Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-442/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddət ötürülməklə verilmiş apellyasiya şikayətinin mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər X1, X2, Üçüncü şəxs, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ***E saylı sahə; Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən və Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- **/**** saylı qətnaməsi ilə 100.0 kv.m olaraq müəyyənləşdirilən hissənin naturada ayrılaraq İddiaçı (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs naturada ayrılmış sahəyə bitişik olmayan hissədən) verilməsi qət edilmiş hissəyə mülkiyyət hüququna dair ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdeh Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə həvalə olunmasını xahiş etmişdir.
2. Bakı Inzibati Məhkəməsinin müvafiq qərardadları ilə Üçüncü şəxs, nümayəndə1, X1, X2, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
3. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə nümayəndə1 hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) ## ######## 2025-ci il tarixli, *- *(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ***E saylı sahə; Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə 100.0 kv.m olaraq müəyyənləşdirilən hissənin naturada ayrılaraq İddiaçı (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs naturada ayrılmış sahəyə bitişik olmayan hissədən) verilməsi qət edilmiş hissə üzərində mülkiyyət hüququna dair ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdeh Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır.
5. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya instansiyası məhkəməsində icraat zamanı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: F.İ.Mədətli /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və E.Ə.Əliyev) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi nümayəndə1 “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olundu ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi nümayəndə1 elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin gündən başlayaraq 30 gün olmaqla şikayət vermə üçün son müddət ##.##.2025-ci il tarixi olmasına baxmayaraq, apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Üçüncü şəxsin nümayəndəsi apellyasiya instansiyasına prossesual müddətin bərpa edilməsinə dair ərizə versə də, lakin 30 günlük prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutları ərizəyə əlavə etməmiş və məhkəmə iclasında da məhkəmə kollegiyasına təqdim etməmişdir.
7. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
8. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli, *-*(***)- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarları, həmçinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadları).
13. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərarını üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi nümayəndə1 elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin gündən başlayaraq 30 gün olmaqla şikayət vermə üçün son müddət ##.##.2025-ci il tarixi olmasına baxmayaraq, apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş mübahisələndirilən məhkəmə qərarından 30 günlük şikayət verilmə müddəti ötürülmüşdür. Həmçinin, üçüncü şəxsin nümayəndəsi apellyasiya instansiyasına prossesual müddətin bərpa edilməsinə dair ərizə versə də, prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən üçüncü şəxs üçün əlçatan və bəlli olmuşdur.
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.