Məhkəmə qərarları › İş №2-1(1-8)-829/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-829/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-829/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması, hüquq müəyyənedici sənədlərin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər üçüncü şəxs1 Qapalı Səhmdar Cəmiyyəti və “AAAF İNŞAAT” MMC) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ilə “AAAF İNŞAAT” MMC arasında ## #### 2013-cü il tarixli, A/*** nömrəli “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “AAAF İNŞAAT” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivinin 4-cü küçəsində yerləşən 0,02 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilən (inşa edilmiş) 5 otaqlı, 2 mərtəbəli, ümumi sahəsi 200 kv.m olan * nömrəli fərdi yaşayış evini iddiaçıya satmağı, iddiaçı isə həmin əmlakın dəyərini müqavilədə nəzərdə tutulmuş 60 ay müddətində cədvəl üzrə qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə əmlakın qiyməti 75000 manat qeyd edilmişdir. Müqavilə notariat qaydasında təsdiqlənməmişdir.

2. İddiaçı tərəfindən “AAAF İNŞAAT” MMC-yə ## #### 2023-cü il tarixli 55000 və 20000 manat ödəniş edilməsinə dair maliyyə arayışları (kserosurət) təqdim edilmişdir.

3. İddiaçı qeyd edilən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ## #### 2023-cü il tarixdə cavabdehə müraciət etmişdir.

4. Cavabdehin ## #### 2023-cü il tarixli imtina məktubunda müraciətin təmin edilməməsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan hüquq müəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi, habelə daşınmaz əmlakın naturada quruluşunun və ölçülərinin təqdim edilmiş sənədlərə uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilməsi nəzərdə tutulan texniki baxışın aparılması üçün iddiaçı tərəfindən müvafiq şəraitin yaradılmaması ilə əsaslandırılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “AAAF-İNŞAAT” MMC ilə bağlanmış A/*** nömrəli, ## #### 2013-cü il tarixli “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” müqaviləyə əsasən iddiaçıya satılmış və sonuncunun faktiki istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 4-cü küçə ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən * nömrəli, 5 otaqdan ibarət, 2 mərtəbəli mansard ümumi sahəsi 200 kv.metr olan fərdi yaşayış evinə dair iddiaçı adına xüsusi mülkiyyət hüquqi üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli və # ### 2015-ci il tarixli fərmanları ilə təsdiq edilmiş müvafiq əsasnamələrin müddəalarına istinad etməklə əsaslandırmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə iclas protokollarından görünür ki, iddiaçı cavabdehin imtinasının hər iki əsasına etiraz etmişdir. Belə ki, o, hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyi barədə dəlillə razılaşmayaraq alqısatqı müqaviləsinin və maliyyə arayışının notariat qaydasında təsdiq edilmiş surətlərinin cavabdehə təqdim edildiyini bildirmiş, texniki baxışın keçirilməsi üçün şərait yaradılmadığına dair dəlilə münasibətdə isə bununla bağlı ona hər hansı bildiriş, telefon zəngi və ya digər məlumat verilmədiyini göstərmişdir.

7. Cavabdeh iddia ərizəsinə təqdim etdiyi yazılı etirazında iddianı qəbul etməmiş, mövqeyini ## #### 2023-cü il tarixli imtina məktubunda göstərilmiş əsaslara istinad etməklə əsaslandırmışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə “AAAF İNŞAAT MMC” işə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, üçüncü şəxs “AAAF İNŞAAT” MMC tərəfindən # ######## 2024-cü il tarixli, HŞ/*** nömrəli ərizə təqdim edilmişdir. Həmin ərizəyə əlavə olunmuş üçüncü şəxs1 Səhmdar Kredit Təşkilatının Bakı filialının “AAAF İNŞAAT” MMC-yə ünvanladığı # ######## 2024-cü il tarixli, *** nömrəli məktubda iddia tələbinə etiraz edilərək göstərilmişdir ki, İddiaçı (“xxxx” ASC-dən ötürülmüş hüquq üzrə) üçüncü şəxs1 QSC-nin Bakı filialı qarşısında kredit müqaviləsindən irəli gələn gecikdirilmiş öhdəlikləri mövcuddur və onun 28.715,68 manat əsas, 21.048,51 manat faiz olmaqla, ümumilikdə 49.764,19 manat kredit borcu ödənilməmişdir.

10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, üçüncü şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** №-li Fərmanının icrası ilə əlaqədar “xxxx” ASCnin problemli aktivləri (borcları) üzrə tələb hüququ ## ###### 2015-ci il tarixli müqavilə (bundan sonra - “Tələbin güzəşti müqaviləsi”) əsasında üçüncü şəxs1 QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin İddiaçı qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da ## ####### 2017-ci il tarixli, S-DİPK-139 saylı təhvil-təslim aktı (bundan sonra - Akt) əsasında üçüncü şəxs1 QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı kredit borcu üzrə ipoteka predmeti olan Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF Park 2” yaşayış massavindəki * saylı küçəsində, 0.02 ha torpaq sahəsində, 2 mərtəbəli mansardsız ümumi sahəsi 200 kv.m olan, 5 otaqdan ibarət, * saylı ev üzrə cəmi 38142.87 manat (əsas borc üzrə 29261 manat, faiz borcu üzrə 8881.87 manat) kredit borcu üçüncü şəxs1 QSC-yə ötürülmüşdür, ötürüldükdən sonra cəmi 3198.32 manat (əsas borc üzrə 545.32 manat və faiz borcu üzrə 2653 manat) ödəniş edilmişdir. ## ###### 2025-ci il tarixə İddiaçı üçüncü şəxs1 QSC-yə ümumilikdə 51295.69 manat kredit borcu mövcuddur.

11. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə üçüncü şəxs1 Qapalı Səhmdar Cəmiyyəti işə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il ## ####### tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddiaçının iddiası təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ## #### 2013-cü il tarixli, A/*** nömrəli alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi iddiaçıya satılmış olsa da, iş materialları ilə həmin əmlakın # #### 2013-cü il tarixli, **** nömrəli Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin təminatı kimi girov predmeti olduğu, iddiaçının kredit borcunun mövcudluğu (51.439.27 manat (28.715.68 manat əsas, 22.723.59 manat faiz)), eləcə də mübahisəli torpaq sahəsinə dair bölgü-sxem sənədinin tərtib edilmədiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə dair borc öhdəlikləri mövcud olduğundan, cavabdeh orqanın onun müraciətindən imtinasının haqlı olduğu qənaətinə gəlmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh inzibati orqanın strukturunda baş vermiş dəyişiklik nəzərə alınaraq, cavabdeh cavabdeh1 X1 * saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatını aparmaq səlahiyyətinə malikdir. İddiaçı isə mülkiyyət hüququnun yaranmasını üçüncü şəxs “AAAF-İNŞAAT” MMC ilə bağladığı alqısatqı müqaviləsinə istinad etməklə əsaslandırmışdır. Lakin kollegiya müəyyən etmişdir ki, həmin müqavilə notariat qaydasında təsdiq edilməmiş, həmçinin satıcının mübahisəli əmlak üzərində hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Buna görə də, iddiaçının istinad etdiyi müqavilə mülkiyyət hüququnun yaranmasına əsas verən mötəbər hüquq müəyyənedici sənəd hesab edilə bilməz. Bu səbəbdən cavabdehin hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə dövlət qeydiyyatından imtina etməsi qanunauyğun sayılmışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının bölgü sxemi, kredit borcu, texniki baxışın keçirilməsi üçün şərait yaradılmaması və bərabərlik prinsipinin pozulması ilə bağlı dəlilləri mülkiyyət hüququnun qanuni əsaslarla yaranması müəyyən edilmədiyindən işin nəticəsinə təsir etmədiyindən həmin halların ayrıca qiymətləndirilməsinə zərurət olmamışdır.

18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinə uyğun əsaslandırmışdır. İddiaçı bildirir ki, inzibati orqan analoji hüquqi və faktiki vəziyyətdə olan digər şəxslərin müraciətlərini təmin etdiyi halda, iddiaçının müraciətindən imtina etməklə bərabərlik prinsipini pozmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin F.Nəcəfovanın şikayəti üzrə ## #### 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edərək bildirmişdir ki, müqavilənin forma tələblərinə əməl edilməməsi ilə bağlı mübahisələrə baxılarkən məhkəmələr formal yanaşma ilə kifayətlənməməli, işin bütün hallarını, tərəflərin vicdanlı davranışını və yaranacaq nəticənin ədalətlilik prinsiplərinə uyğunluğunu qiymətləndirməlidirlər. Kassatorun dəlillərinə görə, uzun illər ərzində tikinti şirkətləri ilə vətəndaşlar arasında sadə yazılı formada bağlanmış alqı-satqı müqavilələri əsasında əldə edilmiş fərdi yaşayış evlərinin dövlət qeydiyyatı aparılmış, o cümlədən “AAAF-İNŞAAT” MMC tərəfindən satılmış digər evlər üzrə də çıxarışlar verilmişdir. İş materiallarında belə halları təsdiq edən sənədlər mövcud olduğu və apellyasiya məhkəməsinin özü də digər şəxslərin analoji qaydada qeydiyyatdan keçdiyini göstərdiyi halda, həmin hallara hüquqi qiymət verilməmişdir. Kassator əlavə etmişdir ki, inzibati orqanın imtinası müqavilənin notariat qaydasında təsdiq edilməməsi ilə deyil, hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi və texniki baxışın keçirilməsi üçün şərait yaradılmaması ilə əsaslandırılmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin imtina əsaslarını və bu barədə təqdim edilmiş sübutları araşdırmadan yalnız müqavilənin notariat qaydasında təsdiq edilməməsinə istinad etməklə iddianı rədd etmiş, nəticədə hüquqi müəyyənlik, bərabərlik və etimadın qorunması prinsiplərini nəzərə almamışdır.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Maddə 144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlər Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Hazırkı inzibati iş üzrə iddiaçının hüquqi marağı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

28. İşin hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs “AAF-İNŞAAT” MMC arasında “torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” ## #### 2013cü il tarixli A/*** nömrəli sadə yazılı formada müqavilə bağlanılmış, müqaviləyə əsasən satıcı qismində çıxış edən MMC müvafiq ünvanda yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən 4№li 5 otaqdan ibarət iki mərtəbəli ümumi sahəsi 200 kv.m. olan fərdi yaşayış evini alıcı qismində iddiaçıya verməyi, iddiaçı isə razılaşdırılmış şərtlər daxilində vahid əmlakın dəyərini ödəməyi (60 ay müddətində cədvəl üzrə) öhdəsinə götürmüş, əmlakın qiyməti 75000 manat qeyd edilmiş, iddiaçı tərəfindən MMC-yə 55000 və 20000 manat ödəniş edilməsinə dair maliyyə arayışı (kserosurət) təqdim edilmişdir.

29. İddiaçı sözügedən əmlakı üçüncü şəxs “AAF-İNŞAAT” MMC ilə alqı-satqı müqaviləsi bağlamaqla əldə etməsi (dəyərini ödəməklə, satın alınması) halına istinad edərək, əmlak üzərində mülkiyyət hüququnun yarandığını və bu hüququn qeydiyyata alınmasını istəyir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 139-1.1. və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qnunun 8-ci və 15.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlak üzərində alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir, belə ki, mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində yalnız daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr çıxış edir.

31. Hazırkı işdə, iddiaçının istinad etdiyi müqavilə sadə yazılı formada bağlanılmaqla, notarial qaydada təsdiq edilməmişdir, bu hal qanunla müəyyən edilmiş qaydada əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınmasını istisna edir.

32. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi sənəd mötəbər hüquq müəyyənedici sənəd qismində çıxış etmədiyindən, iddia tələbinin əsaslılığı baxımından sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasının əsası kimi ortaya çıxmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən əmlaka dair mülkiyyət hüququnun yaranması üçün əsas olan mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu müəyyən edilmədiyindən, şikayətinin digər dəlillərinə dair (“bölgü sxemi”, “borc öhdəlikləri”, “texniki baxış üçün şərait yaradılmaması”, etimadın qorunması və bərabərlik prinsipləri) əlavə dəyərləndirmə aparılması zərurəti mövcud deyil.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar