Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-714/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı5, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərtləri; subyektiv hüquq; hüquqi maraq; İPM 13-cü maddə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı5, iddiaçı1 və iddiaçı3 (bundan sonra iddiaçılar) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı “çıxarışın ləğv edilməsi və s” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.1984-cü il tarixli “qeydəalma vəsiqəsi”nə əsasən X2 və X1 mülkiyyətində olmuşdur.
2. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasportundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi 1341,9 kvadrat metrdir.
3. Sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi Üçüncü şəxs Əhmədiyyə qızı tərəfindən Şəki Notariat Kontorunun ## ######## 2005-ci il tarixli, 4Ə */*** saylı alqısatqı müqaviləsi ilə X2 alqı-satqı edilmiş, ## ######## 2005-ci il tarixdə Şəki Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ****/**** saylı qeydiyyat vəsiqəsi verilmişdir.
4. MH seriyalı ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində tikilən 1-(2) mərtəbəli, 5 otaqlı, 85.85 kv.m yaşayış, 170.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissəsi Üçüncü şəxs Əhmədiyyə qızına, 1/2 hissəsi isə X1 paylı mülkiyyətinə verilmişdir.
5. ##.##.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi Üçüncü şəxs, digər 1/2 hissəsi isə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Belə ki, ##.##.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçılar sözügedən fərdi yaşayış evinin 1/2 hissəsinin paylı mülkiyyətçisi olmuş mərhum X1 vərəsələri olaraq müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən ** saylı fərdi yaşayış evi ilə bağlı ümumi mülkiyyətindəki pay ortaqları Üçüncü şəxs verilmiş ##.##.2009-cu il tarixli çıxarışın və iddiaçı2 adına verilmiş ##.##.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi, həmin evin torpaq sahəsinin (tikintialtı-həyətyanı) ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın, texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir neçə il bundan əvvəl ** saylı Şəki Ərazi dairəsinə müraciət edərək, paylı mülkiyyətində pay ortağı olan Üçüncü şəxs ad-soyadlı şəxsə cavabdeh orqan tərəfindən verilmiş ## ###### 2009-cu il tarixli Çıxarışın və eləcə də, iddiaçılardan biri olan iddiaçı2 adına verilmiş ##.##.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsini, Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən ** saylı fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın-texniki səhvin düzəldilməsini və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341,9 kvadratmetr olmasına dair qeydiyyat aparılmasını, iddiaçılara yeni Çıxarış və Texniki Pasport verilməsini xahiş etmişlər. Ərizəni onunla əsaslandırmışlar ki, xələflərinin (miras qoyan - iddiaçı2 həyat yoldaşı, digərlərinin ataları) ölümündən sonra və miras qoyanın ümumi mülkiyyətdə olan pay ortağının (doğma qardaşının) mübahisəli ev üzərindəki öz payını Üçüncü şəxs satmasından sonra, sonuncu daşınmaz əmlaka müraciət edib çıxarış alarkən ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 1341,9 kv.m. qeyd edilməli olduğu halda, 600 kv.m. kimi göstərilmişdir. Halbuki, 1341,9 kv.m. ölçüsü müvafiq sənədi olan Texniki Pasportda hələ 1980-ci illərin inventarlaşdırılması zamanı əks olunmuşdur. Evin ilkin hüquqi və texniki sənədlərində, həm də faktiki vəziyyətində torpaq sahəsinin ölçüsü həmişə 1341,9 kv.m. olmuşdur. Cavabdeh imtinasını bununla əsaslandırmışdır ki, 1341,9 kvadratmetr torpaq sahəsinin bir hissəsini əhatə edən 0,0946 ha (946 kv.m.) ölçüdə torpaq sahəsinin Üçüncü şəxs tərəfindən X6 ilə bağlı Şəki * saylı DNK-da ## ####### 2013-cü il tarixli, 4Ə-3 **** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin 0,0946 ha torpaq sahəsi ilə bağlı X6 verilmiş ## ###### 2013-cü il tarixdə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır.
10. Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim – F.Hacızadə) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia ərizəsi əsasında işə baxarkən məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin ##.##.2021-ci il tarixli imtina məktubu əsasında yaranmış hala qiymət vermişdir. Cavabdehin ilkin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-15-ci maddələrinin tətbiqi baxımından əsaslı olmuşdur. Lakin cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-**** saylı qərardadı ilə iddianın təmin etmə tədbirinin digər hissəsinin ləğv edilməsini və həmin qərardadın icra vəziyyətini nəzərə almaqla hazırkı mübahisəyə dair yenidən inzibati icraat aparmalıdır. İş materiallarına əsasən inzibati orqan tərəfindən sonuncu inzibati icraat 2021-ci ildə aparılmışdır.
12. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər.
b) apellyasiya instansiya məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər – T.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər - R.Rəfiyev və V.Musayev) Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.1984-cü il tarixli “qeydəalma vəsiqəsi”nə əsasən X2 və X1 mülkiyyətində olmuşdur. Sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi Üçüncü şəxs Əhmədiyyə qızı tərəfindən Şəki Notariat Kontorunun ## ######## 2005-ci il tarixli, 4Ə */*** saylı alqı-satqı müqaviləsi ilə X2 alqı-satqı edilmiş, ## ######## 2005ci il tarixdə Şəki Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ****/**** saylı qeydiyyat vəsiqəsi verilmişdir. MH seriyalı ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində tikilən 1-(2) mərtəbəli, 5 otaqlı, 85.85 kv.m yaşayış, 170.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissəsi Üçüncü şəxs Əhmədiyyə qızına, 1/2 hissəsi isə X1 paylı mülkiyyətinə verilmişdir. ##.##.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi Üçüncü şəxs, digər 1/2 hissəsi isə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Belə ki, ##.##.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçılar sözügedən fərdi yaşayış evinin 1/2 hissəsinin paylı mülkiyyətçisi olmuş mərhum X1 vərəsələri olaraq müəyyən edilmişdir. İddiaçının hüquqi marağı və iddia tələbinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. hazırkı mübahisə inzibati mübahisə deyildir. Üçüncü şəxs adına ##.##.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın qeydiyyatına əsas olmuş MH seriyalı ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarış, Şəki Notariat Kontorunun ## ######## 2005-ci il tarixli, *Ə-*/*** saylı alqı-satqı müqaviləsi əsasında verilmişdir. Çıxarışın verilməsi əsası inzibati orqanın hərəkəti deyil, alqı-satqı müqaviləsi, yəni mülki-hüquqi əqd olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixli qeydiyyat mülki-hüquqi əqd – alqısatqı müqaviləsi əsasında aparıldığından, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş alqı-satqı müqaviləsi mübahisələndirilməklə həyata keçirilməlidir.
15. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2016-cı il tarixli icra sənədlərinə əsasən borclu X7 məxsus Şəki şəhəri, Əbdülfəzzəl Dəmirçizadə küçəsində yerləşən 0,2720 ha torpaq sahəsinin hərrac vasitəsilə satılması nəzərdə tutulmuşdur. Qeyd olunan torpaq sahəsi “xxxx” MMC tərəfindən keçirilmiş ##.##.2024cü il tarixli, **/** nömrəli hərracın nəticələri haqqında yekun protokola əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən əldə edilmişdir. 40401310004412-***** reyestr nömrəli texniki pasportda göstərilən 0,06 ha torpaq sahəsinin zəbt edilmiş hissəsi X7 adına qeydiyyata alınmış 0,2720 ha torpaq sahəsi ilə 742 kv.m sahədə üst-üstə düşür. Qeyd olunan üst-üstə düşən hissə Şəki İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə ləğv edilmişdir. Qalan 0,1978 ha torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmədə iddia qaldıran şəxsin, iddianı irəli sürmək üçün subyektiv hüququnun olması mütləq şərtdir. Göstərilən 0,1978 ha torpaq sahəsi Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində yerləşən torpaq sahələri ilə faktiki olaraq üstüstə düşür və hazırda daşınmaz əmlakın dövlət reyestrində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydiyyata alınmışdır. Qeyd olunan qeydiyyat qüvvədədir və etibarsız hesab edilməsi ilə bağlı məhkəmə aktı mövcud deyildir. Odur ki, iddiaçı torpaq sahəsi üzrə müvafiq reyestrdən çıxarışın əldə edilməsinə nail olmaq üçün ilk növbədə üst-üstə düşən torpaq sahəsinə münasibətdə onun subyektiv hüquqlarına müdaxilə edən hissə mübahisələndirilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 0,1978 ha hissəsi mübahisəlidir, yəni həmin torpaq sahəsinə iddiaçıların gözlənilən hüquqlarının olması, hələ iddiaçının hazırkı tələblə çıxış edərək mübahisələndirilən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına əsas vermir. Hazırda sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydiyyata alınmış, onun tam mülkiyyətindədir, işin qeyd edilən halları bir daha iddiaçıların hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun olmamasını təsdiq edir.
16. X3, iddiaçı4, X4, iddiaçı3 və X5 Üçüncü şəxs qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasporta əsasən 1341,9 kvadrat metr olan torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə isə 1341,9 kvadrat metr olan vahid torpaq sahəsi üzərində ümumi bərabər paylı (hər tərəfə 1/2 olmaqla) mülkiyyət hüquqlarının tanınması və bununla əlaqədar olaraq Üçüncü şəxs adına verilmiş ##.##.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın və X3 adına verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları məhkəmə qətnamələri ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı). Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan əlavə onu da edir ki, iddiaçıların iddia tələbinin bir hissəsi üzrə yuxarıda göstərilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, hazırkı iddiaya mahiyyəti üzrə baxılıb, məhkəmə qərarı qəbul edilməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2015-ci il tarixli, * saylı qərarının 15.4, 15.5, 15.6-cı bəndlərinə ziddir.
17. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün həmin işi apelyasiya məhkəməsinə göndərilməsini və yaxud mümkünlüyü nəzərə alınaraq iddia tələbimin təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçılar Üçüncü şəxs adına verilmiş ##.##.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışı və bu çıxarışın verilməsinə əsas olmuş MH seriyalı ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarış mübahisələndirirkən, bunları Üçüncü şəxs əməllərinə görə deyil, ** saylı Şəki Ərazi İdarəsinin hərəkətlərinə görə mübahisləndirilmişdir. Əmlakın ½ hissəsini alqısatqı yolu ilə əldə etmiş Üçüncü şəxs hal-hazırda payını və alqı-satqısını mübahisləndirilmir, Üçüncü şəxs həmin alqı-satqı nəticəsində ½ hissədə hüququ texniki Pasporta əsasən müəyyən olunmalı idi. Belə ki, texniki pasportda torpaq sahəsinin ölçüsünün 0,06 deyildir. İddiaçıların hüquqi marağı torpaq sahəsinin qanuni ölçüsü ilə bağlı göstəricinin düzgünlüyüdür.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
20. İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı düzgün nəticəyə gəlməmiş, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
27. Belə ki, kassasiya şikayəti dəlillərindən və işin hallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçıların hüquqi marağı 1983-cü il tarixli Texniki Pasportda göstərilən torpaq sahəsinin ölçülərinin hər iki çıxarışda (həmin iddiaçıların, həm də üçüncü şəxsin çıxarışlarında) öz əksini tapması və texniki səhvin aradan qaldırılması olmuşdur.
28. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçıların hüquqi marağını düzgün müəyyənləşdirmədən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan yardımetmə vəzifəsini icra etməmişdir.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi X3, iddiaçı4, X4, iddiaçı3 və X5 Üçüncü şəxs qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasporta əsasən 1341,9 kvadrat metr olan torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə isə 1341,9 kvadrat metr olan vahid torpaq sahəsi üzərində ümumi bərabər paylı (hər tərəfə 1/2 olmaqla) mülkiyyət hüquqlarının tanınması və bununla əlaqədar olaraq Üçüncü şəxs adına verilmiş ##.##.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın və X3 adına verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları üzrə məhkəmə qətnamələri hazırkı işə dair preyudisial əhəmiyyət daşımır.
30. Həmçinin hazırkı qərarın 14 və 15-ci bəndlərində qeyd edilən mövqelərə qarşı məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasportundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi 1341,9 kvadrat metrdir. Lakin hazırda həm iddiaçıların adına, həm də üçüncü şəxsin adına verilmiş çıxarışda torpaq sahəsi 600 kv.m göstərilmişdir.
31. İddiaçıların hüquqi marağı torpaq sahəsinin ümumi ölçüsünün daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzgün göstərilməsi olduğundan hazırkı hüquqi marağına subyektiv hüququ mövcud olmuşdur.
32. Bundan əlavə, iddiaçıların hüquqi marağı üçüncü şəxsin çıxarışının ləğv edilməsi olmadığından və inzibati orqanın apardığı inzibati hərəkətə düzəliş edilməsi olduğundan hazırkı hüquqi maraq inzibati icraatın predmeti olmuş və inzibati qaydada mübahisələndirilməlidir.
33. Yuxarıda qeyd olunanlara məcmu olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Nəticədə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.