Məhkəmə qərarları › İş №2-1(1-8)-652/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-652/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-652/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “xxxx” X1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh qarşı “cavabdeh orqanın ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, 2-1(105)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI:

1. İddiaçı ##.##.2017-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Həkim Psixiatr Komissiyasının ## #### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il tarixli, *- **/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** №-li Qərarında göstərilmişdir: “Abşeron RHK tərəfindən 1987-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və ##.##.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron rayon şöbəsinin ##.##.2016cı il tarixli **** nömrəli göndərişi. ##.##.2016-cı il tarixli **** nömrəli arayışı. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli ** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR".

4. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixli, V********SJA nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd”, ağırlaşmaları: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə“, T90.5 “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət”, yanaşı xəstəlikləri: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Postravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur. Hər tutma 15 dəqiqə davam edir), I67.1 “Hipertenziv ensefalopatiya”, I10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, II dər., yüksək qüsur ilə” olaraq qeyd edilmişdir.

5. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh orqanın ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçı barəsində ##.##.2024-cü il tarixdə “diaqnozun əlillik təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərarın ##.##.2024-cü il saat 10:04:52 tarixdə qəbul edilmiş, həmin tarixədək qərar barədə məlumatlandırılmamışdır. Qərarda diaqnoz qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** №-li Qərarında göstərilmişdir: “Abşeron RHK tərəfindən 1987-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və ##.##.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron rayon şöbəsinin ##.##.2016cı il tarixli **** nömrəli göndərişi. ##.##.2016-cı il tarixli **** nömrəli arayışı. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli ** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR". Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2024-cü il tarixli **** saylı rəyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il “Vətən Müharibəsi İştirakçılarının psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunması və diaqnozunun Üzvi Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0 şəklində qeyd olunmuşdur. Ümumiyyətlə o dispanser xəstəsidir. Ayda 5-6 dəfə qıcolma baş verdiyindən, dövlət xəstəxanasından hər ay ona 500 mq depakcn verilir.

8. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan məlumatı ##.##.2024-cü il tarixində ********** nömrəli telefon nömrəsinə gəlmiş sms vasitəsi ilə olmuşdur. İddiaçı 30 gün müddəti keçirdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. Bundan başqa, Bakı şəhər sakini ##.##.1969-cu il təvəllüdlü İddiaçı (FİN:İddiaçı) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmasından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri arterial təzyiqin yüksəlməsindən, qıcolmalardan olmuşdur. Medikamentoz preparatlardan Depakin, Maqnium, Tripleksam qəbul etdiyini bildirmişdir. Verilən suallara yayındırıcı cavablar vermişdir. Nevroloji müayinə zamanı təsvir etdiyi tutmanın xarakteri epilepsiyaya uyğun olmamış, dərman qəbulu haqqında dəqiq məlumat verə bilməmişdir. Depakin 500mgx3 dəfə qəbul etdiyini qeyd etsə də, nə vaxtdan qəbul etdiyini və hansı həkimin təyin etdiyini söyləyə bilməmişdir. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı izlənmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, xəstəliklə bağlı, müalicələrlə bağlı yayındırıcı cavablar vermişdir. İnstrumental müayinələrin nəticələrində yaşla bağlı dəyişikliklər müşahidə olunmuşdur. xxxxnın ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024-##.##.2024-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Sağ tərəfdə mastoid hüceyrələri sklerotik görünümdədir. Alın və təpə sümüklərində bir neçə ədəd, subsantimetrik periostal qalınlaşma izlənilir” kimi qeyd edilmişdir. Unikal Klinikasının ##.##.2024-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Medulla oblanqata sağ yarımında, kiçik kaliberli kistik sahə lehinə dəyərləndirilən siqnal artışı izlənmişdir. Sağ frontalda ağ maddədə T2/FLAİR ağırlıqlı sekanslarda hiperintens ocaq izlənmişdir. Gliyotik ocaq lehinə dəyərləndirilir” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=62%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəcik ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXOKQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilən halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edirlər.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2- *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş T***/**** nömrəli, ## #### 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssislərə göndərilməsinə ehtiyac duyulmadı. Odur ki, onun iş materiallarında olan tibbi sənədlərinə əsasən adına “Sumqayıt Psixiatriya Xəstəxanası” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, V********SJA saylı Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya, qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol əlin tenor nahiyəsində bir ədəd, sağ əlin tenor nahiyəsində bir ədəd, sol baldırın orta Anin arxa səthində bir ədəd köhnə çapıq toxumalar. Ağırlaşmalar: T90.5 - kəllədaxili travmaların nəticələri, keçirilmiş (1994- cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyanın enməsi ilə. Yanaşı xəstəliklər: G40.1 sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş postravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir), I67.4 hipertenziv ensefalopatiya, I10 - essensial (birincili) hipertenziya, arterial hipertenziya II dərəcə yüksək qüsur ilə” diaqnoz ona stasionarda müayinə və müalicədə olarkən anamnestik, klinik və laborator müayinələrinin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı başın arxa ənsə nahiyəsində, sol təpə nahiyəsində, sifətin sol yarısında, sağ alın nahiyəsində, sol baldırın orta 1/3-nin ön səthində, sağ baldırın yuxarı 1/3-nin içəri səthində, sol ayaq pəncəsinin içəri səthində, hər iki əlin tenar nahiyəsində hərəsində bir ədəd olmaqla cəmi 9 (doqquz) ədəd qəlpə yaralanmalarından sonra yaranmış çapıqlar aşkar edildi”.

11. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “xxxx” X1 ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim – L.Mirzəyeva).

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı barəsində tərtib edilmiş V********SJA nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bununla yanaşı, məhkəmənin ##.##.2025-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı əsasında daxil olmuş “xxxx” X1 T***/**** saylı, ##.##.2025-ci il tarixli rəyindən də göründüyü kimi iddiaçıda hal-hazırda V********SJA nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur”.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65- 80 faiz pozulmasına dair iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (sədrlik edən – İ.Quliyev, hakimlər – V.Əzizova, G.Cabbarova).

15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, “cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış ##.##.2024-cü il tarixli, V********SJA nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianın əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd”, ağırlaşmaları: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə“, T90.5 “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş (1994cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət”, yanaşı xəstəlikləri: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Postravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur. Hər tutma 15 dəqiqə davam edir), I67.1 “Hipertenziv ensefalopatiya”, I10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, II dər., yüksək qüsur ilə” qeyd edilmişdir. Müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş G93.4, T90.5, F07.0, G40.1, I67.4 və I10 diaqnozlu xəstəliklərin hazırda da davam etməsi yüksək qüsur ilə” qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş T***/**** nömrəli, ## #### 2025-ci il ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Eləcə də məhkəmə kollegiyasının iclasında sözügedən ekspert rəyini tərtib edən ekspert də dindirilmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının xəstəlikləri ilə bağlı tutmaları baş verdiyi zaman kənar şəxsin köməyinə ehtiyacı olur. İddiaçının qapalı kəllə-beyin travması nəticəsində aldığı xəsarətlər hazırkı bütün xəstəliklərinin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin kollegiya hesab edir ki, ekspert rəyindən də göründüyü kimi rəy ilə öz təsdiqini tapan G40.1 diaqnozlu xəstəlik iddiaçıda qıcolma tutmaları ilə müşahidə olunur, tutma sayı isə ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir. Sözügedən diaqnozlu xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.6.2.2-ci bəndinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir. Sözügedən bənddən görünür ki, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmalarının mövcud olması şəxsə orqanizm funksiyalarının 65-80% pozulması ilə əlaqədar iki il müddətinə əlillik təyin edilməsinə əsas verir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması ilə onun tələbində haqlı olduğu müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz “ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz)” pozulması halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni ##.##.2024-cü il tarixdən təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “xxxx” X1 ## #### 2024-cü il tarixli qərarı ləğv edilərək, iddiaçı İddiaçı ## #### 2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına dair iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. …

21. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında” Əsasnamə

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; …

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. …

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsinə nail olmaqdır.

28. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli Qərarında göstərilmişdir ki, “Abşeron RHK tərəfindən 1987-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və ##.##.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron rayon şöbəsinin ##.##.2016-cı il tarixli **** nömrəli göndərişi. ##.##.2016-cı il tarixli **** nömrəli arayışı. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli ** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR".

29. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2024-cü il tarixli **** saylı rəyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il “Vətən Müharibəsi İştirakçılarının psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunması və diaqnozunun Üzvi Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0 şəklində qeyd olunmuşdur. Ümumiyyətlə o dispanser xəstəsidir. Ayda 5-6 dəfə qıcolma baş verdiyindən, dövlət xəstəxanasından hər ay ona 500 mq depakcn verilir.

30. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış ##.##.2024-cü il tarixli, V********SJA nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. İddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianın əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd”, ağırlaşmaları: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə“, T90.5 “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət”, yanaşı xəstəlikləri: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Postravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur. Hər tutma 15 dəqiqə davam edir), I67.1 “Hipertenziv ensefalopatiya”, I10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, II dər., yüksək qüsur ilə” qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş T***/**** nömrəli, ## #### 2025-ci il ekspert rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı iddiaçıda G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya, qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol əlin tenor nahiyəsində bir ədəd, sağ əlin tenor nahiyəsində bir ədəd, sol baldırın orta A-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar. T90.5 - kəllədaxili travmaların nəticələri, keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyanın enməsi ilə”, G40.1 - sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş postravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir), I67.4 - hipertenziv ensefalopatiya, I10 - essensial (birincili) hipertenziya, arterial hipertenziya II dərəcə yüksək qüsur ilə” müəyyən edilmişdir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş G93.4, T90.5, F07.0, G40.1, I67.4 və I10 diaqnozlu xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamələrdə əksini tapmış diaqnozlar əsasında əlilliyin müəyyən olunması yalnız şəhadətnamədə göstərilən xəstəliklə göndərişdə mövcud olan diaqnozlar arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsindən asılıdır. Buna görə, əgər göndərişdə göstərilmiş xəstəlik şəhadətnamədə əksini tapmış diaqnozla birbaşa eynilik təşkil etməsə belə, onun səbəb əlaqəsinin nəticəsi kimi qəbul edilə bilərsə, eləcə də həmin xəstəlik əlillik təyinatı üçün əsas verirsə, əlillik xüsusi səbəblə müəyyən oluna bilər. Bunun üçün isə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli və ekspert rəyində diaqnozlar arasında tibbi baxımdan səbəb-nəticə əlaqəsinin mövcudluğu, həmin əlaqənin xarakteri və zaman içərisində funksional pozuntulara birbaşa təsiri aydın şəkildə əsaslandırılmalıdır.

33. Bu zaman həmin səbəbli əlaqənin real mövcudluğu müəyyən olunmalıdır. Belə ki, xüsusi səbəbdən yaranmış xəstəliklə göndərişdə göstərilən diaqnoz arasında uzun müddət (məsələn, 10–15 il və ya daha artıq zaman) keçdikdən sonra səbəb-nəticə əlaqəsinin mövcudluğu iddia edildikdə, bu əlaqənin tibbi baxımdan əsaslandırılması və müvafiq sübutlarla təsdiq edilmiş olması tələb olunur.

34. Vaxt intervalının uzunluğu nəzərə alınmaqla, xəstəliklərin təbii inkişaf dinamikası, mümkün alternativ etioloji amillər və aralıq tibbi müdaxilələr də araşdırılmalı, səbəbli əlaqə yalnız ehtimallara deyil, obyektiv tibbi göstəricilərlə əsaslandırılmalıdır.

35. Hazırkı iş materiallarından görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarı ilə iddiaçının aldığı travma Diaqnoz: ““Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları”, səbəb əlaqəsi isə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi qiymətləndirmişdir.

36. Göründüyü kimi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarı ilə səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi göstərilsə də, diaqnozda köhnə çapıq toxumalar kimi qeyd olunmuşdur.

37. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə həmin səbəbli əlaqənin real mövcudluğunu qiymətləndirmədən qeyd edilən hala münasibət göstərməyərək şəxsdə olan xəstəliyin ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verməsi qənaətinə gəlmişdir.

38. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ###### tarixli qərarı).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il ## ##### tarixli, “Kraska İsveçrəyə qarşı” iş üzrə 1993-cü il ## ##### tarixli, “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il # ###### tarixli, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2007-ci il ## ###### tarixli qərarları).

40. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə əlilliyin təyin edilməsinin əsaslı və birmənalı nəticəyə gəlmək üçün qeyd edilmiş halları digər sübutlarla müqayisəli şəkildə təkrar araşdırılmalı, bu halların təsdiqini tapdığı halda iddia tələbinin əsaslı olmasının qəbul edilib-edilməməsinə yuxarıda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qiymət verməlidir.

41. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

42. Odur ki, yuxarıda sadalanmış hallar növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən dəqiqliklə yoxlanılmalı, bu halların həqiqətən mövcud olub-olmaması işdə olan digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

44. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “xxxx” X1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar