Məhkəmə qərarları › İş №2-1(1-8)-601/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-601/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan★Respublikası★adından Qərar Bakı★şəhəri İş★№★2-1(1-8)-601/2026 30.04.2026 ALI★MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı★və★Vəliyev★Sərvər★Yaqub★oğlundan★ibarət★tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyi kimi hesablanmış 6680,14 manat məbləğində aylıq gəlirinin üzərinə 1206,5 manat məbləğin əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini★xahiş★etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(112)-7469/2024-cü il nömrəli★qərarı★ilə★iddia★tələbi★təmin★edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiasının ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən★saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini★almışdır.

5. Məhkəmə qərarı icra olunmuş və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı pensiya məbləğinin yenidən hesablanması üçün yeni məlumat vərəqi tərtib edilərək Dövlət Sosial Müdafiə★Fondunun★Xüsusi★Şərtlərlə★Təyinat★üzrə★Mərkəzi★Filialına★göndərilmişdir.

6. Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilərək cavabdehə göndərilən ***-**** nömrəli Məlumat Vərəqəsinə əsasən, vəzifəsi: Komitənin Əməliyyat-Istintaq Baş Idarəsi, Baş Idarə rəisinin müavini, hərbi rütbəsi: GXP(250) olan ##.##.1973-cü il təvəllüdlü İddiaçı ali təhsil: 2 il; təqvim üzrə xidmət illəri - 23 il 9 ay 1 gün; cəmi iş stajı və xidmət illəri: 25 il 9 ay 1 gün; ehtiyata buraxıldığı tarix – ##.##.2022-ci il, Ehtiyata buraxılması üçün götürülmüş qanun və maddəsi “GOXH” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndi, pensiyaya çıxmaq hüququ verən xidmət illəri; vəzifə maaşı– 1270,00; rütbə maaşı – GXP 159,00; xidmət illərinə görə əlavə - 30%, 428,7 manat; ərzaq payı: 32 manat, digər növ əlavələr – vəzifə maaşına əlavə 20% 254 manat; digər növ əlavələr büdcə fondun vəsaiti hesabına aldığı vəzifə maaşına əlavə 4536,44 manat; digər növ əlavələr– pul mükafatı★1206,5;★cəmi★təminat★xərcliyi★–★7886,64★manat★qeyd★edilmişdir.

7. Iddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, Mərkəzə daxil olmuş yeni məlumat vərəqinə əsasən yaşa görə pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdehin ##.##.2025-ci il tarixli əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinin ikinci cümləsinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Eyni zamanda, iddiaçıya dair Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən, ## ###### 2022-ci il tarixindən müvafiq təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilərək ödənilir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarında Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb. Qeyd olunanları nəzərə alaraq, məlumat vərəqində göstərilən pul mükafatı qismində 1206,50 manat vəsait Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulan aylıq ödənclərdən deyil, digər ödəniş olduğundan, həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilərək əmək pensiyanısının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun★deyil.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərarı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 7886,64 AZN məbləğində təminat xərcliyinə dair hazırlanaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş yeni məlumat vərəqəsinin cavabdeh tərəfindən qəbul edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və onun əmək pensiyasının 7886,64 AZN məbləğində təminat xərcliyinə uyğun yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə★qoyulması★barədə★qərar★qəbul★edilməsini★xahiş★etmişdir.

9. Iddiaçı★tələbini★bu★qərarın★1-7-ci★bəndlərinə★uyğun★əsaslandırmışdır.

10. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, ##.##.2025-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş yeni məlumat vərəqəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti müsbət həll etmək mümkün olmamışdır. Bundan narazı qalan İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ünvanlanmışdır. Iddia ərizəsində Bakı Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 7886,64 AZN məbləğində təminat xərcliyinə dair yeni məlumat vərəqəsinin cavabdeh tərəfindən qəbul edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və əmək pensiyasının 7886,64 AZN məbləğində təminat xərcliyinə uyğun yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iş materiallarına əsasən, ##.##.2022-ci il tarixli əmrlə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən, İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Bundan sonra İddiaçı ##.##.2022-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, Dövlət Gömrük Komitəsindən tərxis olunduğu üçün ona pensiya təyin olunmasını xahiş etmişdir. Təqdim olunmuş məlumat vərəqəsi əsasında Mərkəzi Filialın ##.##.2022-ci il tarixli qərarı əsasında hüququnun yarandığı vaxtdan hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək yeni məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanması üçün göstəriş verilməsini xahiş etmişdir. Təqdim edilmiş yeni məlumat vərəqinə əsasən əmək pensiyası yenidən hesablanaraq 5239,97 manat (cari il üzrə indeksləşdirilmə nəzərə alınmaqla) məbləğində müəyyən edilmişdir. Bundan sonra, İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, ##.##.2025-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş yeni məlumat vərəqəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Göründüyü kimi, təminat xərcliyinə aid edilmiş ödənişlər vəzifə maaşından hesablanan və hər ay ödənilən pul ödənişləridir. Həmçinin, məlumat vərəqəsində göstərilən pul mükafatı qismində 1206,50 manat vəsait “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulan aylıq ödənclərdən deyil, digər ödəniş olduğundan həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilərək əmək pensiyasının★yenidən★hesablanması★qanunvericiliyin★tələblərinə★uyğun★deyildir.

11. Bakı Inzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) ## ###### 2025-ci il tarixli, e- *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin olunmuş pensiyanın Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi əsasında 7886,64 AZN məbləğində təminat xərcliyinə uyğun yenidən hesablanması öhdəliyi Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2022-ci il tarixli, ****/***ş nömrəli əmri ilə xüsusən “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 4-cü bəndi rəhbər tutularaq, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına: 1. kollektiv mükafat olaraq; 2. büdcə vəsaiti hesabına; 3. bir aylıq vəzifə maaşı həcmində pul vəsaiti verilmiş; 4. həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Beləliklə, göründüyü kimi, qeyd edilən pul mükafatının iddiaçının təminat xərcliyinə daxil edilməsini istisna edən hal müəyyən olunmur. Cavabdeh orqan hüquq tətbiq edən orqan olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən, “qanunvericilikdə nəzərdə tutulan digər əlavələr”in nədən ibarət olduğunu açıqlamamış, iddiaçıya ödənilmiş mükafatın həmin əlavələrə aid edilməməsinin əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyinin tərkibində Komitənin ##.##.2022-ci il tarixli, ****/***ş nömrəli əmri ilə verilmiş 1 aylıq vəzifə maaşı məbləğində pul mükafatı məbləğinin (məcburi dövlət sosial sığorta haqları tutulandan sonra qalan hissə) nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb★etməkdə★haqlı★olmuşdur.★

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və★iddianın★təmin★edilməməsi★barədə★yeni★qərar★qəbul★olunmasını★xahiş★etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və N.X.Nəbizadə) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin★qərarı★dəyişdirilmədən★saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi★ilə★razılaşmışdır.★

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və★iddianın★təmin★edilməməsi★barədə★qərar★qəbul★olunmasını★xahiş★etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinə uyğun əsaslandırılaraq həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş əməkhaqqı hesablanarkən nəzərə alınmayan ödənclərin siyahısında birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olduğu günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla)★nəzərə★alınmayan★ödənclər★qeyd★edilmişdir.★

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını★xahiş★etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan★qurumlarda)★xidmət★edən★hərbi★rütbəli★şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması★qaydalarını★müəyyən★edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun★olaraq★hesablanır.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq★edilməsini★yoxlayır. Maddə★94.★Kassasiya★şikayətinin★verilməsinə★dair★tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq★apellyasiya★instansiyası★məhkəməsi★vasitəsi★ilə★verilir.★ 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar★göstərilməli★və★şikayət★əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə★96.★Ali★Məhkəmədə★icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad★qəbul★edir.★Bu★barədə★proses★iştirakçılarına★məlumat★verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul★edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara★qarşı★verilmiş★şikayətlə★tələb★edilən★həddə★(həcmdə)★dəyişdirilə★bilər. ... Maddə★98.★Ali★Məhkəmənin★inzibati★mübahisələrə★dair★iş★üzrə★qərarı 98.1.★Ali★Məhkəmənin★inzibati★mübahisələrə★dair★iş★üzrə★qərarı★qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya★mümkün★hesab★edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi★üçün★əsas★yoxdur.

25. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyi kimi hesablanmış 6680,14 manat məbləğində aylıq gəlirinin üzərinə 1206,5 manat məbləğin əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(112)-7469/2024-cü il nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli★qərarı★dəyişdirilmədən★saxlanılmışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almış, məhkəmə qərarı icra olunmuş və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı pensiya məbləğinin yenidən hesablanması üçün yeni məlumat vərəqi tərtib edilərək Dövlət Sosial Müdafiə★Fondunun★Xüsusi★Şərtlərlə★Təyinat★üzrə★Mərkəzi★Filialına★göndərilmişdir.

27. Iddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, ##.##.2025-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş yeni məlumat vərəqəsinə əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, təminat xərcliyinə aid edilmiş ödənişlər vəzifə maaşından hesablanan və hər ay ödənilən pul ödənişləridir. Iddiaçıya aid məlumat vərəqəsində göstərilən pul mükafatı qismində 1206,50 manat vəsait “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulan aylıq ödənc deyil, digər ödəniş olduğundan həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilərək əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun★deyildir.

28. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə (pul mükafatı qismində ödənilən vəsait “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5ci maddəsində nəzərdə tutulan aylıq ödənc deyil, digər ödəniş olduğundan həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilməməsi) razılaşsa da (bax: Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən ★★★ (üç ulduz) fərqləndirici nişanlı ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı) hesab edir ki, bu hal, hazırkı işin nəticəsinə təsir etməməklə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, hazırkı işdə qeyd edilən məbləğ (pul mükafatı qismində 1206,50 manat vəsait) təminat xərcliyinin tərkibinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası qaydasında★daxil★edilmişdir.

29. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hüquqi faktların və hüquqi nəticələrin yenidən mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Cavabdeh tərəfindən mübahisələndirilən hal ((pul mükafatı qismində 1206,50 manat vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilməsi) isə Bakı Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli★qərarı★ilə★müəyyən★edilmişdir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə★təcrübəsində★formalaşan★təfsiri★ilə★şərtləndirilir.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin★edilmədən,★apellyasiya★məhkəməsinin★qərarı★dəyişdirilmədən★saxlanılmalıdır.

32. Yuxarıda★göstərilənlərə★əsasən,★məhkəmə★kollegiyası

QƏRARA ALDI:

Kassasiya★şikayəti★təmin★edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/****★nömrəli★qərarı★dəyişdirilmədən★saxlanılsın. Qərar★qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar