Məhkəmə qərarları › İş №2-1(102)-10/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-10/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-10/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi hesablanması barədə qərarın ləğv Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-cu il tarixli vergiləri n hesablanması barədə qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-257/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən 04.07.2019-cu il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla **********7883 saylı X1 kənarlaşma aşkar olunduğu bildirilib. İddiaçıdan 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin tə qdim edilməsini tələb edilmişdir.

2. Cavabdeh tərəfindən 12 sentyabr 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmiş və may 2019-cu il üçün 24.472,97 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 4 oktyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-cu il tarixli vergilərin hesablanması barədə qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iq tisadi fəaliyyətlə məşğul olur. Cavabdeh tərəfindən MMC-yə 22.08.2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla **********7883 saylı X1 kənarlaşma aşkar olunduğu bildirilib. İddiaçı müəyyən edilmiş 5 gün müddəti ötürmədən 26.08.2019-cu il tarixində tələb edilən sənədləri 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan tələb edilən bütün lazımi sənədləri vaxtında təqdim etmələrinə baxmayaraq, vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Həmçinin Vergi Məcəlləsinə əsasən, malların idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Gömrük ödənişi 7 may 2019-cu il tarixdə ödə nilməsinə baxmayaraq, vergi orqanı tərəfindən nəzərə alınmamış və qanunsuz qərar qəbul edilmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. Cavabdeh heç bir hüquqi əsas olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olması, qərarın qəbul edilməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilə bilməyəcəkdir. İddianın qanuni və əsaslı olması iddia ərizəsinə əlavə edilən və iş materiallarında mövcud olan mötəbər sübutlarla (sənədlərlə), yəni (YGB, bank ödənişi, İNVOİCE, cavab məktubunun təsdiq edilmiş surətləri) tam və qəti təsdiq olunur. Belə ki, **********7883 saylı X5 06 may 2019-cu il tarixdə müvafiq gömrük orqanına bəyan edilmiş və həmin gömrük orqanı tərəfindən 30.07.2019-cu il tarixdə buraxılmışdır. Həmin Bəyannaməyə İNVOİCE sənədi və 35.032,2 7 AZN məbləğində pulun ödənilməsinə dair 7 may 2019-cu il tarixli “Ödəniş Tapşırığı 03” adlı maliyyə sənədi əlavə edilmişdir. Qeyd edilən sənədlər mötəbər sübutlar olmaqla cavabdeh tərəfindən **********7883 saylı X1 kənarlaşma olmasının müəyyən edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir.

5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi **********7883 nömrəli X5nin nömrəsində kənarlaşma aşkar edilmişdir. İddiaçıya ünvanlanmış 04.07.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Verg ilərin hesablanması barədə” 12.09.2019-cu il tarixli qərara əsasən 24.472,97 manat əlavə vergi məbləği hesablanmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3, 2-1(118)-197/2020 saylı iş) 30 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyd etdiklərinə əsasən Vergi Məcəlləsinə görə idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən görünür ki, 7 may 2019-cu il tarixdə gömrük ödənişləri ödənilmişdir. Məhkəməyə Dövlət Gömrük Komitəsindən daxil olmuş məktubda isə qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən iddiaçının adına **********7883 sorğu nömrəli gömrük bəyannaməsi 06.05.2019-cu il tarixdə qeydiyyata alınmış, 30.07.2019-cu il tarixdə buraxılmışdı r.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə iddiaçının adına 06.05.2019-cu il tarixdə qeydiyyata alınmış, 30.07.2019-cu il tarixdə buraxılmış **********7883 nömrəli gömrük bəyannaməsi üzrə yüklərin ölkəyə hansı tarixdə idxal edilməsi, gömrük ödənişinin hansı sənəd üzrə, hansı tarixdə, məbləğdə və hara göndərilməsi barədə məlumatların məhkəməyə təqdim olunması barədə sorğu məktubu göndərilmişdir.

10. Sorğuya əsasən məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, 05.05.2019-cu il tarixində Çin Xalq Respublikasından iddiaçının ünvanına 01.09.2019-cu il tarixli, 066 saylı i nvoys üzrə daxil olmuş yük, 06.05.2019-cu il tarixli **********7883 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək, həmin İnvoys əsasında 35829.11 AZN gömrük ödənişləri hesablanmış və iddiaçı tərəfindən 29.07.2019-cu il tarixində dövlət büdcəsinə köçürülmüşdür. Məktuba əlavə edilmiş X6 vasitəsilə daxil olunmuş onlayn ödənişlərdən görünür ki, gömrük bəyannaməsi ilə ödənilməli olan 35829.11 manat 07.05.2019-29.07.2019-cu il intervalında iddiaçı tərəfindən ödənilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X2 və X7, 2-1(105)-257/2021 saylı iş) 12 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qə rarını dəyişdirmədən saxlamışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Vergi Məcəlləsinin 170-ci maddəsinə əsasən gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Gömrük orqanının məktubundan göründüyü kimi, gömrük ödənişləri 29.07.2019-cu il tarixində iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.

13. İddiaçı 4 avqust 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasi ya şikayətinin dəlilləri

14. Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin irəli sürdüyü dəlil qanunsuz və əsassızdır və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, qeyd edilən gömrük bəyannaməsi ilə ödənilməli olan 35.829,11 manat 07.05.2019-29.07.2019-cu il intervalında deyil, cəmi iki tarixdə07.05.2019-eu il tarixində 7 dəfə (4249.49 manat; 5690.30 manat; 64.80 manat; 10 manat; 24025.53 manat; 360 manat; 600 manat) olmaqla cəmi 35000.12 manat; 29 iyul 2019-cu il tarixdə isə 5 dəfə (10.80 manat, 7.75 manat; 303 manat; 447.44 manat; 60 manat) olmaqla cəmi 828.99 manat gömrük ödənişləri edilmişdir. Göründüyü kimi, qeyd edilən gömrük bəyannaməsi ilə ödənilməli olan 35829.11 manatın 35000.12 manat məbləğində olan hissəsi (97- 98 faizi) 07 may 2019-cu il tarixdə artıq ödənilmişdir və həmin bəyannamə üzrə mallar 06 may 2019-cu il tarixli YGB ilə rəsmiləşdirilmişdir. Bu da onu təsdiq edir ki, məhkəmələr tərəfindən qeyd edilən YGB üzrə ödənilməli olan gömrük ödənişlərinin demək olar ki, hamısının iddiaçı tərəfindən 2019-cu ilin may ayında ödənilməsinə düzgün hüquqi qis mət verilməmişdir.

15. Şikayətin maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 13, 15, 24, 31-34, 3637, 67 və 170-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

17. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olu nan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: (-). 13.2.31. Malların idxalı-gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi. Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə

170. İdxalın vaxtı Gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.

18. Gömrük Məcəlləsi: Maddə

104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rə smiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə

162. Malların buraxılışı 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçir irlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 162.3. Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən eyni vaxtda buraxılır. 162.4. Mallar gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edildikdə, aidiyyəti gömrük orqanları həmin malların buraxılışı üçün zəruri olan məlumatları öz aralarında mübadilə etməlidirlər. Maddə

163. Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın verilməsindən asılı olan buraxılış 163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda m alların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. 163.2. Bu Məcəllənin 163.1-ci maddəsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal olunan mallara şamil edilmir. 163.3. Gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır. 163.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Bu mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, bu Məcəl lə və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra, gömrük orqanlarının icazəsi ilə yol verilir. 163.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatəti nə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Cavabdeh 12 sentyabr 2019-cu il tarixli qərarla iddiaçıya may 2019-cu il üçün 24.472,97 manat məbləğində vergi hesablamışdır.

24. İddiaçı hesab edir ki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənil məsi vaxtıdır. O, 7 may 2019-cu il tarixdə gömrük ödənişlərini həyata keçirmiş və həmin vaxt vergi qanunvericiliyini pozmamışdır.

25. İddiaçının şikayətinin dəlillərinə görə X5 6 may 2019-cu il tarixdə müvafiq gömrük orqanına bəyan edilmiş və gömrük orqanı tərəfindən 30.07.2019-cu il tarixdə buraxılmışdır. Bəyannaməyə 35.032,27 məbləğində pulun ödənilməsinə dair 7 may 2019cu il tarixli “Ödəniş Tapşırığı 03” adlı maliyyə sənədi əlavə edilmişdir. Qeyd edilən Ödəniş Tapşırığı onun həmin bəyannamə üzrə 24.472,97 manat əlavə dəyər vergisi borcunun olması və gömrük ödənişlərinin ödənilməsinin müəyyən edilməməsi barədə dəlilinin qanunsuz və əsassız olduğunu təsdiq edir.

26. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. Sumqayıt Apelyasiya Məhkəməsinin s orğusu əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 10 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, 05.05.2019-cu il tarixdə Çin Xalq Respublikasından iddiaçının ünvanına daxil olmuş yük, 06.05.2019-cu il tarixli **********7883 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək, 35.829,11 AZN gömrük ödənişləri hesablanmış və iddiaçı tərəfindən 29.07.2019-cu il tarixdə dövlət büdcəsinə köçürülmüşdür (səh.203).

28. X6 vasitəsilə daxil olmuş onlayn ödənişlərdən görünür ki, gömrük bəyannaməsi ilə ödənilməli olan 35.829,11 manat 07.05.2019-29.07.2019-cu il intervalında iddiaçı tərəfindən ödənilmişdir (səh.204). 29. 35.829,11 manatın hamısı iddiaçı tərəfindən onun bildirdiyi kimi 7 may 2019cu il tarixdə ödənilməmişdir. 7 may 2019-cu il tarixdə iddiaçı malın dəyərini təşkil edən 35.829,11 manatın hamısını deyil, 35.032,27 manatını ödəmişdir. 35.829,11 manatın qalan hissəsi sonda 29 iyul 2019-cu il tarixdə ödənmişdir.

30. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir.

31. Vergi Məcəlləsinin 170-ci maddəsinə əsasən gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır.

32. Gömrük orqanının məktubundan göründüyü kimi, gömrük ödənişləri 29.07.2019-cu il tarixində iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.

33. Kameral yoxlama zamanı iddiaçı lazımi sənədləri cavabdehə təqdim etməmişdir.

34. İnzibati orqan yuxarıda qeyd e dilənlərə əsaslanaraq 04.07.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutmaqla “Vergilərin hesablanması barədə” 12.09.2019-cu il tarixli Qərara əsasən 24.472,97 manat əlavə vergi məbləği hesablanmışdır.

35. İddiaçı kasasiya şikayətində 35.829,11 manatın 35.000,12 manat (97-98%) hissəsini 7 may 2019-cu il tarixdə, gömrük ödənişinin demək olar ki, hamısını 2019-cu ili may ayında ödədiyini, apelyasiya məhkəməsinin mübahisəyə düzgün qiymət vermədiyini bildirmişdir. 36. 35.829,11 manatın hamısının 2019-cu ilin may ayının 7-də ödənilmədiyi, həmin məbləğin 35.000,12 manat hissəsinin ödənildiyi mübahisə doğurmur.

37. Məhkəmə kollegiyası vurğulayır ki, Gömrük Məcəlləsinin 104.2-ci maddəsinin tələbin ə görə gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

38. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir.

39. Həmin Məcəllənin 163.1-ci maddəsinə görə gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir.

40. İddiaçı qanunvericilikdə nəzərdə tutulan yük gömrük ödənişini 2019-cu ilin may ayında deyil, iyul ayında tam olaraq dövlət büdcəsinə köçürmüş, bu səbəbdən vergi öhdəliyi yaranmışdır.

41. İddiaçı Vergi Məcəlləsinin və Gömrük Məcəlləsinin yuxarıda qeyd edilən tələblərinə əməl etmədiyindən iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

42. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-257/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar