Məhkəmə qərarları › İş №2-1(102)-1/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təsis sənədlərinə edilmiş dəyişikliyin və dövlət reyestrdən çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X6 Qeydiyyatı İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi) qarşı (üçüncü şəxslər: X8, X14) “"xxxx" Firmasının nizamnaməsində və təsis sənədlərində dəyişikliyin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-1(103)-168/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" firmasının xx.xx.1994-cü il tarixli təsis müqaviləsinə əsasən nizamnamə kapitalı 2.456.428 AZM təşkil etmiş və təsisçilərin nizamnamə kapitalındakı pay nisbəti X8 - 55%, 1.351.035 AZM, X13 - 25%, 614.107 AZM, X2 - 20%, 491.285 AZM kimi olmuşdur. 2. xx.xx.2011-ci il tarixli Auditor rəyinə əsasən firmanın nizamnamə kapitalı artırılaraq 2369774,27 AZN olmuş və təsisçilərin nizamnamə kapitalında pay nisbəti X8 - 99.996 %, 2369676.01 AZN, X2 - 0.004%, 98.26 AZN olmuşdur. 3. xx.xx.2012-ci il tarixdə "xxxx" firması tərəfindən firmanın təsisçi dəyişikliyi, nizamnamə kapitalının artırılması faktının qeydə alınması ilə bağlı Bakı şəhəri Vergilər Departamenti Kommersiya X6 qeydiyyatı idarəsinə müraciət olunmuşdur. Müraciət ərizəsinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən "xxxx" firmasının bütün əmlakının 25%-i naturada ayrılaraq X9 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixl i qərarına əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, ərizəyə X4 müəssisənin təsisçiliyindən çıxarılması barədə müvafiq qərar əlavə olunmuşdur.

4. X4 “Mayıllı’' firmasının təsisçiliyindən çıxarılması faktı, firmanın nizamnamə kapitalının artırılması və təsisçilərin nizamnamə kapitalında yeni pay nisbəti cavabdeh tərəfindən qeydə alınmış və 12 mart 2012-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

5. İddiaçı “Mayıllı’' firmasının nizamnaməsinə dəyişikliyin etibarsız hesab edilməsi və əvvəlki təsisçilik payının bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Bununla yanaşı, cavabdeh qeyd etmişdir ki, “Mayıllı’' firmasının reyestrdə qeydə alınmış faktlar ın sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı yanlış məlumat verilməsini təsdiq edən əlavə sənədlər, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim olunduqdan sonra həmin məsələyə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" firması təsisçilərinin 2012-ci il 13 fevral tarixli qərarının etibarsız hesab edilməsi, cavabdeh tərəfindən "xxxx" firmasının nizamnaməsinə edilmiş 2012-ci il 9 mart tarixli, ********** qeydiyyat saylı dəyişikliyin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən verilmiş 2012-ci il 12 mart tarixli, **********505500 saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, "xxxx" firması nizamnaməsinin və təsis müqaviləsinin ilkin qaydada bərpa edilərək təsisçi paylarının İddiaçı 20%, X13 25%, Əhmədov Saday oğlu 55% göstərməklə hər bir təsisçiyə ayrı-ayrılıqda çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü ildə 15145 saylı qeydiyyata alınmış "xxxx" firmasının 20% təsisçisi iddiaçı, 55% təsisçisi X8, 25% təsisçisi isə X10r. 2013-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, X8 digər təsisçilərə məlumat vermədən saxta protokol tərtib edərək, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X6 Qeydiyyat İdarəsinə müraciət edərək, "xxxx" firmasının sənədlərini saxtalaşdıraraq firmada olan onun və digər t əsisçi Əhmədov Əlinin payını azaldaraq, onun təsisçi payını 0,005%-ə, Əli Əhmədovun təsisçi payını 0,006%-ə endirmiş, öz payını isə 99,989%-ə qaldırmışdır. Vergilər Nazirliyinə qeydiyyatın ləğv edilməsi barədə rəsmi ərizə ilə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Qanunvericilikdə təsbit olunduğu kimi "xxxx" firmasının nizamnamə kapitalının artırılması və ya azaldılması, yenidənqurma işlərinin aparılması barədə ümumi yığıncaq keçirilməmiş, nə o, nə də Əli Əhmədov təsisçi kimi razılıq verməmişlər. 1994-1995-ci ilədək firmanın ümumi gəliri hesabına yenidənqurma işləri aparılmış, buna müvafiq xx.xx.1995-ci il tarixli, 108/V audit rəyi alınmışdır. xx.xx.2010-cu il tarixli audit rəyi isə saxta aktlar, saxta qaimələr əsasında verilmişdir. Firmanın depozitinə isə Saday Əhmədov tərəfind ən pul ödənişi isə tamamilə yalandır. Saday Əhmədov öz imzası və möhürü ilə saxta mədaxil qəbzləri tərtib edərək firmanın vəsaitlər dəyərinin 2.343.348.6 manat təşkil etdiyini göstərmişdir. Mədaxil olunan külli miqdarda pulun kim tərəfindən qəbul edilməsi, haraya sərf edilməsi və dövriyyə cədvəlinə mədaxil olmaması Vergilər Nazirliyinə təqdim olunmuş sənədlərdə öz əksini tapmamışdır. Həqiqətdə isə həmin məbləğdə pul nəinki Saday Əhmədov tərəfindən verilməmişdir, həmin məbləğdə pul ümumiyyətlə firmaya daxil olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli 21(81)-137/2014 nömrəli qərarı ilə iddia təmin edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 dekabr 2014-cü il tarixli 2-1(81)137/2014 n ömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli 21(81)-137/2014 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir.

