Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-916/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya təyin edilməsi tələbi dair iş üzrə qərarın icra olunmamasına görə cərimə tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə qərarın icra olunmamasına görə cərimə tətbiq edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəmənin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “Neftqaztikinti” trestinin idarələrində ##.##.1980-ci il tarixdən ##.##.1985-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsi ilə ##.##.1975-ci ildən ##.##.1977-ci ilədək, ##.##.1979-cu ildən ##.##.1980-ci ilədək, ##.##.1985-ci ildən ##.##.1990-cı ilədək Füzuli rayon X2 (PMK-15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ verən vəzifələrin * saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən ##.##.2001-ci ildən ##.##.2003-cü il tarixədək “xxxx” şirkətində, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək “X1 LTD” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə ##.##.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi qərara alınmışdır.
2. Bakı Apelyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ###### 2017-ci il tarixli qərardadına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmiş, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və şikayət geri qaytarılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2018-ci il tarixli qərardadına əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin kassasiya şikayəti mümkün hesab edilməmişdir.
4. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəmənin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarının icrasına dair ##.##.2020-ci il tarixli icra vərəqəsi ##.##.2022-ci il tarixli məktubla icra edilməsi üçün Binəqədi rayon Icra Şöbəsinə göndərilmişdir.
5. Birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq verilmiş Binəqədi rayon Icra Şöbəsinin ## ###### 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Inzibati Məhkəmənin *-*(**)-****/**** saylı, ##.##.2020-ci il tarixli icra sənədi üzrə müvafiq icra tədbirlərinin görüldüyü, icra tədbirlərinin davam etdirildiyi, nəticəsi barədə məhkəməyə məlumat veriləcəyi bildirilmişdir.
6. Iddiaçı ##.##.2020-ci il tarixdə Bakı Inzibati-Iqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin iyun ayından ona ödənilən pensiya dayandırıldığından * saylı Bakı Inzibati-Iqtisadi Məhkəmənin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarının icrasının bərpa edilməsini xahiş etmişdir.
7. Məhkəmənin ## #### 2022-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq verilmiş ## ######## 2022-ci il tarixli məktubunun məzmununa əsasən araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən # ###### 2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyi, həmin orqandan Nazirliyə daxil olmuş ##.##.2022-ci il tarixli **/*-***mat**/**** nömrəli məktuba əsasən sözügedən iş üzrə müraciətin ********* nömrəli cinayət işinə əlavə edildiyi bildirilərək, adıçəkilən şəxsin əmək pensiyasının bərpa edilməsi məsələsinə sözügedən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Mərkəzi Filiala daxil olduqdan sonra baxılacağı bildirilmişdir.
8. Birinci instansiyası məhkəməsinin ## #### 2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq verilmiş ## ##### 2023-cü il tarixli məktuba əsasən İddiaçı əmək pensiyasının bərpa edilməsi məsələsinə qeyd olunan cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarının Mərkəzi Filiala daxil olduqdan sonra baxılacağı bildirilmişdir.
9. Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsi tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanmış ## #### 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Inzibati Məhkəmənin *-*(**)-****/**** saylı icra sənədinin cavabdeh təşkilata göndərilmiş bildiriş və çoxsaylı bildiriş və xəbərdarlıqlara, habelə mütəmadi danışıqlara baxmayaraq icra sənədinin icrasının müsbət həllini tapmadığı, icra hərəkətlərinin davam etdirildiyi bildirilmişdir.
10. Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş qeyd edilmiş inzibati işin icraatının təzələnməsi haqqında ərizə mümkün sayılmamışdır. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəzifəli şəxsləri barəsində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, * saylı Bakı Inzibati-tqtisadi Məhkəməsinin 2- *(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə iddiaçıya "Nefiqaztikinti" trestinin idarələrində ##.##.1980-ci il tarixdən ##.##.1985-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsi ilə ##.##.1975-ci ildən ##.##.1977-ci ilədək, ##.##.1979-cu ildən ##.##.1980-ci ilədək, ##.##.1985-ci ildən ##.##.1990-cı ilədək Fizuli rayon X2 (PMK 15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının AR Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin * saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən ##.##.2001-ci ildən ##.##.2003-cü il tarixədək “xxxx” şirkətində, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək “X1 LTD” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə ##.##.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bundan sonra * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)- ****/**** saylı ##.##.2017-ci il tarixli qərarı qanuni qüvvəyə minərək icraya yönəlmiş və 2020-ci ilədək icra edilmişdir. Daha sonra, məhkəmənin ##.##.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. 2020ci ildən bu günədək * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı ##.##.2017-ci il tarixli qərarı qanunsuz və əsassız olaraq icra edilməmiş və dəfələrlə müraciətlər edilməsinə baxmayaraq icra sənədinin icra edilməyəcəyini bildirilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
15. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(**)-****/**** saylı qərardadı ilə (hakim T.Məlikov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 200 manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, hər hansı əsaslarla bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati orqanının məsuliyyətə cəlb edilməsi üçün yönələn tədbir növü – cərimənin tətbiq edilməsidir. Qanunvericilik cərimənin tətbiq edilməsini bilavasitə məhkəmə qərarının icrasının təmin edilməsi üsulu kimi şərtləndirmişdir ki, bu da öz növbəsində inzibati orqanın məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyətə cəlb olunmasına təminat verir. Məhkəmə qeyd etmişdir ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2-1(81)- ****/**** saylı iş üzrə ##.##.2017-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Lakin üzərinə müvafiq məhdudiyyətin götürülməsi öhdəliyi qoyulmuş cavabdeh inzibati orqan icra hərəkətlərinin yerinə yetirilməsinin texniki cəhətdən mümkün olmamasını əsas gətirməklə kifayətlənmiş, lakin məhkəmə qərarının icrasını bu istiqamətdə tədbir görmədən təmin etməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı yuxarıda qeyd edilən tərzdə ifadə olunan davranışını “hərəkətsizlik” kimi qiymətləndirir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın bu hərəkətsizliyi bir neçə il davam etmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə qənaətə gəlmişdir ki, Bakı Inzibati- Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə ##.##.2017-ci il tarixli qərarı onun icrası üçün müddət müəyyənləşdirilməklə müvafiq xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən icra olunmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin və IPM-in 120-ci maddəsinin tələbləri rəhbər tutularaq, Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə ##.##.2017-ci il tarixli qərarını icra etmədiyinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 200 (iki yüz) manat miqdarında cərimə olunmasını məqsədəuyğun saymışdır.
17. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: N.Nəbizadə /sədrlik edən və məruzəçi/, V.Qasımov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri 21. Həmçinin bildirir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı AT-VII seriyalı ******* №li doldurulduğu tarix "## ###### 1990" qeyd olunmuş saxta əmək kitabçası əsasında * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli qərarı ilə 50 yaşının tamam olduğu vaxtdan, yəni ##.##.2009-cu il tarixindən təyin edilmiş pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Əliyev Vüsal Arif oğlu ifadəsində həmin şəxslərə aid saxta sənədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Əliyev Vüsal Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Baş Idarənin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025-ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2015-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, "təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər." Əlavə olaraq bildirir ki, Baş Idarənin ## ###### 2025-ci il tarixli xitam qərarına əsasən müəyyən edilmiş sənədin (əmək kitabçasının) saxtalaşdırma faktı ərizə ilə mübahisələndirilən * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli *- *(**)-****/**** nömrəli qərarının qəbul edilməsinə əsas olmuş və həmin qərarın qəbul edilməsinə birbaşa, açıq-aşkar təsir göstərmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli 2-1(81)- ****/**** nömrəli qərarından da görünür ki, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gəlməsinə təsir edən əsas sənəd qismində iş materiallarına əlavə edilmiş İddiaçı adına olan AT-VII seriyalı ******* №-li doldurulduğu tarix "## ###### 1990" qeyd olunmuş saxta əmək kitabçası çıxış etmişdir. Baş Idarənin ## ###### 2025-ci il tarixli xitam qərarında * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərkən əsas götürülmüş sözügedən sənədlərin saxtalaşdırılması faktı öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlar isə ## ###### 2025-ci il tarixli xitam qərarının və həmin qərarla müəyyən edilmiş halların əvvəlki iş üzrə nə qədər həlledici əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Göründüyü kimi, iddiaçı İddiaçı saxta sənədlər təqdim etməklə əmək pensiyası təyin edilməsi faktı toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan yeni sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati orqanın cərimə edilməsi üçün hüquqi əsas mövcud olmadığından tətbiq edilmiş cərimə tədbiri əsassız hesab edilməlidir.
TƏTBIQ EDILƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 120. Inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.
26. Işin faktiki hallarından görünür ki, icrası tələb olunan qüvvəyə minmiş məhkəmə qərarı ilə (* saylı Bakı Inzibati-Iqtisadi Məhkəmənin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı) iddia tələbi təmin edilərək, iddiaçının “Neftqaztikinti” trestinin idarələrində ##.##.1980-ci il tarixdən ##.##.1985-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi Rayon Məhkəməsinin 2(001)-7651 /**** saylı ##.##.2017-ci il tarixli qətnaməsi ilə ##.##.1975-ci ildən ##.##.1977-ci ilədək, ##.##.1979-cu ildən ##.##.1980-ci ilədək, ##.##.1985-ci ildən ##.##.1990-cı ilədək Füzuli rayon X2 (PMK-15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ verən vəzifələrin * saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən ##.##.2001-ci ildən ##.##.2003-cü il tarixədək “xxxx” şirkətində, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək “X1 LTD” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə ##.##.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi qərara alınmışdır.
27. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəmənin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarının icrasına dair ##.##.2020-ci il tarixli icra vərəqəsi ##.##.2022-ci il tarixli məktubla icra edilməsi üçün Binəqədi rayon Icra Şöbəsinə göndərilmişdir. Birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq verilmiş Binəqədi rayon Icra Şöbəsinin ## ###### 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Inzibati Məhkəmənin 2-1(81)- ****/**** saylı, ##.##.2020-ci il tarixli icra sənədi üzrə müvafiq icra tədbirlərinin görüldüyü, icra tədbirlərinin davam etdirildiyi, nəticəsi barədə məhkəməyə məlumat veriləcəyi bildirilmişdir.
28. Iddiaçı sonradan Bakı Inzibati-Iqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək 2020-ci ilin iyun ayından ona ödənilən pensiyanın dayandırıldığından * saylı Bakı Inzibati- Iqtisadi Məhkəmənin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarının icrasının bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin ## #### 2022-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq verilmiş ## ######## 2022-ci il tarixli məktubunun məzmununa əsasən araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən # ###### 2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyi, həmin orqandan Nazirliyə daxil olmuş ##.##.2022-ci il tarixli **/*-***mat**/**** nömrəli məktuba əsasən sözügedən iş üzrə müraciətin ********* nömrəli cinayət işinə əlavə edildiyi bildirilərək, adıçəkilən şəxsin əmək pensiyasının bərpa edilməsi məsələsinə sözügedən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Mərkəzi Filiala daxil olduqdan sonra baxılacağı bildirilmişdir.
29. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi cavabdehi qüvvəyə minmiş məhkəmə qərarını tam icra etmədiyi üçün 200 manat cərimə edən birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. Cavabdeh kassasiya şikayətində səlahiyyətləri daxilində məhkəmə qərarını tam şəkildə icra etdiyini və cərimənin qanunsuz olduğunu bildirir.
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Nazirliyin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət etməsi və bununla əlaqədar həyata keçirdiyi prosessual hərəkətlər qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəsdən və ya qərəzli şəkildə icrasından yayınma kimi qiymətləndirilə bilməz. Iş materiallarından görünür ki, cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya əmək pensiyasının təyin edilməsinə əsas olmuş əmək kitabçasının saxta olması ilə bağlı hallar müəyyən edilmiş, həmin materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmiş, sonradan isə Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli qərarı ilə məhkəmə qərarının qəbul edilməsinə əsas olmuş sənədin saxtalaşdırıldığının istintaq materialları ilə təsdiq edildiyi bildirilir. Bu yeni müəyyən olunmuş hallar əsasında cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq yeni açılmış hallar üzrə məhkəməyə müraciət etmişdir.
31. Belə olan halda, cavabdehin davranışı məhkəmə qərarının icrasından qəsdən və qərəzli şəkildə yayınma deyil, yeni sübutların meydana çıxması ilə əlaqədar qanunla nəzərdə tutulmuş prosessual hüquqdan istifadə edilməsi kimi qiymətləndirilməlidir. Cavabdeh dövlət büdcəsindən həyata keçirilən pensiya ödənişlərinin qanuniliyinin təmin edilməsi məqsədilə, səlahiyyətli istintaq orqanı tərəfindən müəyyən edilmiş faktlara əsaslanaraq hərəkət etmişdir. Cinayət təqibinə müddətin keçməsi əsası ilə xitam verilməsi isə saxta sənədin mövcudluğunu və həmin sənədin əvvəlki məhkəmə qərarının qəbul edilməsində həlledici sübut olması barədə müəyyən edilmiş halların hüquqi əhəmiyyətini aradan qaldırmır.
32. Məhkəmə kollegiyası bildirir ki, həqiqətən də aşağı məhkəmələrin qərardadında qeyd olunmuş “qanuni qüvvəsini almış məhkəmə qərarının hər kəs tərəfindən icrasının məcburi olması” ilə bağlı qeyd etdikləri yanaşma ümumilikdə düzgün olmaqla bir çox qanunvericilik aktlarında, eləcə də Ali Məhkəmənin Inzibati Kollegiyasının bir çox qərarlarındakı formalaşmış məhkəmə təcrübəsində öz əksini tapmışdır.
33. Habelə “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli ** nömrəli Qərarında bildirilmişdir ki, “Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – IPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir”.
34. Bununla belə, cavabdehin apellyasiya şikayətinin dəlillərini qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının ondan asılı olmayan səbəbdən hüquqi baxımdan mümkünsüzlüyü təşkil etmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, inzibati prosessual qanunvericiliyə görə borclu inzibati orqanın cərimə edilməsinə o halda yol verilir ki, inzibati orqan məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyini qəsdən davam etdirsin və tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınsın. Bu mənada, nəzərə alınmalı məqamlardan biri də ondan ibarətdir ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən, eləcə də məhkəmə qərarının icrası mərhələsində yaranmış faktiki və hüquqi hallardan asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər faktiki və hüquqi hallar icranın həyata keçirilməsi vəziyyətinə obyektiv olaraq təsir edirsə, sözügedən hallar cavabdehin icraya dair öhdəliklərinin həcminə və həyata keçirilməsi qaydasına təsir edə bilər. Bu zaman həmçinin tərəflərin davranışlarına, icranın baş tutmasına yönəlmiş niyyətlərinə, eləcə də qanunvericiliyin imperativ normalarına də qiymət verilməlidir.
36. Hazırkı halda isə, cavabdeh tərəfindən məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyin qəsdən davam etdirilməsi və tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması iş materialları ilə sübut olunmamışdır.
37. Bu baxımdan, yaranmış hüquqi mübahisə cavabdehin məhkəmə qərarını qəsdən icra etməməsindən deyil, sonradan aşkar edilmiş yeni açılmış halların hüquqi nəticələrinin qiymətləndirilməsi ilə bağlı olmuşdur. Odur ki, cavabdehin hərəkətlərində prosessual hüquqlardan sui-istifadə və ya məhkəmə qərarının icrasından qərəzli yayınma müəyyən edilmədiyindən, ona münasibətdə cərimə tətbiq edilməsi zəruri və mütənasib tədbir hesab edilə bilməz. Buna görə də, cavabdeh inzibati orqana tətbiq edilmiş cərimə haqqında məhkəmə qərarı ləğv edilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının “cavabdehin cərimə olunması” barədə ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kasssiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Iddiaçının “cavabdehin cərimə olunması” barədə ərizəsi rədd edilsin. Qərar qətidir.