Məhkəmə qərarları › İş №2-1(1-8)-459/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-459/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-459/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi; subyektiv hüququn olmaması; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək üçüncü şəxs1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.JN-134A kod ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** nömrəli qərarı əsasında 0.41 ha torpaq sahəsi Şərur rayon Qabıllı kənd sakinləri üçüncü şəxs1, X4, X10, üçüncü şəxs5 və üçüncü şəxs4 mülkiyyətinə verilmişdir. 2.Qıvraq kəndinin 1986-1990-cı illərə dair * №-li təsərrüfatbaşına kitabda təsərrüfat başçısı üçüncü şəxs1 olduğu təsərrüfatda X6 (qardaşı), X2 (qardaşı arvadı), X7 (qardaşı qızı) və X5 (qardaşı oğlu) adları qeyd edilmişdir. 3.Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ## ###### 2024-cü il tarixli, **/*** nömrəli məktubunda qeyd olunur ki, Kəngərli rayonu, Qabıllı kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçı3 və ailə üzvlərinin adları qeyd edilməmiş və kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadələrində həyətyanı torpaq sahəsi uçota alınmamışdır. Kəngərli rayonu, Qabıllı kəndində yerləşən, iddia olunan 4052,3 m2 həyətyanı torpaq sahəsi üçüncü şəxs1 və ailə üzvlərinin adına qeydiyyata alınmış, onların adına JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 4.Kəngərli rayon Dövlət Arxivinin ## ###### 2024-cü il tarixli, ** nömrəli arxiv arayışında qeyd olunur ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Qıvraq (Qabıllı) kəndinin 1986-1990, 1991-1995, 1996-2000, 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 adlarına rast gəlinmədi. Lakin Qıvraq (Qabıllı) kəndinin 1986-1990-cı illərə aid * №-li təsərrüfatbaşına kitabında təsərrüfat başçısı üçüncü şəxs1 olduğu təsərrüfatda X8, X3, X9 və X5 adları və 1975-ci ildə tikilmiş sahəsi 42 m² olan otaq qeyd edilmiş, lakin torpaq sahəsi qeyd edilməmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində birinci icraat 5.Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN***A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək üçüncü şəxs1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 da mülkiyyət hüquqları qeydə alınmaqla hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 0.41 ha həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** nömrəli qərarı əsasında üçüncü şəxs1, X4, X10, üçüncü şəxs5 və üçüncü şəxs4 verilməsi barədə JN-134A KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək həmin torpaq sahəsi üzərində iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 da mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsini tələb edirlər. Iddiaçıların tələbi ilə bağlı qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici sənədlərə əsasən aparılmış qeydiyyatın dəyişikliyi və ya ləğvi tələb oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi Şərur Rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** nömrəli qərarı əsasında verilmiş və mübahisənin predmetini təşkil edən JN-134A KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddiaçılar, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə və ya dəyişikliyinə nail olmalı idilər. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. 7.Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş və iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN***A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək üçüncü şəxs1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 da mülkiyyət hüquqları qeydə alınmaqla şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olaraq müəyyən edilmişdir. 8.Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmiş, iddia tələbi dəqiqləşdirilərək, iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-***A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək üçüncü şəxs1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olaraq müəyyən edilmişdir. 9.Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə üçüncü şəxs1, X4, X10, üçüncü şəxs5 və üçüncü şəxs4 işə üçüncü şəxs qismində cəlb edilmişdirlər (zəruri cəlbetmə).

10. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək üçüncü şəxs1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində iddiaçı3, iddiaçı2, iddiaçı4 və iddiaçı1 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. 11.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı4, iddiaçı1, iddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəmə tərəfindən yardım edilmiş, iddianın mümkünlüyü ilə bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddianın mümkünlüyü məsələsinin müzakirə ediləcəyi diqqətə çatdırılmışdır. Məhkəmənin yardım məktubu məlumat üçün cavabdeh inzibati orqana və üçüncü şəxslərə də ünvanlanmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. IPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış edərək iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırsa da, məktubda qeyd olunan hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirilməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxmışdır. 12.Iddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, # #### 2025-ci il tarixli qərardadı ilə (hakimlər: S.Novruzov - sədrlik edən və məruzəçi, Y.Qurbanov və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 15.Iddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

c) kassasiya instansiyası məhkəməsində birinci icraat 16.Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən və məruzəçi, S.Vəliyev və S.Kərimov) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının ## #### 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: S.Novruzov - sədrlik edən və məruzəçi, Y.Qurbanov və M.Həsənov) iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 19.Iddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu işdə iddiaçılar JN-134A şəhadətnaməsinə düzəliş, öz adlarının əlavə edilməsini və çıxarış verilməsini tələb edirlər. Bu tələb - düz və ya səhv olmasından asılı olmayaraq - hüquqi mübahisə predmetidir, “subyektiv hüquq yoxdur” deyib qeyri-mümkün sayıla bilməz. Şikayət edilən qərardadda məhkəmə iddianın mümkünlüyünü əsas gətirməklə, iddiaçıların guya “subyektiv hüquqa malik olmamasını” iddianın mümkün sayılmamasına əsas kimi götürmüşdür. Halbuki iddiaçıların tələbi mahiyyətcə hüquqi faktların düzgün müəyyənləşdirilməsi, hüquqmüəyyənedici sənədlərin doğru tərtib edilməsi, reyestr məlumatlarında düzəliş edilməsi, iddiaçıların hüquqlarının dövlət qeydiyyatında nəzərə alınması kimi məsələlərdən ibarətdir və bu tələblərin həlli üçün işin mahiyyət üzrə araşdırılması tələb olunur. Məhkəmə isə “mümkünlük” mexanizmini tətbiq etməklə işin mahiyyətini araşdırmaqdan yayınmış, nəticədə iddiaçıların hüquqlarının səmərəli müdafiə imkanını aradan qaldırmışdır. Bu yanaşma inzibati məhkəmə icraatının məqsədinə, habelə şəxsin məhkəməyə çıxış və hüquqlarının müdafiəsi prinsipinə ziddir. Məhkəmə sübutların təhrif olunması və sənəd dövriyyəsində pozuntu ehtimalını da araşdırmamışdır. Iş üzrə faktiki hallar göstərir ki, iddiaçıların istinad etdiyi təsərrüfat kitabları ilə bağlı materiallarda ciddi uyğunsuzluqlar mövcuddur. Xüsusilə məhkəməyə göndərilməli olan kitabların birinin ümumiyyətlə göndərilməməsi, iddiaçıların adlarının olduğu səhifənin cırılması və məhkəməyə göndərilməyən təsərrüfat kitabına yerləşdirilməsi kimi hallar sübutların etibarlılığına və onların qiymətləndirilməsinə birbaşa təsir edir. Məhkəmə bu cür halları araşdırmalı, sənədlərin mənşəyini və bütövlüyünü qiymətləndirməli, zəruri hallarda arxivdən, komissiyadan və digər orqanlardan orijinal materialların tələb edilməsini təmin etməli idi. Lakin məhkəmə bu məsələləri araşdırmadan iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir ki, bu da düzgün hesab edilə bilməz. Iddiaçıların göstərdiyi kimi, mübahisəli həyətyanı sahədə iki ayrı ev mövcud olmuşdur. 1 ev bir ailəyə, 2-ci ev digər ailəyə məxsus olmuşdur. Bu fakt torpaq bölgüsünün və ailə təsərrüfatının subyekti məsələsinin qiymətləndirilməsi baxımından əsaslıdır. Əgər torpaq reallıqda iki ailənin istifadəsində olmuşsa, aqrar islahat dövründə tərtib edilmiş sənədlərdə yalnız bir ailənin “subyekt siyahısı”nda göstərilməsi mübahisə predmetidir və mahiyyətcə araşdırılmalıdır. Məhkəmə isə həmin faktiki halı lazımi şəkildə müəyyən etməmiş, işə formal yanaşaraq iddianın mümkün sayılmaması ilə kifayətlənmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ 21.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarı. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar; Bənd 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 23.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 27.Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 28.Iş materialları ilə təsdiq olunur ki, mübahisəli torpaq sahəsi Şərur Rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli ** nömrəli qərarı əsasında üçüncü şəxs1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu əsasla JN-134A kod ******** nömrəli Şəhadətnamə tərtib edilmişdir. Torpaq bölgüsünün əsası olan rəsmi siyahılarda iddiaçılar iddiaçı3 və ailə üzvlərinin adları ümumiyyətlə olmamışdır. Arxiv sənədləri və Dövlət Xidmətinin məktubları ilə müəyyən edilmişdir ki, torpaq islahatı zamanı onların ailə təsərrüfatı Qabıllı kəndində uçota alınmamış, torpaq payı almaq hüququ olan subyektlər siyahısına daxil edilməmişdir. 29.X1 Nazirliyinin təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçılar 1991-ci ildən etibarən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olmuş, torpaq islahatı aparıldığı dövrdə Qabıllı kəndində ayrıca ailə təsərrüfatı kimi qeydiyyatda olmamışlar. 1986–1990cı illərin təsərrüfatbaşına kitabında adlarının göstərilməsi sonrakı dövrlər üçün torpaq islahatı zamanı avtomatik hüquq yaratmır, çünki 1991–1995, 1996–2000 və 2001–2005ci illərin təsərrüfatbaşına kitablarında onların adlarına rast gəlinməmişdir. 30.Buna görə də apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsinə münasibətdə subyektiv hüquqlarının mövcudluğunu sübut edə bilməmişlər. 31.Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən inzibati iddianın mümkün hesab olunması üçün iddiaçı inzibati akt nəticəsində məhz öz subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırkı işdə isə iddiaçılar belə hüququn mövcudluğunu təsdiq edən hüquqi və faktiki əsaslar təqdim edə bilməmişlər. 32.Bundan əlavə, iddiaçıların subyektiv hüququ olsaydı belə, iddiadan göründüyü kimi, tələb yalnız torpağın mülkiyyətə verilməsi barədə Şəhadətnaməyə və reyestr qeydiyyatına düzəlişin edilməsi barədə olmuş, lakin həmin şəhadətnamənin hüquqi əsası olan Şərur Rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli ** nömrəli qərarı mübahisələndirilməmişdir. Halbuki məhkəmələrin göstərdiyi kimi, həmin qərar qüvvədə qaldığı müddətdə onun əsasında verilmiş şəhadətnamənin və dövlət reyestrində aparılmış qeydiyyatın dəyişdirilməsi hüquqi baxımdan mümkün deyildir. 33.Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, hazırkı vəziyyətdə iddiaçılar tərəfindən irəli sürülmüş iddia “mübahisələndirmə haqqında iddia” növü olaraq çıxış etdiyi üçün onun uğurlu olması naminə öncə dəyişdirilməsi tələb olunan şəhadətnamənin və dövlət reyestrində aparılmış qeydiyyatın kökündə duran Şərur Rayon Aqrar Islahat Komissiyasının ## #### 1999-cu il tarixli ** nömrəli qərarı mübahisələndirilməli, lakin bu zaman da həmin iddia üzrə iddia müddətinin ötürüldüyü müəyyən olunur ki, bu da həmin iddianın gələcəkdə məhkəmələr tərəfindən qeyrimümkün sayılması üçün əsas yaradır. 34.Hazırkı vəziyyətdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə cavab vermədiyi səbəbindən qeyri-mümkün sayılması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 35.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçıların kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar