Məhkəmə qərarları › İş №2-1(1-8)-426/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-426/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-426/2026 16.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: icra olunan funksional vəzifənin (işin) eyniliyi; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı – ##.##.2024-cü il tarixdən, yəni 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim A.Abdullayeva) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşından, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər E.Əliyev – məruzəçi, F.Mədətli və H.Ağalarov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı mövcud olmalı; 60 yaşı tamam olmalıdır. Iddiaçının ümumi iş stajının ən azı 25 il təşkil etməsi və 60 yaşının tamam olması işin mübahisəsiz halıdır. Hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının tələb olunan müddətdən az olmasıdır. Iddiaçının güzəştli iş stajı: - iddiaçı “xxxx” Şirkətində ##.##.2007-##.##.2010-cu il tarixlərində X1 Kəməri layihəsində Mexaniki işlər üzrə Texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) peşəsində işləmişdir. Təqdim edilmiş güzəştli arayışda göstərilən işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşənin adı (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingər) və xüsusiyyətləri (Azərbaycanda X1 Kəməri boyunca çətin, açıq, isti və soyuq, qeyri-sabit, küləkli hava şəraitində, növbəli iş üsulu (gecə və gündüz vaxtında 12 saatlıq iş rejimi şəraitində) ilə yerinə yetirməsi; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olması; eyni zamanda X3, Qaz Kompressorları və Hava Kompressorları (avadanlıqların işlək vəziyyətində səsin tezliyi 100 dB-i keçir və orada işləyən zaman iki qat qulaqcıqdan istifadə olunur) olan ərazidə müxtəlif növ ölçü cihazlarına (təzyiq, tempratur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq həmçinin onların carı və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) yarımbəndinə nəzərdə tutulmuş peşələrin xüsusiyyətlərinə (Qərara edilmiş ##.##.2024-cü il tarixli dəyişikliyədək – “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər”)) uyğundur. - iddiaçı “xxxx” Şirkətində ##.##.2010-##.##.2016-cı illərdə Mexanika işləri üzrə texniki (indiki Texniki xidmət üzrə texniki (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər vəzifəsinə uyğundur)). ##.##.2018- ##.##.2021-ci illərdə - Texniki xidmət üzrə planlaşdırıcı – Sahə - (indiki Texniki xidmət üzrə mütəxəssis – Sahə (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) işləmişdir. Onun təqdim edilmiş güzəştli arayışda göstərilən işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşələrin adları Mexanika işləri üzrə texniki (indiki Texniki xidmət üzrə texniki (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər; Texniki xidmət üzrə planlaşdırıcı – Sahə - (indiki Texniki xidmət üzrə mütəxəssis – Sahə (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) və xüsusiyyətləri (Texniki xidmət üzrə mütəxəssis - tutduğu vəzifələr üzrə işləri “X2 Kəməri və Sənqəçal Terminalında” çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti), yerinə yetirir; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olur; bundan başa X5, Gas Kompressorları və Hava Kompressorlarında (hansı ki, işlək vəziyyətdə səsin tezliyi 100 dB i keçir və orada işləyən aman iki qat qulaqcıqdan istifadə olunur) olan hissəsində olan müxtəlif növ siyirtmələrə, nəzarət ölçü cihazlarına (təzyiq, temperatur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi aparır; Neftin qazdan, sudan ayrılması proseslərin gedişində istifadə olunan bütün növ NOC (təzyiq, temperatur, səviyyə, sərf ölçü, radar, nucleonic səviyyə cihazları) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi, eləcə də, su və nefti bir yerdən başqa yerlərə ötürmək üçün istifadə edilən bütün növ motorların da qulluğu bura daxildir; Texniki xidmət üzrə mütəxəssis (sahə)- 2 həftəlik texniki xidmət qrafikini tamamlamaq üçün yetərli resurslar və materialların təmin olunması; hər hansı iş başlanmamışdan öncə nəzərdə tutulmuş avadanlıq izolyasiyalarının yoxlanılmasının aparılması; yüksək prioritet təmirbərpa/nasazlıqların aradan qaldırılması işlərinin koordinasiya edilməsi və təhlükəsiz icra olunması; bütün texniki xidmət işlərinin idarə olunması standartlarına uyğun surətdə tamamlanmasının təmin olunması; texniki xidmət işlərinin tamamlanmasında BP şirkətinin və üçüncü tərəf resurslarının monitorinqinin aparılması, effektlilik və səmərəliyinin yaxşılaşdırılması və razılaşdırılmış texniki xidmət işləri qrafikinin tamamlanmasına mane olan sistem məsələlərinin həll olunması və/və ya yüngülləşdirilməsi; avadanlıqların texniki xidmət işlərinə sahə əsaslı texniki dəstək verilməsi; Kvalifikasiyanın idarə olunması üzrə X4 uyğun olaraq obyektlərə texniki xidmət texniklərinin bacarıq və səriştələrinin inkişafına və texniki xidmət üzrə texniklərin gördüyü hər hansı iş üçün minimum kvalifikasiya standartlarına cavab verməsinə dəstək verilməsi; texniki xidmət işlərinin BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətli və etibarlı şəkildə yerinə yetirilməsi.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) və (b) yarımbəndlərində nəzərdə tutulmuş peşələrin (Qərara edilmiş ##.##.2024-cü il tarixli dəyişikliyədək – “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər”) və neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidmət üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər) xüsusiyyətləri ilə eynidir. - Iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ##.##.2021-##.##.2022-ci illərdə TAR sahəsində “Nəzarətçi mexanik” vəzifəsinə işə qəbul edilmişdir. Onun işlədiyi peşənin adı (mexanik) və xüsusiyyətləri (Tikinti işləri sənəd toplusunu tərtib etmək mühəndislik sahəsinin/tələblərinin yerin yetirildiyini təsdiqləmək, yəni, dizayn və mühəndisliyin konstruktivliyi, təhlükəsizlik, iş kartlarının tərtib edilməsi, tikinti smetaları, ticarət intizamı profilləri, satıcı məlumatları, satıcı idarəçiliyi, materiallar və alətlər və s.; - bütün işləri zəruri standarta əssən həyata keçirildiyinə, bütün cizgilərə, spesifikasiyalara, təftişlərə və sertifikatlaşdırmalara ciddi şəkildə riayət edildiyinə, eləcə də, sifarişlərin bütün keyfiyyət təminatı sistemlərinə uyğun olduğunda təminat vermək; - Boru kəmərləri və NÖC sxemlərinin və digər cizhilərin Tikinti tələblərinə uyğun olaraq tərtibatına təminat vermək üçün Layihə Mühəndislik ofisi ilə əlaqə qurmaq; - Hər hansı işə başlamazdan əvvəl işçi qüvvəsinin uğursuz və qeyri-səmərəli istifadəsinə yol verməmək üçün Podratçının bütün lazımi materiallara, avadanlıqlar, ayaqaltı meydançalarına malik olduğuna təminat vermək; - Müntəzəm (gündəlik, həftəlik, aylıq) əsaslarla podratçıların tikinti işinin icra gedişinə nəzarət etmək və hesabat vermək, hər hansı məsələləri/narahatlıqları Sifarişçi və Idarəetmə qrupu qarşısında qaldırmaq; - Tikinti prosesi ilə əlaqədar bütün dəyişikliklərə nəzarət olunmasını idarə etmək/nəzərdən keçirmək; - Əsas əlaqələndirici şəxslər və Podratçılar və Təchizatçıların Tikinti obyekti üzrə nümayəndələri ilə yaxşı iş münasibətlərini qoruyub saxlamaq. Hər hansı əyani ziddiyyətləri həll etmək üçün onların inşaat metodları, planlaşdırma və prosedurları ilə hərtərəfli tanış olmaq və onların öz və məsuliyyətləri barədə tam məlumatlı olduqlarına təminat vermək) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.1-ci hissəsinin (Istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri) b) bəndində (rəhbərlər və mütəxəssislər – mexanik) nəzərdə tutulmuşdur. - Iddiaçı ##.##.2021-##.##.2021-ci il tarixlərində “xxxx” MMC-də texniki xidmət üzrə planlama mühəndisi vəzifəsində işləmişdir. Onun “xxxx” MMC şirkətində işlədiyi texniki xidmət üzrə planlama mühəndisi vəzifəsi Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” əsasən güzəştli şərtlərlə pensiya hüququ verir.

6. Apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajına münasibətdə qeyd etmişdir ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi “xxxx” LTD, BP Eksploreşn (Kaspian Si) Limited Şirkəti, “xxxx” Şirkəti və “xxxx” MMC tərəfindən verilən arayışlarla, həmçinin, iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Beləliklə də, yuxarıda qeyd edilən peşələrdə güzəştli iş stajının olduğu nəzərə alındıqda iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajına malik olduğu müəyyən olunur.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

12. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

13. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

14. Iddiaçı barəsində verilmiş arayışlar yuxarıda göstərilən tələblərə cavab verir. Belə ki, arayışlarda iddiaçının hansı tarixlərdə, hansı işlərdə işləməsi və bu işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının hansı bəndinə uyğun olduğu qeyd edilmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2-1(102)-786/2023, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *- *(***)-***/**** nömrəli və ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

15. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

16. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

17. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar