Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-695/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkünlüyünə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs: Üçüncü şəxs) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonrandan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ** nömrəli binanın qarşısındakı 45 kv.m.-lik ticarət obyektinin yerləşdiyi 5x10 kv.m. ölçüdə torpaq sahəsinin Üçüncü şəxs mülkiyyətinə verilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş “Bələdiyyə ərazisində olan torpaq sahəsinin Üçüncü şəxs mülkiyyətinə verilməsi barədə” ##.##.2005-ci il tarixli *** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavininin ##.##.2018-ci il tarixli */**-Z-**-*** saylı məktubu ilə iddiaçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. Məktəbli küçəsi ** saylı binanın qarşısında yerləşən mövcud təsərrüfat otağından qeyri-yaşayış obyekti kimi istifadə etməsinə icazə verilmişdir. İddiaçının istifadəsinə və sahibliyinə verilmiş adıçəkilən qeyri-yaşayış obyektinin peykdən çəkilmiş şəkli MKTD-nin * saylı XTMKTB-nin *** saylı MKİS-nin rəhbərliyi tərəfindən imzalanıb möhürlə təsdiq edilmiş, adıçəkilən qeyri-yaşayış obyektinin onun istifadəsinə və sahibliyinə verilməsi həmin qurumun rəhbərliyi tərəfindən imzalanıb möhürlə təsdiq edilmiş ##.##.2022-ci il tarixli ***/** saylı arayışda da əksini tapmışdır. Bundan başqa, iddiaçı İddiaçı sifarişi əsasında 2018-ci ildə “xxxx” MMC tərəfindən göstərilən qeyri-yaşayış obyektinin “Memarlıq-planlaşdırma həlli'’ hazırlanıb möhürlə təsdiq edilmiş, onunla “Azəriqaz" İstehsalat Birliyi arasında qaz sayğacı ilə təchiz etməyə dair ##.##.2019-cu il tarixli ***** saylı müqavilə bağlanmış, daha sonra, qeyri-yaşayış sahəsinin (Təndir) qazlaşdırılmasına dair ‘TERRA İGNİS” MMC tərəfindən 2019-cu ildə ‘Texniki icra sənədləri" tərtib edilmiş, qeyri-yaşayış sahəsinə dair (Təndir) ##.##.2019-cu il tarixli "Bina daxili (sex daxili) qaz kəmərinin istismara qəbulu aktı” və ##.##.2019-cu il tarixli "Qaz kəmərinin istismara qəbulu aktı" tərtib edilib imzalanmış, “Xarici qaz xəttinin tikinti pasportu" və “Daxili qaz xəttinin tikinti pasportu" tərtib edilib möhürlə təsdiq edilmişdir. Bunlardan əlavə, həmin qeyri-yaşayış sahəsinin (Təndir) qazlaşdırılmasına dair “Azəriqaz Layihə İnşaat” QSC tərəfindən ##.##.2019-cu il tarixdə “İşçi layihə” və “Texniki şərt” işlənib hazırlanmışdır. Bütün bunlara baxmayaraq, Bakı İnzibati Məhkəməsindən daxil olmuş ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli məhkəmə bildirişində İddiaçı ##.##.2025-ci il tarixə saat 12:10-a təyin edilmiş məhkəmə iclasında üçüncü şəxs qismində iştirak etməsinin zəruriliyi göstərilmişdir. Məlum olmuşdur ki, iddiaçı Üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə (bundan sonra-FHN-nin TTNDA) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxs İddiaçı müraciəti əsasında FHN-nin TTNDA tərəfindən başlanmış sənədləşmənin icrasının dayandırılması və ona məxsus Bakı şəhəri, Səbail rayonu. Badamdar qəsəbəsi, Məktəbli küçəsi ** nömrəli binanın qarşısında yerləşən 45 kv.m.- lik ticarət obyektinin istismarına dair mövcud sənədlərin icraata qəbul edilərək, portala yerləşdirilməsi və qanuna müvafiq rəy verilməsi vəzifəsinin cavabdehə məcbur edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ** nömrəli binanın qarşısındakı 45 kv.m.-lik ticarət obyektinin yerləşdiyi 5x10 kv. metr ölçüdə torpaq sahəsinin Badamdar bələdiyyəsi tərəfindən iddiaçı Üçüncü şəxs satılması ilə bağlı dörd sənəd: “Bələdiyyə ərazisində olan torpaq sahəsinin Üçüncü şəxs mülkiyyətinə verilməsi barədə" ##.##.2005-ci il tarixli *** nömrəli qərarın, “Torpaqların alqı-satqısma dair akt”, “Torpaq sahəsinin cizgisi "nin və pulun ödənilməsinə dair ##.##.2005-ci il tarixli ****** nömrəli kassa mədaxil orderinin qəbzinin kserosurətləri əlavə edilmişdir. İddiaçı İddiaçı hüquq və qanuni mənafelərinə toxunan yuxarıda adıçəkilən ünvandakı ticarət obyektinin yerləşdiyi 5x10 kv.m. ölçüdə torpaq sahəsinin cavabdeh Badamdar bələdiyyəsi tərəfindən 2005-ci ildə Üçüncü şəxs satılması ilə bağlı dörd sənədin mövcudluğu yalnız ünvanına Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-1(112) ****/**** nömrəli məhkəmə bildirişi daxil olandan sonra məlum olmuşdur. Hesab edir ki, yuxarıda adıçəkilən ünvandakı ticarət obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun Üçüncü şəxs qızma satılmasına dair cavabdeh Badamdar bələdiyyəsinin qərarının və onunla bağlı tərtib edilmiş digər sənədlərinin qanuniliyi və əsaslılığı ilə əlaqədar məsələlər mülki, torpaq və bələdiyyə qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq normalarının tələbləri baxımından təhlil etdilməlidir.
3. Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim (hakim B.Cəlalov) iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisə etdiyi Qərar 2005-ci ildə qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsindən 20 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Bundan əlavə, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2025-ci ilin fevral ayında məlumatlı olmuşdur. Belə ki, ilk növbədə bu halı iddiaçı iddia ərizəzində özü qeyd edərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e- *-*(***)-****/**** nömrəli məhkəmə bildirişi daxil olandan sonra qərardan məlumatlı olduğunu bildirmişdir. Bundan başqa Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(***)-****/**** nömrəli iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçı vəkili vasitəsi ilə ##.##.2025-ci il tarixdə Badamdar Bələdiyyəsinə müraciət etmiş, Bələdiyyədən ##.##.2005-ci il tarixli, 195 № li qərarının mövcud olub-olmamasını sorğu etmiş, sorğusuna bələdiyyə tərəfindən ##.##.2025ci il tarixli məktubla cavab verilmiş, iddiaçı həmin məktubu üçüncü şəxs qismində cəlb edildiyi həmin məhkəmə icraatnda məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı ən geci ##.##.2025-ci il tarixdə hazırda mübahisələndirdiyi qərardan məlumatlı olduğu halda, məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət edərək iddia müddətini ötürmüşdür.
5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər G.Abbasova - sədrlik edən və məruzəçi, Vəkil və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti aşağıdakılardan ibarət olmuşdur: –Mübahisələndirilən ##.##.2005-ci il tarixli *** nömrəli bələdiyyə qərarı və ona aid sənədlərlə faktiki tanışlıq ##.##.2025-ci ildə deyil, yalnız ##.##.2025-ci ildə — digər inzibati işin materialları ilə tanış olarkən mümkün olmuşdur. ##.##.2025-ci il tarixli müraciət isə həmin sənədlərin məzmunu ilə tanışlıq əsasında deyil, məhkəmə tərəfindən göndərilmiş məlumat əsasında edilmişdir. Bu səbəbdən iddianın ##.##.2025-ci ildə verilməsi iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. –Üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı EMİS-də elektron kabineti olmamış, iddia ərizəsinin əlavələri ona göndərilməmiş, vəkillə müqavilə ##.##.2025-ci ildə bağlanmış, iş materialları ilə tanışlığa isə yalnız ##.##.2025-ci ildə şərait yaradılmışdır. Buna baxmayaraq, məhkəmələr əsassız olaraq iddiaçının ##.##.2025-ci ildən qərardan məlumatlı olması qənaətinə gəlmişlər. –##.##.2005-ci il tarixli *** nömrəli qərar rəsmi blankda tərtib edilməmiş, üzərində Badamdar bələdiyyəsinə aid olmayan “Azərbaycan Respublikası Maliyyə Nazirliyi” ifadəsi yer almışdır. –Torpaq sahəsinin ayrılması üçün tələb olunan ərizə, plan və ölçü sənədi, müvafiq icra hakimiyyəti orqanının təsdiqi, torpaq şöbəsində qeydiyyat və alqı-satqı müqaviləsi kimi zəruri sənədlər mövcud deyil və ya qanunun tələblərinə uyğun tərtib edilməmişdir. –DƏDKR-in məktubuna, müvafiq arayışlara və elektron məlumatlara istinad edərək bildirir ki, mübahisəli qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi bələdiyyəyə deyil, dövlətə məxsus olmuşdur. Belə olan halda Badamdar bələdiyyəsinin həmin torpaq sahəsini üçüncü şəxsin mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. –##.##.2005-ci il tarixli ödəniş qəbzində istifadə edilən forma yalnız ##.##.2005-ci ildə təsdiq edilmişdir, yəni ödəniş tarixində həmin forma mövcud olmamışdır. Bundan başqa, qəbzdə baş mühasibin imzası yoxdur, kassirin kimliyi göstərilməmiş, möhürlər arasında fərqlər mövcuddur. “Torpaqların alqı-satqısına dair akt”da isə tarix göstərilməmiş, mətnə aidiyyəti olmayan ifadələr daxil edilmiş, torpaq şöbəsi nümayəndəsinin məlumatları və imzası olmamış, akt möhürlə təsdiq edilməmiş və qeydiyyata alınmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. ... 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyü məsələsini həll edərkən məhkəməyə müraciət müddətinin başlanma anını düzgün müəyyən etməmiş, habelə iddianın digər mümkünlük şərti olan subyektiv hüququn mövcudluğunu lazımi qaydada araşdırmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
16. İş materiallarından görünür ki, iddiaçı Badamdar bələdiyyəsinin ## ##### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi ** nömrəli binanın qarşısında yerləşən torpaq sahəsinin üçüncü şəxs Üçüncü şəxs mülkiyyətinə verilməsini mübahisələndirir. Aşağı instansiya məhkəmələri qərarın 2005-ci ildə qəbul edildiyini və iddianın 2025-ci ildə qaldırıldığını əsas götürərək məhkəməyə müraciət müddətinin ötürüldüyü qənaətinə gəlmişlər.
17. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək qəbul edilmiş inzibati aktlara münasibətdə əvvəlki qanunvericiliklə müəyyən olunmuş müddətin # ###### 2011-ci ilədək ötürülüb-ötürülməməsi yalnız inzibati aktın qəbul edildiyi tarixə əsasən müəyyən edilə bilməz. Həmin dövrdə qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 298-ci maddəsinə görə müddətin başlanması şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi tarixlə əlaqələndirilmişdir. Buna görə də əvvəlki qanunla nəzərdə tutulmuş müddətin # ###### 2011-ci ilədək başa çatdığı nəticəsinə gəlmək üçün iddiaçının mübahisələndirilən qərardan və onun hüquqlarına mümkün təsirindən həmin tarixədək məlumatlı olduğu müəyyən edilməli idi.
18. Hazırkı işdə isə iddiaçının # ###### 2011-ci ilədək mübahisələndirilən qərardan məlumatlı olması iş materialları ilə təsdiq edilmir. Əksinə, iddiaçı həmin qərarın hüquqlarına toxuna biləcəyini başqa inzibati iş üzrə üçüncü şəxs qismində cəlb olunması barədə ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli məhkəmə bildirişini aldıqdan sonra öyrəndiyini, nümayəndəsinə isə iş materialları ilə tanış olmaq imkanının # #### 2025-ci il tarixdə yaradıldığını bildirmişdir. Mübahisələndirilən qərarın surəti ilə də məhz həmin tarixdə tanış olunduğu göstərilmişdir.
19. İddiaçının nümayəndəsinin ## ###### 2025-ci il tarixdə bələdiyyəyə sorğu göndərməsi onun həmin tarixdə qərarın məzmunu və hüquqi nəticələri barədə məlumatlı olduğunu təsdiq edən yetərli hal sayıla bilməz. Belə ki, müəyyən sənədin mövcud olubolmamasının aydınlaşdırılması məqsədilə sorğu verilməsi həmin sənədin əldə olunması və onun şəxsin hüquqlarına təsirinin öyrənilməsi ilə eyniləşdirilə bilməz. Məhkəmələr qərarın surətinin iddiaçıya daha əvvəl təqdim edildiyini və ya onun həmin sənədlə faktiki tanış olduğunu müəyyən etməmişlər.
20. Beləliklə, iddiaçının mübahisələndirilən inzibati aktdan 2005-ci ildə və ya # ###### 2011-ci ilədək məlumatlı olduğu müəyyən edilmədən, yalnız aktın qəbul tarixinə əsaslanmaqla əvvəlki qanunla nəzərdə tutulmuş məhkəməyə müraciət müddətinin ötürüldüyü nəticəsinə gəlinməsi düzgün olmamışdır. Bu səbəbdən iddianın müddətə əməl edilməməsi əsası ilə mümkün sayılmamasında aşağı instansiya məhkəmələri haqlı hesab edilə bilməz.
21. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə müraciət müddətinə əməl olunması mübahisələndirmə haqqında iddianın mümkünlüyü üçün tələb edilən yeganə şərt deyildir. İddiaçı mübahisələndirilən inzibati aktın onun subyektiv hüquqlarına və ya qanunla qorunan maraqlarına müdaxilə etdiyini də əsaslandırmalıdır.
22. İş materiallarından iddiaçının mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektindən faktiki istifadə etdiyi və Səbail Rayon İcra Hakimiyyəti başçısının müavininin ## ######## 2018-ci il tarixli, */**-Z-**-*** nömrəli məktubuna istinad etdiyi görünür. Lakin həmin məktubda mövcud təsərrüfat otağından qeyri-yaşayış obyekti kimi istifadə edilməsinə razılıq ifadə edilmişdir. Bu sənəd özlüyündə torpaq sahəsi və ya qeyri-yaşayış obyekti üzərində mülkiyyət, istifadə və yaxud digər əşya hüququ yaradan hüquqmüəyyənedici sənəd deyil.
23. Buna görə də iddiaçının mübahisələndirilən bələdiyyə qərarının ləğvini tələb etmək üçün subyektiv hüququnun və hüquqi marağının olub-olmaması ayrıca araşdırılmalıdır. Bu məqsədlə iddiaçının obyekt və torpaq sahəsi ilə bağlı hüquqi vəziyyəti, istinad etdiyi sənədlərin hüquqi mahiyyəti, mübahisələndirilən qərarın həmin vəziyyətə təsiri, habelə iddianın təmin edilməsinin onun hüquqi vəziyyətində real dəyişiklik yaradıb-yaratmayacağı müəyyən edilməlidir.
24. Belə ki, mübahisələndirilən qərarla ayrılan torpaq sahəsinin üzərindəki tikili iddiaçı tərəfindən inşa edilibsə və həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin “ Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının təsir dairəsinə düşürsə, üstəlik torpaq sahəsinə dair mübahisə predmeti olan qərarın mötəbərliyi ilə bağlı əsaslı şübhələr mövcuddursa, iddiaçının müvafiq iddianı qaldırmağa subyektiv hüququnun olması mübahisə doğurmamalıdır.
25. Aşağı instansiya məhkəmələri iddianı yalnız müddətin ötürülməsi əsası ilə mümkün saymadıqlarından, qeyd edilən halları araşdırmamış və iddiaçının subyektiv hüququnun olub olmamasına qiymət verməmişlər.
26. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar apellyasiya baxışına göndərilməlidir. Təkrar baxış zamanı iddiaçının mübahisələndirilən qərarı mübahisələndirmək üçün subyektiv hüququnun və hüquqi marağının mövcud olub-olmaması tam, hərtərəfli və obyektiv araşdırılmalı, belə hüququn mövcud olduğu müəyyən edilərsə, işə mahiyyəti üzrə baxılaraq qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
27. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.