Məhkəmə qərarları › İş №2-1(1-8)-440/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-440/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-440/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxxx xxxx cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, xxxx xxxx cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri bağ-bostan sahəsi kimi istifadə etdiyi 51.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ünvan 1 ünvanda yaşayan xxxx ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsinin sxemi tərtib edilərək Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin sədri, baş mühəndisi və memarı tərəfindən təsdiq edilmişdir.

2. ##.##.2006-cı il tarixli ** nömrəli qəbzdən görünür ki, xxxx tərəfindən torpaq alqısatqısı üçün ##.##.2006-cı ildə Biləcəri Bələdiyyəsinin “Kapitalbank”ın * saylı Binəqədi filialında olan hesabına 163,20 manat ödənilmişdir.

3. Cavabdeh tərəfindən xxxxya ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. xxxx (bundan sonra – “xxxx”) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarına əsasən xxxxya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpağın müəyyən edilmiş satış qiymətini ödəmiş və qanunla müəyyən edilmiş vergiləri vaxtlı-vaxtında yerli büdcəyə ödəmişdir. ##.##.2023-cü il tarixdə hüquqmüəyyənedici sənədləri ərizəyə əlavə edərək, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə rəsmi qaydada müraciət etmiş, onun müraciətinə baxılaraq ##.##.2023-cü il tarixdə *-**-*-**/*-Ə-**/**** nömrəli imtina verilmişdir. İmtinada torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci i tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilmiş, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilmişdir. Həmin təşkilat belə cavab versə də, o, cavabının əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını qeyd etmişdir. Sonuncu dəfə isə ##.##.2023-cü ildə bütün hüquqmüəyyənedici sənədləri ərizəyə əlavə edərək, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə rəsmi qaydada müraciət etdi. Onun müraciətinə baxılaraq ərizəsinə ##.##.2023-cü il tarixdə 233020613835 imtina verilmişdir. İmtinada torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci i tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilmiş, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilmişdir. Həmin təşkilat belə cavab versə də, o, cavabının əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını qeyd etmişdir. Cavabdeh təşkilatın bu məktubu imtinadır və onun imtinası qanunsuzdur, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Qanunvericilik normalarının tələblərindən müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri bələdiyyələrin qərarı hesab olunur. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi ##.##.2007-ci il tarixədək vətəndaşlara alqı-satqı yolu ilə torpağı mülkiyyətə vermək səlahiyyəti olmuş Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı əsasında xxxxya ayrılmış, torpaq sahəsinin sxemi və digər sənədlər təqdim edilmiş, xxxx tərəfindən dövlət rüsumu bələdiyyənin büdcəsinə ödənilmiş, hazırkı vaxtadək həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsindən sahibkarlıq subyekti kimi istifadə edir. xxxx məhz qanuni istifadəsinə verilmiş 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. Torpaqayırma sənədləri də hazırda qüvvədədir.

6. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında məlumat aşkar edilməmişdir. Eyni zamanda, göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə təqdim edilən cizgidə qeyd olunan perimetrik ölçülər arasında cüzi fərqlər mövcuddur. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsi 51 kv.m, faktiki 50 kv.m təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarına əsasən xxxxya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim - M.Hacıbəyova).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxxnın adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə ki, cavabdeh sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın olmamasını qeyd etsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir”.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 51.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsinin üzərində ara sərhədləri mişar daş divarla sərhədlənən qeyri-yaşayış obyekti mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahəyə digər şəxsin müraciəti olmuşdur (İbrahimov Eyvaz Qaçay oğlunun). Bundan əlavə, “xxxx” ASC-nin məlumatlarına əsasən sahə bütövlüklə mühafizədə yerləşir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin ##.##.2025ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyində qeyd edilənə əsasən, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 51.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsinin üzərində ara sərhədləri mişar daş divarla sərhədlənən qeyri-yaşayış obyekti mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahəyə digər şəxsin müraciəti olmuşdur (İbrahimov Eyvaz Qaçay oğlunun). Bundan əlavə, “xxxx” ASC-nin məlumatlarına əsasən sahə bütövlüklə mühafizədə yerləşir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər P.Hüseynov – məruzəçi, G.Sevdimalıyeva və O.İsmayılov).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, “....qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Qeyd olunan bələdiyyə qərarı və onunla əlaqədar olan sənədlər xxxx tərəfindən cavabdehə təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən həmin bələdiyyə qərarının və ayrılmış torpaq sahəsinin təsdiq edilmiş sxeminin arxivdə saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan bələdiyyə qərarı və onunla əlaqədar olan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, xxxx etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. xxxx ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş, ondan təyinatına uyğun istifadə etməyə başlamış və bu, hazırda da davam edir. Təqdim edilən sənədlərin qeyri-mötəbərliyi ilə bağlı hər hansı bir sübut və dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan bələdiyyə qərarı və onunla bağlı sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılır və arxiv nüsxələrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan qərara uyğun olaraq torpaq sahəsinin sxemi tərtib edilərək yerində müəyyən edilmiş və xxxxya təqdim edilmiş, həmin torpaq sahəsinə görə müəyyən edilmiş məbləğ xxxx tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. O da qeyd edilməlidir ki, həmin torpaq sahəsi qeyd olunan qərara əsasən xxxxya ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də xxxxnın qanuni istifadəsindədir. Müvafiq torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluq olsa belə, bu, xxxxdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyində torpaq sahənin dövlət mülkiyyəti torpağı olması göstərilsə də, bununla bağlı hər hansı sübuta istinad olunmamış və rəy əsaslandırılmamışdır, yalnız ekspert tərəfindən cavabdehin mütəxəssis rəyinə istinad olunmaqla kifayətlənilmişdir. Cavabdeh isə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, qeyd olunan bələdiyyə qərarına uyğun olaraq torpaq sahəsinin sxemi tərtib edilərək yerində müəyyən edilmiş və xxxxya təqdim edilmiş, həmin torpaq sahəsinə görə müəyyən edilmiş məbləğ xxxx tərəfindən bələdiyyənin hesabına ödənilmişdir, həmin sənədlər isə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmçinin torpaq sahəsinin xxxx məlumatlarına əsasən bütövlüklə mühafizədə yerləşməsi qeyd olunsa da, bununla bağlı da sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, xxxxnın üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən xxxxya ayrılmışdır, torpaq sahəsi naturada ayrılaraq ona verilmişdir, uzun müddətdir onun istifadəsindədir və həmin sənədlər hazırda qüvvədədir. xxxx ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan lazımi tədbirlər həyata keçirmişdir. Eyni zamanda xxxx tərəfindən məhkəməyə təqdim edilmiş qeyd olunan torpaq sahəsinin təsdiq edilən sxemində «xxxx» SC-nin X2 və Kanalizasiya Sistemlərinin İstismarı Sahəsinin baş mühəndisi İ.Kərimov tərəfindən imza və möhürlə təsdiq edilmişdir ki, qeyd olunan sahədən Biləcəri su-kanala məxsus su və kanalizasiya xətləri keçmir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar Beləliklə, cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan xxxxya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin müraciətinin olduğunu qeyd etdiyi digər şəxs İbrahimov Eyvaz Qaçay oğlu isə xxxxnın nümayəndəsi qismində məhz həmin bələdiyyə qərarına əsasən qeydiyyatın aparılması üçün cavabdehə müraciət etmişdir”.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassator qeyd etmişdir ki, göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə təqdim edilən cizgidə qeyd olunan perimetrik ölçülər arasında cüzi fərqlər mövcuddur. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsi 51 kv.m, faktiki 50 kv.m təşkil edir. Əlavə olaraq, xxxx məlumatına əsasən sahə bütövlükdə mühafizədə yerləşir. Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında məlumat aşkar edilməmişdir. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6cımaddəsinin

16. 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

17. Məhkəmə tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması, həmçinin dəqiq yerləşməsi və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı tam araşdırma aparılmamışdır.

18. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

21. ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2016-cı il tarixli qərarı.

22. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı ilə xxxxya ayrılmış 51 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı iş üzrə xxxxnın tələbi Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarına əsasən xxxxya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarına istinad etməklə torpaq sahəsi ilə bağlı alqı-satqı aktının və Memarlıq və Arxitektura şöbəsinin rəyinin xxxx üçün bilavasitə hüquqi nəticə yaratmaması, inzibati akt xüsusiyyətinə malik olmaması və inzibati aktın qəbul edilməsinə yardım etməsi ilə bağlı mövqeyi ilə razılaşır və bildirir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, öz təbiəti etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz.

17. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin imtina dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh xxxxya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin müraciətinin olduğunu qeyd etdiyi digər şəxs İbrahimov Eyvaz Qaçay oğlu isə xxxxnın nümayəndəsi qismində məhz həmin bələdiyyə qərarına əsasən qeydiyyatın aparılması üçün cavabdehə müraciət etmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və xxxxnın hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının qanunazidd olması və xxxxnın hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi xxxxnın, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar