Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-618/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Heydarov İlqar Yusif oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Heydarov İlqar Yusif oğlunun cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Heydarov İlqar Yusif oğluna məxsus hərbi biletə əsasən o, ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, ##.##.1992-ci il tarixdə ordu sıralarından azad olunmuşdur.
2. N №-li hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** nömrəli əmrində N №li hərbi hissədə tam döyüş hazırlığın təmin üçün səfərbərliyə alınmış əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur.
3. N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** saylı əmrinin arxiv çıxarışında N №-li hərbi hissə tərkibində olan N №-li hərbi hissənin 27№-li əmrinə əsasən ordu sıralarından azad edilən və ümumi təchizatdan xaric edilən əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur.
4. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmişdir.
5. Cavabdeh ##.##.2021-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin ##.##.2021-ci il tarixli */*-**** nömrəli arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti barədə məlumat olmadığını qeyd edərək, müraciətin təmin edilməsindən imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
6. Heydarov İlqar Yusif oğlu (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, 1992-ci ilin avqust ayından könülü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdam rayon Komissarlığı tərəfindən Ağdam rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissənin nəzdində olan N saylı hərbi hissədə artilleriya bölməsində xidmət etmişdir. ##.##.1992-cü il tarixdə ordu sıralarından tərxis olunmuşdur. N saylı hərbi hissənin ##.##.1992-ci il tarixli, ** saylı əmri ilə hərbi hissənin şəxsi heyətinə daxil olmuş və həmin hərbi hissənin ##.##.1992-ci il tarixli, *** saylı əmri ilə ordu sıralarından azad edilmişdir. (Hərbi biletdə səh. 17) Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. (Hərbi biletdə səh. 18) ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, ##.##.1992-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Müharibə vaxtı hərbi xidmət keçmə N saylı hərbi hissənin qərargah rəisi R C.Məmmədov tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. (Hərbi biletdə səh. 24) Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə etdiyi müraciətinə cavab olaraq ## ###### 2021-ci il tarixli */*-**** nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** nömrəli əmrində N №-li hərbi hissədə tam döyüş hazırlığının təmini üçün səfərbərliyə alınmış əsgərlərin siyahısında İlqar Heydərovun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli, *** nömrəli əmrində həmin gündən etibarən əsgər İlqar Heydərovun Ordu sıralarından azad edilərək ümumi təchizatdan xaric edilməsi barədə məlumat vardır.
8. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya tərəfindən ##.##.2019-cu il tarixli iclasda iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərar barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul edilməsindən 3 il sonra onu mübahisələndirmişdir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim - H.Ağalarov).
10. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübuta yetirilmiş sayıla bilməz.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ləğv edilərək iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən - A.Oruczadə, hakimlər - G.Abbasova və C.Yusifov).
13. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etmişdir: - Cavabdeh sorğu ünvanlanaraq, *** saylı hərbi briqadanın və həmin briqadanın tərkibində olan N nömrəli hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək döyüşlərdə iştirak edən hərbi hissə olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya ##.##.2024-cü il tarixli cavab məktubunda Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N N-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, N N-li hərbi hissənin ##.##.1992ci il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumatın yazıldığı qeyd olunmuşdur. - iddiaçının qanunvericilik normalarına uyğun olaraq döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə daxil olması və ordu sıralarından azad edilərək ümumi təchizatdan xaric edilməsi barədə əmrlər iş materiallarına əlavə edilmişdir. - şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Heydarov İlqarla birlikdə *** nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə birlikdə döyüşdə iştirak etmiş, 1993cü ilin avqust ayında Heydarov İlqarla birlikdə döyüşə getmişlər və elə 1993-cü ilin dekabr ayında ikisi də tərxis olunmuşdur. Həmçinin şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Heydarov İlqarla birlikdə *** nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə birlikdə döyüşdə iştirak etmiş, 1993-cü ilin avqust ayında Heydarov İlqarla birlikdə döyüşə getmiş və elə 1993-cü ilin dekabr ayında ikisi də tərxis olunmuşdur. Şahid qismində dindirilmiş X1 müharibə adı və vəsiqəsinin verilməsinə əsasən olan AR Müdafiə Nazirliyinin arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrində Elşən Rüstəmovun N№- li hərbi hissənin tam döyüş hazırlığını təmin etmək məqsədilə səfərbərliyə alındığı üçün hərbi hissənin sərəncamına götürülməsi barədə məlumat var, N №li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli 01№-li əmrində Elşən Rüstəmovun ##.##.1992-ci il tarixdən sərəncamdan çıxarılması barədə məlumat vardır. ...eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq Heydarov İlqar Yusif oğlunun müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
c. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – N.Rəsulbəyova, hakimlər – K.Bədəlov və Z.Quliyev).
16. Kassasiya məhkəməsi qeyd etmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən Heydarov İlqar Yusif oğlunun ordu sıralarından azad edilməsi və ümumi təchizatdan çıxarılması barədə ##.##.1992-ci il tarixli, *** nömrəli əmrdə onun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyi və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi ilə bağlı hər hansı məlumatın qeyd edilməməsinə istinad etmişdir. İstinad olunan əmrdə qeyd edilmişdir ki, “həmin gündən etibarən 708 №- li tərkibində olan N№-li h/h-nin 27№-li əmrinə əsasən əsgər Heydərov İlqar ordu sıralarından azad edilərək ümumi təchizatdan xaric edilsin”. Göründüyü kimi iddiaçı N№-li hərbi hissənin 27№ əmri ilə ordu sıralarından azad edilmiş və həmin əmrin arxiv çıxarışı iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən iddiaçının ordu sıralarından azad edilməsinin əsası iş materiallarından müəyyən edilmir. Başqa sözlə iddiaçının qanuni əsasla tərxis olması səbəbindən ordu sıralarından azad edilməsi işdən görünmür. Qeyd edilənlərdən əlavə apellyasiya məhkəməsi iddianı təmin edərkən şahid ifadələrinə istinad etmişdir. Belə ki, apellyasiya məhkəməsinin iclasında şahid kimi ifadə vermiş X1 və X3 izahatlarında bildirmişlər ki, Heydarov İlqarla birlikdə *** nömrəli hərbi briqadanın tərkibində N nömrəli hərbi hissədə döyüşdə iştirak etmişlər, 1993-cü ilin avqust ayında birlikdə döyüşə getmişlər və 1993-cü ilin dekabr ayında tərxis olunmuşlar. Halbuki, iddiaçı özü iddia ərizəsində ##.##.1992-ci il tarixdə ordu sıralarından tərxis olmasını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən şəxslər ilə 1993-cü ildə döyüşlərdə iştirak etməsi qeyri-mümkündür. Lakin apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətli halları araşdırmayaraq iddiaçıya münasibətdə bərabərlik hüququnun pozulduğunu bildirmişdir”.
ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası və qanunvericiliyin tələbinin yerinə yetirilməsi məqsədilə iddiaçı Heydarov İlqar Yusif oğlunun qanuni əsaslarla tərxis olunması ilə bağlı əmrlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu göndərilmişdir.
18. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli əmrdə qeyd edilir ki, Heydarov İlqar Yusif oğlu barəsində N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli, ** nömrəli, ##.##.1992-ci il tarixli ** nömrəli (əmrdə əlavə məlumat yoxdur), ##.##.1993-cü il tarixli ** nömrəli və N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrlərindən (əmrlərdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) arxiv çıxarışları təqdim edilir. N nömrəli hərbi hissə komandirinin 1993-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında Heydarov İlqar Yusif oğlu barəsində əlavə məlumat aşkar edilməmişdir.
19. Məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrindən arxiv çıxarışından görünür ki, Heydarov İlqar Yusif oğlu N nömrəli hərbi hissəyə sərəncama götürülmüşdür. N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** nömrəli arxiv çıxarışından görünür ki, Heydarov İlqar Yusif oğlu ## ###### 1992-ci ildən sərəncamdan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli, *** nömrəli əmrində qeyd edilir ki, Heydarov İlqar Yusif oğlu ordu sıralarından azad edilmiş və ümumi təchizatdan xaric edilmişdir. Əsas olaraq N nömrəli hərbi hissə komandirinin əmridir. N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** nömrəli əmrindən görünür ki, Heydarov İlqar Yusif oğlu ## ###### 1992-ci ildən sərəncamdan çıxarılmışdır.
20. Əvvəlki apellyasiya baxışında şahid qismində dindirilmiş X1 xidmət keçməsi ilə bağlı məlumatın əldə edilməsi üçün işə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı ##.##.2019-cu il tarixdə Cavabdeh Şəxsi Heyət Baş İdarəsi tərəfindən ##.##.1964-cü il təvəllüdlü X1 münasibətdə tərtib olunan ****** nömrəli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, habelə sözügedən ****** nömrəli müharibə veteranı vəsiqəsinin hazırda qüvvədə olub-olmaması barədə müvafiq məlumatın qısa müddət ərzində məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu göndərilmişdir.
21. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ## ####### 2025-ci il tarixli məktubunda qeyd edilir ki, vətəndaş X1 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə komissiyanın ##.##.2019-cu il tarixli iclasında baxılmış, *** nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V-****** nömrəli vəsiqə ayrılmışdır. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş ## ######## 2019-cu il tarixli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** nömrəli əmrində (əsas səh.1, sıra 10, əmrdə atasının adı yazılmamışdır) Elşən Rüstəmovun ##.##.1992-ci il tarixdən sərəncamdan çıxarılması barədə məlumat vardır.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - R.Səmədov, hakimlər - G.Sevdimalıyeva və P.Hüseynov).
23. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və bildirmişdir ki, iddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixə kimi hərbi hissədə sərəncamda olmuşdur. Bu isə onun hərbi xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması kimi qiymətləndirilmir. İş materiallarına təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) müəyyən edilmədiyi üçün birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
24. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya instansiyası məhkəməsi “Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsini formal şəkildə şərh edərək, şikayətçinin döyüş əməliyyatları aparılan hərbi hissənin tərkibində faktiki iştirakını təsdiq edən sənədləri (hərbi bilet, hərbi hissə əmrləri, arxiv arayışları) kifayət qədər əsas kimi qəbul etməmişdir.
26. Bu yanaşma nəticəsində döyüş əməliyyatlarında real iştirak etmiş şəxs yalnız arxiv sənədlərinin tam rekvizitlə saxlanılmaması səbəbindən veteran statusundan məhrum edilmişdir ki, bu da normanın mahiyyətinə ziddir.
27. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsi veteran adlarının verilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməsini nəzərdə tutur.
28. Məhkəmə icra hakimiyyəti orqanının səlahiyyətlərini faktiki olaraq öz üzərinə götürərək, normativ aktlarda nəzərdə tutulmayan əlavə meyar – "qanuni əsaslarla tərxis olunmanın xüsusi formal sənədlə sübut edilməsi" tələbini formalaşdırmışdır. Bu hal inzibati orqanın diskresion səlahiyyətlərinin məhkəmə tərəfindən əsassız məhdudlaşdırılmasına və şikayətçinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
29. Nazirlər Kabinetinin *** saylı Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin 1ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçmiş şəxslərə, bunu sübut edən sənədlər əsasında verilir. Apellyasiya instansiyası məhkəməsi "sübut edən sənədlər" anlayışını həddindən artıq dar şərh etmiş, hərbi hissə komandirinin əmrlərini və hərbi biletdəki qeydləri kifayət qədər hüquqi sübut kimi qəbul etməmişdir. Bu pozuntu kassasiya qaydasında ləğv üçün əsas təşkil edir. Normanın bu cür şərhi döyüş şəraitində sənədləşmənin qeyri-kamilliyini nəzərə almır və faktiki olaraq normanı tətbiqolunmaz hala gətirir.
30. Eyni hərbi hissədə, eyni dövrdə və oxşar sənədlər əsasında digər şəxslərə (X1) müharibə veteranı adı verildiyi halda, şikayətçiyə münasibətdə fərqli yanaşma tətbiq edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
32. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X8 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir: ...
34. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
43. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus hərbi biletə əsasən o, ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, ##.##.1992-ci il tarixdə ordu sıralarından azad olunmuşdur. N №-li hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** nömrəli əmrində N №-li hərbi hissədə tam döyüş hazırlığının təmini üçün səfərbərliyə alınmış əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** saylı əmrinin arxiv çıxarışında N №-li hərbi hissə tərkibində olan N №-li hərbi hissənin 27№-li əmrinə əsasən ordu sıralarından azad edilən və ümumi təchizatdan xaric edilən əsgərlərin siyahısında iddiaçının adı qeyd olunmuşdur. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2021-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin ##.##.2021-ci il tarixli */*-**** nömrəli arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti barədə məlumatın olmadığını qeyd edərək, müraciətin təmin edilməsindən imtina etmişdir.
44. Hazırda iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir.
45. Yuxarıda istinad edilən qanunvericilik normaların tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.
46. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 28 sentyabr *** nömrəli Qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz.
47. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixə kimi hərbi hissədə sərəncamda olmuşdur. Bu isə onun hərbi xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması kimi qiymətləndirilmir. İş materiallarına təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) müəyyən edilmədiyi üçün birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
48. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından, hazırkı işə ilk dəfə baxmış kassasiya məhkəməsinin qərarında əks etdirilmiş göstərişlər tam və düzgün icra edildiyindən, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
Qərara aldı : İddiaçı Heydarov İlqar Yusif oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, 2- 1(103)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.