Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-689/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektrik xətlərinin və elektrik dirəyinin çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xətlərinin və elektrik dirəyinin çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Suraxanı (Orcanikidze) rayon ZDS İK-in ##.##.1960-cı il tarixli qərarı ilə iddiaçının mərhum atası X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı X1 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmiş və həmin pasportun ona məxsus olması faktı Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ilə müəyyən edilmişdir.
2. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan 2 saylı ünvanda yerləşən əmlakın iddiaçının atası mərhum X1 məxsus olması barədə arayışın verilməsi xahiş etmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsi və üzərindəki tikililər yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.
4. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək elektrik xəttlərinin trassasinın dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
5. Cavabdehin ## #### 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın *a saylı bəndinə əsasən ünvan 1 ünvanı 6 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının ## ####### 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsinin üzərindən keçən Suraxanı RETSİ-nin balans və xidmətində olan 6 kVluq, “YS-369 TM” “118-KTM” “117” HEVX, pasportundan da göründüyü kimi ##.##.1969-cu il tarixindən istismara verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın (bundan sonra Qaydalar) 5-ci bəndinə əsasən 6 kVdək HEVX-nin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 10 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.7-ci yarımbəndinə əsasən gərginliyi 6 kV olan HEVX-nin kənar naqillərinin, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 2 metrdən az olmamalıdır. İddiaçıya məxsus 422,1 kv.metr torpaq sahəsinin üzərindən keçən yüksəkgərginlikli HEVX-nin mühafizə zonası gözlənilməklə yerinin dəyişdirilməsi məsələsinə baxılması və nəticəsi barədə məlumat verilməsi məqsədilə Cavabdeh ASC-yə müvafiq məktub ünvanlanmışdır. Cavab olaraq HEVXnin yerinin dəyişdirilməsi üçün “ASAN Kommunal” mərkəzinə müraciət etməyinin tövsiyə olunduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış mübahisəli məsələ ilə enerji təchizatı müəssisəsinə qarşı iddia ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir.
7. Cavabdehin ##.##.2023-cü il tarixli sonuncu məktubunda bildirmişdir ki, Qəsəbənin bir çox hissəsində hava elektrik veriliş xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiyası məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum atası X1 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin və fərdi evin qarşısından keçən gərginlikli hava elektrik xətlərinin və elektrik dirəyinin çıxardılması (yerinin dəyişdirilməsi küçəyə çıxarılma) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən ƏMDX DƏDKR publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq ünvan 2 saylı ünvanda yerləşən əmlakın iddiaçının atası mərhum X1 məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir. ƏMDX DƏDKR publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023- cü il tarixli məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsi və üzərindəki tikililər yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Hazırda iddiaçı həmin torpaq sahəsinin və fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınmasında çətinliklər yaşayır, belə ki X1 vəfat etmiş, onun vəfatından sonra vərəsəlik işi açılmış, cavabdehin qanunsuz hərəkətlərinə görə vəfat etmiş şəxsə dair arayışın alınmasında çətinlik çəkir. Dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq cavabdeh elektrik xəttlərinin ona məxsus olan torpaq sahəsindən kənara, yəni küçə hissəyə çıxarmamışdır. Halbuki, torpaq sahəsi ##.##.1960 cı ildə ayrılmışdır. Cavabdehə məxsus 6 Kv-luq xəttlər 1969-cu ildə çəkilmişdir.
10. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, 6 kV-luq Y/st.369-TM118-KTM 117-6kv hava xətti 1950-ci və 1969-cu illərdə çəkilib istismara verilmişdir. Həmin xətt 2022-ci il tarixdə yenilənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. Bu kateqoriya işlərlə bağlı təcrübə formalaşmışdır.
11. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim E. Abdullayev) iddia tələbi təmin edilmiş və iddiaçının mərhum atası X1 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin və fərdi evin qarşısından keçən yüksək gərginlikli hava elektrik xətlərinin və elektrik dirəyinin çıxarılması (yerinin dəyişdirilərək küçəyə çıxarılması) öhdəliyi cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 3 iddiaçının mülkiyyətində olmasa da onun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması ilə bağlı hüquqi gözləntisi vardır. Bu səbəbdən iddiaçı həmin əmlakala bağlı iddia qaldırmaqda sebyektiv hüquqa malikdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev **B saylı fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, iddiaçının atasına məxsus olan həmin fərdi yaşayış evinin həyətyanı sahəsində elektrik dirəyi yerləşdirilmiş və həmin dirəkdən yüksək gərginlikli elektrik xətləri çəkilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının ## ####### 2023-cü il tarixli məktubunda qeyd edilən torpaq sahəsinin üzərindən keçən Suraxanı RETSİ-nin balans və xidmətində olan 6 kV-luq, “YS-369 TM” “118- KTM” “117” hava enerji verilişi xəttinin ##.##.1969-cu il tarixindən istismara verildiyi göstərilmişdir. Həmin xəttin mövcudluğu isə iddiaçının öz torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə, həmçinin torpaq sahəsinin öz mülkiyyətinə keçirməsinə maneə yaradır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında olan, mübahisə pedmeti olan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mübahisə predmeti olan torpaq sahəsinin 422.1 kv.m təşkil etdiyi qeyd olunsa da, faktiki olaraq naturada təqdim edilən torpaq sahəsinin 260 kv.m təşkil etdiyi müəyyən olunmuşdur, Həmçinin qeyd olunur ki, naturada təqdim edilən (faktik istifadə edilən) 260 kv.m torpaq sahəsi mülki iş materiallarında olan (səh29 30) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə qeyd olunan koordinatlar daxilində yerləşir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə qeyd olunan koordinatlar daxilində elektrik dirəyi aşkar olunmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, F.Mədətli və A.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaqda elektrik dirəyi olsa da belə, # #### 1660-cı il tarixli Suraxanı (Orconikidze) rayon ZDS İK-in qərarına əsasən ayrılmış və həmin qərar əsasında tərtib edilmiş “Plan və ölçü” sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsində elektrik dirəyinin mövcud olduğu sübuta yetirilmədiyindən və bu hal birinci instansiya məhkəməsi tərəfindən hər tərəfli araşdırılmadığından, işin faktiki hallarına uyğun mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri nəzərə alınmamış, işin qeyd edilən faktiki halına dair araşdırma aparılmamış və mübahisə üzrə yalnış qiymətləndirmə edilmişdir.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçının mərhum atasına torpaq sahəsi ayrılan zaman elektrik xətti olmayıb, xətt 9 il sonra yəni 1969-cu ildən çəkilməyə başlamışdır. Xətlərin mühafizəsi vətəndaşın hesabına edilməməlidir bu yolverilməzdir. Dirək olmasa da xətlər bir başa evin və torpaq sahəsinin üzərindən keçir və bu hal bu gündə davam edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. kassasiya şikayətinə etiraz təqdim.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgündür və qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlsə də, həmin nəticəni lazımi hüquqi istiqamətdə əsaslandırmamışdır.
24. Kollegiyanın qənaətinə görə, mübahisə yalnız elektrik dirəyinin iddiaçının təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşibyerləşməməsi əsasında həll edilə bilməz. İlk növbədə iddiaçının hazırkı iddia ilə çatmaq istədiyi hüquqi məqsəd müəyyənləşdirilməlidir.
25. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum atası X1 # #### 1960cı il tarixdə ayrıldığı bildirilən ünvan 3 ünvanında yerləşən əmlakın iddiaçının atası mərhum X1 məxsus olması barədə sənəd əldə etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.
26. Ərazi İdarəsinin ## #### 2023-cü il tarixli cavabında elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin və üzərindəki tikililərin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi bildirilmişdir. İddiaçı həmin cavabın qanuniliyini, o cümlədən orada göstərilən faktiki və hüquqi əsasları məhkəmə qaydasında mübahisələndirməmişdir.
27. Bundan sonra, elektrik xəttinin və dirəyin yerinin dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş və imtina aldıqdan sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, işin hallarının qarşılıqlı əlaqədə qiymətləndirilməsi göstərir ki, iddiaçının elektrik xəttinin yerinin dəyişdirilməsini tələb etməkdə məqsədi həmin torpaq sahəsi və üzərindəki tikililərə dair mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmaqdan ibarətdir.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının mərhum atasına verilmiş “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən biri kimi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin # ###### 2023-cü il tarixli qətnaməsi ilə də həmin pasportun X1 məxsus olması faktı da müəyyən edilmişdir.
29. Əgər torpaq sahəsinin mərhuma 1960-cı ildə ayrıldığı, elektrik xəttinin isə sonradan – 1969-cu ildə çəkildiyi müəyyən edilərsə, elektrik xəttinin mövcudluğu həmin hüquqmüəyyənedici sənədin əhəmiyyətini aradan qaldıra və özlüyündə əmlakın mərhuma məxsusluğu barədə arayışın verilməsinə maneə sayıla bilməz. Belə ki, həmin Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak ... yüksək gərginlikli elektrik şəbəkələrinin ... mühafizə zonalarında, ... olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
30. Lakin bu halların və Reyestr Xidmətinin imtina səbəblərinin qanuniliyinin araşdırılması hazırkı mübahisənin deyil, həmin orqanın cavabının mübahisələndiriləcəyi başqa məhkəmə icraatının baxış predmetini təşkil etməlidir.
31. Hazırkı iş üzrə elektrik xəttinin yerinin dəyişdirilməsi barədə qərarın qəbul edilməsi torpaq sahəsinin mərhuma məxsusluğunu müəyyən etmir və iddiaçıya həmin əmlakla bağlı arayışın verilməsinə birbaşa səbəb olmur. Buna görə də, başqa inzibati orqanın imtinasında göstərilən səbəbin aradan qaldırılması məqsədilə Cavabdeh ASC-nin üzərinə elektrik xəttinin və dirəyin yerini dəyişmək öhdəliyi qoyula bilməz.
32. Bu səbəbdən kassasiya şikayətində torpaq sahəsinin mərhum X1 daha əvvəl ayrılmasına, elektrik xəttinin sonradan çəkilməsinə, ərazidən faktiki istifadəyə, texniki pasporta və ekspert rəyinə münasibətdə irəli sürülən dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi yekun nəticənin dəyişdirilməsinə əsas vermir. Həmin dəlillər mahiyyət etibarilə torpaq sahəsinin mərhuma məxsusluğu və bu hüququn dövlət qeydiyyatına alınması ilə bağlı məsələlərə aiddir ki, onların qiymətləndirilməsi hazırkı işin predmetini təşkil etmir.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarında ifadə edilmiş əsaslandırma mübahisənin hüquqi mahiyyətini tam əks etdirməsə də, iddianın təmin edilməməsi barədə gəlinmiş nəticə düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.