Məhkəmə qərarları › İş №2-1(1-8)-424/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-424/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-424/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis Idarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. 2.Iddiaçı həmin ünvanda qeydiyyatda olan Üçüncü şəxs qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Xətai Rayon Polis Idarəsinə müraciət etmişdir. 3.Cavabdeh tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna istinad edilərək müraciətin təmin edilməsindən imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Üçüncü şəxs Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 24 ünvanında yerləşən ** saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5.Iddiaçı ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, Üçüncü şəxs Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 24 ünvanında yerləşən ** saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi (mənzil) ##.##.2005-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin **/**** saylı ##.##.2024-cü il tarixli və **/**** saylı ##.##.2024-cü il tarixli vəkil sorğularına ##.##.2024-cü il tarixli, **/*-*****-** saylı və ##.##.2024-cü il tarixli, **/*-*****-** saylı cavab məktublarından görünür ki, ##.##.1966-cı il təvəllüdlü Üçüncü şəxs ##.##.2006-ci il tarixdən hazırkı vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır, onun qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. İddiaçı ##.##.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinə müraciət edərək ##.##.1966-cı il təvəllüdlü Üçüncü şəxs, özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (mənzilə) qeydiyyata düşməsinə hər hansı formada razılıq vermədiyini və sonuncunun onun məlumatı və razılığı olmadan həmin ünvana qeydiyyata düşdüyünü bildirib, ##.##.1966cı il təvəllüdlü Üçüncü şəxs, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən (mənzildən) qeydiyyatdan çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2024-cü il tarixli, 18/2 M***** saylı məktubu ilə ərizənin təmin edilməsindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq imtina edilmiş, Üçüncü şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəmüvafiq olduğu bildirilmişdir. 7.Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsi əsl cavabdeh Bakı şəhəri Xətai Rayon Polis Idarəsi ilə əvəz edilmiş və Üçüncü şəxs hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 8.Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia rədd edilmişdir.

9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 1973-cü ildə üçüncü şəxs Üçüncü şəxs atasının istifadəsinə verilmiş, bu zaman mənzildən istifadə etmək hüququ olan şəxslərin siyahısında, yəni orderdə üçüncü şəxsin adı da qeyd edilmiş, bununla da onun mənzilə istifadə hüququ ##.##.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır. Hazırda üçüncü şəxsin mübahisəli mənzilə həmin hüquqlarının hələ də mövcudluğu, o cümlədən həmin hüquqların qüvvədə olub-olmaması isə mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir. Çünki üçüncü şəxsin ** saylı mənzilə hüquqlarının olmaması ilə bağlı hazırkı iddianın faktiki əsasını mülki mübahisə təşkil edir. Belə ki, ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Belə olan halda aydındır ki, bu halların müəyyən edilməsində həmçinin inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 10.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər: H.Ağalarov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və C.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri edir. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. «Mübahisə predmeti mənzil» özəlləşdirilməmişdən əvvəl iddiaçının atasının – X1 istifadəsinə verilməsinə dair orderdə ailə üzvü kimi iddiaçının qardaşı olan hazırkı iş üzrə üçüncü şəxs – Üçüncü şəxs Etibar oğlu göstərilmişdir. Lakin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranmaması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Inzibati məhkəmə icraatı qaydasında isə iddiaçının həmin şəxs barəsində hüququna inzibati orqanının müdaxiləsinin qanuni olubolmaması məsələləri araşdırıla bilər.

TƏTBIQ EDILƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

20. Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli, ***-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə:

14. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ######## 2020-ci il tarixli Qərarı.

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qeydiyyatdan çıxarılma əsaslarının mövcud olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, kollegiya hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarından irəli gələn hüquqi yanaşmaya əsasən fiziki şəxsin qeydiyyatı onun faktiki yaşayış yeri ilə bağlı olmalı və bu qeydiyyat şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası baxımından hüquqi əhəmiyyət daşıyır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə belə məsələlərə baxılarkən hər bir konkret şəxsin mübahisəli yaşayış sahəsində faktiki yaşayıb-yaşamaması, həmin sahə üzrə istifadə hüququnun olub-olmaması mütləq araşdırılmalıdır.

30. Hazırkı iş üzrə isə mübahisə predmeti olan mənzil özəlləşdirilməmişdən əvvəl iddiaçının atasının - X1 istifadəsinə verilməsinə dair orderdə ailə üzvü kimi iddiaçının qardaşı olan hazırkı iş üzrə üçüncü şəxs - Üçüncü şəxs göstərilmişdir. Həmin yaşayış sahəsi üzərində hər hansı əmlak və ya istifadə hüququnun yaranıb-yaranmaması məsələsi hüquqi xarakter etibarilə mülki hüquq münasibətlərindən irəli gəlir.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirir ki, bu cür hüquqların mövcudluğu, xitam verilməsi və ya itirilmiş hesab edilməsi məsələləri inzibati icraatın predmeti deyil. Belə mübahisələr yalnız mülki mühakimə icraatı qaydasında araşdırılmalı və hüquqi qiymət verilməlidir. Inzibati icraat çərçivəsində isə yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanunauyğunluğu yoxlanıla bilər.

32. Bununla əlaqədar olaraq, iddia tələbinin cavabdeh inzibati orqana qarşı yönəldilməsi həmin orqanın səlahiyyətlərinin hüdudları baxımından qiymətləndirilməlidir. Qeydiyyat orqanı şəxsin yaşayış sahəsinə dair hüquqlarını müəyyən edən və ya həmin hüquqlara hüquqi qiymət verən orqan deyil. Onun funksiyası yalnız qanunla müəyyən edilmiş və artıq mübahisə doğurmayan faktlar əsasında qeydiyyat hərəkətlərini həyata keçirməkdən ibarətdir.

33. Bu səbəbdən kollegiya bildirir ki, işə baxmış məhkəmələr haqlı olaraq hesab etmişlər ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar