Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-850/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: sabiq hakim kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla ona əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh imtina cavabında bildirmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun # #### 2017-ci ildən qüvvəyə minmiş 20.7.2-ci maddəsinə əsasən, 16 il 6 ay 27 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7881.00 manat) 54.50 faizi 4295.15 manat və ##.##.2025-ci il tarixinədək ödənilmiş əmək pensiyasının tərkibindəki 74.04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369.19 (4295.15+74.04) manat məbləğində sabiq hakim kimi ## #### 2025-ci il tarixindən pensiya təyin edilməsi qanuna uyğun olmuşdur
3. Iddiaçı İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “ona hakim vəzifəsindəki 16 il 6 ay 27 gün iş stajına uyğun olaraq son 24 aylıq əmək haqlarının orta aylıq məbləğinin, əlavələr, xəstəliyə görə müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80% miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı ## #### 2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə göndərərək, hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əmək haqlarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir
6. Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala ##.##.2025-ci il tarixdə müraciət edərək, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ay ərzində əmək haqlarının orta aylıq məbləğinə əlavələr və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləği də nəzərə alınmaqla # #### 2025-ci il tarixindən 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə baxılaraq bildirilmişdir ki, iddiaçı İddiaçı istənilən ardıcıl gələn 60 ay ərzində ödənilmiş əmək haqqına dair təqdim etdiyi Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli * nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7.12-ci maddəsinə əsasən, 16 il 6 ay 27 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (7881,00 manat) 54,50 faizi— 4295,15 manat və ##.##.2025-ci il tarixinədək ödənilmiş əmək pensiyasının tərkibindəki 74,04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369,19 (4295,15+74,04) manat məbləğində sabiq hakim kimi # #### 2025-ci il tarixindən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya sabiq hakim kimi yaşa görə ödənilən 4369,19 manat əmək pensiyasının məbləğinin müraciətində göstərdiyi ##.##.2023-##.##.2025-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 3707,55 (3633,51+74,04) manat pensiya məbləğindən çox olduğu müəyyən edilmişdir. Buna görə də əmək pensiyasının həmin dövr əsas götürülməklə yenidən hesablanması təxirə salınmışdır. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2008-ci il tarixli Qərarına əsasən ## ###### 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında' Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən ## ###### 2001-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Iddiaçı İddiaçı hakim vəzifəsinə ## ###### 2005-ci il tarixdən sonra, yəni # ###### 2008-ci il tarixdə təyin edildiyindən sözügedən qaydada əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
7. Iddiaçı İddiaçı sözügedən Mərkəzi Filialın imtina məktubu ilə razılaşmayaraq, eyni tələblə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təmin edilmişdir. Belə ki, iddiaçı İddiaçı hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əmək haqlarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləği də nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir.
8. “Əmək pensiyaları haqqında" Qanunun 20.1.4, 20.7, “Məhkəmələr və hakimlər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" ##.##.2014-cü il tarixli ***-IVQD nömrəli Qanuna; “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il ####un #-dək qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında Qanunun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarına istinad edilərək bildirilmişdir ki, iş materiallarında olan iddiaçı İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1960-cı il təvəllüdlü iddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) ##.##.2025-ci il tarixdə çatmışdır Bildirilmişdir ki, iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyası tətbiq edilsə belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında” Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş" ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsə hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 05 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Iddiaçıya hakim kimi əmək pensiyası düzgün hesablanmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir.
9. Şəki Inzibati Məhkəməsinin (hakim X1) *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı təyin olunmuş pensiyanın onun hakim vəzifəsində son 5 ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əmək haqlarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin VII hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. 27. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
14. Hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. 30. Işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ##.##.2008-ci il tarixdən ##.##.2025-ci il tarixədək hakim işləmiş, hakim stajı 16 il 06 ay 27 gündür. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi ##.##.2017-ci il tarixdə iddiaçının hakim kimi stajı ona pensiya təyini üçün imkan verirdi.
15. Tərəflər arasında olan mübahisə bundan ibarətdir ki, cavabdeh pensiyanı yenidən hesablayarkən “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin ##.##.2017-ci ildən sonra qüvvəyə minmiş redaksiyasına istinad etmiş, iddiaçı isə bununla razılaşmayaraq həmin maddənin ##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyasının tətbiq edilməli olduğunu bildirir.
16. Həmin maddənin əvvəlki redaksiyasında 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə, pensiya təyin edilməli olduğu halda, hazırkı redaksiyada 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə, pensiya təyin edilməlidir. Deməli, maddənin əvvəlki redaksiyası iddiaçının iqtisadi maraqlarına daha uyğun idi.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları hazırkı mübahisəyə tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Oxşar mübahisələrlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin artıq formalaşmış hüquqi mövqeyi mövcuddur.
18. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 96.3, 19. Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
20. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1.“Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. 2.Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
21. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi, pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149cı maddəsinə
22. əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Bundan başqa, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Həmçinin “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası da nəzərə alınaraq hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *- *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli, *-*(***)-***/**** nömrəli # ### 2025-ci il tarixli, 2-1(1-8) ****/**** nömrəli 18 uyun 2026-cı il tarixli qərarları).
23. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.