Məhkəmə qərarları › İş №2-1(1-8)-500/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-500/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̆Respublikası̆adından Qərar Bakı̆şəhəri İş̆№̆2-1(1-8)-500/2026 18.06.2026 ALĬMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə̆̆Rahib̆Sahib̆oğlundan̆ibarət̆tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə̆yazılı̆icraat̆qaydasındăbaxaraq̆aşağıdakı̆qərarı̆qəbul̆etdi.̆ İŞİN HALLARI

1. İddiaçı ##.##.2000-ci ildə X9 XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T20-T32-Termiki və kimyəvi yanıqlar => T20- T25-Bədənin xarici səthinin, lokalizasiyana görə müəyyən.., “Termiki yanıqdan sonra döş qəfəsinin hər iki tərəfinin, sağ bud, sağ bazu-dirsək oynağının dartıcı oynağının dartıcı kelloid çapıqları, sol bazu oynağının kontrakturası, ətraf funksiyasının pozulması” diaqnozu ilə̆1̆il̆müddətinə̆ümumĭxəstəlik̆səbəbindən̆üçüncü̆dərəcəlĭəlillik̆təyin̆edilmişdir.̆

2. Sonradan İddiaçı ##.##.2012-ci ildə “Termiki yanıqdan sonra döş qəfəsi, sağ bud, bazu, dirsək oynağı nahiyəsinin çapıqları, sol bazu oynağın kontrakturası” diaqnozu ilə ümumĭxəstəlik̆səbəbindən̆müddətsiz̆üçüncü̆dərəcəlĭəlillik̆təyin̆edilmişdir.

3. ##.##.2018-ci ildə X9 XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T20-T32-Termiki və kimyəvi yanıqlar => T29-T32-Çoxsaylı və dəqiqləşdirilməmiş lokalizasiyalı termiki.., “Termiki yanıqdan (III/A dərəcəli) sonra döş qəfəsinin sağ bud bazu dirsək oynağı nahiyələrində dartılmış çapıqları sol bazu oynağında kontraktura. Funksiyasının pozulması” diaqnozu ilə Meyar: 2.3. üçüncü dərəcə əlillik => 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankil.. ümumĭxəstəlik̆səbəbindən̆5̆il̆müddətinə̆üçüncü̆dərəcəlĭəlillik̆təyin̆edilmişdir.

4. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X1 tərəfindən iddiaçıya əsas diaqnoz: T29.3 - Bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları, bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları, Ağırlaşmalar: M24.5 - Oynaqların kontrakturası. Sol bazunun yaxınlaşdırıcı kontrakturası - 90 dərəcə, L90 - Dərinin atrofik zədələnmələri: Döş qəfəsinin ön və sol yan səthlərinin atrofik çapıqları, T95.2 - Yuxarı ətrafın donmasının, termiki və kimyəvi yanığının nəticələri: Döş qəfəsinin ön və sol yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyənin, sol bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, T24.3 - Bud-çanaq oynağı nahiyəsi və aşağı ətrafın (aşıq-baldır oynağı və ayaq istisna olmaqla) üçüncü dərəcəli termiki yanığı. Sol budun boylama çapığı, R20.0 - Dərinin anesteziyası. Keçirilmiş yanıq xəstəliyindən və autodermoplastikadan sonrakı vəziyyət, M81.2 - Hərəkətsizliklə bağlı osteoporoz. Sol yuxarı ətrafda hərəkət məhdudluğu, T22.3 - Yuxarı ətrafın və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) üçüncü dərəcəli termiki yanığı. Sol qoltuqaltının, sol bazu və dirsək büküşü nahiyəsinin çoxsaylı piqmentasiyalı atrofik və kobud hipertrofik dartıcı çapıqları, T21.3 - Gövdənin üçüncü dərəcəli termiki yanığı. Gövdənin sol yan səthinin çoxsaylı piqmentasiyalı atrofik və kobud hipertrofik dartıcı çapıqları, T95.1 - Gövdənin donmasının, termiki və kimyəvi yanığının nəticələri. Gövdənin sol yan səthinin keçirilmiş yanıq xəstəliyindən sonrakı vəziyyəti, L91.0 - Hipertrofik çapıq: Sol qoltuqaltı nahiyənin, bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, Z73.6 - Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Sol yuxarı ətrafın funksiyasının pozulması ilə əmək qabiliyyətinin pozulması, ağrı sindromu, T95.3 - Aşağı ətrafın donmasının, termiki və kimyəvi yanığının nəticələri. Sol budun yuxarı və orta 1/3 hissəsinin kobud çapıqları qoyulmaqla barəsində ##.##.2024-cü il tarixli G********JTA nömrəlĭgöndəriş̆rəsmiləşdirilmişdir.

5. “xxxx” X1 ##.##.2025-ci il tarixli T**/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı hazırkı vəziyyəti əlillik təyinatı aparılan zaman olan xəstəliklər ilə eynilik təşkil edir.”

6. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “X4” X1 tərəfindən verilmiş ##.##.2025ci il tarixli **-*-**/*-***/**** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2025-ci il tarixdə “X4” X1 Yanıq mərkəzində ambulator müayinədə olmuşdur. Yanıq mərkəzinin̆həkimĭİsgəndərov̆İsgəndərin̆(müalicə̆həkimi)̆tibbĭrəyinə̆əsasən:̆ Diaqnoz:

1. Keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonrakı vəziyyət: Sağ döş nahiyəsi, gövdənin sol yan və ön səthinin, sol qoltuqaltının, sol bazu və dirsək büküşü nahiyəsinin, sağ mil-bilək, sağ saidin, sağ bud-çanaq oynağı nahiyəsinin çoxsaylı piqmentasiyalı atrofik və kobud hipertrofik dartıcı çapıqları. Çapıqlarda ağrı və qaşınma sindromu, hissiyyat və trofik pozğunluqları. Qoltuqaltında hərdən yaralanma. Sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafda hərəkət məhdudluğu, sol yuxarı ətrafın funksiyasının pozulması ilə.

2. Xəstə bədəninin müxtəlif nahiyələrində keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonra çoxsaylı piqmentasiyalı atrofik və kobud dartıcı hipertrofik çapıqlardan şikayət edir. Obyektiv müayinələrin nəticəsi yuxarıdakı diaqnoz qoymağa əsas verir. M.Nağıyev adına təcili tibbi yardım kliniki xəstəxananın 1986-cı il ***** saylı çıxarışı, xəstənin yanması haqda epikriz, müxtəlif vaxtlarda Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı və tibbi arayışlar, “X4” X1 2023 və 2024-cü ildə verdiyi tibbi arayışlar yuxarıda qoyulmuş diaqnozu təsdiq edir.

3. Xəstə çapıqlarda ağrı, qaşınma, keyləşmə, dartınmadan şikayət edir, hərdən sol qoltuqaltında yaralanmalar olur. Gövdənin sol yan, sol qoltuqaltı, sol bazudakı çapıqlar hesabına xəstə sol yuxarı ətrafı gövdədən tam uzaqlaşdıra bilmir. - 900 , sol əli başı üzərinə qaldıra bilmir, çapıqlar, dartınmalar, yaralanmalar mane olur, sol yuxarı ətrafda funksiya pozğunluğu yaranmışdır. Xəstə periodik müalicələr alır, məlhəmlər, kremlər, gellər işlədir. Aparılan müalicələrdən yaxşılaşma hiss etməmişdir.

4. Xəstənin xəstəliyi xroniki xarakter daşıyır. Çapıqlarda qaşınma, keyləşmə, yaralanma, sol yuxarı ətrafda hərəkət məhdudluğu keçirilmiş yanığın fəsadıdır, ağırlaşmasıdır. Xəstədə tam reabilitasiya mümkün deyil.

5. Çapıq toxuması əsasən birləşdirici toxumalardan ibarətdir, qanla təchizatı zəifdir, elastikliyi yoxdur, bərkdir, müxtəlif geniş sahəni əhatə edir. Onu əvvəlki halına, yumşaq və elastik dəriyə qaytarmaq mümkün deyil.”

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2024-cü il tarixli *******00** nömrəli qərarın ləğv olunması və həmin tarixdən ona ümumi xəstəlik səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə̆qoyulması”̆barədə̆qərar̆çıxarılmasını̆xahiş̆etmişdir.̆

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-1986-cı illərdə aldığı termiki yanıqdan 111A dərəcəli döş qəfəsinin sağ bud, bazu, dirsək oynağı nahiyələrində dartılmış çapıqları, sol bazu oynağında konfraktura funksiyanın pozulması xəstəliyindən əziyyət çəkir. Bu xəsarətlərə görə ona ilkin olaraq müddətli üçüncü dərəcəli əlillik təyin edilmiş, sonradan isə ömürlük təyin edilmişdir. Xəstəliyi ilə bağlı müxtəlif tibb mərkəzlərində müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Buna baxmayaraq, cavabdeh tərəfindən ona növbəti dəfə əlillik təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur.

9. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları döş qəfəsinin ön və sol yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyənin bazunun iç bayır və arxa səthlərinin kobud dartıcı çapıqları bazunun döş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90, sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sağ budun yuxarı və orta 1/3-nin kobud çapıqları. Sol budun boylama çapığı ön bayır səthinin, sol yuxarı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması, bükücü deformasiya, keçirilmiş yanıq xəsdən və autodermoplastika əməliyyatından sonra sağ döş nahiyənin gövdənin sol yan, ön səthinin sol qoltuqaltının sol bazu və dirsək büküşün ah-nın sağ mil-bilək nahiyənin, sağ bud-çanaq nahiyənin çoxsaylı piqmentasiyalı atrofik və kobud dartıcı hipertrofik çapıqları, ağrı və qaşınma sindromu. Sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafın məhdudluğu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz öz təsdiqini tapmaması. Səbəb Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəsisəsinin C********NBV saylı göndərişi əsasında ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin̆natamam̆doldurulması̆qərarı̆verilmişdir.

10. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə̆iddiătəmin̆edilmişdir̆(hakim̆-̆P.Qurbanova).

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya ##.##.2000-ci il tarixdə 1 il müddətinə ilkin, ##.##.2012-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə isə İmişli Rayon Mərkəzi Xəstəxanasının ##.##.2018-ci il tarixli, *******AAHKX nömrəli göndərişi əsasında (əsas diaqnoz T29.3, ağırlama T22.3, L90.9, T24.3, L91.9) ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə termiki yanıqdan (III/A dərəcəli) sonra döş qəfəsinin sağ bud bazu dirsək oynağı nahiyələrdə dartılmış çapıqları sol bazu oynağında kontraktura, funksiyanın pozulması diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir.

12. İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, G********JTA nömrəli göndərişdə də iddiaçıya eyni diaqnoz təyin edilmişdir. Belə ki, əsas diaqnoz T29.3, ağırlama M24.5, L90, T95.2, T24.3, R20.0, M81.2, T22.3, T21.3, T95.1, L91.0, Z73.6, T95.3 kimi müəyyən edilməsinə baxmayaraq əlillik təyinindən imtina edilmişdir.

13. İş materiallarında olan TƏBİB X4 ##.##.2023-cü il tarixli arayışında iddiaçıya keçirilmiş yanma xəstəliyindən və autodermoplastika əməliyyatından sonraki vəziyyət-sağ döş nahiyəsi, gövdənin sol yan ön səthinin, sol qoltuqaltının, sol bazu və dirsək büküşü nahiyəsinin, sağ mil bilək nahiyəsinin, sağ bud-çanaq nahiyəsinin çoxsaylı piqmentasiyalı atopik və kobud dartan hiperaktik çapıqları, ağrı və qaşınma sindromu, sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafda hərəkət məhdudluğu, sol yuxarı ətrafın funksiyasının̆və̆hissiyyatının̆pozulması̆diaqnozŭqoyulmuşdur.̆

14. Həmçinin Azərbaycan X7 və Ortopediya İnstitutu PHŞ-nin ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli arayışlarında iddiaçıya bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları, döş qəfəsinin ön və sol-yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyəsinin, bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, bazunun döş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90 dərəcə, sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sağ budun yuxarı və orta 1/3nün kobud çapıqları, sol budun boylama çapığı, ön-bayır səthinin, sol yuxarı ətrafın funksiyasının̆və̆əmək̆qabiliyyətinin̆pozulması̆diaqnozŭqoyulmuşdur.̆

15. Məhkəmə iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə-tibbi ekspertizası təyin etmiş və Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025-ci il tarixli T**/**** nömrəli rəyində qeyd edilmişdir ki, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. XBT kodları ilə xəstəliklərin qeydi müvafiq ixtisas sahələrinin həkimlərinin səlahiyyətlərinə aiddir. Yanıq yaraları yüksək hərarətin təsirindən yaranmışlar və zaman-zaman sağalaraq yerində kobud çapıq toxumaları əmələ gəlmişdir. Onun hazırkı vəziyyəti “X7 və Ortopediya İnstitutu” PHŞ-nin həkim komissiyası tərəfindən ##.##.2024-cü il tarixdə “Bədənin müxtəlif nahiyələrinin termiki yanıqdan sonrakı kobud dartıcı çapıqları, döş qəfəsinin ön və sol yan səthlərinin atrofik çapıqları, sol qoltuqaltı nahiyənin, bazunun iç, bayır və arxa səthlərinin kobud dartıcı çapıqları, bazunun döş qəfəsi ilə çapıq birləşməsi, bazunun yaxınlaşdırıcı kontrakturası 90 dərəcə, sol dirsək oynağının arxa səthinin kobud çapıqları, sol budun yuxarı və orta 1/3-nin kobud çapıqları, sol budun boylama çapığı ön bayır səthinin, sol yuxarı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması, ağrı sindromu (T21.0, T22.3, M24.5, T95.3, T95.1, T95.2, L91.0, T29.3, L90, L91, T24.3, Z73.6, M81.2) diaqnozu kimi müəyyən edilmişdir. Əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmiş və ** №-li Tibbi-sosial ekspert komissiyasında ##.##.2023-cü il tarixdə qəbulda olarkən təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər əlillik təyininə əsas verməmişdir. Yanıq yaraları bədən səthinin geniş həcmini əhatə etdiyindən sağalma uzun müddətli olmuş, yaraların sağalması üçün oynaqlar hərəkətsiz qalmışdır. Bundan başqa xəstənin üzərində autodermoplastika əməliyyatı icra olunmuşdur. Onun hazırkı̆vəziyyətĭəlillik̆təyinatı̆aparılan̆zaman̆olan̆xəstəliklər̆ilə̆eynilik̆təşkil̆edir. Həmçinin iddiaçıda olan xəstəliklərin mövcudluğu və əlillik təyinə əsas veribverməməsini

16. müəyyən etmək üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “X4” X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli tibbi rəyində qeyd edilmişdir ki, iddiaçı əyani müayinədə olmuş və ona keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonrakı vəziyyət: Sağ döş nahiyəsi, gövdənin sol yan və ön səthinin, sol qoltuqaltının, sol bazu və dirsək büküşü nahiyəsinin, sağ mil-bilək, sağ saidin, sağ budçanaq oynağı nahiyəsinin çoxsaylı piqmentasiyalı atrofik və kobud hipertrofik dartıcı çapıqları, çapıqlarda ağrı və qaşınma sindromu, hissiyyat və trofik pozğunluqları, qoltuqaltında hərdən yaralanma, sol bazunun yaxınlaşdırıcı kontrakturası, sol yuxarı ətrafda hərəkət məhdudluğu, sol yuxarı ətrafın funksiyasının pozulması ilə diaqnozu qoyulmuşdur. Xəstə bədəninin müxtəlif nahiyyələrində keçirilmiş yanıq xəstəliyindən və autodermaplastikadan sonra çoxsaylı piqmentasiyalı atrofik və kobud dartıcı hipertrofik çapıqlardan şikayət edir. Obyektiv müayinələrin nəticəsi yuxarıdakı diaqnoz qoymağa əsas verir. M.Nağıyev adına təcili tibbi yardım kliniki xəstəxananın 1986-cı il ***** saylı çıxarışı, xəstənin yanması haqda epikriz, müxtəlif vaxtlarda Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı və Tibbi arayışlar, “X4” X1 2023 və 2024-cü ildə verdiyi tibbi arayışlar yuxarıda qoyulmuş diaqnoz təsdiq edir. Xəstə çapıqlarda ağrı, qaşınma, keyləşmə, dartınmadan şikayət edir, hərdən sol qoltuqaltında yaralanmalar olur. Gövdənin sol yan, sol qoltuqaltı, sol bazudakı çapıqlar hesabına xəstə sol yuxarı ətrafı gövdədən tam uzaqlaşdıra bilmir. - 900 , sol əli başı üzərinə qaldıra bilmir, çapıqlar, dartınmalar, yaralanmalar mane olur, sol yuxarı ətrafda funksiya pozğunluğu yaranmışdır. Xəstə periodik müalicələr alır, məlhəmlər, kremlər, gellər işlədir. Aparılan müalicələrdən yaxşılaşma hiss etməmişdir. Xəstənin xəstəliyi xroniki xarakter daşıyır. Çapıqlarda qaşınma, keyləşmə, yaralanma, sol yuxarı ətrafda hərəkət məhdudluğu keçirilmiş yanığın fəsadıdır, ağırlaşmasıdır. Xəstədə tam reabilitasiya mümkün deyil. Çapıq toxuması əsasən birləşdirici toxumalardan ibarətdir, qanla təchizatı zəifdir, elastikliyi yoxdur, bərkdir, müxtəlif geniş sahəni əhatə edir. Onu əvvəlki halına, yumşaq və elastik dəriyə qaytarmaq mümkün deyil. Beləliklə də iddiaçı barəsində qeyd olunan diaqnoz və xəstəlik mötəbər̆sübut̆hesab̆olunan̆rəylərlə̆və̆tibbĭsənədlərlə̆öz̆təsdiqinĭtapır.

17. Məhkəmə iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarını və rəyləri mötəbər sübut kimi qəbul edərək iddiaçıda həmin diaqnozun, diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyünü təsbit edir və diaqnoz və diaqnoz əsasında müvafiq əlilliyin təyin edilməsinin mümkünlüyü öz təsdiqini tapır. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı 2000-ci il tarixdən həmin xəstəliklərdən əziyyət çəkir və bu səbəblə də ona ##.##.2023-cü̆ilədək̆əlillik̆təyin̆edilmişdir.

18. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks̆olunmuşdur.

19. Məhkəmə diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsĭvə̆təyinĭüçün̆əhəmiyyət̆daşıyır.

20. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, əlillik meyarının müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə almışdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən̆heç̆bir̆qiymətləndirmə̆azadlığı̆vermir.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul̆olunmasını̆xahiş̆etmişdir.̆ b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilərək iddia təmin edilmişdir. Tibbi-Sosial ekspert komissiyasının ##.##.2024cü il tarixli *******00** nömrəli qərarı ləğv edilmiş, iddiaçıya ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.7.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – C.Quliyev, hakimlər - F.Hüseynov, M.Sadıqov).

23. Apellyasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan göndəriş (##.##.2024), digər tibbi sənədlər, o cümlədən ekspert və mütəxəssis rəyləri ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “13.7. Termiki və kimyəvi yanıqlar T20-T32; Qeyd. Yanıq xəstəliyi nəticəsində kobud keloid çapıqlar̆yaranır. Belə çapıqlar böyük sahələrdə formalaşdıqda, oynaqları əhatə etdikdə, eybəcərliyə və müxtəlif kontrakturaların əmələ gəlməsinə səbəb olduqda əlilliyin qiymətləndirilməsi aparılır.̆Bu zaman çapıq toxuma üzərində əmələ gələn trofiki pozuntular, hərəkət funksiyalarının pozulması ağırlığı, həmçinin xəstənin özünəqulluq bacarığının pozulması dərəcəsi nəzərə alınır; 13.7.1. dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərə çarpan dərəcədə pozulması 35-60 faiz dərəcəsi ilə 1 il müddətinə” bəndinə uyğun əlillik təyin edilməsinə əsas verir. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə iddiaçının xəstəliyi (yanıq ilə bağlı) ilə bağlı mütəxəssis rəyi bu sahə üzrə ixtisaslaşmış̆tibb̆mərkəzĭtərəfindən̆verilmişdir.

24. Eyni zamanda, mütəxəssis rəyindən görünür ki, M.Nağıyev adına təcili tibbi yardım kliniki xəstəxananın 1986-cı il ***** saylı çıxarışı, xəstənin yanması haqda epikriz, müxtəlif vaxtlarda Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı və tibbi arayışlar, “X4” X1 2023 və 2024-cü ildə verdiyi tibbi arayışları mütəxəssis rəyi ilə qoyulmuş diaqnozu təsdiq edir. İddiaçı sonuncu qərarı mübahisələndirdiyi üçün əlillik təyinatı həmin qərarın tarixindən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və̆diaqnoz̆göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və̆diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən̆imtinăolunması̆məhkəmə̆tərəfindən̆tam̆şəkildə̆yoxlanılăbilər.

25. Birinci instansiya məhkəməsi iddiaçıya “müvafiq əlilliyin təyin edilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması nəticəsinə gələrkən qərarında göstərməmişdir ki, müvafiq əlillik dərəcəsi dedikdə, “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə uyğun faiz göstəricisi və müddəti nəzərə alınmaqla əlillik təyin edilməsindən söhbət gedir. Bu hal qərarın tam olmaması kimi qiymətləndirilməlidir. Eyni zamanda, qərar qüvvədə qalacağı təqdirdə̆gələcəkdə̆onun̆icrasındădămüəyyən̆problemlər̆yaranăbilər.

26. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsĭvə̆iddiătələbinin̆təmin̆edilməməsĭbarədə̆qərar̆qəbul̆olunmasını̆xahiş̆etmişdir.

27. Bundan başqa, qərardan narazı qalan iddiaçı da kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.̆

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətlərinin dəlilləri Cavabdehin kassasiya şikayəti

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli 187 nŏmrəli Qərarı ilə təsdiq edilmis̆ “Əlilliyin mŭəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlas̆ma, yəni diaqnozun ŏz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlas̆dıran ağırlas̆maların olmasına əsasən mŭəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq̆edilir.̆

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.̆

30. Məhkəmə işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki iddiaçıda sözügedən diaqnoz aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Eləcə də məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial̆Ekspertizăvə̆X8-Sosial̆Ekspertlərinin̆səlahiyyətlərinə̆aiddir.

31. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən X1dir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsĭvə̆təyinĭbarədə̆tam̆səlahiyyətlĭqurumdur.

İddiaçının kassasiya şikayəti

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun hüquqlarını pozaraq, qanunu tətbiq etməmişdir. Həmin qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq müəyyən edilmiş diaqnoz və ağırlaşmalara əsasən əlillik müddətli və müddətsiz (ömürlük) təyin edilir. Xüsusi tibbi göstəriş olduğu hallarda, bəzi geridönməz vəziyyətlərdə, məsələn, yuxarı və aşağı ətrafların amputasiyası zamanı əlillik müddətsiz təyin edilir. Bir sözlə, reabilitasiya potensialı olmayan əsas diaqnoz və ağırlaşmalar zamanı əlillik təyinatı ömürlük aparılır. Orada qeyd edilən xəstəliyi olan şəxslərə əlillik müəyyən edilməlidir. Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə Termiki yanıqdan 111A dərəcəli döş qəfəsinin sağ bud, bazu, dirsək oynağı nahiyələrində dartılmış çapıqları, sol bazu oynağında konfraktura funksiyanın pozulması diaqnozu təyin edilmiş və ona bu xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu verilmiş, sonradan əlillik müddəti ömürlük müəyyən edilmişdir. Hazırda da tam sağalmamış və mütəmadi olaraq müayinə və müalicədə olunur. Hesab edirəm ki, tibbi-sosial ekspert komissiyasının qərarı qanunidir və qüvvəsində saxlanılmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Agentlik isə əlilliyimi əsassız olaraq ləğv etmiş, məhkəmə isə bunu nəzərə almamışdır.

33. Bundan başqa, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hesab edir ki, məhkəmə prosesi zamanı bərabərlik prinsipi pozulmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, onun haqqında tibbi sosial ekspert komissiyasının qərarı ilə ömürlük əlillik müəyyən edilmiş və inzibati məhkəmə də qərarında bunu nəzərə almışdır. Apellyasiya məhkəməsi isə buna hüquqi qiymət verməmişdir. Hesab edir ki, mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin̆olunmamasını̆xahiş̆etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.̆Ümumĭmüddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə̆tibbi-sosial ekspertiza müayinəsinə̆göndərişlərin (bundan sonră–̆göndəriş)̆verilməsĭilə̆bağlı̆münasibətlərĭtənzimləyir.̆ 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra –̆Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra –̆Agentlik)̆tibbi-sosial ekspert komissiyaları (bundan sonra –̆̆TSEK)̆tərəfindən̆həyatăkeçirilir.̆ 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5.̆Şəxsin̆əlilliyĭaşağıdakı̆səbəblərdən̆birinə̆əsasən̆müəyyən̆edilir: 1.5.1.̆ümumĭsəbəblərdən: ... 1.6.̆Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin̆və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – ̆altsistem) vasitəsilə aparılır.̆ 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbətĭqiymətləndirilməsĭtarixindən̆sonrakı̆ayın̆1-dək̆əlilliyĭolan̆şəxs̆hesab̆edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və̆“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının̆faiz̆göstəricisĭvə̆müddəti”nə̆əsasən̆müəyyən̆olunur.̆

2. TSEK-də̆əlilliyin̆qiymətləndirilməsĭqaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin̆2008-ci il ## ###### tarixli ** nömrəlĭQərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –̆Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə̆göndəriş̆(bundan̆sonră–̆göndəriş)̆əsasındăaparılır.̆ 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə̆göndərişlərin̆reyestri”nə̆daxil̆edildikdən̆sonrăaltsistemə̆ötürülür.̆ 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən̆dərhal̆TSEK-ə̆göndərilir. 2.4.̆TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət̆Agentlik̆tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.̆ 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.̆ ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş̆Komissiyayăgöndərir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağăborcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün̆tətbiq̆edilməsinĭyoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallardă10 gün müddətində müvafiq apellyasiyăinstansiyası̆məhkəməsĭvasitəsĭilə̆verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar̆göstərilməlĭvə̆şikayət̆əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar̆qəbul̆edir. Maddə̆98.1.̆AlĭMəhkəmənin̆inzibatĭmübahisələrə̆dair̆iş̆üzrə̆qərarı̆qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

37. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab̆edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.̆

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas̆yoxdur.̆

40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük,̆aidiyyət̆və̆mötəbərlik̆tələblərinĭnəzərə̆almaqlăqiymətləndirmişdir.̆

41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə̆də̆razılaşır.

42. Bununla yanaşı, məhkəmə kollegiyası ilk öncə cavabdehin kassasiya şikayətinin dəlillərinə̆münasibətdə̆aşağıdakıları̆qeyd̆etməyĭzərurĭhesab̆edir.

43. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2000-ci ildə “Termiki yanıqdan sonra döş qəfəsinin hər iki tərəfinin, sağ bud, sağ bazu-dirsək oynağının dartıcı oynağının dartıcı kelloid çapıqları, sol bazu oynağının kontrakturası, ətraf funksiyasının pozulması” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonradan iddiaçıya ##.##.2012-ci ildə “Termiki yanıqdan sonra döş qəfəsi, sağ bud, bazu, dirsək oynağı nahiyəsinin çapıqları, sol bazu oynağın kontrakturası” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. ##.##.2018-ci ildə iddiaçıya “Termiki yanıqdan (III/A dərəcəli) sonra döş qəfəsinin sağ bud bazu dirsək oynağı nahiyələrində dartılmış çapıqları sol bazu oynağında kontraktura. Funksiyasının pozulması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcəlĭəlillik̆təyin̆edilmişdir.̆

44. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli *******00** nömrəli qərar ilə “Diaqnoz əlillik̆əlamətĭtəyin̆etməməsi”̆səbəbĭilə̆əlilliyin̆təyin̆edilməsindən̆imtinăedilmişdir.

45. “xxxx” X1 ##.##.2025-ci il tarixli T**/**** nömrəli ekspert rəyindən görünür ki, iddiaçının hazırkı vəziyyəti əlillik təyinatı aparılan zaman olan xəstəliklər ilə eynilik təşkil edir.

46. Eyni zamanda, mütəxəssis rəyindən görünür ki, M.Nağıyev adına təcili tibbi yardım kliniki xəstəxananın 1986-cı il ***** saylı çıxarışı, xəstənin yanması haqda epikriz, müxtəlif vaxtlarda Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı və tibbi arayışlar, “X4” X1 2023 və 2024-cü ildə verdiyi tibbĭarayışları̆yuxarıdăqoyulmuş̆diaqnozŭtəsdiq̆edir.

47. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, iş materiallarında olan göndəriş (##.##.2024), digər tibbi sənədlər, o cümlədən ekspert və mütəxəssis rəyləri rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “13.7. Termiki və kimyəvi yanıqlar T20-T32; Qeyd. Yanıq xəstəliyi nəticəsində kobud keloid çapıqlar̆yaranır. Belə çapıqlar böyük sahələrdə formalaşdıqda, oynaqları əhatə etdikdə, eybəcərliyə və müxtəlif kontrakturaların əmələ gəlməsinə səbəb olduqda əlilliyin qiymətləndirilməsi aparılır.̆Bu zaman çapıq toxuma üzərində əmələ gələn trofiki pozuntular, hərəkət funksiyalarının pozulması ağırlığı, həmçinin xəstənin özünəqulluq bacarığının pozulması dərəcəsi nəzərə alınır.; 13.7.1. dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpan dərəcədə pozulması 35-60 faiz dərəcəsi ilə 1 il müddətinə”̆bəndinə̆uyğun̆əlillik̆təyin̆edilməsinə̆əsas̆verir.

48. Kassasiya şikayətinin diskresion səlahiyyətlə bağlı dəlilinə münasibətdə bildirilməlidir ki, Ali Məhkəmənin bir çox qərarlarında “diskresion səlahiyyət” ilə bağlı arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsĭtərəfindən̆müəyyən̆edilən̆halları̆ilə̆təsdiq̆olunmuşdur.

49. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının da kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iş üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, birinci instansiya məhkəməsi “müvafiq əlilliyin təyin edilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması nəticəsinə gələrkən qərarında müvafiq əlillik dərəcəsi dedikdə, “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə uyğun faiz göstəricisi və müddəti nəzərə alınmaqla əlillik təyin edilməsini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.7.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 1 il müddətinə̆əlilliyin̆təyin̆etmişdir.

50. İddiaçının “əlilliyin ömürlük təyin edilməsi” dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, hazırkı iş materiallarından iddiaçıya ömürlük əlilliyin təyin edilməsi üçün qanunvericilikdə̆nəzərdə̆tutulmuş̆şərtlərin̆olması̆müəyyən̆edilmir.

51. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası̆məhkəməsinin̆qərarı̆dəyişdirilmədən̆saxlanılmalıdır.̆

52. Yuxarıdăgöstərilənlərə̆əsasən,̆məhkəmə̆kollegiyası

QƏRARA ALDI:

İddiaçı̆və̆cavabdeh̆tərəfindən̆verilmiş̆kassasiyăşikayətlərĭtəmin̆edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/****̆nömrəli qərarı̆dəyişdirilmədən̆saxlanılsın. Qərar̆qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar