Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-98/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Salyan rayon Bələdiyyəsinə qarşı QƏRARİ (Açar sözlər: qərarın etibarsız sayılması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Salyan rayon Bələdiyyəsinə (üçüncü şəxslər: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3) qarşı “Cavabdeh tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ayrılmış torpaq sahəsi ilə bağlı ##.##.2007-ci il tarixli, ** saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. “Salyan şəhər sakini X2 oğluna avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamından çıxarışda göstərilir ki, “Salyan şəhərində, * №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilmişdir.
2. ##.##.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Salyan şəhəri, Y.Qasımov küçəsi 4-də yaşayan X2 oğlu Bakı şəhəri, Naxçıvanski küçəsi 77/12-də yaşayan X1 arasında Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10,0 kv.m, əsas sahəsi 10,0 kv.m 1999-cu ildə tikilmiş, divar və dam örtüyü dəmirdən tikilmiş xidməti obyekti, bir otaqdan ibarət X1.
3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Salyan şəhərində Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası X1 adına ##.##.2000-ci il tarixdə * nömrəli reyestr kitabında 41-ci səhifəsində *** reyestr nömrəsi ilə qeydə alınmışdır.
4. Salyan rayon Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli, ***C saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər sakini X1 balıq məhsullarının yetişdirilməsi və satışının təşkil olunması üçün Bakı Astara yolunun sol tərəfində, “Babək” restoranın cənubunda 0,2 ha, ikinci parça Akkuşa çayının sol tərəfində, su nasos stansiyası ilə * nömrəli SMD-nin aralığında olan boş və istifadəsiz ərazidən 1,0 ha cəmi 1,2 ha torpaq sahəsi ayrılmışdır.
5. X1 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı X14 vərəsəsidir.
6. Cavabdeh ## ##### 2007-ci il tarixli ** saylı qərarından görünür ki, Salyan şəhəri, C.Cabbarlı küçəsi ** saylı evin sakini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Ələt- Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kv.m. ölçüdə torpaq sahəsi satılmışdır.
7. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini N inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
8. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi DT və XK Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
9. Salyan rayon Icra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli, *** saylı sərəncamının surətindən görünür ki, Salyan şəhər sakini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Ələt Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında onun mülkiyyətinə ayrılan 1050 kv.m sahəsinin 800 kv.m sahəsində yeməkxana və 250 kv.m sahədə avtomobil yuma sexi tikintisi aparılmasına icazə verilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ## ##### 2007-ci il tarixli, ** saylı qərarına əsasən ayrılmış 1050 kv.m torpaq sahəsinin 950 kv.m olan hissədə etibarsız sayılması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Alik Kərimov üçün torpaq sahəsinin ayrılması barədə Baş yanğından mühafizə və qəzaxilasetmə işləri idarəsinin X6 ** nömrəli, ##.##.1998-ci il tarixli rəyində göstərilir ki, “Tikintisi nəzərdə tutulmuş sahədə, obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən Salyan şəhəri * saylı SMD-nın yaxınlığında avtomobillərə texniki xidmət tikintisi üçün torpaq sahəsi Azərbaycan Respublikası ərazisində qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə layihələndirmə dövründə riayət edilmək şərti ilə yararlıdır, yəni, Salyan şəhəri, * saylı SMD-nın yeməkxana binasının şimal tərəfində avtomobillərə texniki xidmət və iaşə xidməti üçün 10 kv.m ölçüdə torpaq sahəsinin ayrılmasına etirazı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.10.92-ci il tarixli *** saylı Qərarına əsasən layihə sənədlərinin TH və Q-nın tələbələrinə müvafiqliyi barədə yanğından mühafizə orqanlarından yazılı razılaşma olmadan, tikinti işlərinin aparılması qadağandır. Alik Kərimova tapşırılmışdır ki, tikinti işlərinə başlanmaqdan bir ay qabaq yazılı surətdə rayon yanğından mühafizə hissəsinə məlumat verilməsi bildirilmişdir. “Salyan şəhər sakini X2 oğluna avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamından çıxarışında göstərilir ki, “Salyan şəhərində, * №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilsin. Arxitektura, tikinti və MKT şöbəsinə tapşırılsın ki, ayrılmış torpaq sahəsinin hüdudları yerində müəyyən edilsin. Sərəncamın surəti arxitektura, tikinti və MKT şöbəsinə, rayon vergi müfəttişliyinə və texniki inventarlaşdırma idarəsinə verilsin”. Bakı-Astara magistral yolunun avtomobillərin texniki təmir emalatxanası və iaşə xidməti obyekti üçün ayrılan torpaq sahəsinin plan sxemi Salyan rayon Icra Hakimiyyətinin Arxitektura və MKT Şöbəsi tərəfindən 2000-ci ilin iyul ayında təsdiq edilmişdir. Qeyd olunan sənədlərdən də göründüyü kimi, Salyan şəhər sakini X2 oğluna avtomobillərin texniki təmir emalatxanası və iaşə xidməti obyektin tikintisi torpaq sahəsinin ayrılması barədə sərəncam verilmişdir. Həmin sərəncam ləğv olunmamışdır. Sərəncam bu gün də qüvvədədir. Daha sonra Salyan şəhərində Bakı- Astara magistralı Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası üzərində X1 mülkiyyət hüququ X3 Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ## #### 2000-ci il tarixdə * №-li reyestr kitabında 41-ci səhifədə *** reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə X1 adına *** №-li Qeydiyyat Vəsiqəsi verilmiş, həmçinin texniki pasport tərtib edilərək, X1 təqdim olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Texniki pasportdan görünür ki, həmin sənəddə əvvəl X2 oğlunun adı qeyd olunmuş, daha sonra isə həmin adınnı üzərindən xətt çəkilərək (silinərək), X1 adı qeyd olunmuşdur. X1 tərəfindən İddiaçı əmlakın idarə edilməsi və ona dair sərəncam verilməsi ilə bağlı 5 il müddətinə etibarnamə verilmişdir. X1 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. X1 vərəsəsi qismində İddiaçı Əliməmmədovıç sözügedən torpaq sahəsinə və onun üzərindəki obyektə çıxarış alınması ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ** saylı Şirvan Ərazi Idarəsinə müraciət etmişdir. DƏDKR-nin ** saylı Şirvan Ərazi Idarəsi ## ### 2022-ci il tarixli, ************ №-li məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. Imtinada bildirilir ki, “sözügedən qeyri-yaşayış binası halhazırda mövcud deyil. Eyni zamanda, müraciət etdiyiniz ərazinin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası digər şəxsin mülkiyyətindədir. Bu səbəbdən də müraciətinizin icrası qeyri-mümkündür”. Bundan sonra İddiaçı cavabdeh DƏDKR-nin ** saylı Şirvan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati məhkəməsinə müraciət edərək, Salyan şəhəri, Bakı-ünvan 1) ünvanda yerləşən ümumi sahəsi 30 x 60 kv.metr ölçüdə olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə dair vahid dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, Salyan Rayon Icra Hakimiyyəti tərəfindən qanuni əsaslarla 1998-ci il tarixində iddiaçıya ayrılmış torpaq sahəsi üzərində ##.##.2012-ci il tarixdə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Çıxarışın verilməsi üçün əsas isə Cavabdeh ##.##.2007-ci il tarixli qərarı, Cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 arasında bağlanmış-##.##.2007- ci il tarixli alqı-satqı müqaviləsi, və müqaviləyə əlavə edilmiş sənədlər, o cümlədən də torpaq sahəsinin plan-sxemi çıxış etmişdir. Məhkəməyə təqdim olunan sənədləri (Cavabdeh ##.##.2007-ci il tarixli qərarı və sair digər sənədlər) ##.##.2023-cü il tarixdə vəkil sorğusuna əsasən əldə etmişdir. Göründüyü kimi Salyan Rayon Bələdiyyəsi artıq ##.##.1998-ci il tarixindən Salyan rayon Icra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsini, ona məxsus ola-ola, hüquqları ilə yüklü ola-ola, torpaq sahəsinin cavabdeh inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ayrılması barədə ##.##.2007-ci il tarixli qanunsuz qərar qəbul etmişdir. Salyan şəhəri, Salyan şəhəri, Bakı ünvan 2) ünvanda yerləşən dövlət fonduna aid torpaq sahəsi üzərində Cavabdeh tərəfindən 2007-ci il tarixdə qanunsuz sərəncam vermişdir. Belə ki, dövlət və bələdiyyə torpaqlarının satışı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarına əsasən həyata keçirilir. Bu istiqamətdə hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilir. Komitə torpaq müsabiqəsi və ya hərraclarının keçiriləcəyi vaxtı müəyyən edir, alqı-satqı obyekti üzrə tələb olunan sənədləri hazırlayır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi üzrə xidmətlər göstərilir. Müsabiqə və ya hərracın keçirilməsi haqqında elan komitə tərəfindən hazırlanır və mətbu orqanı olan “Mülkiyyət” qəzetində, rəsmi saytda (emdk.gov.az) və digər kütləvi informasiya vasitələrində yayımlanır. Müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl dərc edilən elanda torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat, müsabiqə və ya hərracın keçirilməsi şərtləri, yeri, vaxtı və tarixi qeyd edilir. Eyni zamanda elanda ilkin qiymət, müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlər və torpaq sahəsi ilə bağlı məlumatlar öz əksini tapır. Xidmətin həyata keçirilməsi ilə bağlı hüquqi və ya fiziki şəxslərdən ərizə və digər sənədlər tələb olunur. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə verildikdə qalibə komissiya tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqları üçün müvafiq bələdiyyə, dövlət torpaqları üçün isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X11 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq qanunvericiliyə uyğun olaraq müvafiq müqavilə bağlanır. Göründüyü kimi, Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi yalnız və yalnız Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarına uyğun həyata keçirilir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin hərrac vasitəsi satılması barədə sənədlər möcud deyil. Bu hal isə Cavabdeh tərəfindən (torpaq sahəsi Bələdiyyə fonduna aid olduğu halda) həmin torpaq sahəsi üzərində qeyri-qanuni yolla sərəncam vermişdir. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinə dair verilmiş “plan-sxem”də saxtalaşdırılmışdır. Belə ki, Cavabdeh tərəfindən təsdiq edilmiş sözügedən sənəddə (ay və tarixi olmayan plan) əvvəlcə başqa şəxsin adının yazıldığı, lakin sonradan həmin adın silinərək üzərindən “inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2” sözlərinin yazıldığı açıq-aşkar görünür. Həmçinin torpağın ölçüsünü və yerləşmə koordinatlarını göstərən hissələrdə də sözügedən sənəddə dəyişiklik edilmişdir. Lakin bu dəyişiklilər, tələb olunduğu kimi, Cavabdeh və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Bütün bunlar mübahisəli torpaq sahəsinin qaunvericiliyin tələbləri pozulmaqla satılması, torpaq sahəsinə dair inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adına olan çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərdə saxtakarlığa yol verilməsi şübhəsi yaradır. Salyan şəhəri, Bakı-ünvan 2) ünvanda yerşələn və ümumi sahəsi 30x60 kv.metr ölçüdə olan torpaq sahəsinin Cavabdeh mülkiyyətində olmamış, həmin torpaq sahəsinin satılması üçün Cavabdeh səlahiyyətli olmamışdır. Salyan şəhəri, Bakı ünvan 2) ünvanda yerşələn ümumi sahəsi 30x60 kv.metr ölçüdə olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarına da əməl olunmamışdır. Sözügedən hərracın nəticəsi olaraq torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 satılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinə məlumat verilməmişdir. Salyan rayon Icra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, Cavabdeh tərəfindən torpağı kimi 2007-ci il tarixində təkrar inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 satılması barədə qəbul etdiyi qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir.
12. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: Salyan rayon TIB-in ##.##.2000-ci il tarixli, *** saylı arayışına və IHB-nin ##.##.1998-ci il rixli sərəncamına əsasən X2 oğluna ayrılmış torpaq sahəsindən ##.##.2000-ci tarixli müqavilə əsasında X1 verilmiş ##.##.2000-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən, iddiaçı İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkusa kanalı arasında yerləşən 1800 kv.m (30x60) faktiki isə 1615 kv.m olan torpaq sahəsinin naturada yeri, döngə nöqtələrinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 1800 kv.m faktiki isə 1615 kv.m olan torpaq sahəsinin 950 kv.m-i Reyestr nömrəsi 809013005380-***** olan çıxarışa əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi, yerdə qalan 665 kv.m. isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Dövlət mülkiyyətində olan ugodiyası işə “Təhsil, Səhiyyə Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai Tikinti Altında” olan torpaq sahəsidir. Qərardadın ikinci sualı üzrə: iddia olunan 1800 kv.m, faktiki isə 1615 kv.m olan torpaq sahəsi əvvəlki kağız üzərində olan yerquruluşu planı əsasında ayrıldığı üçün elektron kadastr baza məlumatlarında qeyd olunmamışdır. Torpaq sahəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3n istifadəsindədir və iaşə obyekti (restoran) istifadə olunur. Qərardadın üçüncü sualı üzrə: Salyan rayon, Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı və AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi elektron kadastr baza məlumatları əsasında müəyyənləşdirildi və və torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid xususi mülkiyyətdə olan qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsidir. Qərardadın dördüncü sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi elektron kadastr baza məlumatlarında mövcuddur. Torpaq sahəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 istifadəsindədir və iaşə obyekti (restoran) kimi istifadə olunur. Qərardadın beşinci sualı üzrə: Iddiaçı İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yol ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60) olan torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar faktiki 1615 kv.m-dir. Qərardadın altıncı sualı üzrə: Salyan rayonu, Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı və AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Sover qızının mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar olaraq faktiki 950 kv.m-dir. Qərardadın yeddinci sualı üzrə: Mübahisəli torpaq sahəsinin (və ya sahələrinin) döngə nöqtələrinin koordinatları faktiki istifadəyə görə uyğunluq təşkil edir. Digər üçüncü şəxslərlə mübahisə predmeti deyil. Qərardadın səkkizinci sualı üzrə: Iddiaçı İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60), faktiki isə 1615 kv.m olan torpaq sahəsi və Salyan rayon Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı və AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilən 1050 kv.m toprpaq sahəsi, eyni ərazidir və torpaq sahələrinin koordinatları üstüstə düşür. Ərazi faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 istifadəsindədir. Qərardadın doqquzuncu sualı üzrə: Mübahisəli torpaq sahəsinin (və ya sahələrinin) üzərində daşdan tikilmiş bir mərtəbəli qeyri-yaşayış tikililəri mövcuddur. Tikililər faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 istifadəsindədir. Qərardadın onuncu sualı üzrə: Tikinti altında olan ümumi torpaq sahəsi 262.9 kv.m-dir.
14. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh öz inzibati ərazi hüdudlarında yerləşməyən, özünün mülkiyyətində olmayan, dövlət mülkiyyətində olmuş və iddiaçının anası X1 ərazisində yerləşən torpaq sahəsini 3-cü şəxsə satmışdır. Işin faktiki halları ilə müəyyən edilmişdir ki, Salyan rayon Icra Hakimiyyəti iddiaçının anası X1 şəhərin inzibati ərazi vahidinə daxil olan torpaq sahəsindən torpaq sahəsi ayırmış və qeyd edilən torpaq sahəsinin iddiaçı tərəfdən geri alınması və eləcə də bu barədə olan qərarının ləğv edilməsi müəyyən edilməmişdir. Yəni, sözügedən qərar ümumiyyətlə mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh mübahisələndirilən qərarı ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Bələdiyyə tərəfindən sözügedən qərarının qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, ##.##.2007-ci il tarixli, ** saylı qərar Cavabdeh tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Cavabdeh müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir.
16. Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
17. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakimlər: S.Həsənov /sədrlik edən və məruzəçi/, C.Quliyev və F.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya baxışı zamanı verilmiş mütəxəssis rəyində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilmiş 1050 kv.m torpaq sahəsinin satıldığı zaman (2007-ci il tarixinə) statusuna – yəni dövlət və ya bələdiyyə mülkiyyətində olmasına da aydınlıq gətirilmişdir. Belə ki, sözügedən rəyə əsasən həmin torpaq sahəsinin ##.##.2007-ci ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt) hüquqi statusu bələdiyyə mülkiyyəti olmuşdur. Göründüyü kimi, Cavabdeh inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 torpaq sahəsinin ayrılması ilə bağlı ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı qəbul etməkdə səlahiyyətli olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügedən 1050 kv.m torpaq sahəsi hal-hazırda müvafiq alqı-satqı müqaviləsi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 0.0952 ha olmaqla xüsusi mülkiyyətində və istifadəsindədir. Sözügedən 0.0952 ha torpaq sahəsi 809013005380-***** reyestr nömrəli çıxarışla inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, X1 verilmiş ##.##.2000-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30*60) torpaq sahəsinin yeri ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Ələt- Astara magistral avtomobil yolunun 56.2-ci km-də, yolun şərqində, yolun mərkəz oxundan 30 metr aralı, iaşə obyekti tikintisi altına ayrılmış 1050 kv.m torpaq sahəsinin yeri fərqlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq belə qənaətə gəlmişdir ki, iddiaçının ## ##### 2007-ci il tarixli, ** saylı qərarın müvafiq hissədə ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
19. Iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətlərinin dəlilləri
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan Rayon Icra hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ayrılmış torpaq sahəsi ilə eyni torpaq sahəsi olması, həmin torpaq sahələrinin üst-üstə düşməsi, həm DƏDKR-nin ** saylı Şirvan Ərazi Idarəsinin ## ### 2022-ci il tarixli, ************ №-li məktubunda (sözügedən qeyri-yaşayış binası halhazırda mövcud deyil. Eyni zamanda, müraciət etdiyi ərazinin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası digər şəxsin mülkiyyətindədir.) həmçinin Şirvan inzibati məhkəməsi tərəfindən təyin edilmiş mütəxəssis və ekspert rəyi ilə də müəyyən edilmişdir. X2 oğluna ayrılmış torpaq sahəsindən ##.##.2000-ci tarixli müqavilə əsasında X1 verilmiş ##.##.2000-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən və iddiaçı İddiaçı iddia etdiyi və Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkusa kanalı arasında yerləşən 1800 kv.m (30x60) faktiki isə 1615 kv.m olan torpaq sahəsinin naturada yeri, döngə nöqtələrinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi və iş materiallarında olan Salyan rayon TIB-in ##.##.2000-ci il tarixli, *** saylı arayışına və IHB-nin ##.##.1998-ci il tarixli sərəncamı ilə Alik Kərimova ayrılmış, Salyan şəhəri, Bakı Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60), faktiki isə 1615 kv.m olan torpaq sahəsinin və Salyan rayon Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı və AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi, eyni ərazidir və torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsi müəyyən edildi. (onun izahatı məhkəmə iclas protokolunda öz əksini tapmışdır) Yəni birinci instansiya məhkəməsində həm mütəxəssis, həm ekspert rəyi, həmçinin mütəxəssis şəxsən məhkəmədə izahat vermiş, Salyan rayon TIB-in ##.##.2000-ci il tarixli, *** saylı arayışına və IHB-nin ##.##.1998-ci il tarixli sərəncamına əsasən X2 oğluna ayrılmış torpaq sahəsinin, Salyan rayon Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı və AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilən 1050 kv.m toprpaq sahəsi ilə eyni ərazi olması və torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsi müəyyən edilmişdir. Mütəxəssis rəyi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** saylı ekspert rəyi ilə də təsdiq edilmiş mütəxəssis rəyi ilə eynilik təşkil edilən ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə maddi hüquq normalarının səhv tətbiqinə əsaslanır. Belə ki, iddiaçı müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında torpaq sahəsi əldə etmişdir. Həmin inzibati akt iddiaçının hüquqi marağını formalaşdıran və onun hüquqlarının məhkəmə qaydasında müdafiəsi üçün hüquqi əsas yaradan aktdır. Həmin sərəncam hazırda da qüvvədədir. Sərəncam üçüncü şəxs tərəfindən mübahisələndirilmiş məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə Salyan Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamının qanuniliyi öz təsdiqini tapmışdır. Qanuni qüvvədə olan və etibarsız sayılmamış icra hakimiyyəti orqanının sərəncamı hüquq yaradan inzibati akt olmaqla, iddiaçı üçün mübahisəli torpaq sahəsinə dair subyektiv hüquq və hüquqi maraq yaradır. Belə olan halda apelyasiya instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə mövcud inzibati aktın hüquqi qüvvəsinə, eləcə də hüquqi müəyyənlik və hüquqi etimad prinsipinə ziddir.
TƏTBIQ EDILƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (bələdiyyə qərarı ilə müvafiq torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyada) Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Maddə 65.5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Maddə 65.7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 65.9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. Işin müəyyən edilmiş hallarına görə, Salyan şəhər sakini X2 oğluna avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamından çıxarışda göstərilir ki, “Salyan şəhərində, * №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilmişdir.
29. ##.##.2000-ci il tarixli müqaviləyə əsasən Salyan şəhəri, Y.Qasımov küçəsi 4də yaşayan X2 oğlu ilə Bakı şəhəri, Naxçıvanski küçəsi 77/12-də yaşayan X1 arasında Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında olan 1800 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10,0 kv.m, əsas sahəsi 10,0 kv.m 1999-cu ildə tikilmiş, divar və dam örtüyü dəmirdən tikilmiş xidməti obyekti, bir otaqdan ibarət X1.
30. Iddiaçının mərhum anası X1 adına X2 oğlunun ona satdığı avtomobillərin təmir emalatxanası və 1800 kv.m torpaq sahəsi ##.##.2000-ci il tarixli *** reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır.
31. Iş üzrə iddiaçı İddiaçı Zərifə Əliyevanın vərəsəsi kimi tanınmışdır.
32. Işdə olan Cavabdeh ## ##### 2007-ci il tarixli ** saylı qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Ələt-Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kv.m. ölçüdə torpaq sahəsi satılmışdır. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ##.##.2012-ci il tarixində həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi ##.##.2012-ci il tarixində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 tərəfindən X4, ##.##.2021-ci il tarixində X4 tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, ##.##.2022-ci il tarixində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmışdır. Torpaqdan faktiki olaraq iş üzrə üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 istifadə edir.
33. Iddiaçı X1 vərəsəsi qismində mərhumun adına qeydiyyata alınmış torpaq sahəsinə və onun üzərindəki obyektə çıxarış alınması ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ** saylı Şirvan Ərazi Idarəsinə müraciət etmiş, lakin ona sonuncu tərəfindən imtina verilərək bildirilmişdir ki, “torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası digər şəxsin mülkiyyətindədir.” Bundan sonra İddiaçı cavabdeh DƏDKR-nin ** saylı Şirvan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati məhkəməsinə müraciət edərək, Salyan şəhəri, Bakı-ünvan 1) ünvanda yerləşən ümumi sahəsi 30 x 60 kv.metr ölçüdə olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə dair vahid dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmə gedişatında müəyyən edilmişdir ki, Salyan Rayon Icra Hakimiyyəti tərəfindən qanuni əsaslarla 1998-ci il tarixində iddiaçıya ayrılmış torpaq sahəsi üzərində ##.##.2012-ci il tarixdə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
34. Hazırda iddiaçı ona digər məhkəmə icraatında məlum olan fakt- üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi və üzərindəki əmlak başqa şəxsin adına qeydiyyata alındığı üçün həmin şəxsin adına verilmiş ilkin hüquqmüəyyənedici sənəd olan Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarının etibarsız sayılmasını tələb edir.
35. Apellyasiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün sayarkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadında qoyulmuş suallara cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən təqdim edilən mütəxəssis rəyi ilə məlum olmuşdur ki, Salyan rayon TIB-in ##.##.2000-ci il tarixli, *** saylı arayışına və IHB-nin ##.##.1998-ci il tarixli sərəncamına əsasən X2 oğluna ayrılmış torpaq sahəsindən ##.##.2000-ci il tarixli müqavilə əsasında X1 verilmiş ##.##.2000-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Salyan şəhəri, Bakı Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30*60) torpaq sahəsinin sənəd üzrə Salyan rayon IHB-nin 13.07.98-ci il tarixli sərəncamına və 1:5000 miqyasda tərtib edilən yerquruluşu planına əsasən) yeri və koordinatları ilə Cavabdeh ##.##.2007ci il tarixli, ** nömrəli qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Ələt-Astara magistral avtomobil yolunun 56.2-ci km-də, yolun şərqində, yolun mərkəz oxundan 30 metr aralı, iaşə obyekti tikintisi altına ayrılmış 1050 kv.m torpaq sahəsinin sənəd üzrə (AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən) yeri və koordinatları heç bir halda üst-üstə düşmür. Sözügedən mütəxəssis rəyində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilmiş 1050 kv.m torpaq sahəsinin satıldığı zaman (2007-ci il tarixinə) statusuna – yəni dövlət və ya bələdiyyə mülkiyyətində olmasına da aydınlıq gətirilmişdir. Belə ki, sözügedən rəyə əsasən həmin torpaq sahəsinin ##.##.2007-ci ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt) hüquqi statusu bələdiyyə mülkiyyəti olmuşdur. Göründüyü kimi, Cavabdeh inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 torpaq sahəsinin ayrılması ilə bağlı ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı qəbul etməkdə səlahiyyətli olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügedən 1050 kv.m torpaq sahəsi hal-hazırda müvafiq alqısatqı müqaviləsi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 0.0952 ha olmaqla xüsusi mülkiyyətində və istifadəsindədir. Sözügedən 0.0952 ha torpaq sahəsi 809013005380-***** reyestr nömrəli çıxarışla inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, X1 verilmiş ##.##.2000-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30*60) torpaq sahəsinin yeri ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Ələt-Astara magistral avtomobil yolunun 56.2-ci km-də, yolun şərqində, yolun mərkəz oxundan 30 metr aralı, iaşə obyekti tikintisi altına ayrılmış 1050 kv.m torpaq sahəsinin yeri fərqlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddiaçının ## ##### 2007-ci il tarixli, ** saylı qərarın müvafiq hissədə ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.”
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
37. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
38. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtləri xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
39. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
21. Apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması barədə nəticəyə gələrkən yalnız mütəxəssis rəyinə istinad etmiş, lakin həmin rəyin inzibati iş birinci instansiya məhkəməsinin icraatında olarkən verilmiş mütəxəssis və ekspert rəyi ilə, həmçinin bundan öncə iddiaçının torpaq sahəsi və üzərindəki obyektə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı dövlət qurumuna (DƏDKR ** saylı Şirvan Ərazi Idarəsi) etdiyi müraciət zamanı verilmiş imtinadakı dəlillər və həmin imtina ilə bağlı başlanmış məhkəmə icraatında təqdim olunmuş mütəxəssis rəyi ilə ziddiyyətli olduğunu nəzərə almamışdır.
22. Belə ki, həmin sənədlərə, o cümlədən mütəxəssis rəylərinə əsasən torpaq sahələrinin eyni ərazidə yerləşib, hətta müvafiq hissədə üst-üstə düşdüyü görünür. Bu isə ən azından iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olduğuna dəlalət edir.
23. Iş birinci instansiya məhkəməsinin icraatında olarkən DƏDKR-nin ** saylı Şirvan Ərazi Idarəsinin mütəxəssisi tərəfindən təqdim edilmiş rəyə əsasən Salyan rayon TIB-in ##.##.2000-ci il tarixli, *** saylı arayışı və IHB-nin ##.##.1998-ci il tarixli sərəncamı ilə Alik Kərimova ayrılmış, Salyan şəhəri, Bakı Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60), faktiki isə 1615 kv.m olan torpaq sahəsinin və Salyan rayon Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı və AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsinin eyni ərazi olduğu və torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdi. Həmin mütəxəssis rəyi müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir.
24. Apellyasiya icraatı zamanı verilmiş mütəxəssis rəyində isə hər iki torpaq sahələrinin koordinatlarının üst-üstə düşmədiyi göstərilsə də, həmin torpaq sahələrinin faktiki yerləşmə məsafəsinə görə bir-birinə münasibətdə konkret mövqeyi açıqlanmamış, "heç bir halda üst-üstə düşmür" ümumi ifadə ilə bildirələrək konkret koordinatlar, məsafə göstəriciləri müqayisəli təhlillə əsaslandırılmamışdır.
25. Belə olan halda apellyasiya instansiyası məhkəməsi əvvəlki mütəxəssis rəyindən mötəbər sübut olaraq hansı əsaslarla imtina etdiyini qərardadında əsaslandırmadan iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən eyni dövlət qurumunun müxtəlif mütəxəssisləri tərəfindən eyni məsələ üzrə bir-birinə zidd rəylərin verilmə səbəbləri araşdırılmamışdır. Işdə bir-birini təkzib edən iki mütəxəssis rəyi olduğu halda, bu ziddiyyətin aradan qaldırılması məqsədilə həmin rəyləri verən idarənin üst qurumu olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məsələyə aydınlıq gətirmək üçün müraciət edilməmiş və bununla yanaşı əlavə mütəxəssis və ekspert rəyinin alınması da təmin edilməmişdir.
26. Bu baxımdan işin təkrar apelyasiya baxışı zamanı Salyan rayon TIB-in ##.##.2000-ci il tarixli, *** saylı arayışı və Salyan Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli sərəncamı ilə Alik Kərimova ayrılmış, sonradan alqı-satqı yolu ilə iddiaçının mərhum anası X1 adına keçmiş, ##.##.2000-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30*60) torpaq sahəsinin naturada yeri işdə olan plan-sxem (1-ci cild i.v. 47), ##.##.2000-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportdakı məlumatlar əsasında GPS aparatı ilə müəyyən edilməli, həmin torpaq sahəsinin faktiki vəziyyətinin sənəd üzrə olan vəziyyətinə uyğun olub-olmadığı, həmçinin Salyan rayon Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə verilən 1050 kv.m. torpaq sahəsinin həm bələdiyyə tərəfindən tərtib edilən planı (1-ci cild i.v. 55), həm də AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında GPS aparatı ilə naturada yeri müəyyən edilməli, həmin torpaq sahəsinin də faktiki vəziyyətinin sənəd üzrə vəziyyətinə uyğun olub-olmadığı dəqiqləşdirilməli, hər iki torpaq sahəsinin həm naturada yerləşmə yeri, həm də sənəd üzrə koordinatları müəyyən edildikdən sonra bu koordinatların üst-üstə düşüb-düşmədiyi yoxlanılmalı, hər iki torpaq sahəsinin üst-üstə düşdüyü hissədə hər hansı tikilinin mövcud olub-olmaması faktı da aydınlaşdırılmalıdır.
27. Bundan əlavə, təkrar apelyasiya baxışı zamanı hər iki torpaq sahəsi ilə bağlı sonradan verilmiş hüquqmüəyyənedici sənədlərdəki texniki göstəricilərin ilkin hüquqmüəyyənedici sənədlərin plan-ölçü və cizgisinə uyğunluğu da yoxlanılmalıdır.
28. Kollegiya onu da qeyd etməyi vacib sayır ki, Salyan rayon Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə Ələt-Astara magistral avtomobil yolunun 56,2 km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralıda yerləşən iaşə obyekti tikintisi altına 1050 kv.m. ölçüdə torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. Apelyasiya məhkəməsi tərəfindən işin mahiyyəti üzrə araşdırmalar aparılarkan sözügedən bələdiyyə qərarının məzmunu təhlil edilməklə, ayrılmış torpaq sahəsinin ayrılan zaman yüklü olub-olmadığı, başqa şəxsin hüquqlarından azad olub-olmadığı, iaşə obyekti tikintisinin altındakı torpaqdan ayrılmasının həm torpaq qanunvericiliyinin müddəaları baxımından mümkünlüyü, həm də bələdiyyələr tərəfindən qanunla müəyyən edilmiş torpaqayırma qaydalarına uyğunluğu məsələsi araşdırılmalı və bundan sonra mübahisəyə düzgün hüquqi qiymət verilməlidir.
29. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan qəbul edilmiş hazırkı məhkəmə qərardadı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
30. Işə baxacaq apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır.
40. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməli, bununla da kassasiya şikayəti qismən təmin edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.