Məhkəmə qərarları › İş №2-1(1-8)-619/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-619/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-619/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “X2” ASC-nin cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamların ləğv edilməsi, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı “X2” ASC-nin cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” (üçüncü şəxslər: nümayəndə2 və “xxxx” MMC) tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** nömrəli sərəncamı ilə “X2” ASC-yə Qaratəpə-Bəhrəmtəpə magistral avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində olan asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün müvəqqəti istifadə hüququ ilə 78.0 ha torpaq sahəsi verilmişdir.

2. Imişli Rayon Icra Hakimiyyəti ilə “X2” ASC arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2008-ci il tarixli ** nömrəli müqavilə ilə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün 78.0 ha torpaq sahəsi illik icarə haqqı 327.60 manat olmaqla 99 il müddətinə “X2” ASC-yə icarəyə verilmişdir. Müqavilənin 2.14-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına əsas vermir.

3. Imişli Rayon Icra Hakimiyyəti başçısının “X2” ASC-nin 78.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi haqqında” ## ### 2014-cü il tarixli *** saylı sərəncamında qeyd edilmişdir ki, “...Imişli Rayon Icra Hakimiyyəti başçısının ## #### 2014-cü il tarixli ** saylı sərəncamı ilə Imişli rayonu ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyəti komissiya vasitəsi ilə araşdırılmışdır. Araşdırma zamanı aydın olmuşdur ki, “X3” ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Imişli Rayon Icra Hakimiyyəti başçısının ## ### 2008-ci il tarixli *** saylı sərəncamı və ## ### 2008-ci il tarixli ** saylı icarə müqaviləsi ilə 78.0 ha torpaq sahəsi icarəyə verilmişdir. Lakin keçən müddət ərzində torpaq sahəsindən təyinatına uyğun istifadə edilməmiş, torpaq sahəsi istifadəsiz saxlanılmışdır. Araşdırma zamanı həmçinin, aydın olmuşdur ki, torpaq sahəsi icarəyə verilərkən də, müvafiq qanunvericiliklərin tələbləri pozulmuşdur. Belə ki, cizgi xəritədə göstərilən 75 ha torpaq sahəsinin 8 hektarı beton zavodun tikintisi altında, bir hissəsi elektrik qovşağının altında olmasına baxmayaraq, sərəncamla həmin torpaqlar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verilmişdir. Araşdırma zamanı aydın olmuşdur ki, həmin ərazi Araz çayına bitişik olan ərazi olmaqla “Bəhramtəpə qum-çınqıl yatağıdır. ...Sərəncamla “X2” ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Imişli Rayon Icra Hakimiyyəti başçısının ## ### 2008-ci il tarixli *** saylı sərəncamı və ## ### 2008-ci il tarixli ** saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, “X2” ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 78.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Imişli Rayon Icra Hakimiyyəti başçısının ## ### 2008-ci il tarixli *** saylı sərəncamı və ## ### 2008-ci il tarixli ** saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir.”

4. Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** nömrəli sərəncamı ilə nümayəndə2 qum-çınqıl materiallarının çıxarılması, çeşidlənib daşınması və istehsalı üçün Araz çayının sağ sahilində Bəhrəmtəpə qəsəbəsi yaxınlığında olan dövlət asudə fondundan 60.0 ha torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə və üçüncü şəxsə icarəyə vermə hüququ ilə ayrılıb verilmişdir.

5. Imişli Rayon Icra Hakimiyyəti ilə nümayəndə2 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## #### 2014-cü il tarixli ** nömrəli müqavilə ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 60.0 ha torpaq sahəsi 45 il müddətinə nümayəndə2 icarəyə verilmişdir.

6. nümayəndə2 ilə “xxxx” MMC arasında bağlanmış “Torpaq sahəsinin subicarəyə verilməsinə dair” ## ###### 2019-cu il tarixli müqavilə ilə nümayəndə2 Imişli Rayon Icra Hakimiyyəti başçısının ## #### 2014-cü il tarixli ** nömrəli sərəncamı və eyni tarixli icarə müqaviləsinə əsasən icarəsinə verilmiş 60.0 ha torpaq sahəsini “xxxx” Çınqıl MMC-yə subicarəyə vermişdir.

7. “xxxx” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyət tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir: “1. Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə “X2” ASC-yə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Imişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmişdir. 2.Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə “X2” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ayrılmış 78.0 ha torpaq sahəsinin ərazisi “X2” Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsinə aid bina və qurğuların, elektrik şəbəkəsinin yerləşdiyi ərazilərin (12.18 ha) tikinti sahəsi altında olmaqla daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. 3.Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** nömrəli sərəncamı ilə nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha olan hissəsində yerləşir. Ona görə də 49.60 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Imişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmişdir. Qeyd: nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 10.40 ha olan hissəsinin ərazisi ilə “X2” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 torpaq sahəsi həmsərhəd deyil. 4.Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı ilə nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsi, o cümlədən mübahisəli ərazidə yerləşən 49.60 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ərazi daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. 5.Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə “X2” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsi “X2” Açıq Səhmdar Cəmiyyətinin istifadəsindədir. “X2” Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsi olan Beton zavod hal-hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır. 6.Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə “X2” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ilə Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.## 2014-cü il tarixli *** saylı sərəncamı ilə nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha hissəsində 9.50 ha torpaq sahəsinin sərhədləri üst-üstə düşür.

8. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mütəxəssis rəyi ilə eyni məzmunda ## ######## 2022-ci il tarixli **/**** nömrəli ekspert rəyi təqdim edilmişdir.

9. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə Imişli Rayon Icra Hakimiyyəti ilə “Imişli Dəmir-Beton” Açıq Səhmdar Cəmiyyət arasında bağlanmış ## ### 2008-ci il tarixli ** saylı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş torpaq sahəsinin boşaldılması qət edilmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli *-*(***)-**/**** saylı qərardadı ilə Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli e-*-*(***)***/**** saylı qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ### 2008-ci il tarixdə “X2” ASC ilə Imişli Rayon Icra Hakimiyyəti arasında ** saylı kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün torpaq sahəsinin icarə müqaviləsi bağlanılmışdır. Cəmiyyət icarə müqaviləsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Hal-hazırda torpaq sahəsi istifadələrindədir və bütün ödənişlər ödənilmişdir. Lakin məlum olan qeyri-rəsmi məlumata əsasən Imişli Rayon Icra Hakimiyyəti tərəfindən “X2” ASC-yə torpağın ayrılması haqqında ## ### 2008-ci il tarixli Imişli Rayon Icra Hakimiyyətinin başçısının *** saylı sərəncamı və ## ### 2008-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 78.0 ha torpaq sahəsindən istifadə hüququna birtərəfli qaydada xitam verilmişdir. Bu hərəkətin qanunsuz olması ilə bağlı dəfələrlə həm şifahi, həm də yazılı şəkildə Imişli Rayon Icra Hakimiyyətinə müraciət olunsa da, heç bir nəticə əldə edilməmişdir. Tərəflər arasında bağlanılan müqavilənin müddəti 99 ildir. Həmin müqavilənin 2.14-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Lakin belə bir məlumat Cəmiyyətə daxil olmamış və Imişli Rayon Icra Hakimiyyəti başçısının ## ### 2014-cü il tarixli *** saylı sərəncamı ilə xəbərdarlıq olunmadan müqaviləyə xitam verilmiş, bununla bağlı qəbul edilmiş inzibati akt onlara təqdim olunmamışdır. Həmçinin, Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** nömrəli sərəncamı və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2008-ci il tarixli ** nömrəli müqavilə ilə “X2” ASC-yə icarəyə verilmiş 78.0 ha torpaq sahəsinin müəyyən hissəsi Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** nömrəli sərəncamı ilə nümayəndə2 45 il müddətinə icarəyə verilmişdir.

Cavabdehin etirazı:

13. Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, “X2” ASC müqavilə şərtlərinə əməl etməyərək, torpaq sahəsini istifadəsiz saxlamış, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün fəaliyyəti olmamış, icarəyə verilmiş torpaq sahəsi ilə bağlı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almamış, icarə haqqını və digər tədiyyələri ödəməmiş, torpaq sahəsinin mühafizəsi, keyfiyyətinin qorunması, yaxşılaşdırılması üçün heç bir aqrotexniki tədbirlər görməmiş və s. şərtləri yerinə yetirməmişdir. Bundan başqa, “X2” ASC-yə torpaq sahəsi ayrılarkən Torpaq Məcəlləsinin tələblərinə uyğun ayrılmış torpaq sahəsinin sərhədləri yerə (naturaya) keçirilməmişdir. Ekspert rəyində qeyd olunmuşdur ki, Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə ayrılmış 78.0 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ayrılmış 78.0 ha torpaq sahəsinin 12.18 hektarı “X2” ASC-nin istehsal sahəsinə aid bina və qurğularının, elektrik şəbəkəsinin yerləşdiyi ərazidir. Qeyd edilən 12.18 ha ərazi daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. Ekspertiza işləri aparılan zamanı müəyyən olunmuşdur ki, “X2” ASC-nin istehsal sahəsi olan Beton zavod da, hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır. Torpaq sahəsindən “X2” ASC-nin təyinatı üzrə istifadə etməsi müəyyən olunmamışdır.

Üçüncü şəxsin etirazı:

14. Üçüncü şəxs iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamını mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Ekspert rəyində qeyd edilmişdir ki, “... “X2” ASC-nin istehsal sahəsi olan Beton zavod hal-hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır. Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə “X2” ASC-ə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ilə Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı ilə nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha hissəsində 9.50 ha torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Göstərilən torpaq sahəsindən “X2” ASC-nin təyinatı üzrə istifadə etməsi müəyyən olunmamışdır.” Iddia iddia edir ki, torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadə edir. Iddiaçı həmin torpaq sahələrində mal-qara saxladığını, qoyun-davar otardığını qeyd etmiş, bununla bağlı e-kabinetə şəkillər də yerləşdirmişdir. Imişli rayon Icra Hakimiyyətinin ##.##.2014-cü il tarixli *** saylı sərəncamı ilə nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin təyinatı qumçınqıl istehsalı sahəsidir. nümayəndə2 da öz növbəsində “xxxx-Çınqıl” MMC ilə aralarında müqavilə əsasında torpaq sahəsini sonuncunun icarəsinə vermişdir. “xxxx-Çınqıl” MMC torpaq sahəsinin bir hissəsində, Araz çayının sahilində qum-çınqıl çıxarılması, emalı və istehsalı ilə məşğuldur. Aydın məsələdir ki, qumçınqıl yataqlarının olduğu torpaq sahəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi eyni ola bilməz.

15. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə hakim (Zaur Allahyarov) “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı “##.##.2014-cü il tarixli *** saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır.

16. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə inzibati icraat qaydasında baxılmasının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ##### 2019-cu il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X5) apellyasiya şikayəti təmin edilmiş, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli **(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş və inzibati işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

c. birinci instansiyası məhkəməsindəki ikinci icraat

18. Iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, “Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı və ##.##.2014-cü il tarixli *** saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə “X2” ASC-nin cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı “##.##.2014-cü il tarixli *** saylı və ##.##.2014-cü il tarixli *** saylı sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası “Imişli Rayon Icra Hakimiyyətinin ##.##.2014-cü il tarixli *** saylı sərəncamın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

20. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə “X2” ASC-nin apellyasiya şikayəti təmin edilərək, Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ləğv edilmiş və inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılmışdır.

22. Həmin qərardaddan narazı qalan üçüncü şəxs kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın “Imişli Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** nömrəli sərəncamının ləğv edilməsi” hissəsində mümkün sayılmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

d. kassasiya instansiyası məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadından üçüncü şəxs nümayəndə2 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamışdır.

e. birinci instansiyası məhkəməsindəki üçüncü icraat

24. Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir.

25. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Həmçinin qərardan narazı qalan üçüncü şəxs nümayəndə2 apellyasiya şikayəti verərək, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)***/**** nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxsə münasibətdə iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

f. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

27. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Imişli Rayon Icra Hakimiyyətinin ##.##.2014-cü il tarixli *** saylı sərəncamı ilə 2008-ci ildə verdiyi əlverişli inzibati aktı qanunla nəzərdə tutulan prosedurlara əməl etmədən ləğv etmişdir. Iddiaçı dinlənilməmiş, ona əvvəlcədən bildiriş verilməmiş və inzibati icraat aparılmamışdır. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan öz səhvinə istinad etməklə vətəndaşın və ya hüquqi şəxsin hüquqlarını istənilən vaxt ləğv edə bilməz. Dövlət-vətəndaş etimadı hüququ qorunmalıdır. Bir illik müddət pozulmuşdur. Inzibati orqan torpaq ayrılarkən mövcud olan halları bilirdi və ya bilməli idi. Buna baxmayaraq, aktı qanunla nəzərdə tutulan müddətdə deyil, təxminən 6 il sonra ləğv etmişdir. Müqavilənin şərtlərinə əməl edilməmişdir. ##.##.2008-ci il tarixli ** saylı müqavilənin 2.14-cü bəndinə əsasən əvvəlcə pozuntu barədə rəsmi xəbərdarlıq edilməli, 60 günlük müddət verilməli, yalnız bundan sonra məhkəməyə müraciət olunmalı idi. Belə bir prosedurun həyata keçirildiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Torpaq üzərində istifadə hüququna inzibati sərəncamla deyil, məhkəmə qaydasında xitam verilməli idi. Məhkəmə Torpaq Məcəlləsinin 75-ci maddəsinə istinad edərək bildirmişdir ki, belə hallarda istifadə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilərdi. 2008-ci il tarixli icarə müqaviləsi qüvvədə qalır. Həmin müqavilə heç vaxt məhkəmə qaydasında ləğv edilməmişdir. Buna görə də yalnız inzibati sərəncamla onun hüquqi nəticələri aradan qaldırıla bilməz. Üçüncü şəxsə ayrılmış torpaq sahəsi də hüquqi baxımdan problemli hesab edilmişdir. Ekspertiza müəyyən etmişdir ki, əvvəlki icarə sahəsi ilə sonradan ayrılmış torpaq sahəsinin 9,50 hektarı üst-üstə düşür. Əsas sərəncam qanunsuz olduğuna görə həmin üst-üstə düşən hissəyə dair sonrakı sərəncam da qanuni hesab edilə bilməz.

29. Həmin qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Həmçinin üçüncü şəxs nümayəndə2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarının qismən - Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarının “Imişli rayon Icra Hakimiyyətinin ##.##.2014-cü il tarixli *** saylı sərəncamının “xxxx” ASC-ə və nümayəndə2 ayrılmış torpaq sahələrinin üst-üstə düşən 9.50 ha hissəsində qismən ləğv edilsin” hissəsində dəyişdirilmədən saxlanılması hissəsində əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTLƏRININ VƏ ONLARA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Cavabdehin kassasiya şikayətinin dəlilləri:

31. Cavabdehin kassasiya şikayətində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

32. Şikayətdə göstərilir ki, ##.##.2008-ci il tarixli *** saylı sərəncamla ayrılmış torpaq sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədləşdirmə aparılmamış və torpaq üzərində hüquq dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən iddiaçının həmin torpaq sahəsinə hüququ ümumiyyətlə yaranmamışdır.

33. Həmçinin qeyd edilir ki, ##.##.2008-ci il tarixli ** saylı icarə müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilə yalnız torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alındıqdan sonra qüvvəyə minməli olduğu halda, iddiaçı bu öhdəliyi yerinə yetirməmiş, müqavilə dövlət qeydiyyatına alınmamış və hüquqi nəticə doğurmamışdır.

34. Iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kənd təsərrüfatı və heyvandarlıq fəaliyyəti göstərməmiş, torpaq sahəsini istifadəsiz saxlamış, icarə müqaviləsi və torpaq qanunvericiliyindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Bu hallar əsasında Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamının qəbul edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcuddur.

35. Bundan əlavə, ekspert rəyinə əsasən mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmuş, kənd təsərrüfatı məqsədi ilə istifadəyə yararlı olmamışdır.

36. Məhkəmələr Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli ** saylı sərəncamı ilə yaradılmış komissiyanın 2014-cü ildə apardığı monitorinq və araşdırmaların nəticələrini düzgün qiymətləndirməmiş, iş materiallarında olan sənədləri nəzərə almamışdır.

b. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

37. Birinci instansiya məhkəməsi cavabdehin ##.##.2014-cü il tarixli *** saylı sərəncamın qismən ləğv edilməsinə dair ayrıca hüquqi əsaslandırma verməmiş, apellyasiya məhkəməsi isə bu çatışmazlığı aradan qaldırmadan həmin nəticə ilə razılaşmışdır.

38. Cavabdehin ##.##.2014-cü il tarixli *** saylı sərəncam qanuni və əlverişli inzibati akt olmaqla üçüncü şəxs nümayəndə2 istifadəsinə verilmiş 60 ha torpaq sahəsi üzrə hüquqlar yaratmış, həmin sərəncam əsasında icarə və sonradan subicarə münasibətləri yaranmışdır.

39. Məhkəmələrin qərarı nəticəsində üçüncü şəxs nümayəndə2 torpaq sahəsindən istifadə və icarə hüquqlarına müdaxilə edilmiş, bununla Konstitusiya, Mülki Məcəllə, Torpaq Məcəlləsi və "Inzibati icraat haqqında" Qanunla qorunan əmlak hüquqları pozulmuşdur.

40. Üçüncü şəxs nümayəndə2 torpaq sahəsini dövlətin asudə fondundan, səlahiyyətli dövlət orqanının sərəncamı əsasında əldə etdiyini, sonradan torpaq sahələrinin üst-üstə düşməsinin onun məsuliyyət dairəsinə aid olmadığını bildirir.

41. Məhkəmələr iddiaçıya münasibətdə etimad hüququnu nəzərə aldıqları halda, üçüncü şəxs nümayəndə2 “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan etimad hüququnu qiymətləndirməmişlər.

42. Həmçinin qeyd olunur ki, məhkəmələr “Inzibati icraat haqqında” Qanunun 68-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğvi üçün nəzərdə tutulmuş əsasların mövcudluğunu əsaslandırmamışlar.

43. Şikayətdə əlavə olaraq bildirilir ki, Imişli Rayon Icra Hakimiyyətinin ##.##.2014-cü il tarixli *** saylı sərəncamının qismən ləğvinə dair tələb iddia müddəti ötürüldükdən sonra irəli sürülmüşdür. Bununla əlaqədar qeyd edilir ki, iddiaçı həmin sərəncam barədə ən geci ##.##.2020-ci il tarixdə məhkəmə icraatı zamanı məlumatlı olmuş, lakin onun ləğvinə dair tələbi yalnız ##.##.2021-ci ildə irəli sürmüşdür. Belə ki, işdən göründüyü kimi, ##.##.2014-cü il tarixli *** nömrəli sərəncam məhkəməyə ##.##.2020-ci il tarixdə daxil olmuş, məhkəmənin ##.##.2020-ci il tarixli qərardadı ilə nümayəndə2 iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) cəlb edilmişdir. Qərardadda ##.##.2014-cü il tarixli sərəncama istinad edilir və iş materialı e-mehkeme portalında yerləşdirilmişdir. Bu hal Inzibati Prosessual Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddətinin pozulması deməkdir və iddianın mümkünlük şərtlərinə uyğun olmadığını göstərir.

c. kassasiya şikayətlərinə etirazın dəlilləri

44. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

45. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

46. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. ... Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. Iddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. ... Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

47. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

48. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

50. Məhkəmə kollegiyası iş üzrə materialları və hər iki kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

52. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

53. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Imişli rayon Icra Hakimiyyətinin onun üçün əlverişsiz xarakter daşıyan ##.##.2014-cü il tarixli *** saylı və ##.##.2014-cü il tarixli *** saylı sərəncamlarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

54. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

55. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

56. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

57. Yuxarıda istinad olunan norma ilə mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də iddia müddəti nəzərdə tutulmuşdur. Mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün olaraq müəyyən olunmuşdur.

58. Hazırkı mübahisədə iddiaçı sözügedən sərəncamlara münasibətdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür.

59. Belə ki, iş materiallarında olan Imişli rayon Icra Hakimiyyətinin ## ### 2014-cü il tarixli poçt göndərişlərinin reyestrinə əsasən Imişli rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı iddiaçıya poçt vasitəsilə göndərilmiş və həmin göndərmə müvafiq poçtun ştempeli ilə təsdiq edilmişdir.

60. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

61. Hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddət daxilində deyil, həmin müddət keçdikdən 4 il sonra məhkəmədə iddia qaldırdığı müəyyən olunur.

62. Bununla yanaşı qeyd olunmalıdır ki, iş materiallarında olan iddiaçının Imişli rayon Icra Hakimiyyətinə ünvanlandığı ##.##.2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçı Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı mübahisələndirilən sərəncamından həqiqətən məlumatlı olmuşdur. Bu hal cavabdeh orqanın Şirvan Apellyasiya Məhkəməsinə göndərdiyi ## ###### 2019-cu il tarixli məktubda da öz təsdiqini tapmışdır.

63. Beləliklə, iddiaçı “X2” ASC cavabdeh Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı mübahisələndirilən sərəncamından məlumatlı olsa da, həmin sərəncamın ləğvi ilə bağlı məhkəmədə prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra iddia qaldırmışdır.

64. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehə ##.##.2018-ci il tarixli məktubla müraciət edərkən də artıq həmin sərəncamın mübahisələndirilməsi üçün iddia müddətinin ötürüldüyü müəyyən olunur. Bu isə, məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı sanki buraxılmış iddia müddətinin bərpa olunması vasitəsi kimi əvvəlcə cavabdehə müraciət etmiş, sonra isə məhkəməyə iddia müddəti ötürülməklə ##.##.2018-ci il tarixdə müraciət etmişdir.

65. Bundan başqa Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı inzibati iş məhkəmənin icraatında olarkən ##.##.2020-ci il tarixdə iş materiallarına əlavə edilmiş və həmin tarixdə üçüncü şəxs nümayəndə2 işə cəlb olunmuşdur. ##.##.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında isə iddiaçının nümayəndəsinə ötürülmüş iddia müddətinin bərpası barədə ərizə vermək hüququ izah olunmuş, iddiaçının nümayəndəsi məhkəmənin hüquqi yardımı ilə razılaşaraq həmin ərizənin məhkəməyə təqdim olunması üçün ona vaxt verilməsini istəmiş, bu məqsədlə ona məhkəmə tərəfindən şərait yaradılaraq icraat təxirə salınmış, lakin növbəti - ##.##.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia müddətinin tərəflərindən ötürülmədiyini və buna görə də onun bərpasına dair ərizə verilməsini zəruri saymadığını bildirmişdir.

66. Bununla yanaşı qeyd olunmalıdır ki, Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı ilə icarəyə verilmiş torpaq sahəsi nümayəndə2 tərəfindən “xxxx-Çınqıl” MMC-yə subicarəyə verilmiş və tərəflər arasında bağlanmış “Torpaq sahəsinin subicarəyə verilməsinə dair” ## ###### 2019-cu il tarixli müqaviləyə əsasən sonuncu həmin vaxtdan torpaq sahəsinin bir hissəsində qum-çınqıl çıxarılması, emalı, istehsalı və çeşidlənib daşınması ilə məşğul olur ki, keçən müddət ərzində iddiaçının bundan məlumatsız olması həyatın adi axarının gedişatı baxımından inandırıcı görünmür.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, IPM-in 38.1-ci maddəsi iddia müddətinin başlanğıcını inzibati aktın təqdim (elan) olunduğu anla əlaqələndirmişdir. Buna görə, “təqdim etmə” və “elan etmə” bərabər hüquqi nəticələr yaradır. Odur ki, hətta inzibati aktın şəxsə rəsmi təqdim edildiyi təsdiq olunmasa belə, işin hallarına görə şəxsin həmin inzibati aktın mövcudluğu və onun məzmunu barədə digər qayada məlumatlı olduğu bimənalı təsdiq olunursa, iddia müddəti həmin andan hesablanmalıdır.

68. Beləliklə, iş üzrə materiallardan iddiaçının sözügedən hər iki sərəncamdan məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin sərəncamlara qarşı hüquqi müdafiə vasitələrindən istifadə etmədiyi və iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyü müəyyən edilir. Eyni zamanda, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan ötürülməsini təsdiq edən sübutlar, eləcə də ötürülmüş müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

69. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

70. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

71. Apellyasiya instansiyası məhkəməsi isə iddia müddətinin ötürüldüyünü nəzərə almamış, bununla bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirməmiş və müddətlə bağlı mümkünlük şərti ödənilmədiyi halda, iddiaya mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir.

72. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Hər iki kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı “X2” ASC-nin cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı “Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamının ləğv edilməsi və ##.##.2014-cü il tarixli *** saylı sərəncamının isə ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən 9.50 ha hissədə qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar