Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-605/2026 23.06.2026 ALI MƏHKƏMƏ üçüncü şəxs1an Respublikası adından üçüncü şəxs1an Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1an Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi”) üçüncü şəxs1an Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1an Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və üçüncü şəxs2 şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs2 şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış ## ###### 2004-cü il tarixli ***** №-li müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.2004-cü il tarixli ** saylı Sərəncamı əsasında İddiaçı Binəqədi rayonunun Sulutəpə ərazisində 0,03 hektar torpaq sahəsi olan 126b/226b (düzəliş edilmişdir) №-li bağ sahəsi istifadəsinə verilmişdir.
2. Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2004-cü il tarixli Sərəncamından çıxarışa əsasən... “Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, *** №-li Sərəncamına əsasən: 1. Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin. ... 1.39. Sulu-Təpədəki ***b/***b №-li bağ-İddiaçı.
3. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cabdeh ##.##.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “Məhsul” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunamışdır. Bundan başqa, təqdim edilmiş ##.##.2004- cü il tarixli, ***** nömrəli müqavilədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən torpaq sahəsinin yaxınlığında neft quyusu olması barədə məlumat mövcuddur. Həmçinin bölgü sxemi olmadığından sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1an Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2024- cü il tarixli ************ saylı qərarının ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və bu barədə onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində onun adına qeydə alınması üçün zərurət yaranmışdır. Bununla bağlı, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi üçün cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh ##.##.2024-cü il tarixli ************ saylı bildirişi ilə ərizəsinə imtina cavabı verilmişdir. İmtinaya dair cavab məktubunda “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmaması, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi, torpaq sahəsinə dair bölgü sxemi olmadığından, təqdim olunan sənəddə həqiqiliyi təsdiqlənməmiş düzəlişlər olduğu göstərilərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi barəsində müraciəti üzrə qeydiyyatdan imtina edilməsi qanunsuz və əsassızdır.
6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Üçüncü şəxs üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Üçüncü şəxsin etirazı onunla əsaslandırılmışdır ki, həmin koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra üçüncü şəxs1an Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “üçüncü şəxs1an Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən üçüncü şəxs2 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi 162709, 160220 və ****** saylı saylı ləğv olunmuş neft-qaz quyularının müvafiq olaraq 21, 54 və 55 metrlik, ****** saylı işlək neft-qaz quyusunun 148 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. İş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə üçüncü şəxs1an Respublikasının Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair üçüncü şəxs1an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu üçüncü şəxs1an Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan üçüncü şəxs1an Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, ... bu Saziş üçüncü şəxs1an Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra üçüncü şəxs1an Respublikasının Qanunu qüvvəsinə minir və üçüncü şəxs1an Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində üçüncü şəxs1an Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 2025-ci il ## #### tarixli, e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilərək, iddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və bu barədə onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddiası təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin həm ləğv olunmuş, həm də işlək vəziyyətdə olan neft quyularının mühafizə zonasında yerləşməsi işdə olan mötbərə sübutlarla, ekspertiza rəyi və üçüncü şəxslər təərfindən təqdim edilən xəritələrlə müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin yanında neft quyularının yerləşməsi təhlükə potensiallı ərazi baxımından iddiaçının tələbinin təmin edilməsini istisna edir.
11. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər G.A.Sevdimalıyeva /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən sahəsi 300 kv.m. olan ***b/***b nömrəli bağ sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnu qeydiyyata almaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı əsasların konkret dairəsi müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış Binəqədi rayonunun Sulutəpə ərazisində 0,03 hektar torpaq sahəsi olan ***b/***b №-li bağ sahəsinin istifadəyə verilməsi haqqında ## ###### 2004-cü il tarixli ***** №-li müqavilə istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir və bu mənada hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir. Qeyd olunan müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
14. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin müqavilənin hər hansı qaydada mübahisələndirildiyi, ləğv və ya etibarsız hesab ediliyi müəyyən olunmur. Birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki,iddiaçının iddia etdiyi torpaq sahəsi işlək vəziyyətdə olan neft quyularının mühafizə zonasında yerləşməsi işdə olan mötbərə sübutlarla, ekspertiza rəyi və üçüncü şəxslər tərəfindən təqdim edilən xəritələrlə müəyyən olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin yanında neft quyularının yerləşməsi təhlükə potensiallı ərazi baxımından iddiaçının tələbinin təmin edilməsini istisna edir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə üçüncü şəxs1an Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına əsasən: 2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin siyahı hüququn qeydiyyatı üçün əsas qismində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinini tətbiqi məqsədil tətbiq edilmiş və hüququn qeydiyyatı üçün həmin maddə çıxış etdikdə tətbiq edilir (bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər). Belə ki, həmin siyahıya əsasən mühafizə zonalarında yerləşən torpaq sahələri üzərində hüququn qeydiyyatı istisna edilir. Konkret halda torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas qismində isə həmin Qanunun 8.0.7-ci maddəsi çıxış edir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi hasardaxili 575 kv.m. təşkil edir və iddiaçı tərəfindən ümümi sahədən şərti göstərilən 300 kv.m. sahənin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Cavabdehin sorğuya cavab mətubuna əsasən müvafiq torpaq sahəsi hasar daixilindədir. Faktiki sahə 575.0 kv.m təşkil edir. Həmçinin sahə üzrəində ikimərtəbəli yaşayış evi, köməkçi və həyət tikililəri var. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır.
17. Həmçinin sözügedən ərazinin qonşuluğundakı qeydiyyata alınmış bağ sahəsi aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, sahənin təqribən 25 metr, 55 metr, 60 metr və 92 metr məsafəsində neft quyusu məlumatları mövcuddur. Mühafizə barədə bazada məlumat yoxdur. İş üzrə keçirilmiş ekspertiza rəyi mütəxəssis rəyinə istinad etməklə onu təkrarlayır. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi haqqında məlumat yoxdur və bu hal birinci instansiya məhkəməsinin iddia tələbinin rəddi əsasını istisna edir.
18. Torpaq sahəsinin mühafizə zonasında yerləşməsi halı müəyyən edilmiş olsa idi belə, Qanunun 8.0.7-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edildikdə, bu hal torpaq sahəsinin iddiaçının ona qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal kimi təfsir edilə bilməz. Belə ki, istinad olunan qaydaların müddəalarına görə, bu qaydalar mühafizə zonasına düşən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı deyil, ondan istifadə ilə bağlı müəyyən məhdudiyyətləri nəzərdə tutur. Başqa sözlə, torpaq sahəsinin müəyyən hissəsinin mühafizə zonasına düşməsi ilə bağlı torpaq sahəsindən faktiki istifadə baxımından bir sıra məhdudiyyətlər nəzərdə tutulsa da, torpaq sahəsinə hüququn qeydiyyata alınmasını istisna edən hər hansı tələb həmin qaydalarda müəyyən olunmamışdır. Torpaq sahəsinin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən istinad olunan qaydaların tələblərinə riayət edilməklə həmin torpaq sahələrindən istifadə oluna bilər.
19. Sözügədən torpaq sahəsinə qonşuluqda yerləşən digər torpaq sahəsi dair mülkiyyət hüququ qeydiyyata alınmışdır (X4, X2, X3). Belə olan təqdirdə məhkəmə kollegiyası Azəbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə (Bərabərlik hüququ) əsasən hesab etmişdir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin hüquqi vəziyyətinin (mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasların) qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyinəzərindən əhəmiyyətlidir. İddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması üçün yetərli əsas sayılmalıdır.
20. Həmin qərardan üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. üçüncü şəxs1an Respublikasının Torpaq Məcəlləsi: Maddə 22. 1.Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihətexniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
24. “Torpaq islahatı haqqında” üçüncü şəxs1an Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) üçüncü şəxs1an Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. üçüncü şəxs1an Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov üçüncü şəxs1ana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya etiraz ərizəsində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən sahəsi 300 kv.m. olan ***b/***b nömrəli bağ sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnu qeydiyyata almaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026-cı il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.