Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus 0,64 hektar torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak komp leksinin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, bunun nəticəsində dəymiş ziyanın ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-122/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1991-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Bakı şəhəri, Mətbuat prospekti 29-dur. xx.xx.2004-cü il tarixdə isə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2. 21.10.2005-ci il tarixdə Ədliyyə Nazirliyində yenidən dövlət qeydiyyatına alınmış iddiaçının nizamnaməsinin 1.2-ci bəndinə dəyişiklik edilərək qeyd edilmişdir ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi 1960-cı ildə təsis edilmiş, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 453 nömrəli qərarı ilə Nizamnaməsi təsdiq edilmiş Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti İctimai Birliyinin və xx.xx.1991-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri İttifaqı”nın hüquq varisidir.
3. Bakı şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 956 nömrəli protokolundan çıxarışdan görünür ki, Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti İctimai Birliyinin müraciəti təmin olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli, 21/1132 nömrəli qərarı əsasında Qubkin adına Yaşıllaşdırma İnstitutuna ayrılm ış indiki Bakı şəhəri, Yasamal rayonu (Oktyabr), 3141-ci məhəllə, Mətbuat prospekti (əvvəlki B.Avakyan küçəsi) 29 ünvanında yerləşən torpaq sahəsindən 0,5 hektar “Ovçular evi”nin tikintisi üçün ayrılmışdır.
4. Bakı şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1966-cı il tarixli, 40/1986 nömrəli qərarından çıxarışdan görünür ki, Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti İctimai Birliyinin müraciəti əsasında indiki Bakı şəhəri, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti (əvvəlki B.Avakyan küçəsi) 29 ünvanında yerləşən torpaq sahəsindən 0,14 hektar “Ovçular evi”nin tikintisi üçün ayrılmışdır.
5. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2014-cü il tarixli, 011-78 nömrəli müraciəti və “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin xx.xx.2015-ci il tarixli, 22 nömrəli razılığı nəzərə alınaraq, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 636-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 71 nömrəli sərəncamı ilə Milli Məclis əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsi Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 22/956 nömrəli və xx.xx.1966-cı il tarixli, 40/1986 nömrəli qərarları ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmi yyəti” İctimai Birliyinə Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanında ayrılmış torpaq sahəsi ilə əvəzləşdirilmiş və həmin ərazidə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Milli Məclisə icazə verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 71 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.
6. Bundan sonra ərazidə yuxarıda adı çəkilən sərəncamın icrası ilə bağlı yeni bina inşa edilənədək və ya iddiaçı üçün torpaq sahəsi ayrılıb, yeni ofis binasının inşası tamamlana kimi iddiaçının ofisinin yerləşdirilməsi məsələlərinin həlli gedişatında xəbərdarlıq edilmədən, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət olunmadan cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak dağıdılmış, ərazidə aparılan söküntü və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olmuşdur.
7. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanında Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncamının ləğv edilməsi və həmin ərazidə yeni park kompleksinin salınmasına dair xx.xx.2017-ci il tarixli, 164 nömrəli sərəncam qəbul edilmişdir.
8. İddiaçı ona kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
9. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtin a etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mətbuat prospekti 29 ünvanında yerləşən inzibati bina və ona bitişik yardımçı tikililər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmədiyi üçün iddiaçının kompensassiya ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus 0,64 hektar torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, bunun nəticəsində dəymiş ziyanın əvəzi olaraq 13200000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması və iddiaçının Yasamal r ayonu ərazisində 0,64 hektar torpaq sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi 1960-cı ildə təsis edilmiş “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinin və xx.xx.1991-ci il tarixdə, 97 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətləri İttifaqı”nın hüquq varisidir. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi və ətrafındakı tikililər iddiaçıya məxsusdur. Həmin tikililərin yerləşdiyi 0,64 hektar torpaq sahəsi qanuni əsaslarla bundan 50 il əvvəl ayrılmışdır və bu müddət ərzind ə iddiaçı həmin əmlaklara etirazsız sahiblik etmişdir. Qeyd olunan ünvanda iddiaçının ofis inzibati binası, mağazası, anbarları, yeməkxana və kafesi, istirahət guşəsi, avtomobil qarajları və s. xidməti otaqları yerləşmişdi. 2015-ci ilin əvvəllərində cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, iddiaçıya məxsus adı çəkilən ərazidə Milli Məclisin işçiləri üçün yaşayış binası tikilməsi nəzərdə tutulur və iddiaçıya məxsus əmlak əvəzində iddiaçının istəyinə uyğun tikilən binadan, ya da başqa ərazidə eyni oxşar yerin verilməsi təmin ediləcəkdir. İddiaçı da bu əsasdan razılığını bildirmişdir. Bununla bağlı cavabdehin xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncamı da olmuş və qeyd olunan sərəncamın icrası ilə bağlı, həmin ərazidə yeni bina inşa edilənədək və ya iddiaçı üçün torpaq sahəsi ayrı lıb, yeni ofis binasının inşası tamamlana kimi iddiaçının ofisinin yerləşdirilməsi məsələlərinin həlli gedişatında xəbərdarlıq edilmədən cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak bir günün içində dağıdılmış, hətta ofis ləvazimatlarının və arxivin daşınmasına belə imkan verilməmişdir. Tikililərin yerləşdiyi ərazi isə dövlət ehtiyacları üçün götürülərək yerində park salınmışdır. Cavabdeh tərəfindən dağıdılmış inzibati ofis binası və yardımçı tikililərin hazırkı bazar qiyməti və ya eyni tikilinin yenidən inşası ilə bağlı iddiaçıya başa gələcək xərclərin dəyəri minimum 13200000 manat məbləğindədir. Göründüyü kimi, cavabdeh tərəfindən bina və qurğular mülkiyyətçi olaraq iddiaçının iradəsinə zidd sökülüb viran edilmiş, tikililərin yerləşdiyi 0,64 hektar torpaq sahəsi isə dövlət ehtiyacları üç ün götürülmüşdür. Mülkiyyət hüququnun qorunmasına dövlət tərəfindən təminat verilir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan heç bir halda mülkiyyətçinin iradəsinə zidd, onun mülkiyyətində olan əmlakına müdaxilə edilə bilməz. Dövlət ehtiyacları üçün alınması mütləq olan əmlaklar isə əvəzi tam şəkildə ödənilməklə alına bilər. İddiaçının əlindən alınmış əmlakın əvəzinin ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilmiş, lakin hər dəfə bir bəhanə gətirilməklə, bununla bağlı heç bir qanuni tədbir görülməmişdir. Dəymiş ziyanın məbləğinin minimum həcmində, yəni sökülən əmlakların dəyəri 13200000 manat və 0,64 hektar torpaq sahəsinin dəyəri olan ******* manat və ya əvəzində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan Bakı şəhərində bərabər ərazidə torpaq sahəsi və ya qeyri-ya şayış sahəsinin verilməsi cavabdehə təklif edilmişdir. Bu barədə yazılı müraciətə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə imtina məktubu verildiyindən, nəticəsi olmamışdır.
12. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin xx.xx.2014-cü il tarixli, 01-1-78 nömrəli müraciəti və “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin xx.xx.2015-ci il tarixli, 22 nömrəli razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanında yalnız layihələndirmə üçün əsas olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncamı ilə Milli Məclisin əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsinə ica zə verilmiş və həmin sərəncamın layihələndirmə işləri tam başa çatdıqdan sonra sözügedən obyektin tikintisinə icazənin və tikinti işləri başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsinə təqdim edilməsi sifarişçiyə tapşırılmışdır. Lakin buna baxmayaraq, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət edilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin sökülməsi və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olduğundan, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncamı xx.xx.2017-ci il tarixli, 164 nömrəli sərəncamla ləğv edilərək, həmin ərazidə yeni park kompleksinin salınmasına icazə verilmişdir. Eyni zamanda, hesab edilir ki, iddia tələbinə bilavasitə aidiyyəti olan Milli Məclisin İşlər İdarəsi cavabdeh kimi işə cəlb olunmalıdır. Ona görə ki, həmin ərazidə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin sökülməsi Milli Məclisin İşlər İdarəsinin göstərişinə əsasən aparılmışdır. Qeyd edilən ünvan üzrə Bakı şəhər İcra Hakimiyyəti hər hansı inzibati akt qəbul etməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin Bakı şəhəri, Mətbuat prospekti 29 ünvanında yerləşən inzibati binasının və ona bitişik yardımçı tikililərin sökülməsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmad ığından iddianın rədd olunması barədə qərar qəbul olunması xahiş edilmişdir.
13. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyini, xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC-ni iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir.
14. Üçüncü şəxs "xxxx" MMC-nin iddiaya münasibətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanında yerləşən ümumilikdə 70 hektar torpaq sahəsi ayrılmışdır və adı çəkilən binanın layihələndi rilməsi və inşası podratçı olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. Qeyd olunan 70 hektar torpaq sahəsinin 0,64 hektar hissəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxsus olmuşdur. Ona görə də sərəncama qədər həmin torpaq sahəsi və orada yerləşən binanın əvəzinin ödənilməsi şərtləri qabaqcadan Milli Məclis, "xxxx" MMC ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi arasında razılaşdırılmış və bu barədə tərəflər arasında üç tərəfli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Milli Məclisi, "xxxx" MMC ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi arasında xx.xx.2014-cü il tarixdə bağlanmış podrat müqaviləsinin 1.2-ci bəndinə əsasən - podratçı olaraq "xxxx" MMC həmin torpaq sahəsin in müqabilində adı keçən torpaq sahəsində inşa ediləcək yaşayış binasının 1-ci və 2-ci mərtəbəsindən 2500 kv.metr qeyri-yaşayış sahəsini əlavə dəyər ödənilmədən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə təhvil verməli, bundan başqa tikintinin davam etdiyi 2 ildən artıq olmayan müddət ərzində İctimai Birliyi öz vəsaiti hesabına münasib icarə sahəsi ilə təmin etməli və hər ay ona ən azı 5000 manat kompensasiya ödəməlidir. Tərəflər arasında qeyd olunan razılaşmadan sonra Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilməsi üçün “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən ona məxsus ərazidə Milli Məclis üçün tikiləcək yaşayış binasının layihələndirilməsi və tikintisinə razılıq məktubu alınmışdır. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2015- ci il tarixli, 110 nömrəli sərəncam vermişdir. Sərəncamdan sonra "xxxx" MMC həmin ərazidə inşaat və layihələndirmə işlərinin aparılmasına hazırlıq işlərinin həyata keçirilməsinə başlamış, ilk növbədə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarının yerləşdirilməsi üçün münasib ofis sahəsini tapmış və təmirə başlamışdır. Eyni zamanda, ərazidə mövcud kommunikasiya xətlərinin tikintinin aparıldığı ərazidən kənara çıxarılması üçün digər şəxslə subpodrat müqaviləsi bağlanılmışdır. Həmin ərazidə işə başlanılmasının 3-cü günü Bakı şəhər İcra Hakimiyyətindən işin dayandırılması tələb edilmiş, səbəbi də ərazidə ağac kəsilməsindən Ekologiya İdarəsinin şikayətçi olduğu bildirilmişdir. Həmin tələblə bağlı da ərazidə tikintiyə hazırlıq işləri dayandırılmışdır. İki gündən s onra da subpodratçı AR CM-in 259-cu maddəsi ilə təqsirli bilinib həbs edilmiş, eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 164 nömrəli sərəncamı ilə tikintiyə dair sözügedən xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncam ləğv edilmişdir. Tikintiyə hazırlıq işləri qısa müddət davam etdiyindən, yeni ofis sahəsinin hazırlanması başa çatmadığından, iddiaçı həmin sahədə özünə məxsus 2 mərtəbəli binada qalmışdır. Milli Məclisin İşlər İdarəsi ilə məsələni yoluna qoymağa çalışmış və bu tərəfdən də cinayət işinin istintaqı ilə əlaqədar məşğul olmuşlar. Bakı şəhər İcra Hakimiyyəti həmin əraziyə texnika tökərək, iddiaçıya məxsus binanı dağıtmışdır. Əraziyə gələndə artıq binanın 2-ci mərtəbəsi dağıdılmışdı. Birinci mərtəbəsi də dağıntıların altında qalmışdı. Məlum ol muşdur ki, söküntü işinə axşamdan başlanmış, səhər tezdən də işə gəlmiş iddiaçının işçiləri binaya daxil ola bilməmişdi. İşçilər dağıntının qarşısını almaq istədikdə, mübahisə baş vermişdi. Mübahisə yerinə polislər, daha sonra da Bakı şəhər İcra Hakimiyyəti başçısı gəlmiş və sökülmüş binaya görə kompensasiyanın verilməsi üçün də lazımlı tədbirlər görüləcəyini bildirmişdir. Həqiqətən də həmin ərazidə sonradan park salındı, lakin sökülmüş binaya görə iddiaçıya vəd edilmiş kompensasiyanın verilməsi isə təmin edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş binanın əvəzində "xxxx" MMC tərəfindən tikiləcək binanın 1-ci və 2-ci qeyri-yaşayış mərtəbələrindən iddiaçıya verilməsi şərtləşdirilmiş 2500 kv.metr qeyriyaşayış (ofis) sahəsinin hazırda bazar dəyəri (təmirsiz vəziyyətdə) minim um 12500000 manat məbləğindədir. Halbuki, həmin sahənin onlara təmirli və istismara tam şəkildə hazır vəziyyətdə verilməsi razılaşdırılmışdır. Bundan başqa, tikintinin aparıldığı 2 il müddətində, "xxxx" MMC-nin vəsaiti hesabına onların uyğun ofis sahəsi ilə təmin edilməsi, eyni zamanda, biznesdən (mağaza, kafe, anbar və s.) əldən çıxmış gəlirin əvəzi olaraq ayda minimum 5000 manat hesabı ilə 120000 manat verilməsi təmin ediləcək idi. Göründüyü kimi, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamın ləğv edilməsi, özgəsinə məxsus əmlakın dağıdılması ilə bağlı hərəkətlərinin iddiaçıya hansı ziyanların vurulması ilə nəticələndiyi göz qabağındadır. Bu baxımdan da, müqavilə tərəfi olaraq "xxxx" MMC hesab edir ki, iddiaçı cavabdehə qarşı iddiasında haqlıdır.
15. Bakı İnzibati Məhkəməs inin (hakim: Fərid Mədətli) 16 fevral 2021-ci il tarixli, 21(112)-36/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında sözügedən mübahisə predmeti olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin, o cümlədən ofis inzibati binasının, mağazanın, anbarların, yeməkxana və kafenin, istirahət guşəsinin, avtomobil qarajlarının və s. xidməti otaqlarının yerləşdiyi torpaq sahəsinə dair iddiaçının müvafiq hüquqmüəyyənedici sənədinin olmasının müəyyən edilməməsinə, qeyd olunan tikililərin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinin işin araşdırılan halları ilə müəyyən edilməməsinə, iddiaçı tərəfindən qeyd olunan əmlakların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən və ya onun səlahiyyətli şəx slərinin tapşırığı əsasında dağıdılmasını təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsinə, beləliklə, söküntü işlərinin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmasının müəyyən edilməməsinə istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir.
17. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
18. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanında 0,64 hektar torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sahəsinin işdə olan izahedici məktub və çertyojlara, həmçinin smeta materiallar ına, eləcə də apellyasiya baxışı zamanı təqdim edilmiş fotoşəkillərə əsasən neçə kvadrat metr təşkil etməsi, həmçinin sahəsi müəyyən olunan əmlak kompleksinin hazırkı dövrə bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyində qeyd edilmişdir ki, ümumi sahəsi 2000 kv.metr olan əmlak kompleksinin xx.xx.2021-ci il tarixə olan bazar qiyməti ******* manat müəyyən edilmişdir.
20. Rəy verilərkən qiymətləndirmə məhkəmə qərardadında qeyd olunan meyarlar nəzərə alınmaqla aparılmadığından və nəticədə qoyulmuş suala tam cavab verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardad ı ilə iddiaçının balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 hektar torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət sahəsi 2000 kv.metr olan əmlak kompleksinin hazırkı bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 21. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyində qeyd edilmişdir ki, ümumi sahəsi 2000 kv.metr olan əmlak kompleksinin xx.xx.2022-ci il tarixə bazar qiyməti ******* manat və likvid dəyəri ******* manat məbləğində müəyyən olunmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində statusları ləğv olunmuşdur.
23. Həmçinin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin “Yasamal rayonu ərazisində 0,64 hektar torpaq sahəsi ilə təmin edilmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” ilə bağlı hissəsində iş üzrə icraata həmin tələbdən imtina olunduğu üçün xitam verilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Aytən Oruczadə) 23 noyabr 2022ci il tarixli, 2-1(103)-122/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul ed ilərək iddia qismən təmin edilmiş, iddiaçıya məxsus 3 mərtəbəli inzibati ofis binasının və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz sayılması və həmin qanunsuz hərəkətlər nəticəsində dəymiş ziyanın əvəzi olaraq ******* manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində ona məxsus əmlak kompleksinin dağıdılması və söküntü işləri məhz Bakı şəhər İcra Hakimiyyətinin “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncamının icrası ilə bağlı aparılmışdır, hansı ki, həmin sərəncam da sonradan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 164 nömrəli sərəncamı ilə ləğv edilmişdir. İddiaçının qanuni istifadəsində olan 0,64 hektar torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış sahəsindən ibarət əmlak kompleksi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlakın o dövrdə (söküntünün aparıldığı dövrdə) mövcudluğu və iddiaçının da həmin əmlaka sahiblik, istifadə hüququnun olduğu, bununla bağlı sözügedən əmlakın onun adına rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq “qanuni gözlənti” hüququnun olduğu mübahisəsizdir və bu hallar iş materialları ilə də tam təsdiq olunur.
26. Nəzərə almaq lazımdır ki, Bakı ş əhər İcra Hakimiyyəti tərəfindən vaxtilə verilmiş xx.xx.2015-ci il tarixli, 110 nömrəli sərəncam sonradan inzibati orqanın qəbul etdiyi digər – xx.xx.2017-ci il tarixli, 164 nömrəli sərəncam ilə ləğv olunsa da, nəticədə iddiaçıya məxsus əmlak kompleksi məhv edilmiş, iddiaçının həm əmlakı, həm də torpaq sahəsi ilə bağlı hüquqları qeyri-müəyyən qalmış, keçən müddət ərzində isə o, nə torpaq sahəsi, nə də əmlakı ilə bağlı hüquqlarından istifadə edə, fəaliyyətini isə realizə edə bilməmişdir. Məhkəmə kollegiyası qiymətləndirici şirkət – "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş qiymətləndirmə rəyindəki ümumi sahəsi 2000 kv.metr olan əmlak kompleksinin xx.xx.2022-ci il tarixə bazar qiymətinin ******* manat və likvid dəyərinin ******* manat məbləğində müəyyən olunmasını həddən artıq yüksək qiymət kimi qəbul edir və bu zaman nəzərə alır ki, iddiaçıya məxsus əmlak kompleksinə görə kompensasiya hesablanan zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.metrinin 1500 manatdan hesablanması üsulu tətbiq edilir. Ona görə də məhkəmə kollegiyası mövcud inzibati praktikaya əsasən iddiaçıya məxsus olmuş və sökülmüş əmlak kompleksinin (2000 kv.metr) hər kv.metrinə görə 1500 manatla bütün kompensasiya növlərinin ehtiva olunduğunu nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanında yerləşən 0,64 hektar torpaq sahəsində yerləşən 3 mərtəbəli 2000 kv.metr sahəsi olan əmlak kompleksinə görə hər kv.metri üçün 1500 manatdan olmaqla, ******* manat (2000 x 1500 = ******* manat) kompensasi yanın ödənilməsini daha ədalətli və məqsədəmüvafiq hesab etmişdir.
27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
28. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazına uyğun əsaslandırılmışdır. Şikayətdə qeyd edilmişdir ki, iddiaçının mübahisəli binaya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və eləcə də, iddiaçı bununla əlaqədar olaraq qeydiyyat orqanına ümumiyyətlə müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin “əmlakın iddiaçının adına rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanuni gözlənti” hüququnun olduğu” qənaəti ilə o zaman razılaşmaq mümkün olardı ki, iddiaçı bununla əlaq ədar olaraq qeydiyyat orqanına müraciət etmiş olardı. Hazırda qüvvədə olan mülki qanunvericiliyin müddəalarının imperativ tələbindən də məlum olur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan əşya hüquqları dövlət tərəfindən müdafiə olunmur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlə t ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əml aka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi (maddə 560.3.1.); şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zər ərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnı z qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına m əlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarı: “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna gö rə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən, torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, form al baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
38. Şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunve riciliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Bununla belə, məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Bu qərarın 30-31-ci bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
44. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
45. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qanuni istifadəsində olan 0,64 hektar torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış sahəsindən ibarət əmlak kompleksi üzərində mülkiyyət hüquqları daşınmaz əmla kın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlakın o dövrdə (söküntünün aparıldığı dövrdə) mövcudluğu və iddiaçının da həmin əmlaka sahiblik və istifadə hüququnun, bununla bağlı sözügedən əmlakın onun adına rəsmiləşdirilməsinə münasibətdə müvafiq qanuni gözləntilərinin olduğu mübahisəsizdir və bu hallar iş materialları ilə də tam təsdiq olunur. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə həm torpaq sahəsinin, həm də onun üzərində yerləşən əmlak kompleksinin iddiaçının qanuni istifadəsində olduğu işin mübahisəsiz halıdır.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun q eydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən, torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.”
47. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə yə münasibətdə də iddiaçının bu qanuni gözləntiləri qorunmağa layiqdir və bunu istisna edən hər hansı hal iş üzrə materiallardan görünmür.
48. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
49. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, bu qərarın 31-ci bəndində istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
50. Bu qərarın 32-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətl əri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
51. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
52. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və bu qərarın 51-ci bə ndində qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.
53. Qanunvericinin bu qərarın 32-ci bəndində istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.
54. Məhkəmə kollegiyası eyni zamanda ha zırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini bazar qiymətinə uyğun və ədalətli hesab edir. Cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sökülməsi belə ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.
55. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaql a perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu qeyri-yaşayış sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Mənəvi zərər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir.
56. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanma dığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 21(103)-122/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.