Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-728/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh AzərbaycanRespublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “cavabdehin ##.##.2024cü il tarixli **************** saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. ##.##.2024-cü tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı “xxxx” ASC İddiaçı Bakı səhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində inşa olunan ** saylı bina, 2-ci blok, 10-cu mərtəbə, *** nömrəli 3 otaqlı mənzili tikib onun mülkiyyətinə verməyi, alıcı isə müqavilə üzrə mənzilin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
2. Müqavilənin ümumi dəyəri 200708 (ƏDV daxil) manat müəyyən edilmiş, müqavilənin dəyərinin ilkin ödənişi 89008 (ƏDV daxil) təşkil etmiş və alıcı müqvailənin imzalanmasından 5 iş günü ərzində ilkin ödənişi satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin dəyərinin qalan 111700 (ƏDV daxil) manat məbləğində hissəsi alıcı ilə müvafiq bank arasında bağlanılacaq kredit müqaviləsinə əsasən alıcıya veriləcək kreditin hesabına hissəvi şəkildə ödənilməsi ilə həyata keçiriləcəkdir.
3. Iddiaçı ilə müvafiq bank arasında ##.##.2024 cü il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən borcverən qsimində bank 111700 manat məbləğində pul vəsiatini 120 ay müddətinə kredit verməyi, borcalan qismində çıxış edən iddiaçı həmin krediti müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə qaytarmağı, təyinatı üzrə (yaşayış sahəsinin alınması üçün) istifadə etməyi öhdəsinə götürmüşdür.
4. Iddiaçı cavabdeh inzibati orqanına müraciət edərək, sözügedən yaşayış sahəsinə görə 9184,94 manat ƏDV məbləğində ödənilmiş pul vəsaitinin ona geri qaytarılmasıni xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən isə imtina barədə ## #### 2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Qaydanın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi müəyyən edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin ##.##.2024-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Acıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış ##.##.2024-cü il tarixli *************** saylı alqı-satqı müqaviləsinə əsasən səhmdar cəmiyyəti Bakı səhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yasayış kompleksində inşa olunan ** saylı bina, 2-ci blok, 10-cu mərtəbə, *** nömrəli 3 otaqlı mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiymətini təşkil edən 200708 manat Azərbaycan Beynəlxalq bankının Binəqədi filialında açılmış hesabından tərəfindən ödənilmişdir. Müqaviləyə əsasən tərəfindən ödənilmiş məbləğə daxil olan əlavə dəyər vergisinin vergi qanunvericiliyinə əsasən ona qaytarılmalı olan hissəsinin ona ödənilməsi barədə ərizə ilə vergi orqanına müraciət etmiş, cavabdehin ##.##.2024-cü il tarixli **************** saylı qərarı ilə ərizəsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindənAzərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aıınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Cavabdeh orqan ərizəmin təmin edilməməsini isbat edəcək sübutlar təqdim etməmişdir.
7. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra Qayda) təsdiq edilmişdir. Qaydanın 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.Belə ki, vətəndaş tərəfindən Qaydanın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi müəyyən edilmişdir. Qaydaların 5.6-cı bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir.
8. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Qaydanın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməmişdir.
10. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq yaşayış sahəsi bank tərəfindən verilmiş kreditin vəsaiti hesabına satın alınmış, iddiaçı həmin məbləği 120 ay müddətində müqavilə şərtləşdirilmiş qaydada banka ödəməyi öhdəsinə götürmüş, habelə həmin öhdəliyin icrasının təminatı qismində sözügedən yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən öz vəsaiti hesabına deyil, bankı vəsaiti hesabına hissə-hissə ödəniş cədvəli əsasında aylıq ödəniş etməklə, mənzilin dəyərini ödədiyindən, bank tərəfindən yaşayış sahəsinə görə həmin ödənişlər tam ödənildikdən sonra satıcının ƏDV depozit hesabına ödənilməklə, alıcının bank hesabına köçürülür. Indiki halda iddiaçının əldə etdiyi yaşayış sahəsinə görə iddiaçının özü tərəfindən dəyərinin tam ödənilməsi təmin edilmədiyindən, borc öhdəlikləri mövcud olduğundan, həmin mənzilə görə ƏDV məbləği satıcının deposit hesabında mövcud olmamışdır, yalnız həmin borc öhdəliklərin tam şəkildə icrasının nəticəsində ƏDV məbləğinin satıcının depozit hesabına ödənilməsi və alıcın bank hesabına köçürülməsi əsasları ortaya çıxa bilər. Vergi qanunvericiliyinin tələbinə əsasən cavabdeh inzibati orqanın məhz satıcının ƏDV depozit hesabına ödənilmiş ƏDV məbləğinin qanunla müəyyən edilmiş qaydada və şərtlərdə alıcıya qaytarmaq öhdəliyi vardır. Indiki halda isə depozit hesabda ödənilmiş ƏDV məbləği olmadığı halda (buna səbəb isə iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməməsi ilə bağlı borc öhdəliyinin mövcud olmasıdır), cavabdeh tərəfindən mövcud olmayan ƏDV məbləğini alıcıya qaytarmaq imkanı və öhdəliyi yaranmamışdır.
13. Iddiaçı həmin qərardan kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsi xahiş edilmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
14. Iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında mənzil alqı-satqısı həyata keçirilərkən ASC-nin mühasibat uçotu metodu hesablama metodu olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlir və xərclərin uçotunu kassa və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlirin əldə edilməsinin və xərcin çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlir və xərcləri müvafiq olaraq gəliri almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə və ya vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, həmin vaxt gəliri almaq hüququnun əldə edildiyi vaxt hesab olunur. Iddiaçı ilə “xxxx” ASC arasında mənzil alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən, mənzilin dəyəri vergi ödəyicisinə — “xxxx” ASC-yə qeyd-şərtsiz ödənilməli olduğundan, müqavilənin bağlandığı vaxt vergi ödəyicisinin gəliri almaq hüququnun əldə edildiyi vaxt hesab edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi mənzilin dəyərinin tam ödənilmədiyinə istinad etsə də, mənzilin əldə edildiyi vaxt onun dəyərinin yarısından çoxunun artıq ödənildiyini və işə məhkəmədə baxıldığı müddətdə də iddiaçı tərəfindən aylıq ödənişlərin davam etdirildiyini nəzərə almamışdır. Şərh olunanlardan və istinad edilən normaların məzmunundan göründüyü kimi, həmin müqavilə üzrə vergi ödəyicisinin ƏDV öhdəliyi yaranmış və buna müvafiq olaraq iddiaçının ƏDV-nin qanunla müəyyən edilmiş hissəsini geri almaq hüququ meydana gəlmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. Vergi Məcəlləsi:
Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması ... 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
17. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”. ... 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. ... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. ...
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış ## ##### 2024-cü il tarixli müqaviləyə əsasən, mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla 200.708 manat müəyyən edilmişdir. Bu məbləğin 89.008 manatının ilkin ödəniş kimi, qalan 111.700 manatının isə bank krediti hesabına hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən, kredit məbləğinin 120 ay müddətində aylıq ödənişlər formasında qaytarılması müəyyən edilmiş və mənzil öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir.
23. Vergi Məcəlləsinin 165.6-cı maddəsində fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması nəzərdə tutulsa da, həmin hüququn həyata keçirilməsi qaydası və şərtlərinin ayrıca normativ hüquqi aktla müəyyən edilməsi təsbit olunmuşdur.
24. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən, ƏDV yaşayış və ya qeyriyaşayış sahəsinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Hissə-hissə ödəniş nəzərdə tutulduqda isə ƏDV yalnız yaşayış və ya qeyri-yaşayış sahəsinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Qaydanın 5.1 və 5.1.2-ci yarımbəndlərinə görə də alıcının müraciət hüququ yaşayış sahəsinin tam dəyəri ödənildikdən sonra yaranır və müraciətə tam dəyərin satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank sənədi əlavə edilməlidir.
25. Beləliklə, ƏDV-nin geri qaytarılması üçün yalnız alqı-satqı müqaviləsinin bağlanması və ya alıcının mənzilə görə müəyyən məbləğ ödəməsi kifayət etmir. Qanunvericilik yaşayış sahəsinin tam dəyərinin nağdsız qaydada ödənilməsini, habelə müvafiq ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına daxil olmasını geri qaytarma hüququnun yaranmasının məcburi şərtləri kimi müəyyən etmişdir.
26. Hazırkı işdə iddiaçının mənzilin dəyərinin müəyyən hissəsini ilkin ödəniş şəklində ödədiyi və kredit müqaviləsi üzrə aylıq ödənişləri davam etdirdiyi müəyyən olunsa da, onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdə müqavilə üzrə borc öhdəliyi tam icra edilməmiş, mənzilin tam dəyərinin ödənilməsi başa çatmamış və tələb olunan ƏDV məbləği satıcının ƏDV depozit hesabına daxil olmamışdır. Buna görə də cavabdehin iddiaçıya ƏDV məbləğinin müəyyən hissəsini qaytarmaq öhdəliyi həmin tarixdə yaranmamışdır.
27. Iddiaçının mənzilin dəyərinin yarısından çoxunu ödəməsi və məhkəmə baxışı müddətində aylıq ödənişləri davam etdirməsi də iş üzrə fərqli nəticəyə gəlməyə əsas vermir. Çünki Qaydanın 1.4-cü bəndi hissəvi və ya müəyyən həddən artıq ödənişi deyil, yaşayış sahəsinin tam dəyərinin ödənilməsini tələb edir. Sonrakı dövrlərdə aylıq ödənişlərin davam etdirilməsi isə mübahisələndirilən inzibati aktın qəbul edildiyi tarixdə həmin şərtin mövcud olduğunu təsdiq etmir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin “xxxx” ASC-nin mühasibat uçotunu hesablama metodu ilə aparması və müqavilənin bağlandığı vaxt cəmiyyətin gəliri almaq hüququnun yaranması barədə dəlillərini də əsaslı hesab etmir. Vergi Məcəlləsinin 130.4, 134 və 135.1-ci maddələri vergi ödəyicisinin gəlir və xərclərinin uçota alınması, o cümlədən hesablama metodundan istifadə edilərkən gəlirin əldə edilməsi vaxtını tənzimləyir. Həmin normalar fiziki şəxs olan alıcıya ödənilmiş ƏDV-nin geri qaytarılmasının şərtlərini müəyyən etmir.
29. Hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 165.6-cı maddəsi və onun tətbiqi məqsədilə qəbul edilmiş Qayda xüsusi tənzimləmə kimi çıxış edir. Satıcının mühasibat uçotunda gəliri almaq hüququnun yaranması ilə alıcının ƏDV-nin bir hissəsini geri almaq hüququnun yaranması eyni hüquqi nəticə hesab edilə bilməz. Alıcının belə hüququ yalnız xüsusi Qaydada nəzərdə tutulmuş şərtlər, o cümlədən mənzilin tam dəyərinin və ƏDV məbləğinin müəyyən edilmiş qaydada ödənilməsi baş verdikdən sonra yaranır.
30. Odur ki, müqavilənin bağlanması ilə “xxxx” ASC-nin gəliri uçota almaq hüququnun yaranmasına istinad edilməsi iddiaçının ƏDV-nin geri qaytarılmasını tələb etmək hüququnun da həmin vaxt yarandığını təsdiq etmir və kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır.
31. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçı üçün ƏDV-nin geri qaytarılması hüququ bütövlükdə istisna edilməmiş, həmin hüququn yaranması Qaydada müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirilmişdir. Mənzilin tam dəyəri ödənildikdən və ƏDV məbləği satıcının ƏDV depozit hesabına daxil olduqdan sonra iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən müraciət etmək imkanına malikdir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət daşıyan halları düzgün müəyyən etmiş, tətbiq edilməli olan maddi hüquq normalarını mübahisəli hüquq münasibətlərinə düzgün tətbiq etmiş və əsaslı olaraq iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün hüquqi əsas yaratmır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.