Məhkəmə qərarları › İş №2-1(1-8)-979/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-979/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-979/2026 15.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təqaüdün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən alınmış sosial müavinət və təqaüd haqqında arayışa əsasən X1 anası X2 ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə 100 manat məbləğində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə ##.##.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. 3.Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti başçısının “X1 üzərində qəyyum təyin edilməsi barədə” ##.##.2024-cü il tarixli, *** №-li sərəncamı ilə İddiaçı övladı ##.##.2006-cı il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir. 4.Bundan sonra cavabdeh qurum ##.##.2006-cı il təvəllüdlü X1 qulluğa görə Prezident təqaüdünü ##.##.2024-cü il tarixdən təyin etmişdir. 5.Iddiaçı əlilliyi müəyyən edilmiş və fəaliyyət qabiliyyəti olmayan ##.##.2006-cı il təvəllüdlü X1 qulluğa görə 2024-cü ilin aprel ayından müvafiq təqaüdün ödənilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin tələbinin təmin olunmasından imtina edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş ##.##.2006-cı il təvəllüdlü X1 qulluğa görə təqaüdün 2024-cü ilin aprel ayından ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ##.##.2006-cı il təvəllüdlü övladı X1 anadangəlmə “spastik tetrapleqiya, spastik tetraparez, ağırlaşma r26.3 immobilik (hərəkətsizlik), əsas diaqnoz G80.0 kvadroplegiq spostik serebral iflic” xəstəliyindən əziyyət çəkdiyi üçün müddətsiz 1-ci dərəcəli əlildir. ##.##.2024-cü il tarixində iddiaçının övladının 18 yaşı tamam olduğu üçün “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” verilməsi dayandırılmışdır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ##.##.2024-cü il tarixdən təqaüd ödənilməyə başlanılmışdır. Lakin həmin tarixədək 6 ay müddət üçün təqaüd ödənilməmişdir və iddiaçının bununla bağlı müraciətləri nəticəsiz qalmışdır.

8. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim A.Hüseynov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı işdə X1 18 yaşı tamam olduqdan sonra onun vəziyyətində hər hansı dəyişiklik olmamış, o, əvvəllər olduğu kimi qulluğa ehtiyacı olan şəxs olmuşdur və həmin qulluq ona valideynləri tərəfindən göstərilmişdir. Hüquqi vəziyyəti dəyişən yeganə meyar isə X1 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır. Məhkəmə hesab edir ki, belə olan təqdirdə iddiaçı İddiaçı münasibətdə prezident təqaüdünün təyin edilməsi üçün əsas onun qəyyum təyin edilməsi barədə qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), iddiaçı İddiaçı X1 ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci maddəsinə əsasən) nəzərə alınmalıdır. 10.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, F.Mədətli və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 14.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qanunvericiliyin təhlilindən və işin araşdırılmış hallarından göründüyü kimi, şəxs üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müraciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Hazırkı işdə də, iddiaçının orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qəyyum təyin olunması Xətai rayon icra hakimiyyəti başçısının ## ####### 2024-cü il tarixli sərəncamı ilə qərara alındığından əvvəlki dövr üzrə iddiaçıya təqaüdün ödənilməsi qanunvericiliyin tələbinə ziddir.

TƏTBIQ EDILƏN HÜQUQ 15.“Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanı:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun. 16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il #####in #-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın * nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. 17.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 18.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 22.Işin faktiki hallarına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən alınmış sosial müavinət və təqaüd haqqında arayışa əsasən X1 anası X2 ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə 100 manat məbləğində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti başçısının “X1 üzərində qəyyum təyin edilməsi barədə” ##.##.2024-cü il tarixli, *** №-li sərəncamı ilə İddiaçı övladı ##.##.2006-cı il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir. Bundan sonra cavabdeh qurum ##.##.2006-cı il təvəllüdlü X1 qulluğa görə Prezident təqaüdünü ##.##.2024-cü il tarixdən təyin etmişdir. 23.Hazırda iddiaçının hüquqi marağı 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş ##.##.2006-cı il təvəllüdlü övladı X1 qulluğa görə təqaüdün 2024-cü ilin aprel ayından ödənilməsinə nail olmaqdan ibarətdir. 24.Işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən X1 18 yaşı tamam olduqdan sonra onun səhhətində və qulluğa olan obyektiv ehtiyacında hər hansı dəyişiklik baş verməmişdir. Əksinə, həmin şəxs əvvəlki kimi daimi qulluğa ehtiyacı olan vəziyyətdə qalmışdır. Dəyişən yeganə hal onun yaşının 18 yaşa çatması nəticəsində hüquqi statusunun “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs” kateqoriyasından “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs” kateqoriyasına keçməsi olmuşdur. 25.Bu səbəbdən, şəxsin 18 yaşına çatması onun faktiki qulluğa olan ehtiyacını və həmin qulluğu həyata keçirən ailə üzvlərinin mövcudluğunu aradan qaldırmır. Əksinə, hüquqi tənzimləmənin mahiyyətindən irəli gələn nəticə ondan ibarətdir ki, eyni şəxsin qulluğa ehtiyacı davam etdiyi halda, yalnız yaş meyarının dəyişməsi onun faktiki qulluqçusunun sosial təminat hüququnun itirilməsinə səbəb olmamalıdır. 26.Bu baxımdan, iddiaçının prezident təqaüdü almaq hüququnun yaranmasını yalnız ##.##.2024-cü il tarixli qəyyumluğun təyin edilməsi barədə sərəncamla əlaqələndirmək düzgün hesab edilə bilməz. Həmin sərəncam şəxsin qəyyum statusunu rəsmiləşdirən hüquqi akt olmaqla, iddiaçının övladına faktiki qulluğunun məhz həmin tarixdən başladığını göstərmir. 27.Belə ki, hazırkı qərarın 16-cı bəndində qeyd edilən Qaydaların 2.2.3-cü bəndində qəyyumluq və himayəçilik orqanının qərarının təqdim edilməsinin nəzərdə tutulması da təqaüd almaq hüququnun yalnız qəyyum təyin edildiyi tarixdən yarandığı anlamına gəlmir. Həmin sənədin tələb edilməsinin məqsədi fəaliyyət qabiliyyəti olmayan və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsin statusunun təsdiq edilməsidir. 28.Digər tərəfdən, hazırkı işdə iddiaçı həmin şəxsin valideyni olmaqla ailə üzvüdür və onun övladına qulluğu ##.##.2024-cü il tarixindən əvvəl də faktiki olaraq mövcud olmuşdur. Belə olan halda, Qaydaların 2.2.3-cü bəndinin formal şəkildə tətbiq edilərək təqaüdün yalnız qəyyumluq barədə sərəncamın qəbul edildiyi tarixdən təyin edilməsi Qaydaların məqsədinə uyğun gəlmir. 29.Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin ## ##### 2019-cu il tarixli *** nömrəli Fərmanının və həmin Fərmanın icrası məqsədilə qəbul edilmiş Qaydaların məqsədi eyni vəziyyətdə olan, yəni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və daimi qulluğa ehtiyacı olan şəxslərə qulluq edən şəxslərin sosial təminatının həyata keçirilməsidir. Təqaüdün hansı kateqoriya üzrə ödənilməsi əsasən əlilliyi müəyyən edilmiş şəxsin yaşından irəli gələn hüquqi fərqləndirmə ilə bağlıdır. 30.Kollegiya apellyasiya məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, şəxs 18 yaşına çatdıqdan sonra əvvəlki qulluğa olan ehtiyacı dəyişmədiyi halda, onun valideyni tərəfindən faktiki qulluğun davam etdirilməsi nəzərə alınmalı və yalnız qəyyumluq barədə qərarın daha sonrakı tarixdə qəbul edilməsi həmin valideynin əvvəlki dövr üzrə sosial təminat hüququnu istisna etməməlidir. 31.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar