Məhkəmə qərarları › İş №2-1(1-8)-798/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-798/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-798/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-ci il ## ###### tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli, ##.##.2014-cü il tarixli qərarına əsasən İddiaçı hərbi xidmət keçərkən ##.##.1995-ci ildə aldığı və ##.##.1995-ci ildən ##.##.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” ... “Yaralanmadır. Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən olunmuşdur.

2. Iddiaçı İddiaçı ##.##.2015-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə “Sağ budun aşağı 1\3 nahiyəsində dəlib keçən güllə yarası. Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu” diaqnozu əsasında 1 il müddətinə ilkin üçüncü dərəcə əlillik təyin edilmişdir.

3. Iddiaçı İddiaçı ##.##.2016-cı ildən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə “Sağ budun aşağı 1\3 nahiyəsində dəlib keçən güllə yarası. Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu” diaqnozu əsasında 5 il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin olunmuşdur.

4. Iddiaçı İddiaçı ##.##.2017-ci ildən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə “B.Q.d pozğunluğu sol tərəfli hemparez, sol yuxarı ətrafda güclü tremor” diaqnozu əsasında 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin olunmuşdur.

5. Daha sonra iddiaçı X1 ##.##.2018-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə “G20 Parkinson xəstəliyi, Hər iki yuxarı və aşağı ətraflarda əsmə riqid forma. Beyin qan dövranı pozğunluğu. Sol tərəfi hemiparez. Arterial hipertoniya. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Arterial hipertoniya. Beyin qan dövranı pozğunluğu. Sol tərəfi hemiparez. Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ baldırın aşağı 1/3-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət. Axil vətərinin zədələnməsi” diaqnozu ilə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin olunmuşdur.

6. Sonuncu dəfə iddiaçı İddiaçı cavabdehin ##.##.2024-cü il tarixli *******0015 nömrəli qərarı ilə ##.##.2023-cü il tarixdən “Ümumi xəstəlik” səbəbindən “Parkinson xəstəliyi. Parkinson xəstəliyi əsmə-rigid forması. Hoehn və Yahr şkalası IV dərəcə, yeriş və hərəkət pozulması ilə” diaqnozu ilə orqanizmin funksiyasının 80 faiz pozulması ilə müddətsiz əlillik təyin olunmuşdur.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli *******0015 nömrəli qərarı ilə ##.##.1973-cü il təvəllüdlü İddiaçı ümumi əsaslarla ##.##.2023-cü il tarixdən təyin olunmuş II qrup əlillik dərəcəsinin səbəbinin dəyişdirilərək “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” II dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı ##.##.1995-ci ildə Füzuli rayon ərazisində güllə yarası almaqla sağlamlığını itirmişdir. Sağlamlığını itirməyi ilə bağlı ona “Sol budun aşağı 1/3 nahiyəsində dəlib keçən güllə yarası, Axıl vətərinin zədələnməsi funksiya pozğunluğu” diaqnozu ilə 3-cü dərəcə müharibə əlilliyi təyin edilmişdir. ##.##.2016-cı ildə o təkrar müayinə olunmuşdur və 3-cü dərəcə müharibə əlilliyi təsdiqlənmişdir. Bundan sonra, o, 2017-ci və 2019-cu ildə yenidən TSEK-dan keçmişdir, ona “G20 Parkinspon xəstəliyi, hər iki yuxarı və aşağı ətraflarda əsmə riqid forma. Beyin qan dövranı pozğunluğu. Sol tərəfli hemiparez. Arterial hipertoniya, Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Arterial hipertoniya. Beyin qan dövranı pozğunluğu, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldırın aşağı 1/3-nin arxa səthinin dəlib keçən yarasından sonrakı vəziyyət. Axıl vətərinin zədələnməsi” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2017-ci ildə 2-ci dərəcəli müharibə əlilliyi təyin edilmiş, ## ###### 2018-ci il tarixdə müayinələrinin nəticəsi olaraq ikinci dərəcəli əlillik yenidən təsdiq edilmişdir. Təkrar müayinə müddəti ##.##.2023-cü il müəyyən edilmişdir. Beləliklə də, 2016-cı ildən 2017-ci ilə kimi 3-cü dərəcəli müharibə əlilliyi, ##.##.2017-ci ildə ikinci dərəcəli müharibə əlilliyi və yenə də ## ###### 2018-ci ildən ##.##.2023-cü il tarixə kimi isə 2-ci dərəcəli müharibə əlilliyi təyin edilmişdir. Müharibə əlili kimi o nəqliyyat vasitəsi ilə də təmin olunmuşdur. 1995-ci ildə yaralandıqdan sonra əvvəlcə əlləri əsməyə başlamış, daha sonra bütün orqanizminə yayılmış və hazırda həmin funksiya pozuntusu ağır şəkildə davam etməkdədir. Xəstəliyi elə həddə çatmışdır ki, ayaq üstə durmaq iqtidarında belə deyildir. Lakin ##.##.2023-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun ikinci dərəcəli müharibə əlilliyi dayandırılmış və ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir

9. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar”; X5: Parkinson xəstəliyi, Parkinson xəstəliyi əsmə-rigid forması Hoehn və Yahr şkalası IV (dörd) dərəcə, yeriş və hərəkət pozulması ilə; Diaqnozun mətni: .Sinir sistemi xəstəlikləri=>Ekstrapiramid və digər hərəki pozğunluqlar=>Parkinson xəstəliyi=>hərəkətin təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin IV mərhələsi)=>.; Meyar: 2.2. Ikinci dərəcə əlillik => DIGƏR: Ü.İ.X.QƏRGINLIK STENOKARDIYASI III F.S. HIPERTONIYA XƏS-YI II MƏR. INFARKTDAN SONRAKI KARDIOSKLEROZ.ŞƏKƏRLI DIABET II TIPLI.AĞIR GEDIŞLIINSULIN TƏLƏB., səbəbi ilə müddətsiz 80% əlillik dərəcəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2014-cü il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Saçı baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən qüllə yarası, axil vətərinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2023-cü il tarixli **** nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Parkinson xəstəliyi, əsmə riqid forması Xen Yar şkalası IV (dörd) dərəcə, yeriş və hərəkət pozğunluğu" kimi qeyd edilmişdir. X4 və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ baldırın aşağı 1/3-nin səthində çapıq toxuması, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), əzələ atrofiyası, hissiyyat zəifliyi, reqionar osteoparoz, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. Təqdim edilmiş X2 Baş beynin MRT müayinəsinin nəticəsi “Minimal beyin atrofiyası” kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına RRM-ə məxsus təkərlikli oturacaqda, əlində əsa ilə daxil olmuş, ətraflarında əsmə nümayiş etdirmişdir. Medikamentoz preparatlardan gündə 5 dəfə % tablet Nakom, 250 mg Praksol 2 tablet x 2 dəfə qəbul etdiyini söyləmişdir. Baxış zamanı sağ baldırın aşağı 1/3-də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji müayinə zamanı dərman qəbulundan öncə bütün ətraflarda hiperkinezlər, əsmə, bunun hesabına nitqin pozğunluğu, dişli çarx sindromu müşahidə edilmişdir. Müayinənin gedişatında 14 tablet Nakom qəbul etdikdən 40 dəqiqə sonra yenidən müayinə edilmiş, hiperkinezlərin azalması, sol yuxarı ətrafda daha ifadəli olmaqla ağızda və ətraflarda bradikineziya, ayaqlarını sürüyərək kiçik addımlarla, önə əyilmiş vəziyyətdə yeriməsi müşahidə edilmişdir. Hazırda əlillik təyinatına əsas verən Parkinson xəstəliyinin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Hərbi qərar alındıqdan sonrakı əlillik təyinatlarının səbəb-əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi məqsədəuyğun hesab edilmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq oIaraq “Xüsusi səbəbdən - Diaqnoz əlillik əlaməti təyin etmir” və “Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması” barədə qərar qəbul edilmişdir. 10.Şirvan Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş T ***/**** saylı rəydə göstərilmişdir: “İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə əsasən adına “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, *******0015 nömrəli qərarla qiymətləndirilməsi aparılmış göndərilmiş Forma 88 göndərişində qeyd edilən diaqnoz ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən xəstəliyin dinamikası, müalicə tədbirləri düzgün aparıldığından xəstəliyin klinik proqnozu qənətbəxş olmuşdur. TSEK-də müayinələri zamanı əmək fəaliyyətsiz hesab edilmişdir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar onun vaxtaşırı əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac vardır. İddiaçı 17.02.- ##.##.1995-ci il tarixlərdə *** saylı “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Xəsarətin varlığı şəxsin müayinəsi zamanı həmin nahiyədə aşkar edilmiş çapıq toxumalarla təsdiq olunur”. 11.Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı əsasında iddiaçının ərizəsi təmin edilmiş, iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. 12.Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Quliyeva) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli *******0015 nömrəli qərarı ilə ##.##.1973-cü il təvəllüdlü İddiaçı ümumi əsaslarla ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə əlaqədar müddətsiz təyin olunmuş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. 13.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyindən müəyyən olunur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli, *** reyestr nömrəli qərarında əks olunmuş xəsarətlərin hal-hazırda onda izi müəyyən olunur. ... “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli, *** saylı qərarından görünür ki, iddiaçının yaralanmasının nəticəsi – diaqnoz “Yaralanmadır, Hərbi Xidmət Dövründə Alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. ...Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. 14.Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat 15.Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, bununla əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli, **/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı təyin edilmiş “Parkinson xəstəliyi” onun 1995-ci ildə aldığı xəsarətlə əlaqəli deyildir. 16.Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər F.Hüseynov /sədrlik edən və məruzəçi/, M.Sadıqov və C.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək iddia təmin edilməmişdir. 17.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq, əvvəllər əlillik təyinatına əsas vermiş travmaların sonradan yaranmış parkinson xəstəliyi ilə səbəbli əlaqəsinin olmaması müəyyən edilmişdir. Qeyd olunan sənəd müvafiq olaraq rəy şəklində təqdim edilməsə də, məktubun məzmunundan görünür ki, yekun nəticə müvafiq sahə üzrə mütəxəssis (həkim nevroloq) tərəfindən verilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan məktubun məzmununda şərh olunmuş nəticəni mötəbər hesab edir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə əvvəllər əlillik təyinatına əsas olmuş “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” diaqnozu üzrə xəsarətlərin yalnız çapıq toxuma şəklində izlərinin qalması müəyyən edilmişdir ki, həmin xəsarətlər hazırda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə, həm də ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyinatına əsas vermir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırkı işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. 18.Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri 19.Iddiaçı kassasiya şikayətində işin faktiki hallarına, iddia ərizəsində göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının sağlamlığının pozulmasının əsas səbəbi torpaqlarımız uğrunda döyüşlər zamanı aldığı xəsarətlə bilavasitə bağlıdır. Iddiaçı xəsarət aldığı həmin dövrdən hazıra kimi eyni xəstəlikdən əziyyət çəkir və hazırkı vaxta kimi sağalmamışdır. Əksinə, hər gün vəziyyəti daha da ağırlaşır. Aldığı pensiyanın dayandırılması onun xəstəliyə qarşı müalicə almağının da qarşısını almışdır. Halbuki 1995-ci ildən 2018-ci ilə kimi TSEK-də keçirildiyi bütün müayinələrin nəticəsi kimi iddiaçının sağlamlığının itirməyinin əsas səbəbi kimi hərbi xidmət dövründə yaralanma olması müəyyən edilmişdir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

21.Inzibati Prosessual Məcəllə Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 23.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 25.Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 26.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məktubuna istinad etməklə iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır. 27.Ilk növbədə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi iddiaçıya ##.##.2024cü il tarixli tibbi müayinə nəticəsində ##.##.2023-cü il tarixdən etibarən “Ümumi xəstəlik” səbəbindən müddətsiz əlillik təyin edilməsinin əsası kimi qəbul edilmiş ##.##.2023-cü il tarixli tibbi göndərişi tam və hərtərəfli araşdırmadan müvafiq hüquqi nəticəyə gəlmişdir. Halbuki iş materiallarında iddiaçı barəsində 2017-ci və 2018-ci illərdə tərtib edilmiş tibbi göndərişlər də mövcuddur və həmin sənədlərin müqayisəli şəkildə tədqiqi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. 28.Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçıya sonuncu mübahisələndirilən qərar əsasında əlillik təyin edilməsinə əsas olmuş göndərişdə göstərilən bütün diaqnozlar, eləcə də həmin diaqnozların yaranma səbəbi və hərbi xidmətlə səbəbli əlaqəsinin mövcud olub-olmaması hərtərəfli və obyektiv qaydada müəyyən edilməli idi. Bu araşdırma aparılmadan yalnız Mərkəzi Hərbi Həkim Komissiyasının məktubuna əsaslanmaqla iddianın rədd edilməsi kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. 29.Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıya əvvəlki illərdə hərbi xidmətlə əlaqədar əlillik təyin edilərkən əsas götürülmüş ##.##.2028-ci il tarixli tibbi göndərişdə həm ##.##.2024-cü il tarixli müayinə aktında əks etdirilən “Parkinson xəstəliyi”, həm də Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının müvafiq qərarında göstərilən “Sağ baldırın aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, axil vətərinin zədələnməsi” diaqnozu öz əksini tapmışdır. Bu hal sonuncu göndərişdə qeyd olunan diaqnozların əvvəlki tibbi sənədlərlə müqayisəli təhlilinin aparılmasını zəruri edirdi. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, yalnız “Parkinson xəstəliyi” diaqnozu ilə “Sağ baldırın aşağı 1/3 hissəsinin arxa səthindən dəlib keçən güllə yarası, Axil vətərinin zədələnməsi” diaqnozu arasında birbaşa səbəbli əlaqənin mövcud olubolmaması

30. məsələsinin araşdırılması mübahisənin predmetini tam əhatə etmir. Aydındır ki, fizioloji baxımdan aşağı ətrafın güllə yarası ilə mərkəzi sinir sisteminin xəstəliyi olan “Parkinson xəstəliyi” arasında birbaşa əlaqənin müəyyən edilməsi mübahisəli görünə bilər. Lakin mübahisənin mahiyyəti də məhz bu iki diaqnoz arasında birbaşa əlaqənin mövcudluğunun sübut edilməsindən ibarət deyil. 31.Əksinə, məhkəmə araşdırmasının predmeti sonuncu əlillik təyinatına əsas olmuş göndərişdə əks etdirilən bütün xəstəliklərin məcmu halında qiymətləndirilməsi, həmin diaqnozlardan hansılarının əvvəlki dövrlərdə hərbi xidmətlə əlaqədar müəyyən edilmiş sağlamlıq pozuntularının davamı və ya nəticəsi olması, hansılarının isə sonradan yaranmış ümumi xəstəliklər kimi qiymətləndirilməsinin tibbi-hüquqi baxımdan əsaslandırılması olmalı idi. Belə hərtərəfli araşdırma aparılmadan yalnız ayrı-ayrı diaqnozlar arasında birbaşa səbəbli əlaqənin olmamasına istinad etməklə iddianın rədd edilməsi tam, obyektiv və hərtərəfli məhkəmə araşdırması prinsipi ilə uzlaşmır. 32.Həmçinin xüsusi olaraq nəzərə alınmalıdır ki, səbəbli əlaqənin real mövcudluğu müəyyən olunmalıdır. Belə ki, xüsusi səbəbdən yaranmış xəstəliklə göndərişdə göstərilən diaqnoz arasında uzun müddət (məsələn, 10–15 il və ya daha artıq zaman) keçdikdən sonra səbəb-nəticə əlaqəsinin mövcudluğu iddia edildikdə, bu əlaqənin tibbi baxımdan əsaslandırılması və müvafiq sübutlarla təsdiq edilmiş olması tələb olunur. Vaxt intervalının uzunluğu nəzərə alınmaqla, xəstəliklərin təbii inkişaf dinamikası, mümkün alternativ etioloji amillər və aralıq tibbi müdaxilələr də araşdırılmalı, səbəbli əlaqə yalnız ehtimallara deyil, obyektiv tibbi göstəricilərlə əsaslandırılmalıdır. 33.Digər bir məsələ odur ki, iş materialları üzrə müəyyən olunur ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona “Ümumi xəstəlik” səbəbindən təyin edilmiş əlilliyin səbəbinin “Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” dəyişdirilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixli qərardadla ərizə həmin məzmunda icraata qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi yekun qərarında iddia tələbini təmin edərkən əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” dəyişdirilməsini qərara almışdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə baxışının predmetini təşkil edən və icraata qəbul edilmiş dəqiqləşdirilmiş iddia tələbindən kənara çıxaraq, tərəfin irəli sürmədiyi fərqli hüquqi nəticə müəyyən etmişdir. 34.Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda “hərbi xidmət dövrü ilə əlaqədar” və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin müxtəlif növ səbəbləri kimi müəyyən olunmuşdur. Həmin Qaydalara əsasən, “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik ümumi səbəblərdən yaranan əlillik kateqoriyasına, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik isə xüsusi səbəblərdən yaranan əlillik kateqoriyasına aid edilir. Bu səbəbdən həmin anlayışlar hüquqi məzmunu, tətbiq edilmə şərtləri və doğurduğu hüquqi nəticələr baxımından bir-birini əvəz edən deyil, fərqli hüquqi institutlardır. 35.Belə olan halda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasını və fərqli hüquqi əsas üzrə qərar qəbul etməsini hüquqi baxımdan qiymətləndirməmişdir. Halbuki, məhkəmə yalnız iddiaçının irəli sürdüyü və icraata qəbul edilmiş tələb çərçivəsində mübahisəyə hüquqi qiymət verməli, IPM-in 52-ci maddəsində nəzərdə tutulmuş ifadə tərzi ilə bağlı hallar istisna olmaqla tərəfin iradəsindən kənar fərqli hüquqi nəticə müəyyən etməməlidir. 36.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxılarkən ilk növbədə iddiaçının hüquqi marağının məzmunu dəqiq müəyyən edilməli, onun tələb etdiyi əlillik səbəbinin hansı hüquqi əsasa yönəldiyi aydınlaşdırılmalı, həmçinin iddiaçıya əlillik təyin edilməsinə əsas olmuş xəstəliklərin işdə mövcud tibbi sənədlər və digər sübutlar əsasında hansı əlillik səbəbi ilə hüquqi və tibbi cəhətdən uzlaşdığı tam, obyektiv və hərtərəfli araşdırılmalıdır. 37.Eyni zamanda, yenidən araşdırma zamanı apellyasiya məhkəməsi tərəfindən əlillik təyin edilməsi üçün qiymətləndirmənin aparıldığı göndərişdə qeyd edilən xəstəliklərin, həmin göndərişin rəsmiləşdirildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda göstərilən hansı bəndə və altbəndə uyğun gəlməsi, bunun hansı sübutlarla təsdiq olunması dəqiq müəyyən edilməlidir. 38.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. 39.Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. 40.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2026-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar