Məhkəmə qərarları › İş №2-1(1-8)-463/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-463/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-463/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1958-ci il təvəllüdlü iddiaçı 1976-cı ildə C.Ə.Dadaşov adına Kirovabad Baza İnşaat Texnikumuna daxil olmuş, 1982-ci ildə sənaye və mülki tikintilər ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının ##.##.1982-ci il tarixli qərarı ilə ona “inşaatçı-texnik” ixtisası verilmişdir (##.##.1982-ci il tarixli, ДТ ****** nömrəli diplom). İddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Kəlbəcər rayon X5 İcraiyyə Komitəsinin Memarlıq və tikinti şöbəsinin ##.##.1979cu il tarixli, *** nömrəli arayışından və Kəlbəcər rayon İcra Hakimiyyətinin ##.##.1989-cu il tarixli, ** nömrəli məktubundan görünür ki, iddiaçı Kəlbəcər rayon Zəhmətkeş Deputatlar (sonradan Xalq Deputatları) Sovetinin İcraiyyə Komitəsinin (daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin) Memarlıq və tikinti şöbəsində ##.##.1979-cu il tarixdən “tikinti üzrə mexanik” vəzifəsində işləmişdir.

3. Kəlbəcər rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçının 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X2 İcraiyyə Komitəsində “mühəndis” işləməsi faktı müəyyən edilmişdir.

4. Kəlbəcər rayon Dövlət Arxivinin ##.##.2013-cü il tarixli, ** nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı ##.##.1994-cü il tarixədək Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatında Tikinti və memarlıq şöbəsində “mühəndis” vəzifəsində işləmişdir, ancaq ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək onun vəzifəsi dondurularaq kompensasiya almışdır.

5. Kəlbəcər rayon X3 rayon Təsərrüfat hesablı Avtonəqliyyat və Mexanikləşdirmə Birliyi üzrə əmrlərdən ##.##.2023-cü il tarixli, *** nömrəli çıxarışında göstərilmişdir ki, iddiaçı ##.##.1994-cü il tarixli, 02.½ nömrəli əmrlə Avtonəqliyyat və Mexanikləşdirmə Birliyində direktor müavini təyin edilmiş, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, **p nömrəli sərəncamına əsasən Nəqliyyat və Mexanikləşdirmə Birliyi rəisinin müavini vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmiş, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, **p nömrəli sərəncamına əsasən Avtonəqliyyat və Mexanikləşdirmə Birliyinin direktoru vəzifəsinə təyin edilmiş, Kəlbəcər rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli, SƏ-1/İK-** nömrəli protokoluna əsasən maşınların özəlləşdirilməsi və islahatın başa çatması ilə əlaqədar Kəlbəcər rayon X8 fəaliyyətinə xitam verilmişdir.

6. İddiaçı cavabdehə müraciət edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

7. Cavabdeh ##.##.2023-cü il tarixli imtina məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onun dövlət qulluğu stajının 15 ildən az (14 il 8 ay (##.##.1979-##.##.1994-cü il tarixləri arasındakı dövr)) təşkil etməsi ilə əsaslandırmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ##.##.1979-cu il tarixdən ##.##.1979-cu il tarixədək Kəlbəcər rayon X2 İcraiyyə Komitəsində “mühəndis” işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

10. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq, müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hərbi qulluqçu kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməklə ##.##.2021-ci il tarixədək ödənilmişdir. Əlillik müddətinin ##.##.2021-ci il tarixdə bitməsi ilə əlaqədar ona pensiya ödənişi ##.##.2021-ci il tarixdən dayandırılmışdır. Daha sonra, iddiaçı müraciət edərək, ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. Tərəflərindən iddiaçıya verilmiş cavab məktubunda onun dövlət qulluqçusu stajının 15 ildən az (13 il 5 ay 17 gün (##.##.1979-##.##.1993-cü il tarixləri arasındakı dövr)) olduğu üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçının təqdim etdiyi Kəlbəcər rayon Məhkəməsinin *(***)-**/**** nömrəli qətnaməsində onun Kəlbəcər rayon X2 İcraiyyə Komitəsində “mühəndis” işləməsi faktı 1979cu ildən ##.##.1993-cü ilədək təsdiq edilmişdir. Qətnamənin əsaslandırma hissəsində isə iddiaçının həmin iş yerində 1979-cu ilin oktyabr ayından işlədiyi qeyd olunmuşdur. Belə olduğu halda, iddiaçının dövlət qulluğu stajının 13 il 5 ay 17 gün (##.##.1979-##.##.1993-cü il tarixləri arasındakı dövr) olduğu müəyyən olunur. Bununla yanaşı, iddiaçının təqdim etdiyi sənədlərin surətlərindən (hərbi bilet, diplom, qətnamə) onun ümumi iş stajının 25 ildən az olduğu müəyyən olunur. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim: Gülşən Əliyeva) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin olunması üçün 15 il dövlət qulluğu stajının mövcudluğu ilə bağlı tələb ödənilmir. Sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də, cavabdeh orqanın iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin etməkdən imtinası əsaslı olmuşdur.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Kəlbəcər rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə əsasən, iddiaçının 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X2 İcraiyyə Komitəsində “mühəndis” işləməsi faktı təsdiq edilmişdir. Kəlbəcər rayon X5 İcraiyyə Komitəsinin Memarlıq və tikinti şöbəsinin ##.##.1979-cu il tarixli, *** nömrəli arayışında və Kəlbəcər rayon İcra Hakimiyyətinin ##.##.1989-cu il tarixli, ** nömrəli məktubunda isə göstərilmişdir ki, iddiaçı ##.##.1979-cu il tarixdən Memarlıq və tikinti şöbəsində ixtisası üzrə (“tikinti üzrə mexanik”) işləmişdir. Sözügedən qətnamənin nəticə hissəsində iddiaçının Kəlbəcər rayon X2 İcraiyyə Komitəsində işə başlaması müddəti təqvim ayı və günü qeyd edilmədən yalnız 1979-cu il kimi göstərilmiş, qətnamənin təsviri hissəsində göstərilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda isə iddiaçının həmin iş yerində 1979-cu ilin oktyabr ayından işlədiyi qeyd olunmuşdur, cavabdeh orqan da bu əsasdan çıxış edərək, iddiaçının Kəlbəcər rayon X2 İcraiyyə Komitəsində işlədiyi dövrü ##.##.1979-cu il tarixdən etibarən nəzərə almışdır. İddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilən stajına münasibətdə məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən iddiaçının Kəlbəcər rayon X2 İcraiyyə Komitəsində işlədiyi dövrün ##.##.1979-cu il tarixdən hesablanması əsaslı hesab edilə bilməz. Ona görə ki, əvvəla həmin qətnamədə iddiaçının sözügedən orqanda 1979-cu ilin oktyabr ayından işləməsi ilə bağlı qeyd qətnamənin əsaslandırıcı hissəsində deyil, təsviri hissəsində qeyd edilmişdir, həmçinin yekunda məhkəmə iddiaçının 1979-cu ildən işləməsi faktını təsdiq edərək, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışı mötəbər sübut kimi qəbul etməmişdir. Mülki Prosessual Məcəllənin 220-ci maddəsinin tələblərinin işığında məhkəmə kollegiyası vurğulayır ki, məhkəmənin hansı nəticəyə gəlməsi yekun məhkəmə aktının əsaslandırıcı və nəticə hissəsində qeyd edilir və hazırkı halda məhkəmənin yekunda gəldiyi nəticədə, yəni qətnamənin nəticə hissəsində iddiaçının 1979-cu ildən işləməsi faktı təsdiq edildiyinə görə iddiaçının sözügedən orqanda 1979-cu ilin oktyabr ayından işləməsi ilə bağlı cavabdehin arqumentləri əsaslı sayılmır. Belə ki, sözügedən qətnamənin nəticə hissəsində təqvim ilinin ayı və günü qeyd edilmədiyinə görə, əslində həmin il üzrə hesablama aparılarkən müddət təqvim ilinin başlanğıc günündən, yəni yanvar ayının 1-dən hesablanmalıdır. Lakin hazırkı halda, iddiaçı özünün həmin vəzifədə ##.##.1979-cu il tarixdən işlədiyini iddia edir və onun bu dəlili qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmununa uyğundur. Habelə, bu dəlil iddiaçı tərəfindən təqdim edilmiş Kəlbəcər rayon X5 İcraiyyə Komitəsinin Memarlıq və tikinti şöbəsinin ##.##.1979-cu il tarixli, *** nömrəli arayışı və Kəlbəcər rayon İcra Hakimiyyətinin ##.##.1989-cu il tarixli, ** nömrəli məktubu ilə təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kollegiya tərəfindən Kəlbəcər rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, ##.##.2013-cü il tarixli arayışda qeyd edilmiş iddiaçının 1979-cu ilin oktyabr ayından işləməsi barədə məlumatın hansı arxiv sənədlərinə və məlumatlara istinadən qeyd edilməsi barədə məlumat verilməsi tələb edilmiş, lakin müvafiq icra hakimiyyəti bu məsələyə aydınlıq gətirə bilməmiş, həmçinin təqdim edilmiş cavab məktubunun özündə də iddiaçının 1979-cu ildən 1993-cü il ilin aprel ayınadək işləməsi göstərilmişdir. Göründüyü kimi, müvafiq məhkəmə qətnaməsində qeyd olunan iddiaçının 1979-cu ilin oktyabr ayından işləməsi ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin müvafiq arayışının hər hansı əsası olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət ##.##.1979-cu il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Kəlbəcər rayon X5 İcraiyyə Komitəsinin Memarlıq və tikinti şöbəsinin ##.##.1979-cu il tarixli, *** nömrəli arayışı və Kəlbəcər rayon İcra Hakimiyyətinin ##.##.1989cu il tarixli, ** nömrəli məktubunu mötəbər sənəd qismində qəbul etməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sənədin saxta olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edir və sənədin saxta olması bu sahədə ixtisaslı mütəxəssis və ya ekspert rəyi ilə müəyyən edilə bilərdi ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən arayış və məktubun vizual baxışla saxta olması və ya sonradan tərtib edilməsi qənaətinə gəlinməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən, həmin sənədlərin 2013-cü ildə Kəlbəcər rayon Məhkəməsinə və pensiya təyin edən orqana təqdim edilməməsi də onların mötəbər olmamasını deməyə əsas vermir. Belə ki, apellyasiya şikayətinin dəlillərində də iddiaçı qeyd etmişdir ki, o Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra özünə məxsus evə gedərək qeyd olunan sənədləri və digər əşyalarını gizlətdiyi yerdən tapıb götürmüşdür. Şəxsin hər hansı sübutu sonradan təqdim etməsi onun ziyanına şərh edilməməli və onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbərliyi qəbul olunmalıdır. Bundan əlavə, Kəlbəcər rayon Dövlət Arxivinin ##.##.2013-cü il tarixli və ##.##.2025ci il tarixli məktublarında iddiaçının Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsində ##.##.1994-cü il tarixədək “mühəndis” vəzifəsində işləməklə ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək vəzifəsi dondurularaq kompensasiya alması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək olan müddət də iddiaçıya dövlət qulluğunda sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, işin faktiki hallarına görə iddiaçı Kəlbəcər rayonunun işğalınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşı olmuşdur və yaranmış fors-major vəziyyətlə əlaqədar həmin orqanın fəaliyyətinin qısa müddətdə bərpasından söhbət gedə bilməzdi. Lakin görünən odur ki, iddiaçı işğaldan sonra həmin qurumun əməkdaşı olaraq ##.##.1994-cü il tarixədək həmin vəzifəyə uyğun kompensasiya almışdır və bu hal özlüyündə onun həmin tarixədək dövlət qulluğunda işlədiyini deməyə əsas verir. Beləliklə müəyyən olunur ki, iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1994-cü il tarixədək Kəlbəcər rayon İcra Hakimiyyətində (keçmiş Kəlbəcər X5 İcraiyyə Komitəsində) dövlət qulluğu vəzifəsində işləmişdir. İş materiallarında olan sənədlərə, eləcə də məhkəmə kollegiyası tərəfindən işin yuxarıda qeyd olunan hallarına görə ##.##.1958-ci il təvəllüdlü iddiaçının təhsil, hərbi xidmət və iş dövrləri nəzərə alındıqda, onun ümumi iş stajının 25 ildən çox olması öz təsdiqi tapır. İddiaçının dövlət qulluğu stajına gəlincə isə, məhkəmə kollegiyasının araşdırması zamanı onun ##.##.1979-cu il tarixdən ##.##.1994-cü il tarixədək dövlət qulluğu vəzifəsində işləməsi müəyyən edildiyinə görə, ümumilikdə 15 ildən çox dövlət qulluğu stajının olması öz təsdiqini tapır. Bu əsasla, məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və vardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” 1991-ci il #######ın ##-dək dövlət, İnzibati və yardımçı vəzifələrin sovet, partiya orqanlarında, İnzibati Təsnifat Toplusunda göstərilən dövlət və yardımçı vəzifələrin Təsnifat qulluğu vəzifələrinin adları Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları 1 2

1. 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları: 1.17. Rayon (şəhər) X2 icraiyyə 1.17. Rayon, şəhər və şəhərdə rayon icra komitəsinin aparatında: hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: bütün ixtisaslardan olan böyükməsləhətçi mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər

2. 1991-ci il #######ın ##-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları: 2.13. Rayon, şəhər X2 (Məclisinin) 2.13. Rayon, şəhər və şəhərdə rayon icra icraiyyə komitəsinin, rayon, şəhər və hakimiyyəti başçısının (Bakı Şəhər İcra şəhərdə rayon icra hakimiyyəti Hakimiyyəti başçısı istisna olmaqla) başçısının (Bakı Şəhər İcra Hakimiyyəti aparatında: başçısı istisna olmaqla) aparatında: 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli məsləhətçi mütəxəssis, mütəxəssis

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbinin təmin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin ona münasibətdə ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə apellyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv, qanunauyğun qərar qəbul edilmişdir.

34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar