Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-586/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilərək, əmək pensiyasının təyin edildiyi tarixdən sonra 6 il işlədiyi müddət üçün fərdi hesabında toplanmış sığorta kapitalı 72 aya bölünməklə ##.##.2024-cü il tarixindən yenidən hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Inzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: H.A.Ağalarov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi təmin edilərək cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə ## #### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli və ## ###### 2024-cü il tarixli, *-**-*/*-*- *****/**** nömrəli qərarları ləğv edilmiş, iddiaçıya əmək pensiyasının təyin edildiyi tarixdən sonra 6 il işlədiyi müddət üçün fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməklə ## ### 2024-cü il tarixdən yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
7. Iş Ali Məhkəməyə daxil olduqdan sonra cavabdeh kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim etmişdir.
8. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 6-cı bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
10. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.