Məhkəmə qərarları › İş №2-1(1-8)-449/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-449/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-449/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: mənzil növbəsinə götürülmə; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. İddiaçı ##.##.2023-cü il tarixdən 2 il müddətinə 2-ci dərəcə gözdən əlillik təyin edilmişdir.

2. Iddiaçı yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunması üçün Bakı şəhəri Cavabdeh müraciət etmiş, cavabdeh ##.##.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Imtinaya əsas kimi qeyd edilmişdir ki, “...2022-ci ildə adına rəsmiləşdirilmiş Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 43, mənzil 25, 2017-ci ildə adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 4 sayiı fərdi yaşayış evi (6 otaq, ü/s 196,9 kv.m, y/s 90 kv.m, yerləşdiyi 0,04 ha torpaq sahəsi) və 2024- cü ildə adına rəsmiləşdirilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ ilə ailə üzvünüz olan övladınız X2 məxsus olduğundan mənzil növbəsinə qəbul edilməyiniz üçün hüquqi əsas yoxdur.”.

3. * saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli “Ailə tərkibi haqqında” Arayışdan müəyyən edilir ki, iddiaçının ailə tərkibi bir nəfər oğlu X2r.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, iddiaçının ailə üzvü olan oğlu X2 adına Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, * saylı fərdi yaşayış evi (6 otaq), Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən mənzil dövlət reyestrində qeydə alınmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 16 A-ailəvi yataqxanada 30 ildən çoxdur ki, qeydiyyatdadır. Qeydiyyatda olduğu ünvanda onun mənzili yoxdur və olmayıb. Ümumiyyətlə evi yoxdur, olması üçün də bütün cəhdləri heç olub. II qrup gözdən əlildir, 5 ildən artıqdır ki, görmə məhdudiyyəti ilə klinikalarda müalicələrdə qalmışdır. Ən ağır diaqnoz altında çoxsaylı cərrahi əməliyyatlar keçirmişdir. Davamlı olaraq gözlərinə iynələr vurulur. Prezidentin ##.##.2019-cu il tarixli sərəncamına əsasən mənzillə təmin olunmaq məqsədilə, gözdən əlil olaraq güzəştli mənzil növbəsinə dayanmaq üçün 2024-cü ilin avqust ayında Bakı Şəhəri Cavabdeh ərizə ilə müraciət etmiş, ərizəyə cavab olaraq çatışmayan və təqdim etmədiyi daha 2 sənəd istənilmişdir. O, həmin sənədləri də hazırlayıb yenidən ərizə ilə müraciət etmiş, lakin imtina olunmuşdur. Mənzil növbəsinə götürülməməyinin əsası oğlunun adında əmlak olması göstərilmişdir. Halbuki o, ümumiyyətlə oğlu ilə yaşamır, bacısının evində, bacısının köməkliyi ilə yaşayır. Fiziki iş görməklə yanaşı xəstəliklərindən dolayı da problemləri var deyə əlavə köməyə və qayğıya ehtiyac duyur. Oğlunun əmlakının isə ona heç bir aidiyyəti yoxdur. Bu gün ağır durumda yaşayır. Bacısının evi də uçulub dağılıb, istəyən gəlib yerində komisyon yoxlama keçirə bilər. 30 ildən artıq müddətdə yataqxanada qeydiyyatda olmağı, həmin yataqxanada mənzilinin olmaması, II qrup gözdən əlil olması kifayətdir ki, güzəştli mənzil növbəsinə götürülərək mənzillə təminatına imkan verilsin. Bakı Şəhəri Cavabdeh 2025-ci ilin yanvar ayında qəbulda da olmuş, lakin oğlunun adına daşınmaz əmlakın olduğunu bir daha vurğulamışlar. Bu nə yanaşmadır anlaya bilmir, ədalətsizlik olduğuna əmindir. Odur ki, məhkəməyə müraciət etməkdən başqa yolu yoxdur.

7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ailə tərkibi bir nəfər oğlu X2r. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, iddiaçının ailə üzvü olan oğlu X2 adına Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, * saylı fərdi yaşayış evi (6 otaq), Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən mənzil dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmur. Iddiaçı oğlu ilə birlikdə yaşamamasını və bacısı ilə birlikdə yaşamasını qeyd etsə də, bu fakt onun oğlu olan X2 xüsusi mülkiyyət hüququ ilə fərdi yaşayış evi və torpaq sahəsinə sahib olması faktını dəyişmir. Iş materiallarında müəyyən edilir ki, iddiaçının yeganə ailə üzvü oğludur və iddiaçının oğlu subaydır. Iddiaçı oğlunun mülkiyyətində olan daşınmaz əmlaklardan istifadə hüququnun olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, sosial müdafiəyə ehtiyacı olan şəxs sayılmasını sübuta yetirməmişdir.

9. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: V.Qasımov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Iddiaçı kassasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 16 A-ailəvi yataqxanada 30 ildən çoxdur ki, qeydiyyatdadır. Qeydiyyatda olduğu ünvanda mənzili yoxdur və olmayıb. Ümumiyyətlə evi yoxdur, olması üçün də bütün cəhdləri heç olub. II qrup gözdən əlildir. 5 ildən artıqdır ki, görmə məhdudiyyəti ilə klinikalarda müalicələrdə qalmışdır. Ən ağır diaqnoz altında çoxsaylı cərrahi əməliyyatlar keçirmişdir. Davamlı olaraq gözlərinə iynələr vurulur. Prezidentin ## #### 2019-cu il tarixli sərəncamına əsasən mənzillə təmin olunmaq məqsədilə, gözdən əlil olaraq güzəştli mənzil növbəsinə dayanmaq üçün 2024-cü ilin avqust ayında Bakı şəhəri Cavabdeh ərizə ilə müraciət etdi, ərizəyə cavab olaraq çatışmayan və təqdim etmədiyi daha 2 sənəd istənildi. Onları da hazırlayıb yenidən ərizə ilə müraciət etdi. Lakin imtina olundu. Mənzil növbəsinə götürülməməyinin əsası oğlunun adında əmlak olması göstərildi. O, ümumiyyətlə oğlu ilə yaşamır. Bacısının evində, bacısının köməkliyi ilə yaşayır. Fiziki iş görməkdə yanaşı xəstəliklərindən dolayı da problemləri var deyə əlavə köməyə və qayğıya ehtiyac duyur. Oğlunun əmlakından isə ona heç bir aidiyyatı yoxdur. Bu gün ağır durumda yaşayır. Bacısının evi də uçulub dağılıb. Istəyən gəlib yerində komisyon yoxlama keçirə bilər. 30 ildən artıq müddətdə yataqxanada qeydiyyatda olmağı, həmin yataqxanada mənzilinin olmaması, II qrup gözdən əlil olmağı kifayətdir ki, güzəştli mənzil növbəsinə götürülərək mənzillə təminatına imkan verilsin. Cavabdeh 2025-ci ilin yanvar ayında qəbulda da olmuşdur. Lakin oğlunun adına daşınmaz əmlakın olduğunu bir daha vurğuladılar. Mənzil növbəsinə götürməyi belə ona çox görən Icra Hakimiyyəti mənzillə özü təmin etmiş olsaydı necə olardı görəsən, Mənzillə təmin edən orqan Əmək və Əhalinin Sosial Təminatı Nazirliyidir. Belə çıxır ki, Prezident bu Fərmanı tənha adamlar üçün verib. Bu nə yanaşmadır anlaya bilmir. Ədalətsizlik olduğuna əmindir. Çünki Prezidentin məlum sərəncamında (## #### 2019-cu il tarixli sərəncamı) belə bir ifadə yoxdur ki, yaxın qohumların adında əmlak varsa növbəyə götürülməsin. Doğrudur, Inzibati Məhkəmənin qərarında qeyd edilib ki, ona əlillik 2 illik verilib. Bu doğrudur. Bu ilin dekabr ayında o, yenidən Tibbi Ekspertizadan keçməlidir. Amma diaqnozu çox ağırdır və geri dönüşü olmayan xəstəliklər siyahısındadır. Az öncə cənab X1 də bu barədə sərəncamı oldu. Birmənalı olaraq geri dönüşü olmayan xəstəliklərə əlillik təyinatı müddətsiz- yəni ömürlük veriləcək. X1 ## #### 2019-cu il tarixli Sərəncamı ölkəmizdə gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin mühüm istiqamətlərindən biri də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Belə bir humanist Sərəncamın icrası dövlət orqanları üçün prioritet olmalı, heç bir süründürməçiliyə və əngələ yol verilməməlidir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu (##.##.2018-ci ilədək qüvvədə olan):

43. əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə II və III qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

15. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu: 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1. əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

16. "Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə: 4.6.9. Əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. 6.8. Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

22. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərardad qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsinə nail olmaqdan ibarətdir.

25. Işin hallarına əsasən qeyd edilməlidir ki, iddiaçıya ##.##.2023-cü il tarixdən 2 il müddətinə 2-ci dərəcə gözdən əlillik təyin edilmişdir.

26. Daha sonra iddiaçı yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “...2022-ci ildə adına rəsmiləşdirilmiş Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 43, mənzil 25, 2017-ci ildə adına rəsmiləşdirilmiş Abşeron rayonu. Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 4 sayiı fərdi yaşayış evi (6 otaq, ü/s 196,9 kv.m, y/s 90 kv.m, yerləşdiyi 0,04 ha torpaq sahəsi) və 2024- cü ildə adına rəsmiləşdirilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ ilə ailə üzvü olan övladı X2 məxsus olduğundan mənzil növbəsinə qəbul edilməyi üçün hüquqi əsas yoxdur.

27. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “ iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının yeganə ailə üzvü ##.##.2003-cü il təvəllüdlü (22 yaş) oğlu X2r. X2 hazırda subaydır və onun mülkiyyətində Bakı şəhərində mənzil, Xırdalan şəhərində fərdi yaşayış evi və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Iddiaçı oğlunun mülkiyyətində olan daşınmaz əmlaklardan istifadə hüququnun olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, sosial müdafiəyə ehtiyacı olan şəxs sayılmasını sübuta yetirməmişdir.”

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Kollegiya ilk növbədə bildirir ki, iddiaçı gözdən əlildir və bununla əlaqədar xüsusi müdafiəyə ehtiyacı olan şəxslər kateqoriyasına daxildir. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və onların cəmiyyət həyatında digər şəxslərlə bərabər əsaslarla iştirakının təmin edilməsi dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Bu baxımdan, əlilliyi olan şəxslərin, o cümlədən görmə qabiliyyətini itirmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması və mənzil hüquqlarının təmin edilməsi məsələsinə yalnız ümumi mənzil qanunvericiliyi çərçivəsində deyil, həmçinin əlilliyi olan şəxslərin sosial müdafiəsini və onların xüsusi hüquqlarını müəyyən edən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla qiymət verilməlidir.

30. Məhkəmələr tərəfindən istinad olunan normativ hüquqi aktlardan da müəyyən edilir ki, əlilliyi olan şəxslərin müəyyən edilmiş şərtlər daxilində mənzil təminatı ilə bağlı güzəştlərdən və üstünlüklərdən istifadə etmək hüququ mövcuddur. Bu səbəbdən, iddiaçının gözdən əlil olması faktı onun mənzil növbəsinə götürülməsi ilə bağlı tələbə hüquqi qiymət verilərkən əhəmiyyətli hüquqi hal kimi nəzərə alınmalı idi.

31. Lakin məhkəmələr tərəfindən iddiaçının əlillik statusunun nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi barədə tələbinin mahiyyəti və bu tələbin hüquqi əsasları lazımi qaydada araşdırılmamışdır. Belə ki, iddiaçı özünə münasibətdə əlil olunmasının nəzərə alınaraq mənzil növbəsinə götürülməsini tələb etsə də, işə baxmış məhkəmələr istinad olunan normativ hüquqi aktların müddəalarını tətbiq etməklə, iddiaçının əlillik statusuna əsasən mənzil növbəsinə götürülməsini tələb etmək hüququnun mövcud olubolmadığını müəyyən etməli olduqları halda, cavabdeh orqanın verdiyi imtinanın dəlilini sadalamaqla kifayətlənmişlər. Nəticə etibarilə iddiaçının əlilliyi olan şəxs qismində mənzil növbəsinə götürülməsinin mümkünlüyü məsələsi işə baxmış məhkəmələr tərəfindən müzakirə olunmadan iddiası rədd edilmişdir.

32. Bu baxımdan işin təkrar apelyasiya baxışı zamanı iddiaçının gözdən əlil şəxs kimi özünə münasibətdə mənzil növbəsinə götürülməsi üçün yuxarıda sadalanan qanunvericilik aktları nəzərə alınmaqla hüquqi əsasın mövcud olub-olmaması əsasları yoxlanılmalı və yalnız bu hal yoxlanıldıqdan sonra iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir.

33. Kollegiya onu da nəzərə alır ki, iddiaçının tələbinin təmin olunmasından cavabdeh qurum imtina edərkən istinad etdiyi hal- iddiaçının yeganə ailə üzvünün adına daşınmaz əmlakların olması faktı iddianın əsassız sayılması və onun rədd edilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz.

34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar