Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-78/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın nəticə hissəsinin izahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2024-ci il tarixli, 2-1(105) ***/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsasız hesab olunması və “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov).
3. Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)***/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçı İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
4. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya unstansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edərək iddiaçının iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, **(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Cavabdehə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının nəticə hissəsinə izah verilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda əlavə olunmuş Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qərarının nəticəvi hissəsində “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdehCavabdeh həvalə ediiməsi göstərilsə də, yuxarıda qeyd olunan Əsasnaməyə əsasən “iddiaçı İddiaçı adının Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması ücün siyahıya daxil edilməsi öhdəliyi” ifadəsi əlavə olunmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır. Buna görə də qərarın izah edilməsi zərurəti yaranmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 0# ###### 2024-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə cavabdehin “Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının nəticə hissəsinə izah verilməsi” barədə ərizəsi təmin edilməmişdir. (hakimlər - Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Vəfa Əzizova və Ismayıl Quliyev).
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarına izah verilməsinə əsas olan hallar mövcud olmalı və bu hallar qərarın məzmunun dəyişməsinə səbəb olmamalıdır. Qeyd edilən əsas qismində isə məhkəmə qərarında qeyri-müəyyənliyin, anlaşılmazlığın mövcud olması halları çıxış edə bilər. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli, * №-li Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
10. Kollegiya cavabdehin istinad etdiyi halla bağlı onu qeyd edir ki, cavabdehin ərizədə istinad etdiyi hal “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi il bağlı qanunvericiliklə müəyyən edilmiş icra proseduru ilə bağlı olmaqla, məhz cavabdeh inzibati orqanın həmin qərarın icrası prosesində yerinə yetirməli olduğu prosedura aid qayda kimi çıxış edir, hansı ki, bu tədbirlərin icra edilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aiddir. Nəticə etibarilə həmin hallar icra proseduru qaydasında həyata keçirilməli olan tədbir kimi çıxış edir. Belə olan halda kollegiya hesab edir ki, həmin hal məhkəmə qərarının qeyri-müəyyənliyi və ya anlaşılmazlığı kimi dəyərləndirilməsi üçün əsas deyildir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın məhkəmə qərarına izah verilməsini zəruri edən hal kimi istinad etdiyi hallar icra proseduru çərçivəsində özü tərəfindən yerinə yetirilməli olan hal olduğundan, habelə məhkəmə qərarına izah verilməsinə əsas olan hər hansı qeyri-müəyyənliyin və anlaşılmazlığın mövcudluğu müəyyən edilmədiyindən, məhkəmə qərarına izah verilməsi zərurəti mövcud olmamışdır.
11. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində işin halları, Sumqayıt Apellyasiya Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının nəticə hissəsinə izah verilməsinə dair ərizənin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzalarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azerbaijan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Beləliklə, məhkəmə qərarın nəticəvi hissəsində iddiaçı S.R.Qasımovaya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmasını göstərsə də, yuxarıda qeyd olunan Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ifadəsi əlavə olmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır.
13. Əlavə olaraq bildirilir ki, analogi işlə əlaqədar məhkəmə təcrübəsi formalaşmış və iddiaçı X1 cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasında işə yazılı icraat qaydasında baxılmışdır. Ali Məhkəmənin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin sözgedən qərarının “X1 adının müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi” hissəsində dəyişdirilərək iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilmişdir.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
14. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 230.1. Işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
16. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquqi vəziyyəti tənzimləyən normalar düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən qərarın nəticə hissəsinə izah verilməsinə dair ərizənin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qərarın nəticə hissəsinə izah verilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.
23. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 0# ###### 2024-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.