Məhkəmə qərarları › İş №2-1(1-8)-804/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-804/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-804/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-*- ****/**** nömrəli qərarın ləğv edilməsi, ##.##.2017-ci il tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyanın ##.##.2017-##.##.2023-cü il tarixlərdə 6 illik dövr ərzində qeydə alınmış sığorta kapitalının əsasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyasının yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli qərarı ləğv edilmiş, ##.##.2017-ci il tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyanın ##.##.2017-##.##.2023-cü il tarixlərdə 6 illik dövr ərzində qeydə alınmış sığorta kapitalının əsasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyasının yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, 09 oktyabr 25-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Əli Cəfər oğlunun barəsində olan “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı qismən – İddiaçı əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması hissəsində ləğv edilmiş, İddiaçı əmək pensiyasının təyin edildiyi tarixdən sonra 6 il (##.##.2017-##.##.2023) işlədiyi müddət üçün fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan ##.##.2023-cü il tarixdən yenidən hesablanması, “Əmək pensiyaları haqqında Qanunun” tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Daha sonra cavabdeh ərizə təqdim edərək kassasiya şikayətinin geri götürülməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

8. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

10. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI :

Cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar