Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-402/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * saylı Zona Tibbi Sosial Müdafiəsi Nazirliyi * saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, ****** nömrəli arayışından görünür ki, İddiaçı # ###### 2010-cu il tarixdən # ###### 2011-ci il tarixədək “ümumi xəstəlik” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli Respublika Psixiatriya Xəstəxanasının # ###### 2019-cu il tarixli, **** nömrəli məktubundan görünür ki, # ##### 1972-ci il təvəllüdlü İddiaçı Abşeron Rayon Polis Idarəsinin 128- *****-**** saylı, # ###### 2019-cu il tarixli məktubu əsasında və təcili yardım vasitəsilə yuxarıda adı göstərilən xəstəxanaya qəbul olunmuşdur. # ###### 2019-cu il tarixdə İddiaçı bacısı oğlu ərizə ilə müraciət edərək, onun xəstəxanadan evə yazılmasını tələb etmişdir. Onun müayinə və müalicəsini ev şəraitində keçirilməsini vəd etmiş və bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Bununla əlaqədar # ###### 2019-cu il tarixdə İddiaçı xəstəxanadan evə yazılmışdır.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ## ##### 2023-cü il tarixdə qiymətləndirilmiş, “Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar. Sağ baldır sümüklərinin 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sol baldır. qamış sümüyünün yuxarı 1/3-nin köhnə qeyri-bərabər bitişmiş, orta aşağı 1/3-nin kobud dəyənəklə bitişmiş ikiqat sınıqları. Sol aşıq sümüyünün orta aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı” diaqnozu ilə ## ##### 2024-cü il tarixədək ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının # ####### 2024-cü il tarixli, *******001* nömrəli qərarından görünür ki, İddiaçı göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ##### 2024-cü il tarixindən xəstəliklə əlaqədar əllilik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin # ####### 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən xəstəliyi nəzərə alınmaqla müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, avtoqəza nəticəsində ## ###### 2010-cu il tarixdən hal-hazıradək bədəninin bir neçə nahiyyəsini əhatə edən sınıqlar səbəbindən sağlamlığını itirmişdir. Qeyd edilən xəstəliyə görə sonuncu dəfə ona ## ##### 2023-cü il tarixdə 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Növbəti əlilliyin qiymətlənməsi tarixi ## ##### 2024-cü il tarixdə təyin edilmişdir. Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar diaqnozu ilə bir neçə dəfə X4 və Ortopediya Institutunda və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında stasionar və ambulator şəraitdə müayinə və müalicə almışdır. Sumqayıt şəhər * nömrəli X5 tərəfindən U00221031XRE, Forma ** nömrəli göndərişlə sənədləri cavabdehin ünvanına göndərilmişdir. Göndərişdə xəstəliyinin əsas diaqnozu kimi “Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar. Sağ baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Deformasiyası. Sol qamış sümüyünün yuxarı 1/3-nin əyri bitişmiş sınığı. Orta, aşağı 1/3-nin kobud döyənəklə bitişmiş ikiqat sınığı” göstərilmişdir. Cavabdeh tərəfindən ## #### 2024-cü il tarixdə əlillik təyinindən imtina olunmuş, imtinaya səbəb kimi “X1 tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması. Həkimin rəyi: ağırlaşmaları dəqiqləşdirmək məqsədilə ilə ixtisaslı klinikada əlavə diaqnostik müayinə qərarı verildi” kimi göstərilmişdir. Lakin 2010-cu ildən hal-hazıra qədər yuxarıda adı çəkilən xəstəliyin daşıyıcısıdır. Cavabdeh diaqnozla ona əvvəllər də əlillik təyinindən imtina etdiyi üçün, məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2023-cü tarixli, 2-1(105) ***/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh hal-hazırda imtina etdiyi diaqnozla ona 1 il müddətinə ## ##### 2023-cü il tarixdə 3-cü dərəcəli əlillik təyin etmişdir. Hal-hazırda yuxarıda adı çəkilən xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, cavabdeh ona əlillik təyin etməmişdir.
8. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim K.Həbibova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin # ####### 2024-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən xəstəliyi nəzərə alınmaqla müvafiq əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı göndərilmiş sorğularına cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, * saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya # ###### 2010-cu il tarixdən # ###### 2011-ci il tarixədək “ümumi xəstəlik” səbəb əlaqəsilə ikinci dərəcəli əlillik, ## ##### 2023-cü il tarixdən ## ##### 2024-cü il tarixədək “Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar. Sağ baldır sümüklərinin 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sol baldır. qamış sümüyünün yuxarı 1/3-nin köhnə qeyri-bərabər bitişmiş, orta aşağı 1/3-nin kobud dəyənəklə bitişmiş ikiqat sınıqları. Sol aşıq sümüyünün orta aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı” diaqnozu, ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıda XBT kodu T02 və M24.6 olan diaqnoz xəstəliyin qiymətləndirmə üzrə əlamətlərinin araşdırılması üzrə ixtisaslaşmış həkim kimi həkim-travmatoloq çıxış etmiş, onun səlahiyyətlərinə aid olmuş, həkim travmatoloqun verdiyi arayış və izahatı əsasında iddiaçıda hər iki XBT kod olan xəstəliyin müvafiq meyarlarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan qiymətləndirmə üzrə əlamətlərinin iddiaçıda müşahidə edilmədiyi müəyyən edilmişdir. Kollegiya iddiaçıda XBT kodu R26 olan diaqnoz xəstəliyin qiymətləndirmə üzrə əlamətlərinin mövcud olub-olmamasının aydınlaşdırılması üçün bu sahədə ixtisaslaşmış həkim kimi həkim-nevropatoloq çıxış etdiyindən, məhkəmə gedişatı zamanı iddiaçı həmin ixtisaslaşmış həkimin tibbi müayinəsinə göndərilmişdir. Müvafiq həkim-nevropatoloq tərəfindən iddiaçının əyani müayinəsi həyata keçirilmiş həkim-nevropatoloq tərəfindən tibbi rəy verilmiş, həmin rəydə iddiaçıda aşkar edilmiş xəstəliyin əlamətləri və XBT kodları üzvi mənşəli emosional labil pozuntu XBT F06.6, epilepsiya XBT kodu G40, yüngül koqnutiv pozuntu XBT kodu F06.7 olan diaqnoz xəstəliklərin aşkar edildiyi qeyd edilmiş, XBT kodu R26 olan xəstəliyin əlamətləri və XBT koduna aid hər hansı məlumat tibbi rəydə əks olunmamışdır. Indiki halda ekspert rəyi, habelə həkim-travmatoloq, həkim-nevropatoloq mütəxəssisin izahatlarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçıda hazırda mövcud olan XBT kodu M24.6, T02, R26 olan diaqnoz xəstəliklərin məhz əlilliyin təyin edilməsi üçün əsas olan müvafiq Meyarlarda əks olunmuş əlamətləri aşkar edilməmiş, öz təsdiqini tapmamışdır. Hansı ki məhz həmin xəstəlik əlamətlərinin mövcudluğunun müəyyən edilməsi halı iddianının əsaslılığını müəyyən etməyə imkan verir.
13. Iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Diaqnozda göstərilən xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq məhkəmə, qeyri-obyektiv qərar qəbul edərək əsassız qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən qərəzli olmuş, obyektiv araşdırma aparmamış, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarına münasibət bildirməmişdir. Nəticədə ədalətsiz qərar qəbul edərək hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən qərardad qəbul olunmuş və məhkəmə tibbi ekspertizası keçirilməsi barədə ##.##.2025-ci ildə qərardad qəbul edilmişdir. ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyinin məzmunundan da görünür ki, iddiaçıdan XBT kodu: N65.2, T02, M24.6 diaqnoz xəstəliyinin əlamətləri stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, əyani və funksional müayinələr əsasında müəyyən edildiyindən həmin xəstəliklərdən əziyyət çəkməsi inkar edilməmişdir. Həmçinin bildirir ki, keçən müddət ərzində xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya Institutuna, Sumqayıt şəhər X6 müraciət etmiş və stasionar və ambulator şəraitdə müalicə olunmuşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1.[95] S02- Başın travmaları S09 Baş və boynun açıq yaraları T01.0 Baş və boyun nahiyəsinin sınıqları T02.0 Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər T06.0 sinirlər ilə müştərək travmaları Başın travmalarının nəticələri T90 Yumşaq toxumalarda qalmış yad cisim M79.5 Anensefaliya və buna oxşar inkişaf Q00 qüsurları Ensefalosele Q01 Mikrosefaliya Q02 Anadangəlmə hidrosefaliya Q03 Beynin digər anadangəlmə inkişaf Q04 qüsurları Spina bifida Q05 Onurğa beynin digər anadangəlmə Q06 inkişaf qüsurları Sinir sisteminin digər anadangəlmə Q07 inkişaf qüsurları Kəllə və üz sümüklərinin digər Q75 anadangəlmə inkişaf qüsurları Vegetativ (avtonom) sinir sisteminin G90 pozuntuları Hidrosefaliya G91 Toksiki ensefalopatiya G92 Qiymətləndirmə ümumi beynin mülayim pozuntuları ilə 6.1.1. 40-60 1 il baş beynin əzilməsi, kontuziyası ümumi beynin təzahür edən pozuntuları 6.1.2. 65-80 2 il ilə baş beynin əzilməsi, kontuziyası 6.1.3. baş beynin əzilməsi, kontuziyası 35 1 il psixi təzahür edən pozuntularla baş 6.1.4. 65-80 2 il beynin əzilməsi, kontuziyası vegeto-damar mülayim pozuntuları ilə 6.1.5. 40 1 il baş beynin əzilməsi, kontuziyası vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez- 6.1.6. tez baş verən paroksizmal vəziyyətlərlə 50-60 2 il (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə müddə 6.1.7. beyin maddəsində yad cismin olması 80 tsiz 6.1.8. ventrikuloperitoneal şuntlama 50 2 il anadangəlmə inkişaf qüsurlarının ağır müddə 6.1.9. 90 formalarında tsiz 6.1.10. müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativdistrofik) Hentinqton xəstəliyi G10 irsi ataksiya G11 sinir və sümük-əzələ sisteminə aid R25olan simptomlar və nişanələr R29 Qiymətləndirmə başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim 6.1.10.1. pozuntusu, piramid çatışmazlıq 35-60 1 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli 6.1.10.2. pozuntusu, piramid çatışmazlıq 65-80 2 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır müddə 6.1.10.3. dərəcədə pozuntusu, piramid 85-100 tsiz çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlilliyin təyin edilməsindən ibarət olmuşdur.
24. Işin müəyyən edilmiş hallarından görünür ki, * saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya # ###### 2010-cu il tarixdən # ###### 2011-ci il tarixədək “ümumi xəstəlik” səbəb-əlaqəsilə ikinci dərəcəli əlillik, ## ##### 2023-cü il tarixdən ## ##### 2024-cü il tarixədək “Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar. Sağ baldır sümüklərinin 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sol baldır. qamış sümüyünün yuxarı 1/3-nin köhnə qeyri-bərabər bitişmiş, orta aşağı 1/3-nin kobud dəyənəklə bitişmiş ikiqat sınıqları. Sol aşıq sümüyünün orta aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı” diaqnozu, ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının # ####### 2024-cü il tarixli, *******001* nömrəli qərarı ilə göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin təyininə əsas verən ağırlaşmaları təsdiqini tapmadığından diaqnozun təsdiqini tapmaması barədə ## ###### 2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “müvafiq həkim-nevropatoloq tərəfindən iddiaçının əyani müayinəsi həyata keçirilmiş həkim-nevropatoloq tərəfindən tibbi rəy verilmiş, həmin rəydə iddiaçıda aşkar edilmiş xəstəliyin əlamətləri və XBT kodları üzvi mənşəli emosional labil pozuntu XBT F06.6, epilepsiya XBT kodu G40, yüngül koqnutiv pozuntu XBT kodu F06.7 olan diaqnoz xəstəliklərin aşkar edildiyi qeyd edilmiş, XBT kodu R26 olan xəstəliyin əlamətlri və XBT koduna aid hər hansı məlumat tibbi rəydə əks olunmamışdır. Indiki halda ekspert rəyi, habelə həkim-travmatoloq, həkim-nevropatoloq müətəxssisin izahatlarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçıda hazırda mövcud olan XBT kodu M24.6, T02, R26 olan diaqnoz xəstəliklərin məhz əlilliyin təyin edilməsi üçün əsas olan müvafiq Meyarlarda əks olunmuş əlamətləri aşkar edilməmiş, öz təsdiqini tapmamışdır. Hansı ki məhz həmin xəstəlik əlamətlərinin mövcudluğunun müəyyən edilməsi halı iddianın əsaslılığını müəyyən etməyə imkan verir.”
26. Lakin Kollegiya apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən qiymətləndirilməli əsas sübutlardan biri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş # #### 2025-ci il tarixli, T ***/**** nömrəli ekspert rəyidir. Həmin rəyin nəticə hissəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinin Tibbi- Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə “Sumqayıt Tibb Mərkəzi” Sosial 27. tərəfindən tərtib edilmiş ## ######## 2024-cü il tarixli, U********XRE nömrəli Forma 88 göndərişində XBT-10 kodları ilə göstərilmiş əsas diaqnoz və ağırlaşmaların, o cümlədən T02 – bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, M65.2 – hər iki baldır əzələlərinin atrofiyası, M24.6 – hər iki aşıq-baldır oynağında kəskin kontraktura və R26 – hərəkətin və yerişin pozulmaları, axsama, yerişin pozulması hallarının iddiaçının stasionar müayinə və müalicəsi zamanı anamnestik, klinik, əyani və funksional diaqnostik müayinələr əsasında müəyyən edildiyi göstərilmişdir.
28. Ekspert rəyində, həmçinin həmin xəstəlik və funksional pozuntuların hazırda da iddiaçıda mövcud olmasının inkar edilmədiyi göstərilmişdir. Belə olan halda adı çəkilən ekspert rəyi iş üzrə mötəbər sübut qismində çıxış etdiyi halda, apelyasiya məhkəməsinin həkim-travmatoloq və həkim-nevropatoloq mütəxəssisin izahat və rəylərinə istinadən iddiaçının iddiasının əsassız olması qənaətinə gəlməsi qanuni və əsaslı olmamışdır.
29. Kollegiya xüsusilə qeyd edir ki, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən xəstəliklərin, onların nəticələrinin və funksional pozuntuların mövcudluğunun müəyyən edilməsi xüsusi tibbi bilik tələb edən məsələlər olduğundan, bu halların qiymətləndirilməsində məhkəmə-tibbi ekspertizasının keçirilməsi nəticəsində verilən ekspert rəyinin sübuti əhəmiyyəti xüsusi olaraq nəzərə alınmalı idi.
30. Iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş T ***/**** nömrəli ekspert rəyində iddiaçıda mübahisə predmeti olan xəstəlik və funksional pozuntuların mövcudluğu xüsusi tibbi biliklər əsasında qiymətləndirilmişdir. Bu rəy iş üzrə digər tibbi sənədlərlə, o cümlədən Forma 88 göndərişində göstərilən diaqnoz və ağırlaşmalarla da öz təsdiqini tapır.
31. Beləliklə, iş üzrə mövcud sübutlar yalnız iddiaçının keçmişdə müəyyən xəstəliklərdən əziyyət çəkməsini deyil, həmin xəstəliklərin nəticəsində yaranmış funksional pozuntuların sonrakı dövrdə də davam etdiyini təsdiq edir. Xüsusilə, R26 kodu ilə göstərilən hərəkət və yeriş pozuntusu, axsama və yerişin pozulması iddiaçının funksional vəziyyətinə birbaşa təsir edən əlamət olmaqla, onun əlilliyinin müəyyən edilməsi məsələsinin həlli baxımından hüquqi əhəmiyyət daşıyır. Nəzərə alınmalıdır ki, “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 6.1ci bölməsində
32. “baş və boyun nahiyəsinin sınıqları”, 6.1.10-cu bəndində “sinir və sümükəzələ sisteminə aid simptom və nişanələr” R25- R29 kodu altında (iddiaçıda R26 diaqnozunun mövcudluğu forma 88 göndərişi və ekspert rəyi ilə təsdiq olunur), bunun qiymətləndirməsi kimi isə 6.1.10.1-ci bəndində “başgicəllənmə, koordinasiya və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramidal çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları” əksini tapmış və həmin diaqnozun ağırlaşması halında 35-60 faiz həcmində, 1 il müddətinə əlilliyin müəyyən edilə biləcəyi təsbit edilmişdir.
33. Normativ tənzimləmənin özündən də görünür ki, şəxsdə “yerişin və durmanın pozulması” kimi funksional pozuntuların mövcudluğu əlilliyin müəyyən edilməsi baxımından hüquqi əhəmiyyətli haldır. Bu səbəbdən məhkəmə həmin əlamətin iddiaçıda faktiki olaraq mövcud olub-olmamasını və mövcud olduğu halda onun Meyarlarda nəzərdə tutulmuş funksional pozuntu ilə uyğunluğunu hərtərəfli araşdırmalı idi.
34. Bununla yanaşı, ## ######## 2024-cü il tarixli Forma 88 göndərişində ağırlaşma kimi açıq şəkildə R26 – “hərəkətin və yerişin pozulmaları, axsama yerişin pozulması ilə” açıq-aşkar qeyd edilmişdir. Bu hal ekspert rəyində də öz əksini tapmış və ekspert tərəfindən həmin diaqnozun anamnestik, klinik, əyani və funksional müayinələrin nəticələri əsasında müəyyən edildiyi bir daha təsdiqlənmişdir.
35. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin R26 kodu ilə göstərilmiş funksional pozuntunun mövcud olmadığına istinad edərək iddianı rədd etməsi barədə gəldiyi nəticə düzgün olmamışdır.
36. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən ekspert rəyinə və Forma 88 göndərişində əks olunan R26 diaqnozunun və onun ağırlaşmalarının, funksional pozuntularının iddiaçıda mövcudluğuna lazımi hüquqi qiymət verməmişdir. Bu isə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına və tətbiq edilməli olan “Əlilliyin müəyyən olunması Meyarları”nın tələblərinə uyğun olmamasına səbəb olmuşdur.
37. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməli, cavabdehin # ####### 2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən iddiaçıya 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin # ####### 2024cü il tarixli qərarı ləğv edilsin, həmin tarixdən iddiaçıya 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.