyasiya baxışına qaytarılması hissəsində isə məhkəmə kollegiyası bildirmişdir ki, ##.##.2019-cu il tarixədək müharibə veteranı vəsiqəsi almış şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq sosial müavinət statuslu ödəniş ödənilməsi, müavinətin eyni zamanda vəsiqənin verildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulduğu halda 2019-cu il # ##### tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. 2019-cu il # ##### tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir.

25. Təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən verilməsi nəzərdə tutulmuşdur. Təqaüdü almaq hüququ isə şəxsin müharibə veteranı statusunu təsdiq edən vəsiqənin verildiyi tarixdir.

26. Eyni zamanda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağını və məqsədini düzgün müəyyən etməmiş, həmçinin iş üzrə materiallara əlavə olunmuş sənədlərin hüquqi təbiətini və mahiyyətini düzgün qiymətləndirməmişdir.

28. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *-B-**/*-****/**** nömrəli məktubdan görünür ki, DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq iddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi bildirilmişdir.

29. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *-B-**/*-****/**** nömrəli məktubdan görünür ki, DİN-in sabiq əməkdaşı iddiaçının ##.##.2006-##.##.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. ##.##.2011-##.##.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidməti yeri yenidən dəyişdirilərkən ##.##.2017- ##.##.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir.

30. Göründüyü kimi ## ### 2023-cü il tarixli məktubda, DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq İddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi, ##.##.2023-cü il tarixli məktubda isə DİN-in sabiq əməkdaşı iddiaçının ##.##.2006- ##.##.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəştinin tətbiq edildiyi, ##.##.2011-##.##.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edildiyi, xidməti yeri yenidən dəyişdirilərkən ##.##.2017-##.##.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilmədiyi göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan məktublardakı dəlillər arasındakı ziddiyyətin səbəbi araşdırılıb aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi zəruri araşdırma aparmadan, iddiaçıya münasibətdə veteran vəsiqəsinin hansı tarixdən verilməsi aydınlaşdırmadan, iş materiallarındakı sənədləri təhlil etmədən ##.##.2017-##.##.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi nəticəsinə gəlmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmişdir. İş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir (sədrlik edən – K.Əkbərov, hakimlər – V.Qasımov, N.Nəbizadə).

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarla iddia tələbi – “iddiaçıya ##.##.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi” hissəsində mümkün sayılmamış, işin hazırkı apellyasiya icraatı zamanı isə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilməmişdir.

34. Belə olan təqdirdə hazırda birinci instansiya məhkəməsinin qərarını – “iddiaçıya 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün öhdənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində yoxlayır.

35. İşin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu ünvanlanmış, “Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin ## ### 2023-cü il tarixli məktubunda DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq iddiaçının xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi, həmin orqanın ##.##.2023-cü il tarixli məktubda isə iddiaçının ##.##.2006-##.##.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəştinin tətbiq edildiyi, ##.##.2011-##.##.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edildiyi, xidməti yeri yenidən dəyişdirilərkən ##.##.2017-##.##.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilmədiyi göstərilmişdir. İşin obyektiv və hərtərəfli araşdırılması və məktubdakı dəlillər arasındakı ziddiyyətin aradan qaldırılması məqsədilə iddiaçıya vergi güzəştinin tətbiq edilib-edilməməsi ilə bağlı məlumatların, həmçinin iddiaçıya ##.##.2022-ci il tarixdən əvvəl müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı qərarın olub-olmaması ilə bağlı məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir.”

36. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə iddiaçıya verilmiş ##.##.2022-ci il tarixli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının ##.##.2022-ci il tarixli *** nömrəli protokolundan çıxarış məhkəməyə göndərilmişdir.

37. Göründüyü kimi, iddiaçının ##.##.2022-ci il tarixdən əvvəl müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı qərarın mövcud olması faktı öz təsdiqini tapmır.

38. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” ## ##### 2019-cu il tarixli *** nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il #####in #dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

39. Azərbaycan Respublikası Prezidentinin ““Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il ## ###### tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ##### 2019-cu il tarixli *** nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il ## ###### tarixli *** nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir.

40. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” ## ##### 2019-cu il tarixli *** nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il #####in #-dən tətbiq edilir.

41. Qeyd edilməlidir ki, qanunvericilikdə baş vermiş dəyişiklərdən sonra 2019-cu il # ##### tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir.

42. Belə ki, ##.##.2019-cu il tarixədək müharibə veteranı vəsiqəsi almış şəxslərə “Sosial müavinətlər haqqında” Qanununa müvafiq olaraq sosial müavinət statuslu ödəniş ödənilməsi, müavinətin eyni zamanda vəsiqənin verildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulduğu halda, 2019-cu il # ##### tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. 2019-cu il # ##### tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir.

43. Təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən verilməsi nəzərdə tutulmuşdur. Təqaüdü almaq hüququ isə şəxsin müharibə veteranı statusunu təsdiq edən vəsiqənin verildiyi tarixdir.

44. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz.

45. Göründüyü kimi, iddiaçı ##.##.2019-cu il tarixdən sonra ##.##.2022-ci ildə müharibə veteranı vəsiqəsi aldığından, cavabdeh tərəfindən ona həmin tarixdən etibarən təqaüd ödənilmişdir.

46. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının bu qənaətinin işin obyektiv halları ilə heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı ##.##.2006-сı ildən müharibə veteranı statusuna malik olmaqla ##.##.2017-ci il tarixədək ona vergi güzəşti tətbiq edilmişdir. Bu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin Bakı İnzibati Məhkəməsinin sorğusuna verdiyi cavabında da öz təsdiqini tapmışdır.

48. Bundan başqa, "Müharibə veteranı" vəsiqəsi (ümumiyyətlə vəsiqə), statusu müəyyən edən inzibati akt deyil, inzibati aktla şəxsə verilmiş statusu təsdiq edən sənəddir. Həmin status isə ona 2006-cı ildə verilməklə 2017-ci ilin fevral ayınadək vergi güzəşti tətbiq edilmişdir. Həmin vaxtlar müharibə veteranı vəsiqəsi verilmirdi, döyüşlər gedən ərazidə xidmət etmək və döyüş əməliyyatlarında iştirakını təsdiq edən iş yerindən verilmiş arayışın təqdim edilməsi kifayət idi və müharibə veteranı üçün müəyyən edilmiş müavinət həmin statusa malik olan şəxslərin əmək haqlarına əlavə edilirdi. Sonradan “Müharibə veteranı” vəsiqəsi verilməyə başlanılmış və həmin məsələ ilə məşğul olan inzibati orqan onu vəsiqə ilə təmin etməli idi. Çünki o, həmin imtiyazdan istifadə etdiyindən vəsiqəyə məhəl qoymamışdır. Həmçinin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərarında göstərilənləri nəinki icra etməmiş, “Sosial müavinətlər haqqında” Qanunu və habelə Ali Məhkəmənin qeyd edilən qərarını oxumadan əsassız qərar qəbul etmişdir. Halbuki yuxarı instansiya məhkəməsinin göstərişləri aşağı instansiya məhkəməsi üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərarının 52-ci bəndində göstərilmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir, yəni həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı. həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Ali Məhkəmənin İnzibati Kollegiyasının yazılı göstərişinə məhəl qoymamış və ##.##.2025-ci ildə keçirilmiş məhkəmə iclası zamanı onun Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərarının 52-ci bəndində göstərilənləri deməsinə baxmayaraq bunların heç biri iclas protokolunda əks olunmamışdır. Bu səbəbdən də o, həmin iclas protokoluna qeydlərimi etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz apellyasiya məhkəməsinin qərarına və iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

50. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; Maddə 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir

51. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli, *** nömrəli Fərmanı 2.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.1-1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

52. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

53. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ##### 2019-cu il tarixli, *** nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il #####in #-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; ...

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il #####in #-dən tətbiq edilir.

54. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

55. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün ödənilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

59. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

60. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

61. Hazırkı iş üzrə mübahisələndirilən məhkəmə qərarının predmetini “2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi” təşkil etmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişiklərdən sonra 2019-cu il # ##### tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir.

63. Belə ki, ##.##.2019-cu il tarixədək müharibə veteranı vəsiqəsi almış şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq sosial müavinət statuslu ödəniş ödənilməsi, müavinətin eyni zamanda vəsiqənin verildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulduğu halda 2019-cu il # ##### tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. 2019-cu il # ##### tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir.

64. Nəzərə alınmalıdır ki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən verilməsi nəzərdə tutulmuşdur. Təqaüdü almaq hüququ isə şəxsin müharibə veteranı statusunu təsdiq edən vəsiqənin verildiyi tarixdir.

65. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında göstərişlər qoyularaq iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilib-verilməməsi ilə bağlı məktublardakı dəlillər arasındakı ziddiyyətin səbəbinin araşdırılaraq aradan qaldırılması göstərişi qoyulmuşdur.

66. Təkrar apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda “Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin ## ### 2023-cü il tarixli məktubunda iddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi, həmin orqanın ##.##.2023-cü il tarixli məktubda isə iddiaçının ##.##.2006-##.##.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əmək haqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəştinin tətbiq edildiyi, ##.##.2011-##.##.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edildiyi, xidməti yeri yenidən dəyişdirilərkən ##.##.2017-##.##.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilmədiyi” göstərilmişdir.

67. Bundan başqa, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə iddiaçıya verilmiş ##.##.2022-ci il tarixli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının ##.##.2022-ci il tarixli *** nömrəli protokolundan çıxarış məhkəməyə göndərilmişdir.

68. Göründüyü kimi, iddiaçıya ##.##.2022-ci il tarixdən əvvəl müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlı qərarın mövcud olması faktı öz təsdiqini tapmır. İddiaçı məhz ##.##.2019-cu il tarixdən sonra ##.##.2022-ci ildə müharibə veteranı vəsiqəsi aldığından, cavabdeh tərəfindən ona həmin tarixdən etibarən təqaüd ödənilmişdir.

69. Belə olan halda işə baxmış məhkəmə kollegiyası düzgün olaraq vurğulamışdır ki, iddiaçının ##.##.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı tələbi əsassız olmuşdur.

70. Beləliklə, təkrar apellyasiya baxışı zamanı işə baxmış məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunmuş göstərişləri tam icra edərək bu istiqamətdə lazımi araşdırmalar aparmış və araşdırmanın nəticəsinə uyğun olaraq qanuni və əsaslı qərar qəbul etmişdir.

71. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar