Məhkəmə qərarları › İş №2-1(1-8)-784/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-784/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-784/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın geri götürülməsi; icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair inzibati iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş “Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını icra etmədiyi üçün borclu inzibati orqan Təhsildə Keyfiyyət Təminat Agentliyinin cərimə olunmasına dair qərardad qəbul edilməsi və məhkəmə qərarının icra olunmasının təmin edilməsinin cavabdeh inzibati orqandan tələb edilməsi barədə” ərizənin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını icra etmədiyi üçün borclu inzibati orqan Təhsildə Keyfiyyət Təminat Agentliyinin cərimə olunmasına dair qərardad qəbul edilməsini və məhkəmə qərarının icra olunmasının təmin edilməsini cavabdeh inzibati orqandan tələb edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim – A.Babayev) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, **(***)-****/**** nömrəli qərarının icrasını təmin etmədiyinə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 300 (üç yüz) manat məbləğində cərimə edilməsi və həmin məbləğin tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

3. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən - H.Ağalarov, hakimlər - Ş.Məmmədova və C.Məmmədov) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. İşə kassasiya qaydasında baxılanadək iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edib, ##.##.2025-ci il tarixdə verdiyi ərizəsinin və ona əlavə edilmiş sənədlərin işə baxılmadan geri qaytarılmasını və icraata xitam verilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 55. İddiadan imtina edilməsi ... 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. ... 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin geri götürülməsi barədə ərizə təmin olunmalıdır.

9. Məhkəmə kollegiyası nəzərə alır ki, ərizənin geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “ərizənin geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun ərizəni geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-

10. və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə in 55.3-cü marağının olmamasının müəyyən edilməsini və bu səbəblə icraata xitam verilməsini təmin edir.

11. Bununla yanaşı, iddiaçıya izah edilir ki, ərizədən imtinadan fərqli olaraq ərizənin geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

12. Yuxarıda göstərilənlərə və İPM-in 55.5, 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI : İddiaçı İddiaçı “Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını icra etmədiyi üçün borclu inzibati orqan Təhsildə Keyfiyyət Təminat Agentliyinin cərimə olunmasına dair qərardad qəbul edilməsi və məhkəmə qərarının icra olunmasının təmin edilməsinin cavabdeh inzibati orqandan tələb edilməsi barədə” ərizəsinin geri götürülməsinə dair ərizəsi təmin edilsin. Həmin ərizə üzrə icraata xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar