Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-76/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvafiq dövrlərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “müvafiq dövrlərin sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Şabran rayonu Siyəzən üzümçülük sovxozunun ## #### 1982-ci il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı * saylı subay mal briqadasına naxırçı qəbul edilmişdir. 2.## ####### 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı ## #### 1982-ci il tarixində Siyəzən üzümçülük sovxozuna subay mal-qara briqadasına naxırçı qəbul edilmiş və ## ###### 1987-ci ilə kimi həmin işdə işləmişdir. 3.“xxxx” QSC-nin ## ###### 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ##.##.1974-cü il Qızılburun məntəqəsinə 1-ci dərəcəli yol montyoru vəzifəsində işə qəbul edilmiş, ##.##.1975-ci il tarixdə işdən azad olunmuşdur. 4.Şabran rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ##.##.1980-ci ildən ##.##.1982-ci ilə kimi “Liman” cinsalmakökəltmə sovxozunda naxırçı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. 5.Iddiaçı qeyd olunan dövrlərin onun iş stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. 6.Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli məktubla həmin müraciətdən imtina olunmuşdur. Imtina onunla əsaslandırılmışdır ki, “Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən ümumi sığorta stajınız 16 il 11 ay 29 gün təşkil edir. Həmçinin bildiririk ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildiririk ki, təqdim etdiyiniz arxiv arayışında "Siyəzən Üzümçülük" sovxozuna işə qəbul edilməyiniz barədə məlumat qeyd olunsa da, işdənçıxma barədə məlumatlar qeyd olunmadığından ##.##.1982-ci il tarixindən ##.##.1987-ci il tarixindək olan dövrün sığorta stajina daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, "Siyəzən Üzümçülük" sovxozunda olan əmək fəaliyyətinizi təsdiq edən müvafiq sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etsəniz belə ümumi sığorta stajınız qanunvericiliklə tələb olunan 25 ilə tamamalanmır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ##.##.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, ##.##.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər.” IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun ##.##.1982-ci ildən ##.##.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda * saylı subay mal-qara briqadasında naxırçı işləməsini sığorta stajı hesab edilərək əmək kitabçasına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin * saylı Quba-Xaçmaz regional filialına həvalə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “##.##.1974-cü ildən ##.##.1975-ci ilə kimi Dəmir Yolu * nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində birinci dərəcəli yol montyoru işlədiyi dövrləri, ##.##.1975-ci ildən ##.##.1977-ci il tarixə kimi hərbi xidmət dövrünün, ##.##.1979-cu ildən ##.##.1979-cu ilə kimi Şəmkir SESTQ7 kolxozda naxırçı; ##.##.1982-ci ildən 10.1986-cı ilədək üzümçülük sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilməsini və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1956-cı ildə Dəvəçi-hazırki Şabran rayonu, Çuxurazəmi kəndində doğulmuşdur. ##.##.1995-ci ildə Dəvəçi rayon Şabran kəndində yerləşən Ədliyyə Nazirliyinin * №-li Islah Əmək koloniyasının inzibati binasında yanğın hadisəsi baş vermiş və orada yerləşən “Liman” cinsalma-kökəltmə sovxozunun arxivi də yanmışdır. Həmin vaxt iddiaçının əmək kitabçası da yanmışdır. ##.##.1982-ci ildən ##.##.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda * saylı subay mal-qara briqadasında naxırçı işləmişdir. Rayon Dövlət Arxivində işə qəbul olunmaq barədə ##.##.1982-ci il tarixli **/*/ saylı Əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır. Həmçinin sovxozun əmək haqqı cədvəllərində aldığı əmək haqları barədə məlumatlar da həmin dövrdə üzümçülük sovxozunda işlədiyini təsdiq edir. Iddiaçı ilə birlikdə işləmiş X1, X2 ##.##.2022-ci ildə Şabran rayon IH-nin Cuxura zəmi IƏD-si üzrə nümayəndəliyinin inzibati binasında iddiaçının ##.##.1982-ci ildən ##.##.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda * saylı subay mal-qara briqadasında naxırçı işləməsi faktını təsdiq edən ##.##.2022-ci il tarixli Akt tərtib etmişlər. Lakin pensiyasına əlavələr edilməsi ilə əlaqədar iddiaçıya əmək kitabçasını və iş stajını bərpa etmək lazımdır. Həqiqətən Siyəzən üzümçülük sovxozunda naxırçı işləməsi barədə iddiaçıya arayış verilmişdir. Lakin arayışla dövlət idarə və təşkilatlarda hüquq münasibətlərini tənzimləmək, əmək kitabçasını bərpa etmək mümkün deyildir. Cavabdeh isə iddiaçının iş stajını tanımaq istəmir. Cavabdehdən arxiv arayışlarında qeyd olunan müddətin sığorta stajı hesab olunaraq əmək kitabçasına salınmasını xahiş etsə də, buna imtina edilmişdir.
10. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçı İddiaçı ## #### 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ## ###### 1974-cü il tarixindən ## ### 1975-ci il tarixinədək, ## ### 1975-ci il tarixindən ## #### 1977-ci il tarixinədək, ## ###### 1980-ci il tarixindən ## #### 1982-ci il tarixinədək, ## #### 1982-ci il tarixindən ## ###### 1983-cü il tarixinədək, ## #### 1983-cü ildən ## ######## 1984-cü ilədək, ## ###### 1988-ci ildən ## ###### 2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ИT******* saylı əmək kitabçası, Şabran rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsində öz əksini tapmışdır. Hazırkı inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. 12.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev /sədrlik edən və məruzəçi/, V.Əzizova və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 15.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:
16. Kassasiya şikayəti dəlilləri ondan ibarətdir ki, iddiaçı ##.##.1974-cü il tarixindən ##.##.1975-ci il tarixinə kimi Dəmir Yolu * nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində 1 dərəcəli yol montyoru işlədiyi illərin sığorta stajına daxil edilməsini xahiş etmiş, məhkəmə isə iddianı həmin hissədə təmin etmişdir. Lakin işdə olan iddiaçıya məxsus əmək kitabçasında göstərilən illərlə bağlı hər hansı qeydin olmadığını nəzərə almamış, heç bir sübuta istinad etməmiş, əlavə heç bir araşdırma aparmamışdır. Həmçinin iddiaçı ##.##.1975-ci il tarixindən ##.##.1977-ci il tarixinədək hərbi xidmət müddətinin sığorta stajına daxil edilməsini xahiş etmiş, məhkəmə iddianı həmin hissədə də təmin etmişdir. Lakin iddiaçının qeyd olunan hərbi xidmət dövrü ilə bağlı təqdim etdiyi sənəd rus dilində olmasına baxmayaraq, məhkəmə qanunun tələbinə əsasən həmin sənədin azərbaycan dilinə tərcüməsini tələb etməmiş və özü də bununla bağlı hər hansı sorğu verməklə və s. araşdırma aparmamışdır. Bundan əlavə, iddiaçı ##.##.1982-ci il tarixindən 1986-cı ilin oktyabr ayınadək Siyəzən üzümçülük sovxozunda işlədiyi illərin sığorta stajına daxil edilməsini xahiş etmiş, məhkəmə isə iddianı həmin hissədə qismən təmin etmişdir. Lakin yenə də hansı əsasla iddianı qismən təmin etdiyini əsaslandırmamış, hər hansı araşdırma aparmamış, əlavə sübutlar əldə etməmişdir. Halbuki, cavabdeh orqanın göstərilən illəri iddiaçının sığorta stajında nəzərə almamaq səbəbi həmin illərlə bağlı təqdim edilmiş Şabran rayon Dövlət Arxivinin arxiv çıxarışlarında işə qəbul edilmə barədə məlumat qeyd olunsa da, işdən çıxma barədə məlumatların qeyd olunmamasıdır. Həmçinin, əlavə edilmiş əmək haqqı cədvəlində bəzilərinin məsul şəxslər tərəfindən imzalanmadığı qeyd edilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq, məhkəmə bununla bağlı hər hansı qeyd etməyərək, həmin arxiv çıxarışlarına əsaslanmaqla əməkhaqqı hesablanan ayları nəzərə alaraq iddianı həmin hissədə qismən təmin etmişdir. Həmçinin məhkəmə araşdırması gedişində işin tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə həm Milli Arxiv Idarəsinə sorğu ilə müraciət edilmiş, həm də qarşılıqlı yoxlama keçirilməsi üçün aidiyyəti quruma məktub ünvanlanmışdır. Lakin məhkəmə Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq öz təşəbbüsü ilə sorğu ilə müvafiq qurumlara müraciət etməmiş, hətta tərəfimizdən ünvanlanmış sorğulara cavab gəlmədən qərar qəbul etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ 17.Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19.Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (qüvvədən düşmüşdür): 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; 3-cü bənd. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Maddə 87.1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı işdə iddiaçının hüquqi marağı ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş və bu zaman onun qanunvericiliklə tələb olunan minimum 25 il sığorta stajına malik olmadığını əsas gətirmişdir.
29. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki məcburi hüquqi şərtin mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabında qeydə alınmış pensiya kapitalı minimum pensiya təminatına kifayət etmədikdə azı 25 il sığorta stajı.
30. Iş materiallarından müəyyən olunur ki, iddiaçının 65 yaşına çatması mübahisə predmeti olmamış, tərəflər arasında mübahisə yalnız iddiaçının sığorta stajının hesablanması ilə bağlı olmuşdur. Inzibati orqan iddiaçının ümumi sığorta stajını 19 il 5 ay 5 gün hesablamış və aşağıdakı dövrləri staja daxil etməkdən imtina etmişdir: - ##.##.1974–##.##.1975-ci illərdə Dəmir Yolu * nömrəli Xaçmaz yol distansiyasında işlədiyi müddət; - ##.##.1975–##.##.1977-ci illərdə hərbi xidmətdə olduğu dövr; - ##.##.1982-ci ildən 1986-cı ilin oktyabr ayınadək Siyəzən üzümçülük sovxozunda işlədiyi dövr.
31. Mübahisələndirilən iş stajları dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd olunmuşdu ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (qüvvədən düşmüşdür) 1-ci və 3-cü bəndlərində göstərilmişdi ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
33. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunmuşdu ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....)
34. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının Dəmir Yolu idarəsində işləməsi "xxxx" QSC tərəfindən verilmiş rəsmi arxiv arayışı ilə təsdiq olunduğu üçün əmək kitabçasında müvafiq qeydin olmaması həmin iş stajının inkar edilməsi üçün əsas ola bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, rəsmi arxiv sənədləri iddiaçının işə qəbulunu və işdən azad edilməsini təsdiq etmiş, cavabdeh isə həmin sənədlərin həqiqətə uyğun olmadığını sübut edən hər hansı dəlil təqdim edə bilməmişdir.
35. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə istinad etməsi ilə razılaşır. Belə ki, həmin normaya əsasən, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda mötəbər hesab edilir və inzibati orqan əlavə sübutların təqdim edilməsini tələb edə bilməz. Bu norma sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Deməli, təqdim olunmuş rəsmisənədlərin etibarsızlığı sübuta yetirilmədiyi üçün onlar hüquqi qüvvəyə malik sübut kimi qəbul edilməlidir.
36. Eyni hüquqi yanaşma iddiaçının hərbi xidmət dövrünə münasibətdə də tətbiq edilmişdir. Iş üzrə təqdim edilmiş hərbi sənədlərlə iddiaçının göstərilən tarixlərdə hərbi xidmətdə olması tam təsdiq edilmişdir. Cavabdeh inzibati orqan həmin sənədlərin etibarlılığına dair heç bir əks sübut təqdim etmədiyindən həmin müddətin sığorta stajına daxil edilməməsi də məhkəmələr tərəfindən haqlı olaraq qanunsuz hesab edilmişdir.
37. Işə baxmış apelyasiya məhkəməsi iddiaçının Siyəzən üzümçülük sovxozunda işlədiyi dövr barədə cavabdehin yalnız “əmək haqqı cədvəllərində bəzi imzaların olmaması və işdən azad edilmə haqqında ayrıca sənədin mövcud olmaması”na dair gətirdiyi dəlilləri haqlı olaraq qəbul etməmiş və işdə olan arxiv çıxarışları, işə qəbul əmri və arxiv aktının iddiaçının həmin müəssisədə uzun müddət işlədiyini təsdiq etdiyinə əsaslanaraq qeyd olunan dövrün də iddiaçının iş stajına daxil edilməsi qənaətinə gəlmişdir.
38. Bu barədə əlavə olaraq vurğulanmışdır ki, ilkin uçot sənədlərinin düzgün rəsmiləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi işçinin deyil, işəgötürənin vəzifəsidir. Işəgötürənin sənədləşmədə yol verdiyi nöqsanlar sonradan işçinin sosial təminat hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Əks yanaşma sosial dövlət prinsipinə, hüquqi müəyyənlik prinsipinə və şəxsin qanuni gözləntilərinin qorunması tələbinə zidd olardı.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Bununla da apellyasiya məhkəməsi təqdim olunmuş bütün sübutları qarşılıqlı şəkildə qiymətləndirərək cavabdehin mübahisələndirdiyi bütün dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alındıqda iddiaçının ümumi sığorta stajının 25 ildən artıq təşkil etdiyi üçün iddiaçının tələbinin təmin olunması qənaətinə gəlmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.