Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-699/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Dövlət Neft Şirkəti, Biləcəri Bələdiyyəsi, üçüncü şəxs2 şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Biləcəri bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı Qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1600.0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ayrılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə hazırki iş üzrə Dövlət Neft Şirkəti, Biləcəri Bələdiyyəsi və üçüncü şəxs2 şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı ödəniş edilmişdir ki, aidiyyəti sənədlər arxivdə mövcuddur. Cavabdehə müraciət edilmiş, lakın müraciətin təminindən imtina edilmişdir. Bildirir ki, 2006-cı il tarixdə həmin ərazi yaşayış massivi olaraq ayrılmışdır.
5. Cavabdeh iddiaya dair etirazını təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla qəbiristanlıq ərazisidir. Bundan başqa, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə, həmçinin yüksək gərginlikli elektrik xəttinin, ləğv edilmiş neft quyusunun (38-50 metrlik məsafədə) və qaz kəmərinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad məsafələri və perimetrik ölçülər göstərilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 2025-ci il ## ######## tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Qərar onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı ona ayrılmış torpaq sahəsinin bələdiyyə orqanının qərarı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə qərar əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Cavabdehin imtina dəlilləri ilə bağlı isə məhkəmə Konstitusiya Məhkəməsinin məhz hazırkı mübahisəli məsələyə dair qəbul etdiyi qərarın müddəalarının qeyd edilməsini zəruri hesab edir. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələrin qeyd edilməməsi, cizgdi bələdiyyə qərarının istinad edilməməsi cizginin möhür və digər rekvizitlərinin olmaması, inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. İşin faktiki hallarından da görünür ki, bələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçıya ayrılmışdır ki, həmin qərar qüvvədədir, hər hansı qurum tərəfindən ləğv edilməmişdir. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya torpaq ayrılmasına dair həmin qərarın etibarsızlığı barədə üçüncü şəxs2 Şirkəti tərəfindən məhkəməyə müraciət edilmiş, iddia mümkün hesab edilməmiş, Şirkətin apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Göründüyü kimi qərarın etibarsızlığının tanınmasına dair iddia mümkün hesab edilməmişdir ki, müddətin ötürülməsi ilə əlaqədar iddianın mümkünsüz hesab edilməsinə dair mövqe, həmin qərarın etibarlılığını qoruduğunu təsdiq etməkdədir ki, hüquqmüəyyən edən həmin sənədin etibarlılığı dedikdə isə, onun hər hansı hüququ təsdiq etməsi, bunun davamı kimi də mülkiyyət hüququnun dövlət tərəfindən tanınmalı olmasını müəyyən edir ki, cavabdehin imtinası göstərilən səbəbdən qanunsuz və əsassızdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarında, *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında, *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında, *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023- cü il saylı qərarında da analoji mövqedən çıxış etmişdir. Bakı şəhəri üzrə bələdiyyə orqanının qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iş üzrə Ali Məhkəmənin 2- *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarı, 2-1(102)- ****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2022-ci il tarixli qərarında, *- *(***)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2022-ci il saylı qərarında, *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il qərarında və digər aidiyyəti qərarlarında da analoji mövqedən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, *-*(***)-****/**** saylı ##.##.2024cü il tarixli qərardadında isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda(o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli, X3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X9 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, 2- *(***)-****/**** nömrəli, X6 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli və X4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Eyni zamanda, *-*(***)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, sözügedən torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsi olmuş, bələdiyyə də ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmışdır. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı da tərtib edilmişdir. Nəticədə həmin iş üzrə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmişdir. Analoji mövqe *-*(***)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli Ali Məhkəmənin qərardadında da öz əksini tapmışdır. Hal-hazırda iddiaçının torpaq sahəsinə dair istinad etdiyi qərar da Dövlət Neft Şirkəti tərəfindən mübahisələndirilməmiş, üçüncü şəxs2 Şirkəti tərəfindən mübahisələndirilsə də, bələdiyyə qərarı etibarsız hesab edilməmişdir. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin *-*(***)- ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli Qərardadı, *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024- cü il tarixli qərardadı, *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarı məhz Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi iddia edilən, bələdiyyə qərarları əsasında şəxslərə ayrılmış torpaq sahələrinə dair həmin qərarların etibarlılığının mövcud olması, etimad hüququnun qorunmalı olmasına istinadlarla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması olması ilə əlaqədardır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri həmin hissədə əsassız olmuşdur. Elektrik xəttinin mühfaizə zolağında yerləşmə barədə qeyd edilir ki, 1999-cu il ## #### tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in: 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qanunvericiliyin tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır. Məhkəmə, torpaq sahəsinin qaz kəmərinin mühafizə zonasında yerləşməsinə münasibətdə bildirir ki, cavabdeh inzibati orqanı, torpaq sahəsinin qaz kəmərinin mühafizə zonasına daxil olduğunu iddia etsə də, bu iddianı təsdiq edən müvafiq sənədləri təqdim etməmişdir. Belə ki, ##.##.2024-cü il tarixli imtina məktubunda və ##.##.2025-ci il tarixli müayinə aktında bu məsələ öz əksini tapmamış, yalnız cavabdeh tərəfindən təqdim olunan yazılı etirazda qeyd edilmişdir. Lakin, bu halı əsaslandıran heç bir faktiki sübut təqdim edilməmişdir. Ali Məhkəmənin digər bir *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi təqdim edilmiş sənəd üzrə torpaq sahəsinin ölçüsünün 500 kv.m. olsa da, faktiki olaraq 495.0 kv.m təşkil etməsi və torpaq sahəsinin 80 kv.m. hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz.
9. Qərardan cavabdeh və üçüncü şəxs üçüncü şəxs2 şirkəti tərəfindən ayrıayrılıqda apellyasiya şikayət verilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər.
b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, F.İ.Mədətli və A.P.Oruczadə) 2026-cı il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında mövcud olan elektron çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ##.##.2025-ci il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti ##.##.2025-ci il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət (4 gün) ötürülmüşdür. Bundan əlavə cavabdehin nümayəndəsi Əzizova Aysel Famil qızı Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdeh müvafiq qərarı lazımi qaydada əldə etməsinə baxmayaraq, apellyasiya şikayətini prosessual müddəti ötürməklə vermişdir. Hazırki apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və cavabdehin elektron kabinetinə ##.##.2025-ci il tarixində İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım məktubu göndərilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı ərizə təqdim edilməmişdir.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və şikayətin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti üçün son tarix müvafiq qərar ##.##.2025-ci il tarixdə elektrona yükləndiyini nəzərə alsaq, ##.##.2025-ci il olur. Qeyd olunan tarix bayram günü hesab olunan istirahət günlərinə düşdüyü üçün (Zəfər Günü, X1, şənbə və bazar) sonra tarix ilk iş günü olan ##.##.2025-ci il tarixə təsadüf edir, yəni apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə və müddət ötürülməməklə elektron kabinetə yüklənmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etirazda kassasiya şikayətinin əsassız olduğu, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Mülki Prosessual Məcəllə Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
20. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından görünür ki, məhkəmə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qanunla apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə qeyri-mümkün hesab etmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ##.##.2025-ci il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti ##.##.2025-ci il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət (4 gün) ötürülmüşdür.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş nəticəyə gələrkən yalnışlığa yol verilmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı şərh etməyi məqsədə müvafiq hesab edir. Belə ki, İPMin 85.1-ci maddəsinin tələbinə əsasən apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim edildiyi gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
22. Apellyasiya instansiya məhkəməsi qərardan şikayət verilməsinin sonuncu, yəni 30-cü gününün ##.##.2025-ci il tarixdə olmasını, şikayətin isə ##.##.2025-ci il tarixdə verilməsini nəzərə alaraq prosessual müddətin 4 gün ötürüldüyü qənaətinə gəlsə də, məhkəmə kollegiyası nəzərdən qaçırmışdır ki, 8 Noyabr (Zəfər Günü) və 9 Noyabr (X1) həftəsonuna (şənbə və bazar) təsadüf etmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri ilə yerdəyişməsi nəticəsində 2025-ci ilin 10 və 11 noyabr tarixləri də qeyri-iş günü elan olunmuşdur. Mülki Prosessual Məcəllənin 129.2-ci maddəsinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Cavabdeh tərəfindən də apellyasiya şikayəti qeyri-iş günlərindən sonra, yəni ##.##.2025-ci il tarixdə verilmiş, bununla da prosessual müddət ötürülməmişdir.
23. Belə olan halda, kassasiya şikayəti təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, 2 *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.