Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-941/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “## ###### 2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, 2-1(107)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “##.##.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli 2 *(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçıya ##.##.2023-cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən OFP-nın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Həmin qərardan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, 2- 1(107)- ***/**** nömrəli qərarı ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçıya ##.##.2023cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən OFP-nın 65-80 faizinin müəyyən edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə (xüsusi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi) təmin edilməmişdir.
5. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişlər.
6. İddiaçının kassasiya şikayətini nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
10. Bu Qərarın 7-8-ci bəndlərində qeyd edilən normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
11. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı və “inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı # ###### 2026-cı il tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir.
12. Həmin izahda qeyd edilmişdir ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı az təminatlı olduğunu təsdiq edən müvafiq sübutlar təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəmə aktını aldığı vaxtdan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətlər daxilində ağlabatan müddət ərzində yazılı müraciət edə bilər. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
13. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən izahda göstərilən tələblərə (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi, vəkil tərəfindən imzalanması və vəkilin orderinin kassasiya şikayətinə əlavə edilməsi barədə) əməl olunmamışdır.
14. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.
15. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.