Məhkəmə qərarları › İş №2-1(1-8)-747/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-747/2026

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-747/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: müddətsiz əlilliyin bərpa edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qərarın ləğvi və ikinci dərəcə müddətsiz əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “tam reabilitasiya olunmasına” dair ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona ##.##.2005-ci il tarixdə təyin edilmiş II dərəcəli müddətsiz əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd edilməklə bərpa edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı il tarixdə Azərbaycan Inşaat Mühəndisləri Institunun 1-ci kursunu bitirdikdən sonra SSRI ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmış və BAM Dəmiryolu qoşunlarında xidmət keçmişdir. Hərbi xidmət dövründə ##.##.1987-ci ildə travma alaraq uzun müddət hospitallarda müalicə almış, daha sonra hərbi həkim komissiyasının rəyi ilə ordudan tərxis olunmuşdur. Hərbi travma ilə əlaqədar 1989-cu ildən əlilliklə bağlı pensiya almışdır. Ona 1989-cu ildən 2001-ci ilədək III dərəcə müddətli və müddətsiz əlillik, 2001-ci ildən 2005-ci ilədək II dərəcə müddətli əlillik, 2005-ci ildən isə II dərəcə müddətsiz əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixinədək müddətsiz əlilliklə bağlı pensiyasını almışdır. May ayından pensiyası kəsildikdə ƏƏSMN “142” Çağrı Mərkəzi ilə əlaqə saxlamış və ona sənəd çatışmazlığı olduğu bildirilmişdir. Bundan sonra DSMF-nin Şərqi Zəngəzur regional filialına sənədlərlə birlikdə müraciət etmiş və müraciəti Nazirliyə yönləndirilmişdir. Müraciətinə cavab olaraq DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialdan və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialdan bir-birinə zidd cavablar göndərilmişdir. ##.##.2024-cü il tarixli DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubda sabiq dövlət qulluqçusu kimi əlilliyə görə pensiyasının səhv hesablandığı, artıq ödənilmiş pensiyanın tutulduğu qeyd edilmişdir. ##.##.2024-cü il tarixli DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubda “Əlillik” altsistemində olan məlumatlara əsasən, əlilliyi müəyyən edilmədiyi üçün pensiyanın təyin edilməsinin mümkün olmadığı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməli olduğu bildirilmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli məktubda ##.##.1998-ci il tarixdən müddətsiz əlilliyi elektron “Əlillik” altsistemində qeydə alınmadığı üçün pensiya təyinatının mümkün olmaması bildirilmişdir. Bundan sonra, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə çağırılmışdır. Əyani müayinə nəticəsi olaraq tibbi sənədlərindəki diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılaraq əlilliyə əsas verən patofunksional pozuntuların aşkarlanmadığı qənaətinə gəlinmişdir. Həmçinin, ona göndərilən məktubda hərbi şəhadətnamə və ya qərarın “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə altsisteminə” daxil edildikdən sonra əvvəlki əlilliyinə dair məlumatın elektron sistemə daxil ediləcəyi bildirilmişdir. O, hərbi şəhadətnamə və ya qərarın əldə edilməsi üçün müvafiq qurumlara, o cümlədən Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə müraciət etsə də, sənədlərin olmadığı bildirilmişdir. Lakin iş materiallarına əlavə etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsindən əldə etdiyi ##.##.2024-cü il tarixli arayışda ## #### 1988-ci il tarixdən ## #### 1988-ci il tarixədək RF MN *** saylı Hərbi Hospitalının Travmatologiya şöbəsində “sağ qamış sümüyünün açıq qəlpəli sınığından sonra sağ aşağı ətrafın 1,5 sm qısaldılması” diaqnozu ilə müalicə olunduğu, ##.##.1988-ci ildə Hərbi Həkim Komissiyasından keçməsi və N saylı hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş ##.##.1988-ci il tarixli, *** saylı arayışa əsasən travmanın hərbi xidmət keçmə zamanı alındığı qeyd edilmişdir. Həmin arayışın verilməsinə əsas kimi Rusiya Federasiyasının MN *** saylı Hərbi Hospitalının *** nömrəli ##.##.2002-ci il tarixli arayışının olması göstərilmişdir. Kəlbəcər Hərbi Komissarlığına sorğu əsasında daxil olmuş *** saylı Hərbi Hospitalın həmin məlumatların daxil olduğu ##.##.2002-ci il tarixli arayışının surəti də iş materiallarına əlavə edilmişdir. Həmçinin, *** saylı hərbi hospitaldan xəstəlik tarixçəsindən çıxarışın göndərildiyi ##.##.1998-ci il tarixli məktub da mövcuddur. TSEK-in müxtəlif vaxtlarda verdiyi müayinə aktları ilə barəsində II dərəcə müddətsiz əlillik təyin edilmiş və travmanın hərbi xidmət vəzifəsinin yerinə yetirilərkən alınması qeyd edilmişdir.

3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ##.##.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi. Imtina edilmənin səbəbi: Tam reabilitasiya olması- Səbəb: “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçı (FIN: *******) əlillik vəziyyəti ##.##.1998-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövründə baş vermiş qəza ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (TSEK arayışı 00235). Növbəti dəfə əlillik vəziyyəti ##.##.2001-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (TSEK arayışı 299150). Yenidən əlillik vəziyyəti ##.##.2005-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (TSEK arayışı 958497). Vətəndaş əlillik təyinatlarının Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Hərbi şəhadətnamə/Qərar, Hərbi bilet təqdim etməmişdir. Həmçinin, “Hərbi Həkim Ekspertizası və tibbi şəhadətləndirmə” Alt sistemində vətəndaşa dair Qərar/Şəhadətnamə tapılmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Əlillik alt sisteminə daxil edilmək üçün müraciət etmiş, 37 ildir əlilliyi olduğunu söyləmişdir. Başağrıları, yaddaş zəifliyi, halsızlıq, sağ aşağı ətrafındakı ağrılar, görməsindəki zəiflikdən şikayətlənmişdir. Əyani müayinə zamanı sağ baldırın orta 1/3-də çapıq izlənilmiş, sağ aşağı ətrafın 1,5-2 sm qısalığı ölçülmüş, hərəkətləri sərbəst olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Pensiya AS-dən götürülmüş məlumata əsasən, vətəndaş ##.##.1994-cü ildən ##.##.2024-cü il tarixinədək Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik kimi müavinət almışdır. Vətəndaşın öncəki əlillik təyinatlarının səbəb-əlaqəsini təsdiq edən sənəd təqdim edilmədiyindən səbəbəlaqənin Ümumi xəstəlik kimi seçilməsi məqsədəuyğun hesab edilmişdir. Nəticədə, ##.##.1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının; ##.##.2001-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatının; ##.##.2005-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik Altsisteminə daxil edilməsi və ##.##.2024-cü il tarixindən Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

4. Gəncə Inzibati Məhkəməsinin (hakim: R.N.Tağıyeva) ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Tahir Cəfərqulu oğlunun tam reabilitasiya olması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı ##.##.2005-ci il tarixdə təyin edilmiş II dərəcəli, müddətsiz əlilliyin səbəb əlaqəsinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilməklə ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Isgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 7.1. Işin hallarından məlum olur ki, iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmuş və ona ##.##.1998-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar III dərəcəli müddətsiz, ##.##.1999-cu il tarixdən ##.##.2000-ci il tarixə, ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixə, ##.##.2001-ci il tarixdən ##.##.2002-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar, ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixə, ##.##.2003-cü il tarixdən ##.##.2004-cü il tarixə, ##.##.2004-cü il tarixdən ##.##.2005-ci il tarixədək hərbi xidmət borcunu yerinə yetirməklə əlaqədar II dərəcəli, ##.##.2005-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar II dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Bundan sonra cavabdeh əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə iddiaçını əyani müayinəyə dəvət etmiş, müayinə zamanı tibbi sənədlərdə qeyd olunmuş diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılmış, nəticədə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmadığından, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qiymətləndirməsi nəticəsində “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi” diaqnozu ilə iddiaçı İddiaçı Tam reabilitasiya olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. 7.2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq ##.##.1998ci il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə, ##.##.2001-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə, ##.##.2005-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz aparılmış əlillik təyinatı barədə qərar “Əlillik” altsisteminə daxil edilərək, ##.##.2024-cü il tarixindən Tam reabilitasiya olması qərarı qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 7.3. Cavabdehin mövqeyinə görə, ##.##.2005-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş iddiaçının əlilliyinə şübhə yaradan hal sonuncunun əlillik vəziyyətinin Əlillik alt sisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət olmuşdur. Belə ki, bu müraciət əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə əyani müayinəsi aparılaraq hazırda mübahisələndirilən əlverişsiz inzibati akt qəbul edilmişdir. Lakin iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair qərarda heç bir əsaslandırma qeyd edilməmiş və ya təyin edilmiş əlilliyin əsassız təyinatını təsdiq edəcək heç bir sübuta istinad olunmamışdır. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2-ci və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən *** (üç ulduz) fərqləndirici nişanlı ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd olunmuşdur ki: “29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi ilə bağlıdır.

30. Sözügedən məsələyə münasibətdə ilk növbədə, müddətsiz əllilik təyinatı ilə bağlı qərarın mahiyyəti izah olunmalı, eləcə də müddətsiz əllilik təyinatına dair əvvəlki əlverişli inzibati aktın inzibati orqan tərəfindən sonradan hansı qaydada və şərtlər daxilində ləğv edilməsinə dair qərarın çıxarıla biləcəyi aydınlaşdırılmalıdır.

Müddətsiz əlillik təyinatı ilə bağlı qərarın mahiyyətinə dair

31. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.

32. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir.

Müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü

33. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir.

Qanunsuz əlverişli inzibati aktın ləğvi

34. Əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “Inzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.

35. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

36. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

37. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.

38. Belə mübahisələr həll edilərkən həm də “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

Qanuni əlverişli inzibati aktın ləğvi

39. Bu halda, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.

40. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “Inzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.

41. Çünki “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “Inzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.

42. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.

43. “Inzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.

Icraatla bağlı normaların nəzərə alınması

44. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “Inzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir.

45. Ilk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “Inzibati icraat haqqında” Qanunun 64.2ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

46. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir.

47. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.”

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində texniki səhvə yol verərək cavabdehin “tam reabilitasiya olunmasına” dair ##.##.2024-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmiş, işə baxan aşağı instansiya məhkəmələri də qəbul etdikləri qərarın nəticə hissəsində cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv olunmasını qərara almışlar. Halbuki iş materiallarından görünür ki, cavabdehin ##.##.2024-cü il tarixli deyil, ## ###### 2025-ci il tarixli qərarı ilə ##.##.2024-cü il tarixdən iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Odur ki, cavabdehin ləğv olunan qərarının tarixi ##.##.2024-cü il deyil, ##.##.2025-ci il tarixi kimi oxunmalıdır.

15. Hazırkı işdən görünür ki, iddiaçıya ##.##.2005-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, cavabdehin ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair qərar dəyişdirilərək, barəsində ## ######## 2024-cü il tarixdən “Tam reabilitasiya olunmasına dair” qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Cavabdehin sözügedən qərarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız müxtəlif risk qruplarının araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq “əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən *** (üç ulduz) fərqləndirici nişanlı ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarına əsasən formalaşmış vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI :

Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar