Məhkəmə qərarları › İş №2-1(1-8)-676/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-676/2026

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-676/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı qəzetinin redaksiyasının cavabdeh Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmədən imtina ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı qəzetinin redaksiyasının cavabdeh Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Maraqlı şəxs Mənzil-Tikinti Kooperativinin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatətin təmin edilməməsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından ərizəçi Maraqlı şəxs Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı qəzetinin redaksiyası cavabdeh Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı qəzetinin redaksiyasının Bakı ŞİH-in ## #### 2000-ci il tarixli, *** nömrəli Sərəncamı ilə ona inzibati binanın tikintisi üçün Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 859 – *** saylı məhəllədə ayrılmış 90 kv.m torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh xxxx publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

5. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra ## ####### 2024-cü il tarixdə icra olunması üçün cavabdeh Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Maraqlı şəxs Mənzil-Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə üçüncü şəxs qismində işə cəlb olunması, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2 1(112)- *****/**** saylı qərarının ləğv edilməsi və icraatın təzələnməsi haqqında ərizə ünvanlamışdır.

7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı Qəzeti Redaksiyası tərəfindən ##.##.2025-ci il tarixdə müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edildikdən sonra ərizənin məzmunundan Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1 (***)-*****/**** saylı qərarı barədə məlumat əldə olunmuşdur. ##.##.2025-ci il tarixdən sonra sözügedən qərar Maraqlı şəxs MTK tərəfindən əldə edilərək tədqiq edilmiş, MTK-nın hüquqlarının pozulduğu müəyyən edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1(112)- *****/**** saylı qərarı ilə iddiaçı İddiaçı Qəzeti Redaksiyasının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək iddiaçı İddiaçı Qəzeti Redaksiyasına Bakı şəhər İcra Hakimiyyətinin ## #### 2000-ci il tarixli, *** saylı sərəncamı əsasında inzibati binanın tikintisi üçün Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 859 - *** saylı məhəllədə ayrılmış 90 kv.m. torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)- **/**** saylı qərardadı ilə ərizəçi İddiaçı Qəzeti Redaksiyasının müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəsi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi (Yeni qaydalarla AZ 1072, ünvan 1) ünvanında yerləşən 0.009 ha torpaq sahəsindən cavabdeh Maraqlı şəxs MTK tərəfindən torpaq sahəsindən istifadə üçün törədilən maneələrin aradan qaldırılması və cavabdeh Maraqlı şəxs MTK tərəfindən istifadəsi, tikinti və qazıntı işlərinin aparılması qadağan edilmişdir. Sözügedən 0.009 ha torpaq sahəsi də daxil olmaqla 2,7520 hektar torpaq sahəsi icarə əsasında Maraqlı şəxs MTK-nın daimi istifadəsinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyinin ##.##.2020-ci il tarixli, ************ saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2020-ci il tarixli, **/**-*** saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ##.##.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2020-ci il tarixli, ** saylı sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və **A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Maraqlı şəxs MTK-ya 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə Maraqlı şəxs MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə Maraqlı şəxs MTK arasında ## #### 2020-ci il tarixli, **** saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Ərazinin planlaşdırılması və inkişaf şöbəsi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş ##.##.2020-ci il tarixli yerquruluşu planına əsasən MTK-ya ayrılmış 2,7520 hektar torpaq sahəsinin dönqə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** saylı sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və **A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası ilə əlaqədar MTK tərəfindən ərazinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə razılaşdırılmış Baş planda hasarlanan ərazinin sərhədləri göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin tikintisinə ##.##.2021-ci il tarixli, Tİ-38/2* saylı və ##.##.2023- cü il tarixli, Tİ-30/23 saylı icazələr verilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (hakim - S.Quliyev) Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi”nə dair vəsatəti rədd edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə münasibətdə verilmiş Bakı Şəhər İcra hakimiyyəti *** nömrəli sərəncamı ## #### 2000-ci il tarixdə, yəni ərizəçinin istinad etdiyi Bakı Şəhər İcra hakimiyyətinin ** saylı, ## #### 2020-ci il tarixli sərəncamından əvvəlki tarixdə verilmişdir. Hazırda sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və mötəbər sübut kimi qiymətləndirilmiş, məhkəmə qərarı qanuni qüvvəsini alaraq cavab tərəfindən icra edilmişdir. İddiaçı İctimai-siyasi X3 mübahisəli torpaq sahəsinə münasibətdə hüquqları Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2000-ci il tarixli, 688 nörməli sərəncamı ilə daha əvvəl yarandığndan onun yaranmış istifadə hüququ ərizəçi Maraqlı şəxs MTK tərəfindən mübahisələndirilə bilməz. 10.Qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəsi (vəsatəti) təmin edilərək üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.Nəbizadə /sədrlik edən və məruzəçi/, V.Qasımov və F.Mədətli ) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə xxxx” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, mübahisəli torpaq sahəsinə münasibətdə verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2000-ci il tarixli, *** saylı sərəncamı ərizəçinin istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2020-ci il tarixli, ** saylı sərəncamından əvvəlki tarixdə verilmişdir. Hazırda ilkin sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və mötəbər sübut kimi qiymətləndirilmiş, məhkəmə qərarı qanuni qüvvəsini alaraq cavabdeh tərəfindən icra edilmişdir. İddiaçı İctimai-siyasi X3 mübahisəli torpaq sahəsinə münasibətdə hüquqları Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2000-ci il tarixli, *** saylı sərəncamı ilə daha əvvəl yarandığından, iyirmi il sonra ərizəçiyə münasibətdə digər sərəncamın qəbul edilməsi ilkin sərəncamı qüvvədən salmır və realizə olunmasına maneə olaraq çıxış etmir. Belə olan halda hazırkı iş üzrə qərarın Maraqlı şəxs Mənzil- Tikinti Kooperativinin hüquqlarının pozulması ilə qəbul edilməsindən söhbət gedə bilməz.

13. Maraqlı şəxs Mənzil-Tikinti Kooperati kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin əsasını mahiyyətcə onun ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixi qərarı “... İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. ... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.”

18. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı “37... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ...

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır.

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Hazırkı iş üzrə ərizəçinin hüquqi marağı və məqsədi hüquqları pozulduğu üçün üçüncü şəxs qismində işə cəlb olunması və icraatın təzələnməsindən ibarədədir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iş materiallarında olan sənədlərdən göründüyü kimi, mübahisəli torpaq sahəsinə münasibətdə verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2000-ci il tarixli, *** saylı sərəncamı ərizəçinin istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2020-ci il tarixli, ** saylı sərəncamından əvvəlki tarixdə verilmişdir. Hazırda ilkin sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və mötəbər sübut kimi qiymətləndirilmiş, məhkəmə qərarı qanuni qüvvəsini alaraq cavabdeh tərəfindən icra edilmişdir. İddiaçı İctimai-siyasi X3 mübahisəli torpaq sahəsinə münasibətdə hüquqları Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2000-ci il tarixli, *** saylı sərəncamı ilə daha əvvəl yarandığından, iyirmi il sonra ərizəçiyə münasibətdə digər sərəncamın qəbul edilməsi ilkin sərəncamı qüvvədən salmır və realizə olunmasına maneə olaraq çıxış etmir. Belə olan halda hazırkı iş üzrə qərarın Maraqlı şəxs Mənzil-Tikinti Kooperativinin hüquqlarının pozulması ilə qəbul edilməsindən söhbət gedə bilməz.

25. Beləliklə, hazırkı halda iddiaçının hüquqları BŞİH-in ##.##.2000-ci il tarixli sərəncamı əsasında yaranmışdır və iddiaçı məhz həmin sərəncam əsasında yaranmış hüququnun daşınmaz əmlak reyestrində qeydiyyatın alınmasını istəyir. Həmin sərəncam hazırda da qüvvədədir.

26. Ərizəçi isə məqsədinə yalnız sözügedən mübahisəli torpaq sahəsinə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər.

27. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI :

Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar