Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-855/2026 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müddətsiz əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61- 80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Əlillik altsistemindən çıxarışlardan və iddiaçıya pensiya təyinatına dair sənədlər toplusundan görünür ki, iddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2021-ci il tarixədək “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə II-ci dərəcə əlillik vəziyyətində olmuş, növbəti tibbi göndəriş əsasında qiymətləndirmə nəticəsində mübahisələndirilən qərarla əlillik təyinatından “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2 *****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Lənkəran rayon sakini İddiaçı əlillik vəziyyəti barədə ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra- Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti ##.##.2007-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə bir il müddətinə (16.11.2008ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ##.##.2014-cü il tarixində qiymətləndirmə aparılmış və hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə bir il müddətinə (##.##.2015-ci ilədək) ikinci dərəcə təkrar əlillik təyini barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi ##.##.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonuncu dəfə İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi ##.##.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il arixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə tesdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra vətəndaş Lankaran Rayon Mərkəzi Xəstəxanasının 0284003AAQS5 göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyasının ## ###### 2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli Qərarının (barəsində olan 9-cu bəndinin) ləğv edilməsi və iddiaçının, yəni İddiaçı hərbi xidmət dövründə alınmış xəstəliyi ilə əlaqədar 2007-ci ildən təyin edillmiş ikinci qrup əlilliyinin-əlilliyə dair qiymətləndirilmənin əlillik altsistemində ləğv edildiyi ##.##.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh – inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir.
5. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ## ###### 2023-cü il tarixli, *-**- */*-*-*****/**** nömrəli Qərarının (barəsində olan 9-cu bəndinin) ləğv edilməsi, bununla əlaqədar ##.##.2024-cü il tarixli iddia ərizəsinin verilməsi müddətinin keçməmiş hesab dilməsi və iddiaçı, yəni İddiaçı hərbi xidmət dövründə alınmış xəstəliyi ilə əlaqədar 2007ci ildən təyin edilmiş ikinci qrup (yeni meyarlarla 61-80% əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində ## ###### 2023-cü il tarixdən bərpa eilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respubliikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin hərbi xidmət dövründə yaranmış xəstəliklə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, R kimi uzun sürən xəsəliklər nəticəsində səhhətində olan problemlərlə əlaqədar 2006-cı ilin noyabr ayında Müdafiə Nazirliyinin Hərbi Klinik Hospitalının terapiya profilli hərbi-həkim komissiyası tərəfindən "Xora xəstəliyi tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması"; "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" mütəxəssis diaqnozu ilə şəhadətləndirilmiş və hərbi xidmətə yararlılıq kateqoriyası "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" kimi təyin edilmişdir. Həmin qərar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuş və bu qərara əsasən Müdafiə Nazirinin müvafiq əmri ilə Ordu sıralarından 2007-ci ildə xəstəliyə görə təxris olunmuşdur. (İddiaçı İddiaçı şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq Qərarı ilə təsdiq olunmuş ##.##.2006-cı il tarixli, ** saylı xəstəlik haqqında şəhadətnamənin, hərbi xidmətdən ehtiyata buraxılmaqla, ##.##.2007ci il tarixdən Lənkəran rayon Hərbi Komissarlığında qeydiyyata alınmaqla bağlı Lənkəran rayon Hərbi Komissarlığının ##.##.2007-ci il tarixli, */**** saylı arayışının surətlərini iddia ərizəsinə əlavə etmişdir. Təxris olunduqdan sonra xəstəliyin kəskinləşməsi ilə əlaqədar hər il dəfələrlə stasionar və uzunmüddətli ambulator müalicə almış, hazırda da almaqda davam edir. 2007-ci ildən 2 qrup əlildir və hər dəfə əlilliyilə bağlı Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və hər dəfə əlilliyi təsdiq edilərək "Hərbi xidmət dövrü ilə əlaqədar" 2 dərəcə əlilliyə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və fasiləsiz olaraq 14 (on dörd) il pensiya ödənişlərini almışdır. (Xəstəliyilə bağlı bütün müvafiq sənədlərin müayinə, analiz, çıxarış, arayış və göndərişlər və pensiya ödənişləri almağı ilə bağlı müvafiq bank sənədinin ödəniş kartı üzrə çıxarış surətini iddia ərizəsinə əlavə edir. 2021-ci ilin noyabr ayının 16-dan qəfildən və naməlum səbəbdən əlilliyi ləğv edilərək təqaüdü dayandırılmışdır. Bundan sonra tərəfindən dəfələrlə müvafiq inzibati quruma çoxsaylı ərizə və şikayətlərlə müraciətlər etsə də, hazırki inzibati mübahisə üzrə cavabdeh-inzibati qurumun məqsədli və qanunsuz hərəkətləri üzündən hüquqları pozulmuşdur. Belə ki, ona 2007-ci ildə qüvvədə olan və həmin vaxt qüvvədə olan Qanunla tənzimlənən əlillik meyarlarına əsasən əlillik təyin edilmiş və sonradan meyarların dəyişməsi ona şamil oluna bilməzdi, o, səbəbdən ki, normativ hüquqi aktların "Lex retro non aqit "prinsipinə əsasən Qanunun geriyə qüvvəsi yoxdur. Yeni müraciətlər yeni meyarlar əsasında qiymətləndirilməlidirlər. Lakin, bu hüquqi məsələ TSEK, eyni zamanda Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən nəzərə alınmadan ona qarşı ziddiyyət yaradan əsassız qərar verilmişdir. 2022-ci ilin aprel ayında o, Lənkəran Rayon Mərkəzi X2 Komisiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş Tibbi-Sosial ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. TSEK-ə göndəriş zamanı diaqnozu belə olmuşdur: "Onikibarmaq bağırsağın xorası. Xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə, stenozlarla fəsadlaşan Ezofagitlə birgə müşahidə olunan qastroezofageal refluks, Barret qida borusu, Barret ezofaqus, bağırsaqda sorulmanın digər pozqunluqları, həzm funksiyasının pozulması, ikincili anemiya." Uzun müddət keçməsinə baxmayaraq TSEK-dən hər hansı cavabın verilməməsi səbəbindən iddiaçı çox saylı təkrar müraciət və şikayətləri əsasında ##.##.2022-ci il tarixdə əyani müayinəyə çağırılmışdır. Əyani müayinəyə getdikdə (çoxsaylı şikayət və müraciətləri əsasında və öz təşəbbüsü ilə) TSEKin ştatlı sədri iştirak etmədən, özbaşına özünü komissiya sədri kimi təqdim edən cavan bir oğlan və iki nəfərdən ibarət olan "komissiyanın" həkim mütəxəsisləri onu hər hansı bir müayinəyə cəlb etmədən, hər hansı bir sənədi araşdırmadan, cəmi 2-3 dəqiqə vaxt sərf etməklə, eyni zamanda ona qarşı kobud ifadələr işlətməklə "yola salmışlar". Sonradan isə iddiaçıya imtina qərarı verilmişdir. Bu Qanuna zidd hərəkətlərlə müraciət etdiyi şikayətə (142 "Çağrı Mərkəzi kargüzarlıq nömrəsi 3-17/1-0-853/2023) bu günə kimi cavab verilməyib. Komissiya kobud qanun pozuntuları ilə kecirildiyi üçün onun çıxardığı nəticələr əsaslı sayıla bilməz və ləğv edilməlidir. Ordu sıralarından təxris olduqdan sonra dəfələrlə xoranın residivləşməsinə, anemiyaya görə müalicələr almışdır. Son il ərzində TSEK-in yaratdığı psixoemosional gərginlik fonunda vəziyyəti daha da pisləşmişdir, müalicələr fonunda aparılan avqust və noyabr aylarında təkrar endoskopik müayinələr xoraların sayının artmasını və vəziyətin daha da pisləşməsini göstərir. İmtina Qərarı verildikdə, hökmən imtina səbəbləri yazılı şəkildə obyektivləşdirilməli, əsaslandırılmalı və TSEK-ə göndəriş verən tibb müəsisəsi ilə bərabər şəhadətləndirilən şəxsə də məlumat verilməlidir. Lakin bunlar olunmayıbdır. 2016-cı ildə xəstəliyi Azərbaycan Respublikası NK ##.##.2015- ci il tarixli *** saylı Qərarının 225 bəndində göstərilmiş meyarlara tam uyğun olduğu ücün ona həmin qərarın 6.1 bəndi şamil olunub və bunun nəticəsində 2 dərəcə fasiləsiz əlillik növbəti 2017-ci ildə 10 (on) il tamam oldugu ücün həmin vaxtan ona müddətsiz olaraq 2 (ikinci) dərəcə əlillik müəyyən edilməli idi. Yuxarıda göstərilənlərin araşdırılması, məsələyə aydınlıq gətirilməsi, ziddiyyətin aradan qaldırılması, verilən imtinanın səbəblərini ona əsaslandırıb, çatdırılması məqsədi ilə 2023-cü il ərzində dəfələrlə 142 "Çağrı Mərkəzi" və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi Əkspertiza və Reabilitasiya Agentliyinin rəisinə müraciət etmişir. Xahişi ondan ibarət olub ki, iddiaçıya nə ücün NK ##.##.2015-ci il tarixli *** saylı Qərarinin 4.2 bəndi şamil olunmayıb və nə ücün e-Sosial alt sistemdə ona dair məlumatlar yalnış verilib 14 (on dörd) il pensiyada olduğu halda 8 səkkiz) il göstərilmişdir. Ərizədə ##.##.2020-ci il tarixli Qərar ##.##.2022-ci ildə qüvvəyə minəndə iddiaçı artıq 14 (on dörd) il ikinci dərəcə əlilliyə görə təqaüd aldığını göstərmişdir. Yəni, 2021-ci ildə ona imtina verildiyi vaxt 2022-ci ilin ####un ##-də qüvvəyə minmiş qərarın şərtləri iddiaçıya şamil edilə bilməzdi. Lakin bu günədək anlaşılan cavab verilməmişdir. İdarə heyətinin sədr müavini Ramin Rzayev tərəfindən imzalanış ##.##.2023-cü il tarixli, *-**-*-M-*****/**** saylı, qeyri-peşəkar cavab məktubunda: "nəzərinizə çatdırırıq ki, müraciətiniz əsasında ##.##.2022-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq əziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişiklər, o cümlədən adınıza rəsmləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir" göstərilmişdir. Haqlı bir sual meydana çıxır: ##.##.2015-ci il tarixli, ** nömrəli Qərarla təsdiq edilmiş "Əlilliyin sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik əlaməti təyin edilmədiyi halda, əlilliyim hansı səbəbdən ##.##.2016-ci il tarixində 5 (beş) il artırılmışdır....? Daha bir anlaşılmaz, məntiqsiz, söz yığımından ibarət ##.##.2023-cü il tarixli, 3-17-4/2-2- *****/**** nömrəli cavab məktubu digər idarə heyətinin sədr müavini Rəşad Məhərrəmov tərəfindən imzalanmış və göndərilmişdir. Belə ki, həmin məktubda "##.##.2016-cı il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin müddəti 5 (beş) il müddətinə avtomatlaşdırılmış qaydada sistem tərəfindən uzadılmışdır. Sonraki dövrdə barənizdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur" qeyd edilmişdir. Eyni Qanun eyni xəstəyə (xəstəliklərin fəsadı və nəticələri dərinləşmədə, xəstə 17 il qocaldığı halda) 2016-cı ildə şamil olur, lakin 2021-ci ildə şamil olmur. Bu məntiq parodoksal, gülünc və anlaşılmazdır...! Şikayət və müraciətlərinin davam etməsi fonunda qəfildən ##.##.2023-cü ildə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumatların aşkarlanmaması, müraciətini nəzərə alaraq əlavə araşdırılmaların aparılması və əlillik vəziyyətilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə Agentliyə qəbula dəvət olunmuşdur. (Lənkəran Rayon Mərkəzi Xəstəxanasının göndərişi olmadan....!) Lakin heç bir müayinə olunmadan, şikayətlərini dinləmədən, sonuncu avqust 2023-cü il və ##.##.2023-ci il tarixli endoskopik müayinələrin nəticələrini nəzərə almadan, Rəşad Məhərrəmov tərəfindən imzalanmış ##.##.2023-ci il tarixli, 3-17-4/2-M-27278/2023 nomrəli məktubda göstərilən məsələlər araşdırılmadan komissiyanın keçirilməsi qanuna zidd aparılaraq, komissiyanın sədri ehtiyatda olan R Sucayət həkim komissiyanin nəticəsini elan etməyərək, vəzifəli şəxs olaraq TSEK-ə göndərişdə olan diaqnozlarını dəyişərək, rəsmi sənədlərdə və informasiya resurslarında bilə-bilə yalan məlumatlar daxil edərək, habelə sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəliş edərək, yaranmış problemlərini 2017-ci ildə həll etməli olduğunu, hal-hazırda isə ancaq məhkəməyə müraciət etməli olduğumu bildirərək, digər xəstələrin vaxtını aldığını bildirib onu oradan kobud şəkildə uzaqlaşdırmışdır. Həmişəki kimi imtinanın səbəbləri "gizli saxlanılır", açıqlanmır, yəni nə səbəbdən imtina verilir -sadəcə "İMTİNA" yazılır. Yəni komissiya üzvləri predmeti bilmədən, özləri başa düşdüyü kimi, əksər hallarda əsassız olaraq açıqlama vermədən imtina qərarı qəbul edirlər. Açıqlama verilməməsinin səbəbi, təbii ki, komissiyanın sədr və həkimlərinin qeyri-peşəkar olmasıdır. Qeyd edirlər ki, ##.##.2023-ci il tarixə ona ##.##.2023-ci il tarixində keçdiyi əyani müayinənin nəticələri rəsmi elan edilməyib və hec bir arayış verilməyib. Ən maraqlı məqamlardan biri isə komisiyanın sədrinin ona qarşı qərəzli mövqe tutmasıdır. Səbəbi isə onun hərbi xidmət dövründə aralarında mövçüd olan ziddiyyətlərdən əmələ gəlmiş qeyri-səmimi münasibətdir. Agentliyin idarə heyətinin üzvlərinə müraciət etdikdə cavabları "əlillik məsələləri ilə TSEKin həkimləri məşquldurlar" kimi olur. Onlar anlamır ki, həkim olmaq olar, lakin ekspert başqa bir anlayışdır. Ekspertiza sahəsində işləməyən, ekspertiza ilə bağlı mövcud qanunvericiliyi öyrənməyən, həkim kimi kifayət qədər təcrübəsi olmayan, xəstə müalicə etməyən həkim ekspert kimi fəaliyyət göstərə bilməz. Professional həkim ekspertlər ola-ola qeyri-peşəkar şəxslər bu işlə məşğul olduğu üçün nəticədə təbii ki, əsassız qərarlar qəbul edilir, bu isə öz növbəsində hərbçilərin, qazilərin, müharibə veteranlarının və əhali arasında narazılıq, inamsızlıq, ümüdsizlik yaradır və şikayətlərin həndəsə proqressiyasında çoxalmasına səbəb olur. Odur ki, yuxarıda göstərilənlərin araşdırılması, məsələyə aydınlıq gətirilməsi, ziddiyyətin aradan qaldırılması, verilən imtinanın səbəblərinin araşdırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarının 4.2 bəndinin tələblərinin ona şamil edilməsi məqsədilə və müvafiq göstərişin verilməsi məqsədi ilə ##.##.2023-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət etmiş və həmin müraciət ##.##.2023-ci il tarixdə 3-17-1/1-46293/8/2023 kargüzarlıq nömrəsi ilə qeydiyyata alınmaqla Anar Bayramova ünvanlandırılıb, onun tərəfindən də icra olunması ucün Rəşad Məhərrəmova yönəldilib. Rəşad Məhərrəmov və Ramin Rzayevdən nazirə şikayətci olduğu ücün ##.##.2023-ci il nazir Sahil Babayevə və Agentliyin sədri Anar Bayramova yenidən ərizə ilə, bununla bərabər 142 "Çağrı Mərkəzinə" müraciət etməklə qəti etirazını bildirmişdir. Rəşad Məhərrəmovla bağlı olan yeni ərizəsini Agentlik sədri yenidən araşdırılması ücün Rəşad Məhərrəmova icra ücün ünvanlamışdır. (kargüzarlıq nömrəsi 3-17-4/1-M- 47228/2023, ##.##.2023 tarixdə.) Beləliklə, yuxarıda qeyd etdiyi xüsusatlarla və hazırki iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi çoxsaylı sənəd-sübutlarla da müəyyən olunur ki, tərəfindən uzun müddət müvafiq orqan və qurumlara, o cümlədən və ən əsası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə bu məsələnin həlli ilə bağlı müraciətlər etsə də bir nəticəsi olmamışdır. Sonuncu yazılı müraciətlərinə isə cavabdeh inzibati orqan tərəfindən ##.##.2023-cü il tarixli, *-**-*/*-M*****/**** saylı və daha sonra və sonuncu ##.##.2024-cü il tarixli, *-**-*/*-M*****/**** saylı bir-birinə zidd və təzadlı, lakin, mahiyyət etibarı ilə onun əsaslı müraciətinə cavab verə bilməyən analoji imtina cavabı verilmişdir. (Müraciət etdiyi yazılı və elektron şikayət və ərizələrimin surətləri, verilən imtina cavabları iddia ərizəsinə əlavə edilir. Əlavə № *,8) Təəssüf edir ki, qanuni və əsaslı müraciətləri müvafiq inzibati orqanın vəzifəli şəxsləri tərəfindən səhlənkarlıqla və etinasızlıqla şablon əsaslarla qanunsuz şəkildə cavablandırılmış, mahiyyət etibarı ilə konkret olaraq, uzun illər Vətənə, Azərbaycan Ordusuna şərəf və vicdanla xidmət etmiş Azərbaycan Ordusunun yüksək rütbəli zabitinə, həkiminə qarşı açıq-aşkar hörmətsizlik, qanunsuzluq nümayiş etdirilmişdir. Bundan başqa, aşağıda qeyd edilən digər səbəblərə və əsaslara görə hesab edir ki, cavabdehin, yuxarıda qeyd etdiyi sözü gedən, məhz hansı səbəbdən imtina olunması anlaşılmayan «cavabı qanunsuzdur və həmin inzibati orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə, əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində ləğv edildiyi ## ###### 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi qoyulmalıdır: Qeyd etdiyi kimi, inzibati orqan, mətnində məhz hansı səbəbdən imtina olunması anlaşılmayan 3,5-6 cümləlik cavab məktubunda heç bir konkret formaya əsaslanmamış və tələbinin hansı səbəbdən olunmaması barədə anlaşılan hər hansı bir mövqe ifadə etməmişdir. Hər halda, sözü gedən cavab məktubunda müraciət olunan tələblə bağlı hər hansı bir konstruktiv fikir və ya mövqe ifadə edilmədiyindən, iddiaçı bunu imtina kimi qəbul edir. İnzibati orqan, həmin imtina məktubunun mətnində bu imtinanın əsaslarını şərh etməmiş, onun nədən barət olduğunu, hansı məzmunda və qanunun hansı normasına münasibətdə mövcud olduğunu açıqlamamış və beləliklə, yarımçıq, anlaşılmaz və məntiqsiz bir fikir ifadə etməklə, əsaslı və qanuni müraciətinə, uzun illər Vətəninə şərəf və vicdanla xidmət etmiş Azərbaycan Ordusunun yüksək rütbəli zabit-həkiminin qanuni tələblərinə başdansovdu, ögey bir münasibət bəslədiyini bəyan etmişdir. Nəhayət konkret olaraq nəticə etibarı ilə hesab edir ki, iddiaçının-yəni, onun sözü gedən blilliyinin bərpası barədə ərizəsinə baxılması ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21,24,28,45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh-inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər və ya ümumiyyətlə əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin iddiaçının şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır.
8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Stenozlarla fəsadlaşan. Boy-165sm, çəki-72kq. Meyar: İmtina edilir. Diaqnoz əlillik əlaməti təyin etməməsi -Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Lənkəran şəhər sakini ##.##.1962-ci il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti DTSERA-da ##.##.2022-ci il tarixli *******AAQS* nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3-17-4/3-1-736/0/2023). Vətəndaş tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən əyani müayinəyə dəvət edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2006-cı il tarixli ** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. Onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində. Xroniki haymorit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin əyani müayinəsi zamanı mədədə göynəmə, yanğı hissindən şikayət etmişdir. Müayinə zamanı boyu 165 sm, çəkisi 72 kq, BKİ 26.4 müəyyən edilmiş, dili nəm, ərpli izlənilmişdir. Medikamentoz preparatlardan "Platifilin", "Noşpa" qəbul etdiyini bildirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin əyani müayinəsi zamanı çəkisi 68 kq, boyu 165 sm olmuşdur. BÇİ 25, dili bozumtul ərpli, selikli qişaları çəhrayı olmuş, palpasiyada qarnı yumşaq olmuşdur. Baxış zamanı qarının ön divarında sağtərəfli çəp kəsiyin çapığı (appendektomiya) izlənmişdir. Azərbaycan Tibb Universitetinin X3 16.11,2023cü il tarixli X6 müayinəsinin nəticəsi “Barret ezofagit 1-ci dərəcə. DQBDY (hiatal herni). Fundusda ~4.0 mm ölçülü submukozal törəmə (lipoma?). Korpusda xəfif hipertrofi görüntü fonunda hemorragiyalar. Antral eroziv qastrit. Mədə xoraları-antrumda 2 ədəd kiçik xora. Pilorodeformasiya (çapıq mənşəli). Duodenoqastral refyuks. 12 barmaq bağırsağın xora xəstəliyi- çoxsaylı səthi xoralar” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir.Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verə biləcək həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir, belə ki, BÇİ-25 müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020- ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası'nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015ci il tarixli, * saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki“, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”Göründüyü kimi, İPM-in 12.1 -ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi əlillik təyinatının aparılması barədə müvafiq qərarda qeyd edilmiş xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi əlillik təyinatının aparılması barədə yeni qərar qəbul edilməsidir. Qeyd edilən təyinat qərarı “İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1 -ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.İddiaçı cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1 -ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.
10. Şirvan İnzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2021-ci il tarixədək əlillik vəziyyətində olmuşdur. Cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2007-ci il tarixdən hazırki vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsə də bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2006-cı il tarixli ** nömrəli tibbi şəhadətləndirmə barədə Arayışı qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar müəyyən edilməsi hazırda da ona təyin edilən əlilliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar hesab edilməlidir. İddiaçının əvvələr 10 (on) ildən artıq müddətə əlliliyinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətsiz əlillik təyin edilməsinə əsasdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat:
13. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, F.İ.Mədətli və A.P.Oruczadə) 2026-cı il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının ##.##.2022-ci il qərarının ləğv edilməsi və həmin tarixdən İddiaçı müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulması qərara alınmışdır.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndində qeyd olunan “ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25- K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9)” diaqnozu ikinci dərəcə əlillik təyinatına əsas verir. İddiaçıya sonuncu əlillik təyinatı (##.##.2016-cı il) zamanı “Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri. Ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” diaqnozu ilə 5 il müddətinə II dərəcə əlillik təyin edilmişdir.
15. Göründüyü kimi iddiaçıya əvvəllər əlillik təyinatına əsas vermiş patofunksional pozuntular hazırda da mövcuddur və ekspert rəyinə görə həmin xəstəliklər daima pəhriz və müalicə tələb etdiyindən həyat fəaliyyətini müəyyən dərəcədə məhdudlaşdırılmasına səbəb ola bilər. Həmçinin qeyd edilməlidir ki, yuxarıda qeyd edilən Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2021-ci il tarixədək müddət aralığında davamlı və ardıcıl olaraq əlillik vəziyyətində olduğundan və növbəti tibbi göndəriş əsasında verilmiş ##.##.2022-ci il tarixli imtina qərarı ləğv edildiyi halda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələbinə əsasən onun əlilliyi müddətsiz müəyyən edilməlidir. Eyni zamanda onun orqanizmində olan patofunksional pozuntualın səbəbli əlaqəsi işin mübahisəsiz halı olduğundan təyinat xüsusi səbəblə (hərbi xidmət dövrü ilə əlaqədar) aparılmalıdır. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyin edilməsindən imtinasının hüquqi və faktiki əsaslarının müəyyən edilməməsi və imtinanın əsassız olması barədə düzgün nəticəyə gəlsə də, mübahisə predmeti olmayan qərarın qanuniliyi istiqamətində araşdırma aparmış, həmçinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan müvafiq meyarların tələblərinə uyğun qiymətləndirmə aparmamışdır. Odur ki, işə dəqiqləşdirilmiş iddia həcmində baxılmalı olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
29. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
30. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
31. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
32. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
33. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.