Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-398/2026 01.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında ##.##.2018-ci il tarixdə sonuncu müayinəyə əsasən İddiaçı ##.##.2018-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ##.##.2018-ci il tarixli, *** nömrəli qərarına əsasən iddiaçı İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
3. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X3 və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. Istintaqla müəyyən edilmişdir ki, Rauf Isfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etdikləri xəstəxanalar vasitəsilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından həmin vətəndaşlara qanunsuz əmək pensiyası ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən istintaqın hazırkı mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırılmasına göstəriş verilməsi xahiş olunur. Həmin məktuba əlavə edilmiş siyahıda 92-ci sırada iddiaçı İddiaçı adı qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin ##.##.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın ödənişi ##.##.2023-cü il tarixindən dayandırılmışdır. Müraciətlə bağlı bilidirilmişdir ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən pensiya işi ilə bağlı araşdırma aparılır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin ##.##.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın ödənişi ##.##.2023-cü il tarixindən dayandırılmışdır. Təkrar müraciətlə bağlı bilidirilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən pensiya işi ilə bağlı araşdırma aparılır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “## #### 2018-ci il tarixdən əlilliyə görə təyin edilmiş və ## ###### 2023-cü il tarixdən ödənişi dayandırılmış əmək pensiyanın ödənilməsinin bərpa olunması və ## ###### 2023-cü il tarixdən bərpa olunan tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “##.##.2023-cü il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının bərpa olunması və ##.##.2023-cü il tarixdən bərpa olunan tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3-cü qrup gözdən əlildir. 2018ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədən keçirildikdən sonra ona gözdən əlil kimi müddətsiz olaraq üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Həmin əlilliyi ilə əlaqədar olaraq ona əlilliyə görə əmək pensiyası da təyin edilmişdir. 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaqı aparılan baş həkim Rauf Isfəndiyarovun cinayət işi ilə əlaqədar olaraq həmin idarəyə çağırılmış və işi aparan müstəntiq tərəfindən ifadəsi alınmışdır. Məlum olmuşdur ki, həmin dövrdə əlilliklə bağlı rəylərin verilməsində iştirak edən həkimlərdən biri haqqında cinayət işi başlanılmışdır və bu səbəbdən həmin dövrdə əlillik dərəcəsi verilmiş şəxslərin sənədləri yoxlanılır. Həmin araşdırma ilə bağlı təkrarən müayinədən keçmək üçün müstəntiqin göndərişi ilə X2 adına Milli Oftalmologiya Mərkəzinə göndərilmiş və təkrar müayinədən keçirilmişdi. Müayinənin nəticəsi olaraq ona 2018-ci ildə təyin edilmiş diaqnoz bir daha öz təsdiqini tapmış və onun əlillik sənədlərində hər hansı qanun pozuntusunun olmadığı müəyyən edilmişdir. Nəticədə həmin cinayət işi üzrə nə tərəf, nə zərərçəkmiş, nə də şahid kimi cəlb edilməmiş və iddiaçının bu cinayət işi ilə əlaqənin olmadığı aşkar edilmişdir. Buna baxmayaraq 2023-cü ilin oktyabr ayından etibarən onun əmək pensiyasının ödənilməsi cavabdeh qurum tərəfindən dayandırılmışdır. Bunun səbəbini soruşduqda cavabdeh tərəfindən bildirilmişdir ki, onun əmək pensiyası kəsilməmiş, yaxud ləğv edilməmişdir, sadəcə olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaqı aparan müstəntiqin şifahi göstərişi ilə pensiyanın ödənilməsi istintaq müddətinə müvəqqəti olaraq dayandırılmışdır. Ancaq istintaq başa çatdırılaraq cinayət işi məhkəməyə verilsə də, onun pensiyasının ödənilməsi nədənsə bərpa olunmamışdır. Nəticədə ikinci ildir ki, əmək pensiyası ala bilmir, halbuki bu pulu müalicəsi üçün xərcləyirdi. Indi isə bu pul ödənilmədiyindən əlil olaraq lazımi müalicəni ala bilmir, maddi cəhətdən korluq çəkir. Yuxarıda adı çəkilən vəzifəli şəxsin cinayət işi ilə bağlı məhkəmə işində iddiaçının adı keçmir və onun əlilliyi ləğv olunmamışdır, çünki onun əlillik sənədlərində hər hansı qanunsuzluq aşkar edilməmişdir. Buna baxmayaraq pensiyasının ödənilməsi bu günədək əsassız olaraq dayandırılmışdır. Halbuki, qeyd etdiyi vəzifəli şəxs barəsində məhkəmə işinin illərlə davam etməyəcəyinə heç kim zəmanət vermir. Eyni zamanda pensiyanın ləğvi, yaxud əlilliyin ləğv edilməsi ilə bağlı nə məhkəmənin, nə də cavabdeh qurumun hər hansı qərarı yoxdur və qanunvericiliklə iddiaçının pensiyasının dayandırılması üçün hər hansı hüquqi əsaslar da mövcud deyildir. Qeyd edilən hallarla bağlı onun tərəfindən bir neçə dəfə aidiyyəti orqanlara, o cümlədən cavabdehə yazılı şəkildə müraciətlər etmişdir. Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ## #### 2024-cü il, ## ######## 2024-cü il və ## ######## 2024-cü il tarixlərində yazılı şəkildə şablon cavablar verilərək pensiya ödənişinin ## ####### 2023-cü il tarixdən dayandırıldığı və bunun guya Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində pensiya işinin araşdırılması ilə əlaqədar olduğu bildirilmişdir. Halbuki həmin dövrdə adı çəkilən idarədə yuxarıda qeyd etdiyi vəzifəli şəxs barədə aparılan istintaq başa çatmış və materiallar məhkəməyə göndərilmişdir ki, istintaq nəticəsində iddiaçının əlilliyi və pensiyasının təyin olunmasının həmin şəxsin qanunsuz əməlləri ilə əlaqəli olmadığı və qanuni şəkildə rəsmiləşdiyi öz təsdiqini tapmışdır. Nəticədə əmək pensiyasının ödənişinin bərpa olunmadığı, mübahisənin əsassız şəkildə uzandığını, cavabdehin bu problemin həllindən yayındığını və maddi durumunun ağırlaşdığını nəzərə alaraq məhkəməyə müraciət etmək və pozulmuş hüququnun tanınmasını, əmək pensiyasının ödənilməsinin bərpasını xahiş etmək məcburiyyətində qalmışdır.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17- */*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumata əsasən İddiaçı ##.##.2018-ci il tarixindən ümumi xəstəlik gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.
10. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, X3 Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.3, 308.2, 32.4,308.2, 311.3.2, 311.3.3, 312-1.1, 313, 32.4,313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ## ###### 2023-cü il tarixdə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, iş üzrə vətəndaş İddiaçı şahid qismində dindirilmişdir.
11. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim Q.Məmmədli) iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının bərpa olunması və ##.##.2023-cü il tarixdən bərpa olunan tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ##.##.2018-ci il tarixdən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik ləğv edilməmiş və dəyişdirilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumata əsasən İddiaçı ##.##.2018-ci il tarixindən ümumi xəstəlik gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Göründüyü kimi, iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilmədiyi halda cavabdeh inzibati orqan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin məktubuna əsasən ona təyin edilmiş əlilliyə görə əmək pensiyasını dayandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsində qeyd edilmişdir ki, əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının qüvvədə olmasına baxmayaraq ona təyin edilmiş əmək pensiyasının cavabdeh inzibati orqan tərəfindən dayandırılması qanunsuz olmuş və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Əlillik dərəcəsinin təyinatı zamanı iddiaçını müayinə etmiş həkimin istintaqa cəlb olunması iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın qüvvədən düşməsi anlamına gəlmir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin məktubuna əsasən X3 və qeyrilərinin cinayət əməlləri nəticəsində iddiaçı İddiaçı da daxil olmaqla 136 şəxsə qanunsuz əlillik dərəcəsinin təyin edildiyi müəyyən edilmişdir. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli *-*-***/*- ******/**** nömrəli məktubuna əsasən müvafiq cinayət əməlləri nəticəsində ümumilikdə 1.646.337,52 manat pul vəsaitinin köçürüldüyü müəyyən edilmişdir. Belə olan təqdirdə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin olduğu açıqaşkar görünür. Odur ki, siyahıda göstərilən yüzlərlə şəxsə münasibətdə ödənişlərin dayandırılması təxirəsalınmaz xarakter daşımışdır. Bildirilir ki, tərəflərindən məhkəməyə iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edilsə də, məhkəmə qeyd olunan vəsatətə münasibət bildirməmişdir. Inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
22. Işin hallarına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında ##.##.2018-ci il tarixdə sonuncu müayinəyə əsasən İddiaçı ##.##.2018-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ##.##.2018-ci il tarixli, *** nömrəli qərarına əsasən iddiaçı İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
23. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X3 və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. Istintaqla müəyyən edilmişdir ki, Rauf Isfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etdikləri xəstəxanalar vasitəsilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından həmin vətəndaşlara qanunsuz əmək pensiyası ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən istintaqın hazırkı mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırılmasına göstəriş verilməsi xahiş olunur. Həmin məktuba əlavə edilmiş siyahıda 92-ci sırada iddiaçı İddiaçı adı qeyd edilmişdir.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin ##.##.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın ödənişi ##.##.2023-cü il tarixindən dayandırılmışdır. Təkrar müraciətlə bağlı bilidirilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən pensiya işi ilə bağlı araşdırma aparılır.
25. Beləliklə, cavabdehin iddiaçıya təyin etdiyi əlilliyə görə əmək pensiyasının dayandırılmasının faktiki əsasını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin məktubu, hüquqi əsasını isə “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsi təşkil etmişdir.
26. “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə görə bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 8.1ci bəndində görə əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır.
28. Həmin Qaydanın 8.3-cü bəndinə görə əmək pensiyası ödənişinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda (Qanunun 37.8.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla), şəxs bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş formada ərizə ilə müraciət edir, həmin ərizə PAS-a daxil edilməklə onun əmək pensiyası hüququna bu Qaydanın tələbləri nəzərə alınmaqla yenidən baxılır.
29. Apellyasiya məhkəməsi cavabdehin dəlilləri ilə bağlı IPM-in 12 və 57-ci maddələrinin tələblərinə uyğun araşdırma aparmamışdır.
30. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanan məktub ## ####### 2023-cü il tarixdə imzalanmışdır.
31. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, X3 Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.3, 308.2, 32.4,308.2, 311.3.2, 311.3.3, 312-1.1, 313, 32.4,313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ## ###### 2023-cü il tarixdə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, iş üzrə vətəndaş İddiaçı şahid qismində dindirilmişdir.
32. Belə olan halda apellyasiya məhkəməsi işə baxan zaman qeyd olunan cinayət işinin sonrakı nəticəsi ilə bağlı müvafiq məhkəməyə sorğu göndərməmişdir.
33. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirməsi Qaydası”nın 4-cü bəndində əlilliyin müddətsiz müəyyən edilməsinin əsasları qeyd edilmişdir.
34. Yuxarıda qeyd olunduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işində hazırkı iş üzrə iddiaçı şahid qismində dindirilsə də, ona müddətsiz əlilliyin saxta sənədlər əsasında təyin edilməsi ilə bağlı apelyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır.
35. Bundan başqa, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin istinad edilən məktubunda ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən saxta əlillik dərəcəsinin təyin edilməsi üçün elektron göndərişlərin verilməsindən bəhs olunur.
36. Belə olan halda iddiaçı barəsində həqiqətən həmin xəstəxana tərəfindən tibbi göndərişlərin verilib- verilməməsi, həmin göndərişlər əsasında əlilliyinin müəyyən edilməsi məsələsi də araşdırılmalıdır.
37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyəti ilə bağlı araşdırma aparmayaraq maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etdiyindən, məhkəmənin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.