Məhkəmə qərarları › İş №2-1(1-8)-526/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-526/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-526/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *- **-*-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçı İddiaçı MMC barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**- *-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI birinci instansiya məhkəməsində icraat

3. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır.

4. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, G.Sevdimalıyeva və O.Ismayılov) Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə «xxxx» MMC-yə məxsus olan poçt qaiməsinin surəti təqdim edilərək apellyasiya şikayətinin poçta ##.##.2025-ci il tarixdə verildiyi bildirilir. Lakin həmin qaimədən görünür ki, poçta verilmə ##.##.2025-ci il tarix göstərilsə də, Bakı Inzibati Məhkəməyə çatdırılma ##.##.2026-cı il tarix göstərilmişdir. Göründüyü kimi, həmin poçt qaiməsinə əsasən çatdırılma 2 ayın tamamında həyata keçirilmişdir. Halbuki qeyd olunan kuryer xidməti sürətli çatdırılma xidmətidir və qaimədə sənədin 72 saat müddətində çatdırılması qeyd olunur. Həmçinin cavabdeh apellyasiya şikayətini poçt vasitəsi ilə göndərərkən bunun səbəblərini (elektron imzanın işləməməsi, elektron sistemdə baş verən digər xəta və s.) məhz həmin tarixdə müvafiq məktubla məhkəməyə bildirməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həm ##.##.2025-ci il tarixdə, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində cavabdehin apellyasiya şikayətini birbaşa məhkəmənin dəftərxanasına təqdim etmək imkanı da mövcud olmuşdur. ##.##.2026-cı il tarixdən sonra isə cavabdeh inzibati orqan elektron kabinet vasitəsi ilə Bakı Inzibati Məhkəməsinə üzərində «## ###### 2026-cı il» tarix göstərilməklə apellyasiya şikayətini təkrar təqdim etmişdir. Qeyd edilənlər isə cavabdeh tərəfindən apellyasiya şikayətinin ##.##.2025-ci ildə poçta təqdim edilməsinin açıq-aşkar həqiqətə uyğun olmadığını göstərir və bu, gələcəkdə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyü hallarda müddətin ötürülməməsinin sübut edilməsi istiqamətində sui-istifadələrə gətirib çıxara bilər. Cavabdeh inzibati orqan bunu apellyasiya şikayətinin elektron sistemə yerləşdirilməsi zamanı baş vermiş xəta ilə izah etməyə çalışsa da, həm şikayət elektron sistemə yerləşdirilən zaman, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində elektron sistemdə hər hansı problemin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Halbuki işdən görünür ki, hazırki iş üzrə məhkəmə icraatı elektron qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılmış və cavabdeh tərəfindən bütün yazışmalar elektron kabinet vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh elektron sistemdə baş vermiş xəta ilə əlaqədar qərardan apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə müvafiq ərizə və sübutların məhkəməyə təqdim etməmiş, əksinə belə bir qaimənin təqdim edilməsi ilə apellyasiya şikayətinin mümkün sayılmasına nail olmağa çalışmışdır.

7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin e-2- *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı cavabdehə elektron kabinet vasitəsi ilə ##.##.2025-ci ildə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh vergi orqanın apellyasiya şikayətinin verilməsinin son günü ## ###### 2025-ci il tarixində hazırlanan apellyasiya şikayəti elektron sistemə yerləşdirilən zaman faylların yüklənməsində xəta baş vermiş və apellyasiya şikayətinin sistemə yerləşdirilməsi mümkün olmamışdır. Həmin gün apellyasiya şikayəti özəl poçt vasitəsi ilə məhkəməyə çatdırılması üçün verilmişdir. ## ###### 2025-ci il tarixdə isə apellyasiya şikayəti elektron sistemə yerləşdirilmişdir. Baş verən xəta asan imza üzrə yaranan problem olmuş və lokal xarakter daşımışdır. Buna uyğun olaraq hesab edir ki, apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə poçtla göndərilmiş və həmçinin ##.##.2025-ci il tarixdə elektron portal vasitəsilə təqdim edildiyindən cavabdehin apellyasiya şikayəti mümkün sayılmalı və apellyasiya şikayəti qəbul edilməlidir.

TƏTBIQ EDILƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

10. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

12. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, işin bununla bağlı halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

14. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

15. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

16. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəməapellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

17. Apellyasiya şikayətinin Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi apellyasiyanın mümkünlüyü əsaslarına aiddir.

18. Hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, apellyasiya şikayətinin Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Belə ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə ##.##.2025-ci ildə rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır (01 gün).

19. Apellyasiya məhkəməsi müddətin ötürülmə əsası ilə apellyasiyanı qeyri-mümkün saymış və bu zaman hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “apellyasiya şikayəti məhkəməyə «xxxx» MMC vasitəsilə sürətli poçtla ##.##.2025-ci il tarixdə verilsə də, məhkəməyə ##.##.2026-cı il tarixdə çatdırıldığı göstərilmişdir. Göründüyü kimi, həmin poçt qaiməsinə əsasən çatdırılma 2 ayın tamamında həyata keçirilmişdir. Həmçinin cavabdeh inzibati orqan apellyasiya şikayətinin gec verilməsini elektron sistemə yerləşdirilməsi zamanı baş vermiş xəta ilə izah etməyə çalışsa da, həm şikayət elektron sistemə yerləşdirilən zaman, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində elektron sistemdə hər hansı problemin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Göründüyü kimi, apelyasiya məhkəməsi apelyasiya şikayətinin elektron sistemə gec yerləşdirilməsinin səbəbinin həmin anda baş vermiş xəta ilə bağlı olduğuna dair sübutları təqdim etmək vəzifəsini cavabdeh qurumun üzərinə qoymuşdur.

21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı işdə prosessual müddətin buraxılmasının əsas səbəbi kimi apellyasiya şikayətinin elektron sistemə yerləşdirilməsi zamanı baş vermiş xətanın asan imza ilə bağlı olduğu və lokal xarakter daşıdığı bildirilmişdir. Belə olan halda, məhkəmə yalnız formal mülahizələrlə kifayətlənməməli, həmin texniki nasazlığın həmin anda mövcud olubolmamasını

22. araşdırmaq üçün zəruri prosessual tədbirlər görməli idi.

23. Bu məqsədlə apellyasiya məhkəməsi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq qeydləri, o cümlədən həmin tarixdə (##.##.2025-ci il tarixdə) sistemdə texniki xətaların baş verib-verməməsinə dair məlumatları tələb edə və apellyasiya şikayətinin yüklənməsinin hansı texniki nasazlığa görə mümkünsüz olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq sorğu verə bilərdi. Lakin apellyasiya məhkəməsi apelyantın göstərdiyi həmin dəlilə münasibətdə hər hansı sübut toplamadan, sadəcə şikayətin vaxtında təqdim edilməsinin sübutetmə vəzifəsini cavabdeh qurumun üzərinə qoymaqla kifayətlənmişdir.

24. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinin tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

25. Kollegiya qeyd edir ki, araşdırılan məqamlar nəticəsində şikayətin vaxtında təqdim olunmamasının ərizəçinin iradəsindən asılı olmayan texniki səbəblərdən baş verdiyi müəyyən olunarsa, bu xüsusi hal apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilməli idi. Məhkəmənin həmin xüsusatı araşdırmaması onun tərəfindən sübutların toplanması və qiymətləndirilməsi üzrə prosessual vəzifənin tam yerinə yetirilməməsi kimi qəbul edilir.

26. Beləliklə, apellyasiya məhkəməsinin bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan halları araşdırmadan apellyasiya şikayətini qeyri-mümkün hesab etməsi qanunvericiliyin tələb etdiyi tam, hərtərəfli və obyektiv araşdırma prinsipinə uyğun olmamış, nəticə etibarilə apellyasiya şikayətinin mümkün sayılmaması barədə gəldiyi nəticə hüquqi cəhətdən kifayət qədər əsaslandırılmamışdır.

27. Odur ki, işə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar