Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-742/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintiyə icazə alınması üçün verilmiş sənədlərin rəy alınması üçün aidiyyatı üzrə göndərilməsindən imtinanın qanunsuzluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Cavabdeh göndərilmiş sənədlərin müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Tovuz şəhəri, Həzi Aslanov küçəsi (Yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən 0.1749 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. ünvan 1 ünvanında lahiyələndirilən 2 mərtəbəli ticarət binasının şəhərsalma əsaslandırılmasına əasasən ərazidə 2 mərtəbəli ticarət binası (zirzəmisi yeraltı avtodayanacağı) lahiyələndirilmişdir.
3. Iddiaçı Cavabdeh başçısına ərizə ilə müraciət edərək bildirmişdir ki, Tovuz şəhəri, Istiqlal küçəsi, giriş 4 ünvanında yerləşən 0,1749 ha torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahəsində tikinti norma və qaydalarına tam riayət edilməklə 2 mərtəbəli ticarət binası layihələndirilmişdir. Həmin tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməklə müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir.
4. Cavabdeh başçısının Aparatının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tikinti aparılması nəzərdə tutulan ərazi Istiqlal küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşir və yaxınlıqda 2 ədəd 5 mərtəbəli yaşayış binası, Cavabdeh, Tovuz Rayon Prokurorluğunun, X1, Tovuz rayon Mədəniyyət Evinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi şöbəsinin, Tovuz şəhər IƏD üzrə nümayəndəliyin inzibati binaları yerləşir, həmçinin, yaxınlıqda Sultan Market, Bravo, OBA market, Irşad Elektroniks, Araz market kimi iri ticarət obyektləri fəaliyyət göstərir və il boyu ərazidə insanların və avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Qeyd olunan ünvanda tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planına əsasən həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri yerləşən yaşayış zonasının hüdudları daxilindədir. Belə ki, sözügedən ünvanda ticarət obyektinin fəaliyyəti ətrafda yaşayan sakinlərin yaşayış, istirahət və asudə vaxtlarının təşkilinə ciddi maneçilik törədəcəyini, habelə həmin ərazidə yaşayış ictimai və inzibati binalar üçün piyada səkiləri, avtomobil yolu şəbəkəsi və parklama şəraitinin, abadlıq və s. sahələrin məhdud olduğunu nəzərə alaraq sözügedən ünvanda ticarət təyinatı obyektin tikintisi məqsədəuyğun hesab edilmir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, Tovuz şəhəri, Istiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq Cavabdeh göndərilmiş sənədlərin müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. Iddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, mülkiyyətində olan, Tovuz şəhəri, Istiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına tam uyğun şəkildə iki mərtəbəli ticarət binasının layihələndirilməsi həyata keçirilmişdir. Buna görə də, tərəfindən Cavabdeh müraciət edilərək, tikinti layihəsinə müvafiq icazənin alınması üçün müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə göndərilməsinə göstəriş verilməsi xahiş edilsə də, müraciət nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq müddəalarına əsasən, ərizə ilə müraciət etməsinə baxmayaraq, təqdim edilən sənədlər hələ də aidiyyəti üzrə göndərilməmişdir. Məcəllənin 75.4-cü maddəsində nəzərdə tutulduğu kimi, ərizə ilə təqdim edilən sənədlərin tamlığının yoxlanılması üçün müəyyən edilmiş müddət keçmiş olsa da, Cavabdeh tərəfindən həmin sənədlərin müvafiq orqana göndərilməsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir.
7. Cavabdehin iddiaya qarşı etirazı iddiaçının müraciətinə verilən cavabla eynilik təşkil etmişdir.
8. Gəncə Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Tovuz şəhəri, Istiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə icazənin alınması üçün Cavabdeh təqdim edilmiş sənədlərin rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi hallar (torpaq sahəsinin yerləşdiyi ərazidə insanların, avtomobillərin çox böyük sıxlığı, torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olması) qanunvericilikdə yerli icra hakimiyyəti orqanları tərəfindən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməsi üçün sənədlərin sonuncuya göndərilməsini istisna edən hal kimi nəzərdə tutulmamışdır. Belə ki, tikinti barədə qanunvericilik normaları tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsini məhz tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin tamlığından asılı etmişdir. Tikintiyə icazənin verilməsi isə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verildikdən sonra həll edilən məsələdir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kasssiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.16. Tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
18. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 Sentyabr 2018-ci il tarixli, *** nömrəli Fərmanı:
1. Müəyyən edilsin ki: 1.1. yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.
19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mülkiyyətində olan, Tovuz şəhəri, Istiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq Cavabdeh göndərilmiş sənədlərin müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir.
27. Cavabdeh inzibati orqan imtinasını Şəhərsalma və Tikinti Məcəlləsinin 19.1.2, 19.1.4 və 19.2.5-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planı ilə əsaslandırmaqla bildirmişdir ki, tikinti aparılması nəzərdə tutulan torpaq sahəsi yaxınlığında yaşayış binaları, bəzi dövlət orqanlarının inzibati binaları, iri ticarət mərkəzləri yerləşir və ərazidə insanların, avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir.
28. Nəzərə alınmalıdır ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 Sentyabr 2018-ci il tarixli, *** nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.
29. Bununla yanaşı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində sifarişçinin tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdə hansı sənədləri təqdim etməli olduğu konkret olaraq müəyyən edilmişdir. Yəni, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından təqdim edilməli olan sənədlərin siyahısı dəqiq müəyyən olunmuş və hazırkı işdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan həmin sənədlər cavabdeh quruma təqdim edilmişdir.
30. Belə olan halda cavabdeh inzibati orqanın hazırkı mərhələdə iddiaçının təqdim etdiyi sənədləri müvafiq rəy verilməsi üçün aidiyyatı üzrə göndərməkdən imtina etməsi qanunsuz olmuşdur. Odur ki, işə baxmış məhkəmələr tərəfindən haqlı olaraq iddiaçının iddiası təmin edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.