Məhkəmə qərarları › İş №2-1(1-8)-662/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-662/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-662/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: hakim kimi əmək pensiyasının təyin edilməsi; prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illərinin hakimlik stajına daxil edilməsi; əmək pensiyasının yenidən hesablanması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, onun 43 il 27 gün (ədliyyə orqanlarında təqvimlə 28 il 9 ay + 8 il 6 ay 27 gün + qeyri-ədliyyə orqanlarında 6 il 6 ay) işlədiyi xidmət illəri rəhbər tutulub, ona Bakı şəhəri Bınəqədi Rayon Məhkəməsinin sədri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində 13 il 5 ay 9 gün işləməyi və pensiya yaşına çatdığına görə hakimlik fəaliyyətinə xitam verilməsi nəzərə alınaraq, ## ###### 2012-ci il tarixdən ## ###### 2014-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla sabiq hakim kimi əmək pensiyasının hesablanması, habelə, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1982-ci il tarixdən 7 (yeddi) il 4 (dörd) ay 20 (iyirmi) gün ərzində Rusiya Federasiyası Perm şəhəri Dzerjinsk Rayon Xalq Məhkəməsində məhkəmə katibi, məhkəmə icraçısı, xalq iclasçısı olmaqla hakim əvəzi vəzifələrində işləmişdir. ## ####### 1992-ci il tarixdən Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul edilərək 7 (yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün ərzində Naxçıvan Muxtar Respublikasının Ordubad və Babək rayon prokurorlarının köməkçisi, Naxçıvan şəhər prokurorunun müavini, Bakı şəhəri Nizami rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş və ## ######## 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin edildikdən sonra prokurorluq orqanlarında xidmətdən azad edilmişdir. ## ######## 2000-ci il tarixdən ## ###### 2014-cü il tarixədək 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün ərzində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. O, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. ## #### 1982-ci il tarixdən ## ###### 1982-ci il tarixə qədər Rusiya Federasiyasının Perm şəhərindəki “Perm-2” adlanan lokomotiv depoda çilingər işləmişdir. ## ###### 1991-ci il tarixdən ## ####### 1992-ci il tarixədək Bakı Ali Partiya Məktəbində, Azərbaycan Respublikasının Yerli Sənaye Nazirliyində və Korlar Cəmiyyətində hüquqşünas vəzifəsində işləmişdir. Hesab edir ki, həqiqi hərbi xidmətdə olduğu dövr, təhsil dövrü və qeyri-ədliyyə sahəsində xidmət illəri (7 (yeddi) ildən çox müddət) ədliyyə işçisi kimi əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1993-cü il tarixli Qərarına əsasən cəbhə ərazilərdə xidmət keçən ədliyyə, daxili işlər nazirliyi, müdafiə və digər nazirlik və komitələrin əməkdaşlarının 1 xidmət günü 3 gün, bir xidmət ayı 3 ay, 1 xidmət ili 3 il hesablanır və güzəştli xidmət ili kimi əmək stajına daxil edilir. O, Naxçıvan Muxtar Respublikasında prokurorluq orqanlarında ## ####### 1992-ci il tarixdən 1995-ci ilin avqust ayınədək 2 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün xidmətdə olmuşdur və ## #### 2001-ci il tarixdə ona müharibə veteranı olmağı barədə ****** saylı vəsiqə verilmişdir. Deməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1993-cü il tarixli Qərarı ona şamil edilir və Naxçıvan Muxtar Respublikasında prokurorluq orqanlarında ## ####### 1992-ci il tarixdən 1995-ci ilin avqust ayınadək 2 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün xidmətdə olduğu müddət güzəştlə 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Xidmət illəri belədir: Həqiqi hərbi xidmət- 2 (iki) il; əyani təhsil dövrü- 2 (iki) il; Perm şəhərində depoda çilingər- 6 (altı) ay; Ali Partiya Məktəbi, Yerli Sənaye Nazirliyi və Korlar Cəmiyyəti - cəmi 2 (iki) il; Perm şəhər məhkəmə orqanları - 7 (yeddi) il 4 (dörd) ay 20 (iyirmi) gün; Azərbaycan Respublikasının Prokurorluq orqanları - 7 (yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün (cəbhəyanı ərazidə xidmət - Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Naxçıvan şəhəri- təqvim ilə 2 (iki) il 10 (on) ay 25 (iyirmi beş) gün - güzəştlə 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsi 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün. Beləliklə, qeyri-ədliyyə orqanlarında 6 (altı) il 6 (altı) ay, ədliyyə orqanlarında 28 (iyirmi səkkiz) il 9 (doqquz) ay, güzəştli şərtlərlə 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün əmək stajı vardır. Ümumilikdə ədliyyə orqanlarında təqvimlə 28 (iyirmi səkkiz) il 9 (doqquz) ay + 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün + qeyri-ədliyyə orqanlarında 6 (altı) il 6 (altı) ay hesablandıqda- cəmi 43 (qırx üç) il 27 (iyirmi yeddi) gün əmək stajı vardır. Bu isə, əmək pensiyasının maksimum həddə hesablanması üçün əsasdır. Qeyd etdiyi kimi, ## ######## 2000-ci il tarixdən ## ###### 2014-cü il tarixədək hakim vəzifəsində işləmişdir və ## ##### 2024-cü il tarixdən ona sabiq hakim kimi yaşa görə 3370,14 (üç min üç yüz yetmiş, on dörd) manat məbləğində əmək pensiyası təyin edilmişdir. Lakin DSMF-dən ## ##### 2024-cü il tarixdə telefonuna göndərilmiş SMS-də ona 3370,14 (üç min üç yüz yetmiş, on dörd) manat dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. Əmək pensiyasının sabiq hakim kimi deyil, dövlət qulluqçusu kimi hesablanması məsələsində yanlışlığa yol verildiyini zənn edərək ## ##### 2024-cü il tarixdə ərizə ilə * saylı DOST mərkəzinə müraciət edərək pensiyanın təkrar hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı # ### 2024-cü il tarixli məktubla həmin ərizəyə cavab verərək əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (4212,67 manat) 80 faizi - 3370,14 (üç min üç yüz yetmiş, on dörd) manat məbləğində müəyyən edilməsi izah edilmişdir. Onun ## #### 2017-ci il tarixədək artıq 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün sabiq hakim kimi iş stajı mövcud olmuşdur və bu hal da onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair mülki münasibətlər ## ######## 2005-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ## #### 2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən, o, hakim vəzifəsinə təyin olunan zaman da yuxarıda adı çəkilən Qanun qüvvədə olmuş və onunla dövlətimiz arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən (## #### 2017-ci il tarixdən sonrakı redaksiyada) bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Cavabdehin ona sabiq hakim kimi pensiyanın təkrar hesablanmasından imtinasının əsası kimi istinad olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilmiş 20.7.1-ci və 20.7.2-ci maddələri 2017-ci il ####un #-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ## #### 2017-ci il tarixdən qüvvədə olan 20.7-ci maddəsinə əsasən yalnız 15 il və daha çox hakim vəzifəsində işləmiş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və ## #### 2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman artıq 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2005-ci ildə hakim kimi əmək pensiyası almağa dair hüquqları (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi. Həmin vaxt hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatmamışdı və hakim vəzifəsində işləməkdə davam edirdi. Qeyd olunanlara əsasən hesab edir ki, ona hakim kimi pensiya təyin olunmasına dair münasibətlər ## ######## 2005-ci ildə yarandığından həmin münasibətlər ## #### 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları ilə deyil, ## #### 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına uyğun həll olunmalıdır.

3. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı daha əvvəl ona hakim kimi əmək pensiyasının yenidən hesablanması üçün ərizəylə cavabdehə müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış cavab məktubuyla onun hakim kimi iş stajının əmək pensiyasının hesablanma qaydası barədə məlumat vermişdir. Bundan narazı qalan iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi qeyd olunanlara əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi həmin qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əməkhaqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz. 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmçinin, iddiaçıya ## ##### 2024-cü il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2272,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1022,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavəsi 369,20 manat və digər növ əlavəsi 549,07 manat olmaqla orta aylıq əməkhaqqı 4212,67 manat təşkil edib. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 13 il 5 ay 9 gün sabiq hakim kimi iş stajına uyğun olaraq, onun orta aylıq əməkhaqqısının (4212,67 manat) 80 faizi - 3370,13 manat məbləğində müəyyən edilib.

4. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı prokurorluq orqanlarında xidmət illəri hakimlik stajına daxil edilməklə ## ###### 2012-ci il tarixdən ## ###### 2014-cü il tarixədək aldığı orta əməkhaqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Işin hallarına görə, iddiaçının 13 il 5 ay 9 gün hakim kimi iş stajı vardır. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ yaranmışdır. Məhkəmə həmin vaxt qüvvədə olan qanunun normalarını və Konsitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərardakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun 15 ildən az hakim stajına malik olmasını göstərmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, Qanunun 15 il hakim stajı tələb edən norması ## #### 2017-ci il tarixli, ***-VQD nömrəli qanunla qəbul edilmiş və ##.##.2017-ci il tarixdən qüvvəyə minmişdir. 5.2. Həmçinin, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Odur ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Məhkəmə cavabdehin bu barədə etirazının dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan norma məhz prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının Prokurorluğunun yeri (maddə 133), Konstitusiyanın “Məhkəmə hakimiyyəti” adlanan VII fəslində təsbit edilmişdir. Məhz bu səbəbdən də prokurorluq işçisi hakim təyin edilərkən onun prokurorluq orqanlarındakı xidmət illəri hakimlik fəaliyyəti zamanı nəzərə alınır və xidmət illərinə daxil edilir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, F.İ.Mədətli və A.P.Oruczadə) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli; ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik və əlavələr ##.##.2017-ci il tarixdə qüvvəyə mininə qədər hakim vəzifəsinə təyin olunmuş və ##.##.2021-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanmışdır və bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır.

14. Cavabdehin digər dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən, onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Qeyd olunan normada məhz, prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır.”

15. Hazırkı iş üzrə iddiaçı ##.##.1992-ci il tarixdən ##.##.2000-ci ilədək prokurorluq orqanlarında fasiləsiz olaraq prokuror köməkçisi, prokurorun müavini və böyük müstəntiq kimi 07 il 10 ay 27 gün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi ##.##.2000-##.##.2014-cü il tarixlərarası dövrü əhatə etməklə 13 il 05 ay 09 gün stajının olması iş materialları ilə öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda HYPERLINK "https://e- 16. qanun.az/framework/58515" \o "Azərbaycan Respublikasının ## ###### 2024-cü il tarixli **-VIIQD nömrəli Qanunu"## ###### 2024-cü il tarixli **-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.5-ci maddə ləğv edilmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti həmin dəyişikliyin qüvvəyə mindiyi tarixdən əvvəlki dövrlərə aid olduğundan hazırkı mübahisəyə münasibətdə “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınmalı, həmin vaxt qüvvədə olmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə- hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

18. Odur ki, iddiaçının prokurorluq orqanlarında xidmət illəri hakimlik stajına daxil edilməklə hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı (## ###### 2012-ci il tarixdən ## ###### 2014-cü il tarixədək) aldığı orta aylıq əməkhaqqının 80 faizi miqdarında əlavə hesablanmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır.

19. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

21. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI :

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar