Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-434/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: qərara izah verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə “Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına izah verilməsi” barədə cavabdehin ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı ” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarı ləğv edilərək, İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsi cavabdeh Cavabdeh həvalə olunmuşdur.
5. Qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh ##.##.2024-cü il tarixli, 3- 25-4/2- ****/**** nömrəli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Məhkəmənin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının nəticə hissəsinin izah edilməsini xahiş etmişdir.
6. Daha sonra cavabdeh yenidən Bakı Apellyasiya Məhkəməsinə ##.##.2024cü il tarixli, *-**-*/*-****/**** nömrəli ərizə ilə müraciə edərək, Müdafiə Nazirliyi tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli ərizənin geri götürülmüş hesab edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına izah verilməsi ilə bağlı cavabdehin ərizəsinin geri götürülmüş hesab edilməsi və ərizə üzrə icraata xitam verilməsi qərara alınmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
8. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Məhkəmənin ##.##.2023-cü il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarının nəticə hissəsinin izah edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarın nəticəvi hissəsində iddiaçı İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmasını göstərsə də, Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ifadəsi əlavə olmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (O.N.İsmayılov sədrlik edən və məruzəçi hakimlər P.A.Hüseynov və G.A.Sevdimalıyeva) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına izah verilməsi haqqında ərizəsi təmin edilməmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir.
12. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarının nəticəvi hissəsi kifayət qədər aydın, birmənalı və icra edilməsi üçün anlaşılan formada tərtib edilmişdir. Qərarda İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi birbaşa cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur.
13. Cavabdeh ərizəsini onunla əsaslandırır ki, "Müharibə veteranı" adının verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılması proseduru mövcuddur və bu prosedurun qərarda əks olunmaması icrada çətinlik yaradır.
14. Məhkəmə kollegiyası bu arqumentlə razılaşmayaraq bildirmişdir ki, məhkəmənin üzərinə qoyduğu son öhdəlik (adın və vəsiqənin verilməsi) həmin öhdəliyə çatmaq üçün zəruri olan bütün aralıq mərhələləri (o cümlədən Nazirlər Kabineti ilə razılaşdırma, daxili komissiyanın rəyi və s.) özündə ehtiva edir.
15. Qərarın nəticəvi hissəsində prosedur ardıcıllığının hər bir addımının (məsələn: sənədin hazırlanması, məktubun yazılması, razılaşdırılması) təfərrüatlı şəkildə sadalanmaması aktın qeyri-müəyyən olması mənasına gəlmir. Əksinə, qərarın izahı adı altında icra prosedurunun texniki detallarının əlavə edilməsi hüquqi müəyyənlik prinsipini sarsıda bilər və icra prosesini ləngidə bilər.
16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə ərizədəki dəlillərlə oxşarlıq təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. ...
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, qərara izah verilməsinə dair ərizə təmin edilməlidir. Bu, aşağıdakı əsaslardan irəli gəlir.
21. Cavabdehin hazırkı ərizəsi ilə müəyyən edilir ki, “Müharibə veteranı” adının verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılması proseduru mövcuddur və prosedurun qərarda əks olunmaması icrada çətinlik yaradır.
22. Bununla əlaqədar nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarları dəyişdirilərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
23. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə “Müharibə veteranı” adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçıya münasibətdə “Müharibə veteranı” adının məhz Cavabdeh tərəfindən verildiyi təsbit edilmişdir.
25. Bununla yanaşı, həmin Əsasnamənin 2-ci hissəsinin qeydində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
26. Qeyd olunan normanın tətbiqinə münasibətdə məhkəmə qeyd edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində “Müharibə veteranı” adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə “Müharibə veteranı” adının verilməsi ilə bağlı məsələni həll edərkən Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
27. Bundan fərqli olaraq, şəxsə “Müharibə veteranı” adının verilməsindən imtina olunduqda, yəni hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Cavabdeh tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının “Müharibə veteranı” adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda, cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir.
28. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar.
29. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
30. Bundan başqa Nazirlər Kabineti ilə razılaşdırma proseduru məhkəmədən kənar hallar üçündür. Məhkəmə qərarı olduqda isə belə razılaşdırmaya lüzum qalmır.
31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən ərizə təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2-1(107) ***/**** nömrəli qərarı “iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilsin” kimi izah edilməlidir.
32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, 2-1(103)- ****/**** nömrəli qərardadı ləğv edilsin və cavabdehin ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarına aşağıdakı məzmunda izah verilsin. İddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Cavabdeh həvalə edilsin. Qərar qətidir.