Məhkəmə qərarları › İş №2-1(1-8)-528/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-528/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-528/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin ** nömrəli, ##.##.2006-cı il tarixli sərəncamı ilə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şərq hissəsindən 480 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir.

2. İddiaçı ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh orqan ##.##.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə baxılacaqdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş sərəncam və eskiz layihə əsasında Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.m torpaq sahəsinə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2006-cı il tarixdə Zığ Bələdiyyəsinə ərizə ilə müraciət edərək fərdi ev tikintisi üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyədə ərizəyə baxıldıqdan sonra iddiaçıya Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. ##.##.2006-cı il tarixli ** nömrəli Bakı şəhəri Suraxanı rayonu X1 ilə fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şərq hissəsində 480 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. ##.##.2006-cı il tarixdə torpağı özəlləşdirilməsi ilə bağlı 1305 manat pulu bələdiyyənin hesabına köçürmüşdür. İddiaçı həmin torpaq sahəsini aldığı vaxtdan 2015-ci ilədək həmin torpaqla bağlı vergi və ödənişləri ödəmişdir. ##.##.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həmin torpaq sahəsinə çıxarışın alınması üçün müraciət etmişdir. Lakin həmin idarə torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyə qərarının və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının, Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyinin sənədlər toplusuna əlavə edilmədiyinə istinad edərək xahişini təmin etməmişdir. İddiaçı bildirir, 2006-cı il tarixdə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpaq sahəsinin ayrılması barədə sərəncam verdiyi vaxta qeyd olunan sənədləri ona təqdim etməmişdir. Digər tərəfdən, Zığ Bələdiyyəsi tərəfindən iddiaçıya Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.m torpaq sahəsinin ayrıldığı vaxtdan etibarən torpaq sahəsinin sərhədlərini çəpərləmiş və mütəmadi olaraq torpağın münbit vəziyyətdə qalması üçün yaxşılaşdırma işlərini görmüşdür. Həmçinin ##.##.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 600 kv.m torpaq sahəsinin ona məxsus olması ilə bağlı arayış verilmişdir. Həmin arayış da bir daha təsdiq edir ki, həmin torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Həmin maddənin 3-cü hissəsində qeyd olunmuşdur ki, qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.6-cı maddəsində qeyd olunmuşdur ki, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin. məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Göründüyü ki, 2006-cı il tarixdə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən iddiaçıya sərəncam verilən vaxt digər sənədlər ona verilməmişdir. Hazırda həmin torpaq sahəsində yaşayış evi tikmək istədiyi üçün torpaq sahəsini adına rəsmiləşdirmək istəyir.

5. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunlara və “Torpaqların alqı-satqısı” qaydalarına istinad edərək imtina məktubunun dəlillərini təkrarlamış və sonda məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı ##.##.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsi tərəfindən verilmiş sərəncam və eskiz layihə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş sorğulara cavab olaraq aşağıdakı sənədlər təqdim edilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2021-ci il tarixli ************ nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 480 kv.m olan torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin ##.##.2021-ci il tarixli, *** nömrəli məktubu ilə bildirilmişdir ki, Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı sərəncamı ilə vətəndaş İddiaçı Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 480 kv.m olan torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2022-ci il tarixli, MİHO/2.1.*-*-****-**** nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 480 kv.m torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar İdarəyə müraciət edilib-edilməməsinə və rəyin verilibverilməməsinə dair hər hansı sənəd aşkar edilməmişdir. “xxxx” publik hüquqi şəxsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 480 kv.metr torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilib-edilməməsi bağlı məhkəmə sorğusuna ##.##.2023-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktub ilə bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Suraxanı rayonu Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı sərəncamı ilə vətəndaş İddiaçı 480 kv.m torpaq sahəsinin ayrılmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin olunmamışdır.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Məhkəmə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin mübahisəli sərəncamın qəbul edildiyi vaxtdakı müddəalarına istinad edərək qeyd etmişdir ki, ##.##.2006-cı il tarixdə şəxsə torpaq sahəsi ayırmaq üçün bələdiyyə torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir; həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir. Məhkəmə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş materiallarında olan cavab məktublarına əsasən bildirmişdir ki, bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, bu rəylərin alınmaması hələ iddiaçının tələbinin təmin olunmaması üçün əsas hesab edilə bilməz. Məhkəmə bu mövqeyini Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmış və bildirmişdir ki, istinad olunan mövqe nəzərə alındıqda aydın olur ki, müvafiq rəylər olmasa belə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt səlahiyyətli orqan tərəfindən qəbul olunduqda, onun qəbul olunmuş inzibati akta etimadı qorunur. Konstitusiyanın 144-cü və 145-ci maddələri, “Bələdiyyələrin statusu haqqında” Qanunun 2, 16.1, 16.4, və 33.3-cü maddələrinə əsasən, bələdiyyə əmlakının şəxsin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilir və bu qərar bələdiyyə sədri tərəfindən deyil, bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin ayrılması barədə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə bələdiyyə tərəfindən qərar qəbul edilməmiş, bələdiyyə sədri onun səlahiyyətinə aid olmadığı halda təkbaşına sərəncam verərək, bələdiyyə əmlakını iddiaçının mülkiyyətinə vermişdir. Bundan əlavə, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi barədə qərar qəbul edildikdən sonra, şəxslə torpaq sahəsinin alqı satqısı barədə müqavilə bağlamalıdır ki, iş materiallarına əsasən iddiaçı ilə belə bir müqavilə bağlanması müəyyən edilmir. O da qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin Zığ Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaqlara aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tərəfindən dəfələrlə yerli baxış keçirilməsi üçün müddət təyin edilmiş, lakin şərait yaradılmadığından texniki inventarlaşdırma işlərinin həyata keçirilməsi mümkün olmamış, həmçinin rəy verilməsi üçün zəruri olan xidmət haqqı ödənilməmişdir. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 10.İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 12.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 13.Bakı Apellyasiya Məhkəməsindəki icraat zamanı aşağıdakı sənədlər məhkəməyə təqdim edilmişdir: Suraxanı rayonu Zığ Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış və sənədləşmə işləri aparılmamışdır. xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir: “Göstərilən torpaq sahəsi sənəd üzrə 480.0 kv.m olsa da, faktiki olaraq 550.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin bir tərəfindən 10 metr aralı məsafədən yüksək gərginlikli (10kVt-lıq) elektrik xətti, bir tərəfindən 3-5 metr aralı məsafədən 325 mm-lik diametrli orta təzyiqli qaz xətti keçir. Qeyd olunan kommunikasiya xətləri barədə aidiyyəti təşkilatların rəyinin alınması məqsədəuyğundur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Abşeron OS). Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən sahənin bir hissəsi qaz xəttinin mühafizəsinə düşür. Sahəyə dair yerləşmə cizgisi qeyri-müəyyən olmaqla uyğunsuzluq təşkil edir.” Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi məzmunca verilmiş mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir. 14.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakimlər P.Hüseynov /sədrlik edən və məruzəçi/, G.Sevdimalıyeva və O.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 15.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən ona torpaq sahəsinin ayrılması barədə Suraxanı rayonu Zığ Bələdiyyəsinin ** nömrəli, ##.##.2006-cı il tarixli sərəncamı məhkəməyə təqdim edilsə də, bununla əlaqədar torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin koordinatlarını özündə əks etdirən sxem və qeyd olunan sərəncamın verilməsi ilə əlaqədar olan digər sənədlər həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edilmədi. Bundan başqa, məhkəmə iş materiallarında olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ## #### 2022-ci il tarixli məktubuna və xxxx publik hüquqi şəxsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2023-cü il tarixli məktubuna istinad etmişdir. Məhkəmə bildirmişdir ki, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2021-ci il tarixli məktubda Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı sərəncamı ilə iddiaçıya torpaq sahəsinin ayrıldığı bildirilsə də, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda iddiaçı İddiaçı Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmadığı və sənədləşdirmə işlərinin aparılmadığı bildirilmişdir. Bu ziddiyyətlə əlaqədar Zığ Bələdiyyəsinə məhkəmə tərəfindən sorğu verilərək bələdiyyənin qərar və sərəncamlarının qeydiyyat kitabının məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-ci il tarixli məktubla 2006-cı il dekabr ayı üzrə qərar və sərəncamların qeydiyyat jurnalından görünür ki, Zığ Bələdiyyəsinin ** nömrəli qərarı ilə ##.##.2006-cı ildə başqa şəxsə- Mirzəxan Əzimxan oğluna 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinin ** saylı ##.##.2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Mirzəxan Əzimxan oğluna ayrılmış 400 kv.m torpaq sahəsi üçün onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-*****H nömrəli (kod 00600046) şəhadətnamə də tərtib edilmişdir. Göründüyü kimi, iddiaçıya qeyd olunan bələdiyyə sərəncamına əsasən torpaq sahəsinin ayrılması iş materialları ilə öz təsdiqini tapmır. Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş bələdiyyənin qərar və sərəncamlarının qeydiyyat jurnalının surətində həmin dövrə aid sənədlərin arasında iddiaçının istinad etdiyi bələdiyyə sərəncamının qeydiyyata alınmadığı müəyyən edilir. Əksinə, həmin qeydiyyat jurnalından görünür ki, Zığ Bələdiyyəsinin ** nömrəli qərarı ilə ##.##.2006-cı ildə başqa şəxsə - Mirzəxan Əzimxan oğluna 400 kv.m torpaq sahəsi ayrılmışdır və həmin qərara əsasən onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-*****H nömrəli (kod 00600046) şəhadətnamə tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. 16.İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri 17.İddiaçı kassasiya şikayətində iddia ərizəsi və apellyasiya şikayətində göstərdiyi dəlillərə istinad etmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, bələdiyyənin ayırdığı torpaq sahəsini müvafiq qaydada rəsmiləşdirmədən təqdim etməsi vətəndaşın günahı deyildir. Mübahisəli torpaq sahəsi və ətrafdakı ərazilər bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış və məhkəmə həmin torpaq sahəsinin bələdiyyəyə ayrılması nəzərdə tutulan torpaq sahəsi olmasını müəyyənləşdirməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, məhkəmənin bələdiyyənin sərəncamının hüquqmüəyyənedici sənəd hesab etməməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi bələdiyyə məktublarındakı ziddiyyətin aydınlaşdırmamış və torpaq sahəsinin sərəncamla ayrılmasına aydınlıq gətirə biləcək şəxsin şahid kimi dəvət edilməsinə dair vəsatəti əsassız olaraq təmin etməmişdir. Həmçinin torpaq sahəsinin yaxınlığındakı ərazilərdən ayrı-ayrı şəxslərə sərəncam əsasında torpaq sahəsi ayrılmasına dair sübutlar təqdim edilsə də, məhkəmə həmin şəxslərə mülkiyyət sənədlərinin verilib-verilməməsini aydınlaşdırmamışdır. İddiaçı tərəfindən verilmiş mütəxəssis rəyinə qiymət verilməmiş və həmçinin iş üzrə verilmiş ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara ətraflı cavab verilməmişdir. İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olan torpaq sahəsi necə olur ki, bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış və əksəriyyətinin hüquqları dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi sözügedən məsələlərə dair araşdırma aparmamışdır. İddiaçı göstərilən əsaslarla kassasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayətinə etiraz ərizəsi təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19.İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 21.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 23.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 24.Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 25.Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. 26.İş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmaqdan ibarətdir. Ona görə də, məhkəmələr işə baxarkən şəxsin maddi-hüquqi tələb hüququnun mövcud olmasını yoxlamalıdırlar. Tələb hüququ tətbiq edilən normada nəzərdə tutulmuş hüquqi nəticənin yaranması üçün həmin normanın özündə təsbit olunan dispozisiya şərtlərinin hamısının birgə mövcudluğu kimi anlaşılmalıdır. 27.Hazırkı iş üzrə iddiaçının tələb hüququnun mövcud olması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən və iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən əsaslardan biri mövcud olmalıdır. İddiaçı belə sənəd kimi həmin Qanunun 8.0.1-ci maddəsinə istinadla Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin ** nömrəli, ##.##.2006-cı il tarixli sərəncamını təqdim etmişdir. 28.Kollegiya hesab edir ki, həmin sənədi mötəbər hüquq müəyyənedici sənəd kimi qəbil etməməkdə məhkəmələr haqlı olmuşlar. 29.Belə ki, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2021-ci il tarixli məktubda Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı sərəncamı ilə iddiaçıya torpaq sahəsinin ayrıldığı bildirilsə də, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda iddiaçı İddiaçı Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmadığı və sənədləşdirmə işlərinin aparılmadığı bildirilmişdir. Bu ziddiyyətlə əlaqədar Zığ Bələdiyyəsinə məhkəmə tərəfindən sorğu verilərək bələdiyyənin qərar və sərəncamlarının qeydiyyat kitabının məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-ci il tarixli məktubla təqdim olunmuş 2006-cı il dekabr ayı üzrə qərar və sərəncamların qeydiyyat jurnalından görünür ki, Zığ Bələdiyyəsinin ** nömrəli qərarı ilə ##.##.2006-cı ildə başqa şəxsə - Mirzəxan Əzimxan oğluna 400 kv.m torpaq sahəsi ayrılmışdır. Digər tərəfdən, Zığ Bələdiyyəsi tərəfindən ##.##.2006-cı il tarixdə hər hansı qərarın qəbul edildiyinə dair də jurnalda hər hansı qeydiyyat aparılmayıb. Həmçinin iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinin ** saylı ##.##.2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Mirzəxan Əzimxan oğluna ayrılmış 400 kv.m torpaq sahəsi üçün onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-*****H nömrəli (kod 00600046) şəhadətnamə də tərtib edilmişdir. 30.Beləliklə, iddiaçının hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi sənədin mötəbər torpaqayırma sənədi olduğu öz təsdiqini tapmamışdır. İddiaçı əks halı təsdiq edəcək sübutlar da təqdim etməmişdir. Bu halın mövcudluğu iddiaçının digər dəlilləri üzrə araşdırma aparmadan iddianın rədd edilməsi üçün yetərli hüquqi əsasdır. 31.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar