Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-403/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı X6 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, IŞIN HALLARI
1. Seriya Б ** nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktından görünür ki, İddiaçı X6 Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli, * nömrəli protokoluna əsasən xxxxlı-Sallaqxananın ərazisindən cizgidə göstərilən sərhəd daxilində 40,0 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsi verilmişdir.
2. Kürdəmir Rayon Dövlət Arxivinin ## ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ...Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli * nömrəli protokolu arxivdə aşkar edilməmişdir.
3. Cavabdeh başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamından görünür ki, üçüncü şəxs2 X1 Cəmiyyətinin istifadəsinə rayonun bələdiyyə ehtiyat fondundan 1200 ha torpaq sahəsi verilmişdir.
4. ##.##.1998-ci il tarixli aktda qeyd edilmişdir ki, “...Cavabdeh başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə rayonun bələdiyyə ehtiyat fondundan üçüncü şəxs2 ATSC-yə ayrılmış əraziyə baxış keçirtdik. Baxış zamanı “xxxx” ATSC-yə ayrılmış 1200 ha torpaq sahəsinin sərhədləri Cəmiyyətin direktoru C.Iəlilova göstərildi.” Akt Rayonun Torpaq şöbəsinin müdiri Gülbala Əsədov, mütəxəssisi Şakir Ağayev və Cəmiyyətin direktoru C.Iəlilov tərəfindən imzalanmışdır.
5. Seriya JN-284 (KOD ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna” dair Dövlət aktından görünür ki, Cavabdeh başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 1200,59 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi üçüncü şəxs2 ASC-yə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında ## ######## 1998-ci ildə 05 nömrə ilə qeydiyyata alınmışdır.
6. xxxx Xidmətinin ** saylı Ucar Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ...icarə hüququnun xxxxndə qeydiyyata alınması ilə bağlı sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktını əsas sənəd kimi təqdim etmisiniz. Bununla əlaqədar bildiririk ki, xxxx Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinin elektron məlumat bazasında və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon Şöbəsindən qəbul edilmiş arxiv sənədlərində təqdim etdiyiniz Dövlət aktı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Dövlət aktında torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları olmadığından, elektron baza xəritəsində torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. ... Həmçinin, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “xxxx” ASC-yə məxsus torpaq sahəsi ilə üstüstə düşür.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: “xxxx“ Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2022-ci il tarixli, 223620003917 mütəxəssis rəyinə əsasən, İddiaçı X6 aid “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40,0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etmək mümkün olmadı. “xxxx” ASC-yə ayrılmış torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir. ... 5-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən, İddiaçı X6 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40,0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün “xxxx” ASC-yə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Iddiaçının nümayəndəsinin naturada göstərdiyi 40,0 ha torpaq sahəsinin elektron baza məlumatlarında göstərilən “xxxx” ASC-yə məxsus olan torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edildi.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: “xxxx“ Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**- *-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı X6 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40,0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etmək mümkün olmadı. Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi 40,0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Idarənin elektron baza məlumatlarında göstərilən üçüncü şəxs2 ASC-yə ayrılmış 1498,7 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir. 2-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən, İddiaçı X6 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40,0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün torpaq sahəsinin hüquqi statusunu, hüquqi rejimini, uqodiyası, növü və təyinatını müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi 40,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. Cavabdeh başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü şəxs2 ASC-yə verilmiş 1200 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla müvafiq olaraq əkin, örüş və dinc uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. 3-cü, 4-cü və 5-ci suallar üzrə: İddiaçı X6 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40,0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40,0 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında üçüncü şəxs2 ASC-nin yerləşdiyi torpaq sahəsi olaraq göstərilən 1498,7 ha torpaq sahəsinin 37,6 ha hissəsi ilə üst-üstə düşür (sxemdə göstərilmişdir). üçüncü şəxs2 ASC Cavabdeh başçısının ## ###### 1998-ci il tarixli *** saylı sərəncamı ilə ayrılmış 1200,59 ha torpaq sahəsinin dinc uqodiyalı 127,5 ha torpaq sahəsinə ************ reyestr nömrəli çıxarış, əkin uqodiyalı 421,4 ha hissəsinə ************ reyestr nömrəli çıxarış, 21,0 ha hissəsinə ************ reyestr nömrəli çıxarış, 30,9 ha hissəsinə ************ reyestr nömrəli çıxarış əldə etmişdir və sözügedən çıxarışlarda göstərilən torpaq sahələrinin iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40,0 ha torpaq sahəsi üst-üstə düşmə mövcud deyil. üçüncü şəxs1 ##.##.2025-ci il tarixli, *- **-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, ...1-ci sual üzrə: İddiaçı X6 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktı Idarənin elektron baza məlumatlarında mövcud deyildir. Iddiaçı tərəfindən idarəyə təqdim edilmiş İddiaçı X6 aid “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında təsvir edilən cizgi yerquruluşu qaydalarına uyğun tərtib edilmədiyi üçün, həmçinin istinad nöqtələri mövcud olmadığı üçün 40,0 ha torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi 40,0 ha torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. 2-ci sual üzrə: Cavabdeh başçısının ## ###### 1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü şəxs2 ATSC-nin istifadəsinə ayrılmış 1200,59 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş Idarənin elektron baza məlumatlarında mövcud olan JN-284 (KOD ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktının yerləşmə vəziyyətinə uyğun olaraq 1200,59 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 3-cü sual üzrə: Cavabdeh başçısının ## ###### 1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü şəxs2 ATSC-nin istifadəsinə ayrılmış 1200,59 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 (KOD ********) nömrəli Dövlət aktında göstərilən plan (cizgi) idarənin elektron baza məlumatlarında mövcud olan JN-284 (KOD ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktının plan və cizgisinə uyğundur. 4-cü sual üzrə: Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40,0 ha torpaq sahəsinin 15,29 ha hissəsi Idarənin elektron baza məlumatlarında mövcud olan Cavabdeh başçısının ## ###### 1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü şəxs2 ATSC-nin istifadəsinə ayrılmış 1200,59 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 (KOD ********) nömrəli Dövlət aktında göstərilən 1200,59 ha torpaq sahəsi ilə üst-üstə düşür.
9. * saylı Ərazi Vergilər Idarəsinin ## #### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “...üçüncü şəxs2 X1 Cəmiyyəti ##.##.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi * saylı Ərazi Vergilər Idarəsində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət ##.##.2012-ci il tarixli ümumi yığıncağın qərarı ilə üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
10. Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ...Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin tabeliyində olmuş xxxxlı Sallaqxanasının bazasında üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 11.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı X2 Müəssisəsi Cavabdeh başçısının ## ###### 1992-ci il tarixli, ** nömrəli sərəncamı ilə qeydə alınmış, nizamnaməsi təsdiq edilmiş, bundan sonra müəssisə fəaliyyətə başlamışdır və vergi ödəyicisi kimi qeydiyyatdadır. Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli, * nömrəli protokoluna əsasən, Kürdəmir Rayon xxxxlı-Sallaqxananın razılığı və rəsmi məktubu ilə onun ərazisindən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün İddiaçı X6 40,0 hektar torpaq sahəsi verilmiş və torpaq sahəsi ilə bağlı seriya Б ** nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktı tərtib edilmişdir. Həmin vaxtdan mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə edilir. Torpaq sahəsi üzərində hüquqla bağlı yeni qaydada çıxarış əldə olunmamışdır. Bununla bağlı müvafiq sənədlərlə “xxxx“ Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinə müraciət olunmuş, lakin əsassız olaraq imtina edilmişdir. Halbuki, seriya Б ** nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında torpaq sahəsinin kadastr göstəriciləri və torpaq sahəsinin qaiməsi, yəni sertifikatı açıq-aydın qeyd olunmuşdur. Məsələ ilə bağlı məhkəməyə müraciət edilmiş, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya verilmiş 40,0 ha torpaq sahəsi Cavabdeh başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü şəxs2 X1 Cəmiyyətinə verilmiş 1200 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
13. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilməmişdir.
14. Şirvan Inzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs2 ASC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Şirvan Inzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) ## ######## 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs1 üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
16. Şirvan Inzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh başçısının üçüncü şəxs2 ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə ## ###### 1998-ci il tarixli, *** nömrəli sərəncamı Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli, * nömrəli qərarı ilə İddiaçı X6 verilmiş 40,0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilmişdir.
17. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli, * nömrəli protokoluna əsasən İddiaçı X6 verilmiş 40,0 ha torpaq sahəsi naturada üçüncü şəxs2 ASC-yə ##.##.1998-ci il tarixli, *** saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında göstərilən 1200 ha torpaq sahəsinin 600 ha hissəsində, yəni xxxxndə qeydiyyatdan keçməmiş, çıxarışı olmayan hissəsində üst-üstə düşür. Belə olan halda Cavabdeh başçısının üçüncü şəxs2 ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə ## ###### 1998-ci il tarixli, *** nömrəli sərəncamı Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli, * nömrəli qərarı ilə İddiaçı X2 Müəssisəsinə verilmiş 40,0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir.
18. Üçüncü şəxs üçüncü şəxs2 ASC apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat 19.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin həlli baxımından iddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin sənəd üzrə yerlərinin dəqiq müəyyən edilməsi həlledici əhəmiyyət daşıyır. Iddiaçı iddia edir ki, ona Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli, * nömrəli protokoluna əsasən verilmiş və seriya Б ** nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları sonradan Cavabdeh başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü şəxs2 X1 Cəmiyyətinə verilmiş 1200 ha torpaq sahəsi və seriya JN-284 (KOD ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşür. Torpaq sahəsi ilkin olaraq ona verildiyindən, bununla bağlı hüquqmüəyyənedici sənəd qüvvədə olduğu müddətdə digər şəxsə verilə bilməzdi. Iddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin sənəd üzrə yerlərinin dəqiq müəyyən edilməsi ilə bağlı qeyd edilməlidir ki, 3 mütəxəssis və 2 ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli * nömrəli protokoluna əsasən verilmiş və seriya Б ** nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən torpaq sahəsinin yerini sənəd üzrə müəyyən etmək mümkün deyil. Iddiaçıya torpaq ayrılan zaman qüvvədə olan (##.##.1991-ci il tarixdə qəbul edilmiş və ##.##.2001-ci il tarixədək qüvvədə olmuş) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Əksinə, Cavabdeh başçısının ## ###### 1998-ci il tarixli, *** saylı sərəncamı ilə üçüncü şəxs2 ATSC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 (KOD ********) nömrəli Dövlət aktında göstərilən plan (cizgi) idarənin elektron baza məlumatlarında mövcud olan JN-284 (KOD ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktının plan və cizgisinə uyğundur. Iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40,0 ha torpaq sahəsinin 15,29 ha hissəsi Idarənin elektron baza məlumatlarında mövcud olan Cavabdeh başçısının ## ###### 1998-ci il tarixli, *** saylı sərəncamı ilə üçüncü şəxs2 ATSC-nin istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 (KOD ********) nömrəli Dövlət aktında göstərilən 1200,59 ha torpaq sahəsi ilə üst-üstə düşür. Iddiaçı tərəfindən iddia edilən (mübahisə üzrə naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi) torpaq sahəsi ilə bağlı iddia irəli sürülməsi, yəni üçüncü şəxsə torpaq sahəsinin verilməsi barədə qərarı mübahisələndirməsi üçün onun subyektiv tələb hüququna malik olması zəruri mümkünlük şərtidir. Bunun üçün onun məhz həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun olması sübut olunmalıdır. Iddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ istisna olunur.
21. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a)kassasiya şikayətinin dəlilləri
22. Iddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd edilən dəlillər təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə iddiaçıya Kürdəmir rayon XDS-nin ## #### 1995-ci il tarixli, * nömrəli protokoluna əsasən xxxx-Sallaqxananın ərazisindən cizgidə göstərilən sərhəd daxilində 40,0 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsinin verilməsi barədə Kürdəmir Rayon Dövlət Arxivində məlumatın olmaması barədə ##.##.2024-cü il tarixli cavab məktubu ilə kifayətlənərək, digər əsas olaraq ərazi üzrə arxiv məlumatlarının Şamaxı və mərkəzi arxiv idarəsinə sorğu göndərmədən, sadəcə işdə olan bir sənədlə kifayətlənmişdir.
b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Üçüncü şəxs üçüncü şəxs2 ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “Cavabdeh başçısının üçüncü şəxs2 ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə ## ###### 1998-ci il tarixli, *** nömrəli sərəncamının Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995ci il tarixli, * nömrəli qərarı ilə İddiaçı X6 verilmiş 40,0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsinə nail olmaqdan ibarətdir.
32. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
33. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
34. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
35. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
36. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
37. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə, iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
38. Məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya Kürdəmir Rayon Xalq Deputatları Sovetinin ## #### 1995-ci il tarixli * nömrəli protokoluna əsasən verilmiş və seriya Б ** nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən torpaq sahəsinin yerini sənəd üzrə müəyyən etmək mümkün deyil. Iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40,0 ha torpaq sahəsinin 15,29 ha hissəsi Idarənin elektron baza məlumatlarında mövcud olan Cavabdeh başçısının ## ###### 1998-ci il tarixli, *** saylı sərəncamı ilə üçüncü şəxs2 ATSC-nin istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 (KOD ********) nömrəli Dövlət aktında göstərilən 1200,59 ha torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ istisna olunur.
39. Beləliklə, iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.