10. Bundan sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən "xxxx" firmasının nizamnaməsində və təsis sənədlərində edilmiş 9 mart 2012-ci il tarixli ********** saylı dəyişikliyin və onun əsasında verilmiş 12 mart 2012-ci il tarixli **********505500 saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 21(81)-5/2018 nömrəli qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, cavabdeh tərəfindən "xxxx" firmasının nizamnaməsində və təsis sənədlərində edilmiş 9 mart 2012-ci il tarixli ********** saylı dəyişikliyin və onun əsasında verilmiş 12 mart 2012-ci il tarixli **********505500 saylı dövlət reyestrindən çıxarış ləğv edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, nizamnamə kapitalının artırılması qanunvericiliyinin tələblərinə riayət olunmadan həyata keçirildiyindən, həmçinin verilmiş auditor rəylərinin etibarsız olması artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müəyyən edildiyindən iddiaçı tələbində haqlıdır.

13. Üçüncü şəxs X8 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 14 fevral 2019-cu il tarixli 2-1(103)-168/2019 nömrəli qərarı ilə (hakimlər: V.Baxışova – sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi ki, iddiaçı "xxxx" firmasının nizamnamə kapitalının və təsisçilərin pay nisbətinin dəyişdirilməsi ilə bağlı xx.xx.2012ci il tarixli təsisçilərin qərarın saxta olduğunu qeyd etsə də, onun tərəfindən həmin qərar mübahisələndirilməmişdir və hazırda bu qərarın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə məhkəmə qərarı yoxdur, iddia ərizəsində hüquqi şəxsin qeydiyyat məlumatlarında dəyişikliyin həyata keçirilməsi üçün inzibati orqana təqdim edilmiş sənədlərin digər təsisçi tərə findən saxtalaşdırıldığı qeyd edilsə də işə apellyasiya qaydasında baxılarkən iddiaçı xx.xx.2012-ci il tarixli təsisçilərin qərarının onun tərəfindən imzalandığını təsdiq etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 90-ci maddəsi məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalının formalaşdırılması, artırılıb-azaldılması qaydalarını tənzimlədiyindən təşkilati hüquqi forması “kiçik müəssisə” olan "xxxx" firmasına münasibətdə tətbiq oluna bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, "xxxx" firmasının nizamnaməsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalı və təsis sənədlərində dəyişiklik edilməsi üçün tələb edilən yeganə sənəd təsisçilərin qərarı (protokolu) olduğ undan "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli, "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli, sərbəst auditor Ç.Abbasovun xx.xx.2010-cu il tarixli, “PR-VAM X1” MMC-nin xx.xx.2014-cü il tarixli audit rəylərinin etibarsız hesab edilməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2 (102)-2728/18 saylı qərarından görünür ki, qeyd edilən auditor rəyləri firmanın ilkin mühasibat sənədlərinə istinad edilmədən yalnız “AZEL İŞ” LTD-nin xx.xx.2007-ci il tarixdə tərtib edilmiş aktına əsasən tərtib edildiyi, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədiyi üçün məhkəmələr tərəfindən etibarsız sayılmışdır. Belə olan halda hüquqi şəxs onun maliyyə vəz iyyətinin yoxlanılması üçün yeni auditor yoxlaması təyin etmək hüququna malik olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" firması tərəfindən yeni audit yoxlaması təyin edilmiş, “X7” MMC-nin xx.xx.2018-ci il tarixli 805 saylı auditor rəyi ilə firmanın nizamnamə kapitalının hər biri 10 manat olmaqla 236977,4 paydan ibarət olduğu, təsisçi İddiaçıovun 0,004 %, digər təsisçi S.Əhmədovun 99,996 % payı olduğu müəyyən edilmişdir. Bu rəy cavabdeh orqana firmanın qeydiyyat qovluğuna əlavə edilməsi üçün təqdim edilmiş, cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə yeni rəyin hüquqi şəxsin qeydiyyat qovluğuna əlavə edildiyi barədə "xxxx" firmasına rəsmi məlumat göndərilmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilmə si barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfindən “Mayılli” firmasının nizamnaməsinə edilmiş 9 mart 2012-ci il tarixli ********** nömrəli dəyişikliyə əsas olmuş və Saday Əhmədov tərəfindən təqdim edilmiş iki sənədin biri, auditor rəyi məhkəmə tərəfindən etibarsız sayılmış, digər sənəd, təsisçilərin 13 fevral 2012-ci il tarixli qərarında qeyd olunanlar dörd məhkəmə qərardadı ilə təkzib olunur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏKİ İCRAAT

21. İddiaçı 27 iyun 2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət edərək 3 iyul 2019-cu il tarixə təyin edilmiş işin baxılmasını qeyri müəyyən vaxta təxirə alınmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə üçüncü şəxs, "xxxx" firmasının təsisçiliyindən saxtakarlıqla çıxarılmış X4 hüquqi varisləri X14 və X5, "xxxx" firması təsisçiləri X8 və İddiaçı qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə "xxxx" firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsi və Nizamnamə kapitalındakı 25 faiz payın geri qaytarılmasına dair“ iddia tələbi ilə müraciət etmişlər. İddia ərizəsi icraata qəbul olunmuş və xx.xx.2019-cu il tarixə saat 12:35-də hazırlıq icrasının keçiriləcəyinə dair bildirişlər çatdırılmışdır. X14 və X3 iddia tələbləri təmin olunsa iddiaçının id diasının mahiyyətini kökündən dəyişəcəkdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 3 iyul 2019-cu il tarixli, 2-1(102)-2154/19 nömrəli qərardadı ilə iddiaçının işin baxılmasının qeyri-müəyyən vaxta təxirə salınmasına dair ərizəsi təmin edilməmiş, iş üzrə icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan - iddiaçılar X11 və X3 cavabdehlər X8 və İddiaçı qarşı “"xxxx" firması təsisçilərinin 2012-ci il 13 fevral tarixli qərarının etibarsız hesab edilməsi və s. tələbləri barədə” mülki iş üzrə icraat başa çatanadək dayandırılmışdır.

23. İddiaçı 18 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək hazırkı iş üzrə icraatın təzələnməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin in icraatında olan iddiaçılar X11 və X3 cavabdehlər X8 və İddiaçı qarşı “"xxxx" firması təsisçilərinin 2012-ci il 13 fevral tarixli qərarının etibarsız hesab edilməsi və s. tələbləri barədə” mülki iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnamə qəbul edilmiş, qətnamə 18 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almış, həmin iş üzrə icraat başa çatmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(102)-1/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: X8, X14) “"xxxx" Firmasının nizamnaməsində və təsis sənədlərində dəyişikliyin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələblərinə dair inzibati iş üzrə icraat təzələnmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Pr osessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsin in qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. İş materiallarından görünür ki, (İ cild, iş v. 29) Bakı şəhəri Vergilər Departamenti Kommersiya X6 qeydiyyatı idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 21 sentyabr 2013-cü il tarixli, **********004600 nömrəli məktubda qeyd edilmişdir ki, “"xxxx" firmasının reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı yanlış məlumat verilməsini təsdiq edən əlavə sənədlər, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim olunduqdan sonra həmin məsələyə yenidən baxıla bilər”.

30. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(006)-33/2022 nömrəli qə tnaməsi ilə "xxxx" firmasının təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı etibarsız hesab edilmiş, qətnamə 18 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. 31.Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müraciətə yenidən baxılmasının əsası kimi “Mayıllı’' firmasının reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı yanlış məlumat verilməsini təsdiq edən əlavə sənədlərin, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin təqdim olunmasını təklif etdiyindən və hazırkı halda Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" firmasının təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı etibarsız hesab edildiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının müraciətinə bu qərarda göstərilənlər nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-ci il tarixli, 2-1(103)-168/2019 nömrəli qərarı ləğv edilir. İddia qismən təmin edilir. Cavabdehin üzərinə iddiaçının ““Mayıllı’' firmasının nizamnaməsinə dəyişikliyin etibarsız hesab edilməsi və əvvəlki təsisçilik payının bərpa edilməsi” barədə müraciətinə bu qərarda göstərilənlər nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulur. İddia qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar