Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-496/2026 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın izah edilməsi; xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının peşə baxımından tanınması; tanınmaya dair qaydaların maddi, yoxsa prosessual hüquq norması olması; qanunların zamana görə tətbiqi və kolliziyası; qüvvəyə minmiş məhkəmə qərarının qətiliyi prinsipi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “cavabdeh orqanın ##.##.2024-cü il tarixli, NA******** saylı qərarının ləğv edilməsi, Rusiya Federasiyası Cənub Rusiya Humanitar İnstitunun “Hüquqşünaslıq” ixtisasının bitirməsinə dair ##.##.2005-ci il tarixli, ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına izah verilməsi barədə iddiaçının ərizəsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı 2001-2005-ci illər tarixində Cənubi Rusiya Humanitar İnstitutunun Bakı şəhərində yerləşən filialında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil almış və ona bu barədə АВБ ******* saylı bakalavr diplomu verilmişdir.
2. İddiaçı diplomun tanınması ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir.
3. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ## #### 2023-cü il tarixli, NA******** saylı qərarı ilə İddiaçı müraciətinin icrasından imtina etmişdir.
4. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.2023-ci il tarixində NA******** saylı hüquqi aktın etibarsız hesab edilməsi və iddiaçının diplomunun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli aralıq qərardadı əsasında iddiaçı İddiaçı Rusiya Federasiyası Cənubi Rusiya Humanitar İnstitutu tərəfindən verilmiş “Hüquqşünaslıq” (bakalavr/əyani) ixtisası üzrə verilmiş АВБ ******* nömrəli xarici kvalifikasiyanin tanınması barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) əsasən yenidən inzibati icraat aparılmış və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ##.##.2024-cü il tarixli, NA******** saylı qərarı ilə iddiaçının müraciətinin icrasından yenidən imtina edilmişdir.
6. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir.
7. Həmçinin iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın ##.##.2024-cü il tarixli, NA******** saylı qərarının ləğv edilməsi, Rusiya Federasiyası Cənub Rusiya Humanitar İnstitunun “Hüquqşünaslıq” ixtisasının bitirməsinə dair ##.##.2005-ci il tarixli, ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbu edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Daha sonra cavabdeh tərəfindən məhkəmənin həmin qərarından apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra ##.##.2025-ci il tarixdə icra edilməsini üçün cavabdeh orqana göndərilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
Birinci instansiya məhkəməsində icraat
11. Məhkəmə qərarının icrası mərhələsində iddiaçı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2- *(***)- ****/**** saylı məhkəmə qərarının izah edilməsini məhkəmədən xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, № *-1(118)- ****/**** saylı qərarı qanuni qüvvəsini alaraq icra edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh məhkəmə qərarının tam icra edilməsini həyata keçirməyərək, yəni iddiaçı İddiaçı Cənubi Rusiya Humanitar İnstitutu tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, AVB ******* nömrəli diplom üzrə ixtisasının tanınması və ekvalentlik haqqında şəhadətnamənin verilməsini icra etsə də, elektron kabinetə yerləşdirilmiş şəhadətnamənin növbəti təhsil barədə qeyd bölməsində “bu sənəd sahibinə təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir” və peşə fəaliyyəti barədə qeyd bölməsində isə “bu sənəd ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir” kimi sözlər qeyd edilmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim - L.Mirzəyeva).
14. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı məhkəmə qərarına əsasən cavabdeh orqanın ##.##.2024-cü il tarixli, NA******** saylı qərarının ləğv edilməsi, Rusiya Federasiyası Cənub Rusiya Humanitar İnstitunun “Hüquqşünaslıq” ixtisasının bitirməsinə dair ##.##.2005-ci il tarixli, ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarının məzmunundan aydın olunur ki, Rusiya Federasiyası Cənub Rusiya Humanitar İnstitunun “Hüquqşünaslıq” ixtisasının bitirməsinə dair ##.##.2005-ci il tarixli, ******* saylı bakalavr diplomu üzrə peşə tanınması məsələsinə münasibət bildirilməmişdir.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.Axundov /sədrlik edən və məruzəçi/, H.Babayeva və R.Xəlilov) ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, izahda qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1(118)- ****/**** nömrəli qərarının nəticə hissəsində “İddiaçı Rusiya Federasiyası Cənub Rusiya Humanitar İnstitunun “Hüquqşünaslıq” ixtisasını bitirməsinə dair ##.##.2005-ci il tarixli, ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulması” dedikdə-iddiaçı İddiaçı Rusiya Federasiyasının Cənub Rusiya Humanitar İnstitutu tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, АВБ ******* nömrəli diplom üzrə ixtisasının peşə tanınmasını və Rusiya Federasiyasının Cənub Rusiya Humanitar İnstitutu tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, АВБ ******* nömrəli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın akademik tanınması haqqında şəhadətnamənin verilməsini ehtiva edir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verirdi. Kollegiya onu da qeyd etmişdir ki, cavabdeh inzibati orqanın istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” iddiaçının təhsil aldığı dövrdə deyil, 18 il sonra qəbul edildiyindən ona münasibətdə tətbiq edilə bilməz. Cavabdeh icra işinə iddiaçının təhsil aldığı dövrü nəzərə almaqla hüquqi qiymət verməli olduğu halda, müraciət etdiyi tarixi əsas götürərək yanaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının"ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması" barədə hissəsinin vətəndaşın müraciətinin qeydə alındığı və inzibati icraatına aparıldığı, habelə məhkəmədə mübahisələndirilən imtina aktının əsaslandığı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən izah edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən inzibati icraat ərizəçilərin təhsil aldıqları dövrün qanunvericiliyinə əsasən deyil, tanınma ilə bağlı müraciətin qeydə alındığı zaman qüvvədə olan qanunvericiliyə əsasən aparılmaqdadır. Çünki bu Qaydalar vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınması prosesini tənzimləyir. Artıq hüquqi qüvvəsini itirmiş qanunvericilik normalarının tətbiqi qeyri-mümkün olduğundan Agentlik tərəfindən bütün ərizəçilərə münasibətdə icraat eyni qaydada aparılaraq qərar qəbul olunur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Avropa Şurası və UNESCO tərəfindən birgə hazırlanmış və ## ##### 1997ci ildə qəbul edilmiş "Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında Konvensiya" (X5) (Azərbaycan Respublikası ## ######## 1997-ci il tarixdə qoşulub): Preambula: ...təhsil hüququnun insan hüququ olduğunu... dərk edərək... Kvalifikasyaların ədalətli tanınmasının təhsil hüququnun və cəmiyyətin məsuliyyətinin əsas elementi olduğuna inanaraq... Tanınma anlayışı (Maddə İ): "Səlahiyyətli orqan tərəfindən xarici təhsilə aid kvalifikasiya dəyərləndirilərək təhsil və/və ya əmək fəaliyyətinə buraxılmaq məqsədilə rəsmi şəkildə təsdiqi." Sübutetmə yükü (Maddə III.3): Ərizəçi tələb olunan məlumatları təqdim etməyə borcludur. Lakin ərizəçinin tələblərə cavab vermədiyini və sənədlər arasında əhəmiyyətli fərq olduğunu sübut etmək məsuliyyəti ərizəçinin deyil, qiymətləndirməni aparan səlahiyyətli orqanın üzərinə düşür. Tanınma prezumpsiyası və "Əhəmiyyətli fərq" (Maddə IV.1 və VI.1): Konvensiya xarici kvalifikasiyanın tanınmasını standart prosedur kimi qəbul edilir. Tanınmadan yalnız o halda imtina edilə bilər ki, təhsil alınan ölkənin sistemi ilə tanınma istənilən ölkənin sistemi arasında "əhəmiyyətli fərq" (substantial difference) olduğu sübuta yetirilsin. Qeyd edilir ki, tanınma qərarının ali təhsil kvalifikasiyası ilə təsdiqlənən bilik və bacarıqlara əsaslandığı hallarda, tanınması istənilən kvalifikasiya ilə tanınmanın həyata keçirildiyi Tərəfdəki müvafiq kvalifikasiya arasında əhəmiyyətli fərqin olduğu sübuta yetirilməyibsə, hər bir Tərəf digər Tərəfdə verilmiş ali təhsil kvalifikasiyalarını tanımalıdır. Tanınmanın məqsədi və nəticələri (Maddə VI.3): Tanınma şəxsə iki əsas hüquqi nəticə yaradır: o Təhsili davam etdirmək (növbəti pilləyə və ya doktoranturaya) üçün yerli vətəndaşlarla eyni şərtlər altında çıxış əldə etmək. o Həmin dövlətin qanunvericiliyinə uyğun olaraq akademik titullardan istifadə etmək və əmək bazarına daxil olmaq.
22. Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında Konvensiyaya dair İzahlı Hesabat (rəsmi şərh), Lissabon, ## ##### 1997-ci il: Maddə İ. ... Tanınma fərdi kvalifikasiyaların qiymətləndirilməsinin bir növüdür. Lakin, qiymətləndirmə xarici kvalifikasiyanın dəyəri haqqında hər hansı bir bəyanat ola bildiyi halda, tanınma — səlahiyyətli tanınma orqanı tərəfindən sözügedən kvalifikasiyanın dəyərini qəbul edən və bu tanınmanın tanınması tələb olunan kvalifikasiyanın sahibi üçün yaradacağı nəticələri göstərən rəsmi bəyanatdır. Məsələn, kvalifikasiya müəyyən bir səviyyədə (məsələn, doktorantura) təhsili davam etdirmək, müvafiq tituldan (addan) istifadə etmək və ya gəlir gətirən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə tanına bilər (bax: Bölmə VI). Konvensiyanın anlayışlarına əsasən, "tanınma" hər hansı bir ölkə daxilindəki tanınmaya deyil, transmilli (dövlətlərarası) tanınmaya aiddir. Məşğulluq məqsədilə tanınmanın tərifi ümumilikdə gəlir gətirən əmək fəaliyyəti üçün tanınmanı nəzərdə tutur və xüsusi qaydada tənzimlənən peşələrə buraxılış məqsədilə tanınmaya yönəlməmişdir.
23. X5 Komitəsinin ## #### 2010-cu il tarixdə beşinci iclasında qəbul edilmiş "Xarici kvalifikasiyaların qiymətləndirilməsi üçün meyarlar və prosedurlar haqqında yenilənmiş tövsiyələr": "34. Qiymətləndirmə, həmçinin, tanınma təcrübəsində ardıcıllığı təmin etmək məqsədilə oxşar tanınma hallarında mövcud olan keçmiş təcrübəni də nəzərə almalıdır. Keçmiş təcrübə bələdçi olmalıdır və təcrübədəki hər hansı əhəmiyyətli dəyişiklik əsaslandırılmalıdır.
39. Bir neçə il əvvəl və/və ya əvvəlki ali təhsil strukturları çərçivəsində verilmiş kvalifiasiyaların tanınması, daha yeni kvalifikasiyaların tanınmasından fərqli çətinliklər yarada bilər. Aşağıdakılar nəzərə alınmalıdır: (a) Kvalifikasiyanın nə dərəcədə köhnəlmiş olması müvafiq sahədən, eləcə də kvalifikasiya verildikdən sonra ərizəçi tərəfindən həyata keçirilən fəaliyyətlərdən asılı olacaqdır; (b) Kvalifikasiyalar əvvəlki strukturlar çərçivəsində verildikdə, səlahiyyətli tanınma orqanları həmin kvalifikasiyanın verildiyi ölkədəki statusuna istinad etməlidirlər. Əgər kvalifikasiyanı verən ölkədə milli kvalifikasiyalar çərçivəsi mövcuddursa, əvvəlki kvalifikasiyaların oraya daxil edilib-edilmədiyi müəyyənləşdirilməlidir; (c) Ümumiyyətlə, daha köhnə kvalifikasiyalar tanınmanın tələb olunduğu ölkədə verilmiş oxşar kvalifikasiyalarla eyni qaydada və tanınmanın hansı məqsədlə tələb olunduğu nəzərə alınmaqla tanınmalıdır. Müvafiq iş təcrübəsinin köhnəlmiş (tarixi keçmiş) kvalifikasiyaları kompensasiya edib-edə bilməyəcəyi nəzərdən keçirilə bilər."
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları": İ. Ümumi müddəalar 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. III. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 3.8. Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir.
25. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.5.3. əhəmiyyətli fərq – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi;
2. Tanınmaya dair müraciətin edilməsi 2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: 2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; 2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; 2.4.3. tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi; 2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; 2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); 2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. 2.5. Bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla) Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. 2.6. Bu Qaydaların 2.4.2 – 2.4.5-ci yarımbəndlərində qeyd olunan sənədlər Azərbaycan Respublikasının 1994-cü il # ###### tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır. 2.7. Bu Qaydaların 2.6-cı bəndinin tələbləri aşağıdakı kvalifikasiyalara münasibətdə tətbiq edilmir: 2.7.1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar; 2.7.2. Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar; 2.7.3. beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar; 2.7.4. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar. 2.8. Ərizəçinin bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərlə yanaşı, akademik və peşə hazırlıq səviyyəsini və təcrübəsini təsdiq edən əlavə sənədlər təqdim etmək hüququ vardır.
4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri.
6. Peşə tanınması 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. 6.3. Bu Qaydaların 6.2-ci bəndinin tələbi aşağıdakı kvalifikasiyalara şamil edilmir: 6.3.1. bu Qaydaların 2.7.1–2.7.4-cü yarımbəndləri üzrə əldə olunmuş kvalifikasiyalar; 6.3.2. “X1 X2”, “QS X2” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar. 6.4. Bu Qaydaların 6.3.2-ci yarımbəndində qeyd edilən beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamalara istinadən təhsil müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. 6.5. Bu Qaydaların 4.2-ci bəndinə (4.2.4-cü yarımbənd istisna olmaqla) uyğun olaraq ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.
26. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 1.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 2.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 8.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 9.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: Brumărescu Rumıniyaya qarşı [Böyük Palata], № 28342/95, ## ####### 1999-cu il; Ryabykh Rusiyaya qarşı, № 52854/99, ## #### 2003-cü il.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
34. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən izah ərizəsinin verilməsi qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının ali təhsilə aid diplomunun təkcə akademik deyil, həm də peşə tanınması üzrə aparılmalı olub-olmaması ilə əlaqədardır. Ərizədən məlum olur ki, məhkəmə qərarı qismən icra edilərək akademik tanınma həyata keçirilmiş, peşə tanınması isə rədd edilmişdir. Cavabdeh bunu onunla izah etmişdir ki, peşə tanınması hissəsində hal-hazırda qüvvədə olan “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının tələblərinə əsasən, iddiaçı müvafiq imtahanda iştirak etməli və yalnız imtahandan uğur qazandıqdan sonra peşə tanınmasına dair şəhadətnamə verilməlidir.
Peşə tanınması ilə bağlı normativ tənzimləmə
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında” (Lissabon) Konvensiyaya 1997-ci ildə qoşulmuş, özünün tanınma prosedurunu bu Konvensiyanın standartlarına uyğunlaşdırmaq öhdəliyi götürmüşdür.
36. Qanunvericiliyin xronologiyasına diqqət yetirdikdə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş və # #### 2023-cü il tarixinədək qüvvədə olmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"-nın tətbiqi dövründə verilmiş diplomlarda peşə tanınması üçün imtahan tələbi mövcud olmamışdır. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı qəbul edilmiş və əvvəlki – 2003-cü il ## ### tarixli ** nömrəli Qərar ləğv edilmiş və # #### 2023-cü il tarixdən yeni Qaydalar qüvvəyə minmişdir. Xüsusilə, yeni Qaydaların 6-cı bəndinə əsasən, peşə tanınması ilə bağlı prosedur daxil edilmiş və bəzi peşələr –müəllim, mühəndis və hüquq ixtisaslarının tanınması üçün imtahan tələbi müəyyən olunmuşdur. Daha sonra, ali təhsilə aid kvalifikasiyaların tanınması proseduru Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bu Fərmanla təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda da peşə tanınmasını tənzimləyən tələblər (6-cı bənd) dəyişdirilmədən eyni ilə saxlanılmışdır (Prezident Fərmanından irəli gələrək, Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli, *** nömrəli Qərarı ilə təkrarçılığın aradan qaldırılması məqsədilə yuxarıda qeyd edilən Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı Qaydalara aid hissəsində ləğv olunmuşdur).
37. Beləliklə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair 3 dəfə Qaydalar müəyyən edilmişdir. ## ### 2003-cü il tarixdə qəbul edilən və 0# #### 2023-cü il tarixədək qüvvədə olmuş Qaydalarda peşə tanınması üçün imtahan tələbi mövcud olmamışdır. Lakin 0# #### 2023-cü il tarixdən sonra qüvvədə olmuş Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı ilə qəbul edilmiş Qaydalarda və daha sonra, onu əvəz edən Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarda bəzi ixtisaslar üzrə peşə tanınması üçün imtahan tələbi nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 6-cı bəndinə əsasən: “6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. 6.3. Bu Qaydaların 6.2-ci bəndinin tələbi aşağıdakı kvalifikasiyalara şamil edilmir: 6.3.1. bu Qaydaların 2.7.1–2.7.4-cü yarımbəndləri üzrə əldə olunmuş kvalifikasiyalar; [2.7.1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar; 2.7.2. Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar; 2.7.3. beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar; 2.7.4. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar] 6.3.2. “X1 X2”, “QS X2” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.”
38. Məhkəmə kollegiyası ilk növbədə müəyyən etməlidir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün müraciətlərə baxılarkən şəxsin ali təhsilə aid kvalifikasiyanı əldə etdiyi (diplomun verildiyi) tarixdə qüvvədə olan qanunvericilik, yoxsa müvafiq ali təhsil aid kvalifikasiyanın (diplomun) tanınması üçün inzibati orqana müraciət etdiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq olunmalıdır. Belə ki, hazırkı işdə Rusiya Federasiyası Cənubi Rusiya Humanitar İnstitutu tərəfindən iddiaçıya ## #### 2005-cı il tarixdə ali təhsil haqqında bakalavriat təhsilinə aid diplom verilmişdir və həmin tarixdə qüvvədə olmuş Qaydalara əsasən peşə tanınması ilə bağlı imtahan tələbi olmamışdır. Lakin iddiaçının həmin bakalavriat təhsilinə aid diplomunun tanınması üçün cavabdeh Agentliyə müraciət etdiyi ## #### 2023-cü il tarixdə qüvvədə olmuş Qaydalarda peşə tanınması ilə bağlı imtahan tələbi təsbit edilmişdir.
39. Qeyd olunan kolliziyanın həlli üçün məhkəmə kollegiyası müəyyən etməlidir ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”, o cümlədən peşə tanınmasını tənzimləyən normalar maddi yoxsa prosessual normalardır. Həmçinin, qanunların zamana görə tətbiqi və kolliziyası məsələsi həll edilməlidir.
Tanınmanın maddi yoxsa prosessual hüquq norması olması
40. Maddi hüquq normaları hüquq münasibətlərinin məzmununu müəyyən edən, şəxslərin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və ya xitam verilməsi əsaslarını təsbit edən normalardır. Bu normalar hüquq subyektlərinin konkret hüquq və vəzifələri ilə bağlı hüquqi vəziyyətinin mahiyyətini müəyyən edir. Hüquqi müəyyənlik prinsipinə əsasən, maddi hüquq normaları, bir qayda olaraq, onların qüvvəyə mindiyi tarixdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur və geriyə şamil edilmir.
41. Prosessual hüquq normaları isə hüquqların həyata keçirilməsi və müdafiəsi qaydasını, eləcə də müvafiq məsələlərə baxılmasının prosedurunu müəyyən edən normalardır. Bu normalar hüquq və vəzifələrin məzmununu müəyyən etmir, əksinə həmin hüquqların tanınması qaydasını, səlahiyyətli orqanların fəaliyyət prosedurunu və qərar qəbul etmə mexanizmini tənzimləyir. Prosessual normalar, bir qayda olaraq, "dərhal tətbiqetmə" xüsusiyyətinə malikdir və icraatın aparıldığı zaman qüvvədə olan qanunvericilik əsas götürülür.
42. Xaricdə təhsilin nəticələrinin tanınması təhsil faktının deyil, həmin təhsilin digər dövlətdə hüquqi effektivliyinin tanınması, yəni başqa dövlətin ərazisində qüvvədə olmasının təsdiqidir. Başqa sözlə, beynəlxalq hüquqda xaricdə təhsilin tanınmaması, bir şəxsin müəyyən dövlətdə faktiki olaraq təhsil alması hadisəsinin və ya həmin təhsilin mövcudluğunun inkarı deyil. Əksinə, tanınma institutu həmin təhsilin başqa bir dövlətdə də hüquqi nəticələr doğurmaq qabiliyyətinin, yəni onun hüquqi effektivliyinin qəbul edilibedilməməsinə aiddir. Bu yanaşma ilk növbədə Avropa Şurasının "Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında Konvensiyası”nda aydın ifadə olunur. Konvensiyanın 1-ci maddəsinə əsasən, "tanınma" anlayışı ali təhsilə aid kvalifikasiyanın qəbul edən dövlətdə təhsil və ya peşə fəaliyyəti məqsədləri üçün hüquqi nəticələr doğurmasının qiymətləndirilməsini nəzərdə tutur. Konvensiya tanınmanı avtomatik və şərtsiz hüquq kimi deyil, dövlətlərin müəyyən edilmiş obyektiv meyarlar əsasında həyata keçirdiyi inzibati-hüquqi prosedur kimi qəbul edir (Maddə IV.1., VI.1. və VI.3.).
43. Məhkəmə kollegiyası hesab edir ki, xarici dövlətlərin ali təhsil kvalifikasiyalarının tanınması ilə bağlı qaydalar diplomun əldə edilməsi ilə bağlı hüququn məzmununu müəyyən etmir, eləcə də faktiki alınan təhsilin həmin dövrdəki mahiyyətini dəyişdirmir. Əksinə, həmin kvalifikasiyanın ölkə daxilində tanınması üçün müraciətə baxılması qaydasını, səlahiyyətli orqan tərəfindən aparılan qiymətləndirmə mexanizmini və qərar qəbul etmənin prosedur əsaslarını müəyyən edir.
44. Buna görə də, müvafiq Qaydalar və peşə tanınmasını tənzimləyən normalar prosessual xarakter daşıyır. Çünki həmin normalar iddiaçının 2005-ci ildə bakalavriat dərəcəsi əldə etməsi faktını yox, həmin sənədin 2023-cü ildəki müraciət əsasında tanınması prosedurunu tənzimləyir. Bu səbəbdən də belə normalar qüvvədə olduqları andan etibarən baxılan işlərə tətbiq edilir və müraciətə baxıldığı tarixdə qüvvədə olan qanunvericilik əsas götürülməlidir.
45. Məhkəmə kollegiyası bu məsələni "qazanılmış hüquq" konsepsiyası baxımından da qiymətləndirməyi zəruri hesab edir. Qazanılmış hüquq prinsipinə görə, şəxsin qanunvericiliyə müvafiq qaydada əvvəllər əldə etdiyi hüquqlar sonradan əvəzsiz olaraq ləğv edilə bilməz. Lakin bu müdafiədən yararlanmaq üçün həmin hüquq müvafiq yurisdiksiya daxilində tam olaraq yaranmalı və qazanılmalıdır. İşin hallarına "qazanılmış hüquq" konsepsiyası baxımdan yanaşdıqda qeyd edilməlidir ki, dövlət suverenliyi prinsipinə əsasən, bir dövlətin ərazisində verilmiş təhsil sənədi digər dövlətin ərazisində avtomatik olaraq eyni maddi hüquqları, o cümlədən müvafiq peşə fəaliyyəti ilə məşğul olmaq hüququnu yaratmır və qazanılmış hüquq deyildir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası (diplomu) digər dövlətdə avtomatik hüquqi nəticələr yaratmır və hər bir dövlət müstəqil tanınma proseduru yarada bilər. Şəxsin ali təhsilə aid kvalifikasiyasını (diplomunu) müəyyənləşdirdikləri standartlara uyğun olaraq bir dövlət tanıya bilər, başqa dövlət isə tanımaqdan imtina edə bilər. Azərbaycan Respublikası bu sahədə beynəlxalq öhdəliklərə qoşulmuş dövlətlərdəndir və tanınma prosedurunu “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında” (Lissabon) Konvensiyasının standartlarına uyğunlaşdırmışdır.
Qanunların zamana görə tətbiqi və kolliziyası
46. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi qaydaya əsasən, qanun qüvvəyə mindiyi gündən ləğv edildiyi günə qədər qüvvədə olur və əgər qanunda xüsusi bir tarix göstərilməmişdirsə, o, rəsmi dərc edildiyi gün qüvvəyə minir. Bununla yanaşı, cəmiyyət və qanunvericilik daim inkişaf etdiyindən, eyni münasibətləri tənzimləyən köhnə qanunun yeni qanunla əvəz olunması hallarında yaranmış və ya davam edən hüquqi vəziyyətlərə hansı qanunun (köhnənin, yoxsa yeninin) tətbiq ediləcəyi sualı yaranır. Buna "zamanla bağlı qanunların kolliziyası" deyilir.
47. Belə toqquşmaların həlli üçün hüquqda iki əsas prinsip qəbul olunmuşdur. Birinci prinsip – yeni qanunun geriyə qüvvəsinin olmaması prinsipidir. Bu prinsipə görə, qanun yalnız gələcək üçün müəyyən edilir və onun heç bir geriyə qüvvəsi yoxdur. Bu o deməkdir ki, yeni qanun onun qüvvəyə minməsindən əvvəl baş vermiş və artıq başa çatmış hüquqi vəziyyətlərə tətbiq edilə bilməz və yalnız qüvvəyə mindikdən sonrakı hallara şamil olunur. Bununla belə, bu prinsipin müəyyən istisnaları mövcuddur. Belə ki, qanunverici açıq şəkildə qanunun geriyə qüvvəyə malik olduğunu müəyyən edə bilər (yəni, qanunverici xüsusi olaraq qeyd edir ki, bu qanun keçmiş tarixdən etibarən tətbiq ediləcək); şəxsin vəziyyətini yüngülləşdirən qanunlar geriyə tətbiq oluna bilər (əsasən cinayət qanunlarına aiddir); həmçinin şərhedici qanunlar əvvəlki qanunun məzmununu aydınlaşdırmaq məqsədilə qəbul olunduğundan, həmin qanunun qüvvəyə mindiyi tarixə qədər geriyə tətbiq olunurlar.
48. İkinci prinsip – yeni qanunun dərhal tətbiqi prinsipidir. Bu prinsipə əsasən, yeni qanun qüvvəyə mindiyi andan etibarən yeni yaranan vəziyyətlərə tətbiq edilir. Bəs keçmişdə yaranmış, amma hələ də davam edən vəziyyətlər necə tənzimlənir? Bu baxımdan, hüquqi vəziyyətlərin zaman daxilində strukturunun düzgün müəyyən edilməsi zəruridir. Hüquqi vəziyyətlər yalnız yaranma anı ilə məhdudlaşmır, əksinə, müəyyən müddət ərzində davam edərək müxtəlif hüquqi nəticələr doğura bilər. Bu səbəbdən, hüquqi vəziyyətin yaranması ilə onun gələcək təsirlərinin fərqləndirilməsi əsaslı hüquqi qiymətləndirmə üçün vacibdir. Keçmişdə yaranmış hüquqi vəziyyətlər iki əsas kateqoriyaya bölünür: qeyrimüqavilə xarakterli hüquqi vəziyyətlər və müqavilə vəziyyətləri.
49. Müqavilə xarakterli hüquqi vəziyyətlərdə yeni qanun qüvvəyə mindikdən sonra bağlanan müqavilələrə dərhal tətbiq olunsa da, əvvəlki qanunvericilik dövründə bağlanmış və hələ də qüvvədə olan müqavilələrin gələcək təsirləri köhnə qanunla tənzimlənməkdə davam edir. Bu yanaşma tərəflərin müqavilə bağlayarkən mövcud qanunvericiliyə əsaslanaraq formalaşdırdıqları iradənin və gözləntilərin qorunmasına yönəlmişdir. Beləliklə, müqavilə münasibətlərində hüquqi sabitlik prioritet təşkil edir. Yeni qanun bu müqaviləyə daxil olub onu dəyişə bilməz (ictimai maraqlar bunu tələb etmirsə).
50. Digər tərəfdən, qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlərdə fərqli hüquqi rejim tətbiq edilir. Yeni qanun bu vəziyyətlərin gələcək təsirlərinə dərhal tətbiq olunur. Əgər qanun dəyişməmişdən əvvəl bir hüquqi status yaranıbsa, keçmişdə baş vermiş təsirlər köhnə qanunla tənzimlənir (çünki geriyə qüvvə yoxdur), lakin yeni qanun çıxdıqdan sonra bu statusun yaradacağı yeni (gələcək) nəticələr mütləq şəkildə yeni qanuna tabe olur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən prinsiplərdən çıxış edərək belə nəticəyə gəlmək olar ki, keçmişdə yaranmış hüquqi vəziyyətlər və onların artıq baş vermiş təsirləri köhnə qanunvericiliklə tənzimlənir, lakin yeni qanun qüvvəyə mindikdən sonra yaranan yeni hüquqi vəziyyətlərə, eləcə də davam edən qeyri-müqavilə xarakterli vəziyyətlərin gələcək təsirlərinə yeni qanun tətbiq edilməlidir.
52. Məhkəmə kollegiyası müəyyən edir ki, hazırkı işin hallarına tətbiq etdikdə iddiaçının 2005-ci ildə əldə etdiyi ali təhsilə aid kvalifikasiya (diplom) onun hüquqi vəziyyətinin yaranması mərhələsini təşkil edir və bu hal keçmişdə baş vermiş hüquqi fakt kimi qiymətləndirilməlidir. Lakin iddiaçının həmin kvalifikasiyanın Azərbaycan Respublikasında tanınması məqsədilə ## #### 2023-cü il tarixdə müvafiq orqana müraciət etməsi və gələcəkdə ondan istifadə etmək niyyəti bu hüquqi vəziyyətin gələcək təsirləri kimi xarakterizə olunur. Başqa sözlə, iddiaçı yalnız keçmişdə əldə etdiyi hüquqi vəziyyətin mövcudluğunu təsdiq etdirmir, eyni zamanda, həmin vəziyyətdən gələcək hüquqi nəticələr əldə etməyə yönəlmiş iradə ifadə edir. Məhkəmə kollegiyası hesab edir ki, belə halda hüquqi münasibət qeyrimüqavilə53.xarakterli olduğundan, onun gələcək təsirlərinə münasibətdə yeni qanunun dərhal tətbiqi prinsipi tətbiq edilməlidir. İddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan normativ hüquqi aktlar bu münasibətin hüquqi çərçivəsini müəyyən edir və həmin çərçivə daxilində dövlət tərəfindən müəyyən edilmiş standartlar, tələblər və prosedurlar tətbiq olunmalıdır. Bu baxımdan, iddiaçının hüquqi vəziyyətinin qiymətləndirilməsi məhz 2023-cü ildə qüvvədə olan qaydalar əsasında aparılmalıdır.
54. Bu səbəbdən də, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərə baxılarkən şəxsə kvalifikasiyanın verildiyi tarixdə qüvvədə olmuş qanunvericilik deyil, məhz müraciətin edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir.
55. Buna görə də, iddiaçının ## #### 2023-cü il tarixdə etdiyi müraciətə həmin tarixdə qüvvədə olan Qaydaların tələbləri tətbiq edilməli idi.
56. Məhkəmə kollegiyası qeyd edir ki, həm Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı ilə qəbul edilmiş Qaydaların, həm də onu əvəz edən Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli təsdiq edilmiş Qaydaların 6.2-ci bəndinə əsasən bəzi ixtisaslar üzrə, o cümlədən hüquq ixtisası üzrə peşə tanınması üçün imtahan tələbi nəzərdə tutulmuşdur. Buna görə də, iddiaçı peşə tanınması üçün müvafiq imtahanda iştirak etməli və yalnız həmin imtahandan uğur qazandıqdan sonra ona peşə tanınmasına dair şəhadətnamə verilməsi mümkün olmalı idi. Eləcə də, Qaydaların 6.3-cü bəndində peşə tanınması üçün imtahan tələbini istisna edən hallar təsbit olunmuşdur, lakin bu hallardan hər hansı biri iddiaçının vəziyyətinə şamil edilə bilməz.
57. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işdə iddiaçıya Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, ** nömrəli Qərarı ilə qəbul edilmiş Qaydaları əvəz edən Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələbləri tətbiq edilməlidir və iddiaçı peşə tanınması üçün müvafiq imtahanda iştirak etməlidir.
58. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, hazırkı inzibati mübahisəyə dair iş üzrə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına aşağıdakı məzmunda izah verilməli, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Rusiya Federasiyasının Cənub Rusiya Humanitar İnstitutu tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, АВБ ******* nömrəli diplom üzrə peşə tanınması haqqında şəhadətnamənin Azərbaycan Respublikası Prezidentinin **** nömrəli, ## ###### 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq verilməsinin təmin olunması nəzərdə tutulmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, 2-1(3-8)- **/**** nömrəli qərardadı ləğv edilərək iddiaçının ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına aşağıdakı məzmunda izah verilsin: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Rusiya Federasiyasının Cənub Rusiya Humanitar İnstitutu tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, АВБ ******* nömrəli diplom üzrə peşə tanınması haqqında şəhadətnamənin Azərbaycan Respublikası Prezidentinin **** nömrəli, ## ###### 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq verilməsinin təmin olunması nəzərdə tutulur. Qərar qətidir.