Məhkəmə qərarları › İş №2-1(1-8)-753/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-753/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-753/2026 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“məxsusluq arayışının verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “məxsusluq arayışının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük ərazisində mərhum atası X2 istifadəsinə 0.25 ha torpaq sahəsi ayrılmışdır. Maştağa tərəvəzçilik-südçülük sovxozunun ##.##.1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 87-ci siyahıda atasının adı qeyd edilmişdir. İstifadəyə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmiş və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən möhürlə təsdiq edilmişdir. İddiaçı İddiaçı Qanun üzrə atasının vərəsəsi olduğundan Maştağa tərəvəzçilik-südçülük ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxs X2 məxsus olmasına dair çıxarışın (arayışın) ona İddiaçı verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə ( hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ##.##.1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 87-ci siyahıda qeyd edilməklə isitfadə və sahibliyə verilmiş Maştağa tərəvəzçilik-südçülük ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxs X2 məxsus olmasına dair çıxarışın (arayışın) ona verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük ərazisində mərhum atası X2 istifadəsinə 0.25 ha torpaq sahəsi ayrılmışdır. Maştağa tərəvəzçilik-südçülük sovxozunun ##.##.1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 87-ci siyahıda atasının adı qeyd edilmişdir. İstifadəyə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmiş və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən möhürlə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 60 ildən artıq müddətdir ki, istifadəsindədir. Qanun üzrə atasının vərəsəsi o olduğundan Maştağa tərəvəzçiliksüdçülük ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxs X2 məxsus olmasına dair çıxarışın (arayışın) ona İddiaçı verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinə dair bütün hüququ müəyyənedici sənəd lər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edir. Göründüyü kimi, cavabdehin müraciətin icrasından imtinası əsassızdır, ##.##.1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 87-ci siyahıda torpaq sahəsinin X2 adına qeyd edilməsi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün mötəbər qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini yerinə yetirməmiş, qanunsuz və əsassız olaraq mülkiyyət hüquqularının qeydiyyata alınmasını təmin etməmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Eyni zamanda, təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş arxiv arayışında hüquq sahibi “X4”, notariat ofisinin məktubunda isə “X2” qeyd edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: L.Musayeva) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Maştağa tərəvəzçilik-südçülük ərazisində yerləşən 0,25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, X6 sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (87) siyahıda Babayev Abdulla (Əbdüləli) Abdulmamed oğlunun adına 0,25 ha olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin X2 ayrılması üçün əsas olan inzibati akt ləğv edilməmişdir və etibarsız sayılmamışdır, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

8. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (X6 sovxozunun qaytanlanmış torpaq kitabı) 0,25 ha torpaq sahəsi iddiaçının mərhum atasına ayrılmış, həmin həmin torpaq sahəsində yerləşən 0,25 ha torpaq sahəsinin cizgisi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin faktiki tutduğu ölçüsü ilə hüquqi sənəd əsasında müəyyən edilmiş ölçüləri eynilik təşkil edir, torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlil odur ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Məhkəmə qeyd edilən dəlili əsassız hesab edərək bildirmişdir ki, cavabdeh cizgi planın məhz sovxoz tərəfindən tərtib edilməli olması ilə bağlı həmin dövrdə qüvvədə olan hər hansı bir normativ akta istinada etməmişdir. Cavabdehin imtinasının digər dəlili kimi arxiv arayışında hüquq sahibi “X4”, notariat ofisinin məktubunda isə “X2” qeyd etmişdir. Məhkəmə qeyd edilən dəlili də əsassız hesab edərək bildirmişdir ki, Belə ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışından bəlli olur ki, III-JQ ****** saylı ölüm şahadətnaməsinə asasan vəfat etmiş X5 ilə Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayışda adı qeyd olunan X3 eyni adamdır.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və F.İ.Mədətli) 2026-cı il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-RA/*-V-****-**-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, X6 sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (87) siyahıda vətəndaş X4 adına 0,25 ha olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan zamanı sovxoz tərəfindən cizgi planın tərtib edilməməsi vətəndaşın məsuliyyət sferasına aid edilə bilməz. İddiaçı sözügedən cizgi planın tərtib edilməsi məqsədilə aidiyyəti müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən Abşeron rayonu X6 Sovxozu ərazisində vətəndaş X4 ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsinin cizgi planı tərtib edilmişdir. Diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Mübahisələndirilən torpaq sahəsi X6 sovxozu tərəfindən ayrıldığından və həmin sovxoz vaxtilə Abşeron rayon inzibati idarəçiliyində olan ərazidə fəaliyyət göstərdiyindən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cizgi plan verilməsi əsassız olmamışdır. Sözügedən cizgi-plan mübahisələndirilməmiş, ləğv edilməmiş, etibarsız sayılmamış, geri çağrılmamışdır və hazırda qüvvədədir. Habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsində artıq ləğv olunmuş sovxoz, kolxozların müvafiq hüquqmüəyyənedici sənədləri əsasında ayrılmış torpaq sahələrinə dair cizgi plan vaxtilə tərtib edilməmişdirsə, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri nəzərə alınmaqla sonuncular üzərinə cizgi-plan tərtib edilməsi öhdəlikləri qoyulur. Bununla yanaşı məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa-tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 0,25 ha, faktiki sahəsi 0,25 ha təşkil edir. Torpaq sahəsinin 3 tərəfi qonşu hasar olmaqla, 1 tərəfi şərti, 1 tərəfi metal tordur. Tikili yoxdur. Təqdim edilmiş sənədlərdə torpaq sahəsinin koordinat cədvəli öz əksini tapıb.

13. Apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışında qeyd edilmişdir ki, III-JQ-****** saylı ölüm şahadətnaməsinə əsasan vəfat etmiş X5 ilə Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayışda adı qeyd olunan X3 eyni adamdır. Ev kitabından çıxarış arayışa əlavə edilmiş və həmin çıxarışa da diqqət edildikdə aydın görmək olur ki, mərhum X2 barədə məlumatlar həmçinin, onun Maştağa tərəvəzçilik-südçülük sovxozunun işçisi olduğu qeyd edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X3 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən, yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş arxiv arayışında hüquq sahibi “X4”, notariat ofisinin məktubunda isə “X2” qeyd edilmişdir. Qeyd olunan hallar məhkəmə tərəfindən ətraflı araşdırılmamış və dəqiqləşdirilməmişdir.

16. Kassasiya şikayətinə əlavə təqdim edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ın 2.5.-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış hüquqmüəyyənedici sənəd hesab olunur. Belə ki, əmlaka müxtəlif tarixlərdə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sahə üzərində tikili yoxdur, əvvəlki dövrlərdə də mövcud olmayıb, torpaq sahəsinin 3 tərəfi qonşu hasar olmaqla 1 tərəfi şərti sərhədlidir. Qeyd olunan səbəblərdən müvafiq sənədin göstərilən əraziyə aid olmasına dair əsaslı şübhələr mövcuddur.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarı:

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.8 bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Maddə 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərman ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamə: vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: Bölmə 7. (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın *-* nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

25. “İnzibati icraat haqqında” Qanunu: Maddə 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

34. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük ərazisində mərhum atası X2 istifadəsinə 0.25 ha torpaq sahəsi ayrılmışdır. Maştağa tərəvəzçiliksüdçülük sovxozunun ##.##.1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 87-ci siyahıda atasının adı qeyd edilmişdir. İstifadəyə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmiş və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən möhürlə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 60 ildən artıq müddətdir ki, istifadəsindədir. Qanun üzrə atasının vərəsəsi o olduğundan Maştağa tərəvəzçilik-südçülük ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxs X2 məxsus olmasına dair çıxarışın (arayışın) ona İddiaçı verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.

35. Cavabdehin kassasiya şikayətinin “arxiv arayışında hüquq sahibi “X4”, notariat ofisinin məktubunda isə “X2” qeyd edilmişdir” dəllinə münasibətdə Kollegiya qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışda qeyd edilmişdir ki, III-JQ-****** saylı ölüm şahadətnaməsinə əsasan vəfat etmiş X5 ilə Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayışda adı qeyd olunan X3 eyni adamdır.

36. Həmçinin ev kitabından çıxarış arayışa əlavə edilmiş və həmin çıxarışa da diqqət edildikdə aydın görmək olur ki, mərhum X2 barədə məlumatlar həmçinin, onun Maştağa tərəvəzçilik-südçülük sovxozunun işçisi olduğu qeyd edilmişdir.

37. Bundan başqa cavabdeh kassasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, əmlaka müxtəlif tarixlərdə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sahə üzərində tikili yoxdur, əvvəlki dövrlərdə də mövcud olmayıb, torpaq sahəsinin 3 tərəfi qonşu hasar olmaqla 1 tərəfi şərti sərhədlidir. Qeyd olunan səbəblərdən müvafiq sənədin göstərilən əraziyə aid olmasına dair əsaslı şübhələr mövcuddur.

38. Kassasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edən Kollegiya ilk növbədə bildirir ki, torpaq sahəsində tikilinin mövcud olmaması həmin torpaq sahəsinin mərhum X2 istifadəsinə ayrılmış 0,25 ha torpaq sahəsi olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin torpaq sahəsinin üzərində tikilinin mövcudluğunun iddiaçının tələb etdiyi hüququn tanınması üçün zəruri şərt olması da cavabdeh tərəfindən əsaslandırılmamışdır. Həmçinin mərhumun həmin torpaq sahəsindən istifadəsinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin ondan alınması və ya başqa şəxsin istifadəsinə verilməsi barədə hər hansı qərarın mövcudluğu müəyyən edilmir.

39. Kassasiya şikayətinin “yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir” dəlilini də əsassız hesab edən Kollegiya apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Mübahisələndirilən torpaq sahəsi X6 sovxozu tərəfindən ayrıldığından və həmin sovxoz vaxtilə Abşeron rayon inzibati idarəçiliyində olan ərazidə fəaliyyət göstərdiyindən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cizgi plan verilməsi əsassız olmamışdır. Nəzərə alınmalıdır ki, Torpaq sahəsi ayrılan zamanı sovxoz tərəfindən cizgi planın tərtib edilməməsi vətəndaşın məsuliyyət sferasına aid edilə bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçın tələbinin təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur.

41. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026-cı il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar