Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı «İddiaçı» ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1/19 Bakı şəhəri 13 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vəkili Vəkil iştirakı ilə, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh rəis müavini X1tərəfindən Şirvan Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2016-cı il tarixli, 21(106)-103/2016 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı «İddiaçı» ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2014-cü il tarixli, **********765361 nömrəli səyyar vergi yoxlaması aktı ilə hesablanmış vergilərin, maliyyə sanksiyalarının əsassız hesab edilməsi, həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 dekabr 2014-cü il tarixli, **********840127 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasınd a hesablanmış vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının şəxsi vərəqədən azaldılması və 01 sentyabr 2011-ci il tarixdən məcburi olaraq qəbul edilmiş ƏDV qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 dekabr 2014-cü il tarixli, **********840127 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən 01 noyabr 2013-cü il tarixindən başlayaraq keçirilmiş səyyar vergi yoxlaması müddətlərə riayət edilməməklə və yoxlanılan dövr düzgün əhatə olunmamaqla aparılmışdır. İstesal həcminin müəyyən edilməsi üçün dəvət edilmiş mütəxəssis iki müxtəlif rəy vermiş və həmin rəylər arasında kəskin fərq olduğundan onların qanuna zidd olduğunu hesab edir. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçı kərpic istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı müvafiq sənədlər tam təqdim etmədiyinə görə satılmış malların miqdarını və qiymətini, yəni vergitutma obyektinin həcmini və dövriyyəsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbədn mütəxəssis və ekspert cəlb edilmiş və verilmiş rəylərə əsasən, müəssisə tərəfindən istehsal olunmuş kərpicin həcmi üc müxtəlif ölçüdə olan sexlər üzrə 01 sentyabr 2010-cu il tarixindən 01 sentyabr 2013-cü il tarixədək olan dövrlər üzrə müəyyən edilmişdir. Bu rəy nəzərə alınmaqla ekspert tərəfindən bir ədəd kə rpicin istehsal sahələrinə uyğun bazar qiyməti 0,24 manat, 0,13 manat və 0,19 manat kimi müəyyən edimişdir. Rəylər nəzərə alınmaqla mənfəət vergisi məqsədləri üçün gəlir 2011-ci il üzrə 84387,21 manat, 2012-ci il üzrə 201384,80 manat məbləğində müəyyən edilmişdir. Xərcləri təsdiq edən sənədlər təqdim edilmədiyi üçün şərti rentabellik göstəricisi tətbiq edilməklə 2011-ci və 2012-ci illər üzrə mənfəət vergisi hesablanmış, lakin 2006-2009-cu illər üzrə müəssisənin zərərlə başa vurduğu nəzərə alınaraq mənfəət vergisi hesablanmamışdır. Müəssisə sadələşdirilmiş vergi ödəyicisi olmuş və bəyannamələri təqdim etmişdir. Lakin onun dövriyyəsi nəzərə alınmaqla məcburi ƏDV öhdəliyi yarandığı üçün və verilmiş rəylər əsas olmaqla 2011-ci ilin İY rübü, 2012-ci ilin İ-İY rübləri və 2013-cü ilin İ-İİ rübl əri üzrə 3527,83 manat artıq hesablanması, 2010-cu ilin İİİ-İV rübü, 2011-ci ilin İ-İİİ rübləri üzrə 2746,72 manat azaldılma müəyyən edilmişdir. Müəssisəsi 01 sentyabr 2011-ci il tarixdən məcburi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınmış və həmin dövr üzrə 76723 manat ƏDV azaldılması və 33662,61 manat maliyyə sanksiyası müəyyən edilmişdir. Habelə, müəssisə tərəfindən 2013-cü ilin iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş, lakin mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmiş kərpicin bazar qiyməti nəzərə alınmaqla 2013-cü ilin iyun-iyul ayları üzrə ƏDV-nin 10617,19 manat azaldılması və 5308,60 manat maliyyə sanksiyası müəyyən edilmişdir. Müəssisə 01 sentyabr 2011-ci il tarixindən məcburi qaydada ƏDV qeydiyyatına alındığından 2011-ci ili yekunu üzrə 1018,56 manat, 2012-ci il ü çün 2701,74 manat, cəmi 3720,30 manat əmlak vergisi və 1860,15 manat maliyyə sanksiyası hesablanmışdır. Habelə, hesabatların və arayışların vaxtında təqdim edilməməsinə görə 800 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2-1(86)-553/2015 saylı qərardadı ilə (hakim Müşviq Həsənov) iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 06 avqust 2015-ci il tarixli rəy verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2-1(86)-553/2015 saylı qərarı ilə (hakim Müşviq Həsənov) iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 dekabr 2014-cü il tarixli, **********840127 nömrəli qərarı qismən, 2013-cü il əlavə dəyər vergisinin 3038,64 manat məbləğində azaldılmış hesab edilən və buna görə 1519,32 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən hissələri istisna olmaqla qalan hissələrdə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə dövlət ekspertizasının nəticələrinə əsaslanmaqla hesab etmişdir ki, səyyar vergi yoxlaması zamanı cəlb edilmiş mütəxəssis və ekspert rəyləri düzgün olmamış və bu səbəbdən onlar əsas götürülməklə vergilərin hesablanması düzgün aparılmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2016-cı il tarixli, 2-1(106)-103/2016 saylı qərarı ilə (sədrlik edən hakim Qəzənfər Kərimov, hakimlər Zeynal Zeynalov və Rafael Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5, 3.9. 3.11, 24.0.2, 53.3-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 yanvar 2017-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergi Departamentinin hüquqi varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirl ər Departamenti hesab edilmişdir. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv və iddiaçının iddiasının təmin olunmuş hissədə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində etirazında göstərmiş faktiki halları təkrarlamaqla bildirmişdir ki, məhkəmələrin əsaaslandığı ekspert rəyi vergi orqanı tərəfindən dəvət edilmiş mütəxəssis rəyinin “təftişinə” yönəlmişdir, halbuki ekspert qarşısında qoyulmuş sual vergilərin hesablanmasının dügzünlüyünə qiymətin verilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən hesab edirlər ki, bu ekspert rəyi sübut kimi qiymətləndirilməməlidir, çünki yoxlama zamanı istina d olunmuş mütəxəssis və ekspert rəylərini təkzib edən yeni, fərqli və onların əksini sübut edən hallara istinad olunmamışdır. Daha bir dəlillə sübutların qiymətləndirilməsi ilə bağlı cavabdeh bildirilmişdir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında cinayət işi başlanılmış və həmin işin ibtidai və məhkəmə istintaqı zamanı 11 fevral 2015-ci il tarixli, 18 avqust 2015-ci il tarixli və 26 fevral 2016-cı il tarixli müxtəlif nəticələrlə rəylər verilmişdir. Lakin bu məsələyə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssis rəyinə əsasən, Şirvan şəhəri, X2 ünvanında yerləşən istehsal obyektində müəssisənin istifadə etdiyi təbii qaz, elektrik enerjisi və istehsal proseslərində istifadə olunan avadanlıqlarının istehsal gücünə əsasən 01 sentyabr 2010-cu il tarixdən 01 sentyabr 2013-cü il tarixədək olan dövrdə aylar üzrə məhsulların istehsal həcminin müəyyən edilməsi sualına cavab olaraq rəyin nəticə hissəsində qeyd edilmişdir ki, idarə tərəfindən sualla qoyulmuş müddət ərzində zavodda istehsal həcmi çeşidlərə müvafiq olaraq istehsalın 65%-ni təşkil edən 19x19x29 sm ölçülü kərpic üçün ******* ədəd, istehsalın 20%-ni təşkil edən 19x19x8 sm ölçülü kərpic üçün ******* ədəd, istehsalın 15%ni təşkil edən 29x19x13 sm ölçülü kərpic üçün 858999 ədəd bişmiş kərpic təşkil etmişdir. İstehsal həcmi 01 sentyabr 2010-cu il tarixdən 01 sentyabr 2013-cü il tarixədək olan dövr üçün hesablanmışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspert rəyinə əsasən, Şirvan şəhəri, X2 ünvanında y erləşən kərpic sexində 01 sentyabr 2010-cu il tarixdən 01 sentyabr 2013-cü il tarixədək olan dövr üzrə istehsal edilmiş və satılan məhsulların real bazar qiymətinin müəyyən edilməsi sualına cavab olaraq rəyin nəticə hissəsində qeyd edilmişdir ki, idarə tərəfindən sualla qoyulmuş müddət ərzində kərpicin satış həcmi istehsalın 65%-ni təşkil edən 19x19x29 sm ölçülü kərpic üçün 406072,27 manat, istehsalın 20%-ni təşkil edən 19x19x8 sm ölçülü kərpic üçün 243643,36 manat, istehsalın 15%-ni təşkil edən 29x19x13 sm ölçülü kərpic üçün 163209,82 manat, ümumi dövriyyə 812925,45 manat bişmiş kərpic təşkil etmişdir. 07 noyabr 2014-cü il tarixli, **********765361 nömrəli səyyar vergi yoxlaması aktına əsasən, yoxlama ilə 2013-cü il üzrə əlavə dəyər vergisinin 10617,19 manat azladılmasına, 10617,19 mana t əlavə hesablanmasına görə təklif olunana maliyyə sanksiyası 5308,60 manat, 2011-ci il üzrə əmlak vergisinin 1018,56 manat azaldılmasına, 1018,56 manat əlavə hesablanmasına görə təklif olunan maliyyə sanksiyası 509,28 manat, 2012-ci il üzrə əmlak vergisinin 2701,74 manat azaldılmasına, 2701,74 manat əlavə hesablanmasına görə təklif olunan maliyyə sanksiyası 1350,87 manat, 2010-cu il üzrə sadələşdirilmiş verginin 833,16 manat azaldılmasına, 833,16 manat əlavə hesablanmasına görə təklif olunan maliyyə sanksiyası 416,58 manat, 2011-ci il üzrə sadələşdirilmiş verginin 1913,56 manat azaldılmasına, 199,46 manat artıq hesablanmasına, 1714,07 manat əlavə hesablanmasına görə təklif olunan maliyyə sanksiyası 956,78 manat olmuşdur. 2012-ci il üzrə sadələşdirilmiş vergi 1417,88 manat artıq hesablanmı ş, 2013-cü il üzrə sadələşdirilmiş vergi 1910,46 manat artıq hesablanmış, cəmi 17084,21 manat azaldılmış, 3527,83 manat artıq hesablanmış, 16884,72 manat əlavə hesablanmış, 3328,34 manat artıq hesablanmış və 9422,11 manat maliyyə sanksiyası təklif olunmuşdur. Qeydiyyatı olmadan fəaliyyət göstərməsinə görə əlavə dəyər vergisinin 2011-ci il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 15189,70 manat olmuş, 15189,70 manat əlavə hesablanmış və 7594,85 manat maliyyə sanksiyası təklif olunmuşdur. Əlavə dəyər vergisinin 2012-ci il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 36249,26 manat olmuş, 36249,26 manat əlavə hesablanmış və 18124,63 manat maliyyə sanksiyası təklif olunmuşdur. Əlavə dəyər vergisinin 2013-cü il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 25284,04 manat olmuş, 25284,04 manat əlavə hesablanmış və 1264 2,02 manat maliyyə sanksiyası təklif olunmuş, cəmi büdcəyə ödənilməli ƏDV məbləği 76723 manat, əlavə hesablanma 76723 manat, təklif olunan maliyyə sanksiyası 38361,5 manat olmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 dekabr 2014-cü il tarixli, **********840127 nömrəli qərara əsasən, “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin 2013-cü il üzrə əlavə dəyər vergisi 10617,19 manat məbləğində azaldılmış, 10617,19 manat əlavə hesablanmış hesab edilərək 5308,60 manat məbləğində maliyyə sanksiyası, 2011-ci il üzrə əmlak vergisi 1018,56 manat məbləğində azaldılmış, 1018,59 manat əlavə hesablanmış hesab edilərək 509,28 manat məbləğində maliyyə sanksiyası, 2012-ci il üzrə əmlak vergisi 2701,74 manat azaldılmış, 2701,74 manat əlavə hesablanmış h esab edilərək 1350,87 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 2010-cu il üzrə sadələşdirilmiş vergi azaldılmışdır 833,16 manat, əlavə hesablanmışdır 833,16 manat, 2011-ci il üzrə sadələşdirilmiş vergi azaldılmışdır 1913,56 manat, əlavə hesablanmışdır 1714,07 manat, 2012-ci il üzrə sadələşdirilmiş vergi artıq hesablanmışdır 1417,88 manat, 2013-cü il üzrə sadələşdirilmiş vergi artıq hesablanmışdır 1910,46 manat, cəmi azaldılmışdır 17084,21 manat, artıq hesablanmışdır 3527,83 manat, əlavə hesablanmışdır 16884,72 manat, 7968,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir: 2011-ci il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 15189,70 manat olmuş, 15189,70 manat əlavə hesablanmış və 2895,96 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2012-ci il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 36249,26 manat olmuş, 36249,26 manat əlavə hesablanmış və 18124,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2013-cü il üzrə büdcəyə ödənilməli ƏDV məbləği 25284,04 manat olmuş, 25284,04 manat əlavə hesablanmış və 12642,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********618100 nömrəli tələbnaməyə əsasən, “İddiaçı” ASC-nin büdcəyə ödənilməli olan vəsaitin məbləği 131910,74 manat təşkil etmiş və həmin məbləğin 5 gün müddəti ndə yerli xəzinə orqanının hesabına ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2015-ci il tarixli, 11829 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis cəlb olunmuş və B.Əliyev tərəfindən “İddiaçı” ASC üzrə faktiki istehsal edilmiş bişmiş kərpic məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında kərpic məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin b elə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Vəsatətə cavab olaraq təqdim olunmuş mühasibat sənədləri nəzərə alındıqda isə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılmış əməliyyatlara görə 3038,64 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması və 665,52 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanması müəyyən edilir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xa hiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Digər prosessual hüquq normalarını yoxlayarkən məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilmiş maddənin tələblərinin tətbiqi onunla bağlıdır ki, işin hallarından göründü yü kimi, iddiaçı tərəfindən mübahisələndirilən qərarla onun 131910,74 manat məbləğində vergi borcunun olduğu müəyyən edilmişdir. Həmin vergi borcunun tərkib hissələri müxtəlif dövrləri əhatə etməklə müxtəlif vergi növlərini, maliyyə sanksiyaları və məbləğləri təşkil etmişdir. Lakin inzibati mübahisə üzrə icraat aparılan zaman iddiaçının idarə heyətinin sədri vəzifəsində işləyən Mehrac Qurbanov Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ona görə ittiham olunmuşdur ki, “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində işləyərkən cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyya tlar apararaq rəsmiləşdirmiş, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, 87340,19 manat məbləğində əlavə dəyər vergisini və 3720,30 manat məbləğində əmlak vergisini az, 781,11 manat məbləğində sadələşdirilmiş vergisini artıq hesablamaqla, ümumilikdə külli miqdar təşkil edən 90279,38 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli hökmü ilə M.Qurbanov CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 Saylı Ərazi Vergilər İdarəsinin mülki iddiasının qimən təmin edilməsi, 70.279 manat 38 qəpik məbləğində pulun M.Qurbanovdan tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göstərilmiş məhkəmə aktları ilə müqayisədə apellyasiya məhkəməsinin qərarı ilə müəyyən edilmiş vergi növləri, dövrləri və məbləğləri ilə bağlı işin halları müxtəlif olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş apellyasiya məhkəməsinə qaytarılmalıdır. Yeni apellyasiya baxışı zamanı hökmlə müəyyən edilmiş halların hazırki mübahisə üzrə nəzərə alınmasını məhkəmə kollegiyası yuxarıda istinad edilmiş Azərbaycan Respublikas ı İPM-nin 58.8-ci maddəsinin tələblərinə əsasən zəruri hesab edir. Belə ki, hökmlə müəyyən edilmiş cinayət hərəkətlərinin törədilməsində fiziki şəxs təqsirli bilinsə də, lakin hadisələrin olub-olmaması, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı hüquqi şəxs kimi iddiacı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarının pozulması halları öz təsdiqini tapdığından, hazırki məhkəmə inzibati mübahisəsi üzrə istinad edilmiş hökm preyudisial əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Lakin mübahisə ilə bağlı cavabdehin bildirdiy i dəlilləri və müvafiq olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş hökmdə müəyyən edilmiş hallara uyğun olaraq mübahisələndirilən qərara yenidən qiymətin verilməsi məqsədilə inzibati mübahisə üzrə araşdırma aparılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikasının Cavabdeh rəis müavini X1tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2016-cı il tarixli, 2-1(106)-103/2016 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver